Mühasibat uçotu və sənayenin təşkili fakültəsi



Nizami Cəlal oğlu Qafarov – Azərbaycan Kooperasiya Universitetinin Mühasibat uçotu və audit fakültəsinin dekanı, iqtisad elmləri namizədi, dosent.

1958 –ci ildə Qərbi Azərbaycanın, Dərələyəz mahalının, Köçbəy kəndində anadan olub. 1975 – ci ildə orta məktəbi bitirib. 1976- 1978 – ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1981- 1986 –ci ildə Naxçıvan Dövlət Pedoqoji İnstitutunu, 1991- 1997 – ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Uçot – İqtisad fakültəsini bitirib və həmin ildə AETKTİ və Tİ –nun dissertantı olub. 1998- 2000- ci ildə isə Dağıstan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2006 -ci ildə “Aqrar sahədə kiçik və orta biznesin iqtisadi səmərəliliyinin yüksəldilməsi istiqamətləri” mövzusunda yazdığı dissertasiya işini Azərbaycan Dövlət İqtisad Universitetinin ixtisaslaşmış müdafiə şurasında müdafiə edib və iqtisad elmləri namizədi elmi adına layiq görülüb.
1982 -1988 – ci illərdə mühasib, baş mühasib, 1988 -1994 – cü illərdə Şuşa kənd təsərrüfatı texnikumunda iqtisadi fənnlər kafedrasında müəllim, baş müəllim vəzifəsində çalışıb. 1997-2006 -ci illərdə Dağıstan Dövlət Universitetinin Bakı filialında “İqtisadi fənnlər kafedrasında baş müəllim, dossent, kafedra müdiri və direktor müavini vəzifələrində işləyib. 2008 -ci ildən Azərbaycan Kooperasiya Universitetinin “Marketinq və turizm xidməti” kafedrasının müdiri vəzifəsinə seçilib. 2009-cu ildə Azərbaycan Respubilkası Prezidenti yanında Ali Atestasiya Komisiyası qərarına əsasən dosent elmi adına layiq görülüb. 2012- ci ilin noyabr ayında AKU Rektorunun əmri ilə “ Pedoqoji” fakültənin dekanı vəzifəsinə təyin olunub. 2014 cü il 10 iyul tarixində Rektorun 70 k saylı əmri ilə “ Pedoqoji” fakültənin dekanı vəzifəsindən azad edilib yeni yaradılmış “Mühasibat uçotu və Sənayenin təşkili” fakültəsinə dekan təyin edilib.
05 sentyabr 2014 cü ildən “Mühasibat uçotu və audit” kafedrasının, 2016-cı ildən “Aqrar sahənin və sənayenin iqtisadiyyatı kafedrasının dosentidir.
2022 –ci il yanvar ayında “Aqrar sahədə istehlak bazarının iqtisadi mexanizminin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru elmi adına layiq görülüb.
O, 100-dən çox elmi məqalənin, 3 monoqrafiyanın 4 dərsliyin, 20-dən çox fənn proqramı və metodiki göstərişlərin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2 övladı var.



AQRAR İSTEHLAK BAZARININ FORMALAŞMASI VƏ İNKİŞAFININ İQTİSADİ PROBLEMLƏRİ

M O N O Q R A F İ Y A

YÜKLƏ


“Mühasibat uçotu və Sənayenin təşkili” fakültəsi AKU Elmi şurasının 2014-ci il 05 iyul tarixli (pr.10) iclasının qərarına əsasən Rektorun 115 saylı 08 iyul 2014 cü il tarixli əmri ilə yaradılmışdır. Həmin vaxt fakültənin tərkibinə “Mühasibat uçotu və audit ” və “Sənayenin təşkili və idarə edilməsi” ixtisasları daxil olub. Hazırda fakültədə həmin ixtisaslarla yanaşı “Komputer mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Çoxişlənən malların texnologiyası mühəndisliyi”, “Dünya iqtisadiyyatı”, ”Beynəlxalq münasibətlər”, “Psixologiya” və “Təhsildə sosial psixoloji xidmət” ixtisasları üzrə tələbələr təhsil alırlar.
Fakültədə təhsil əyani şöbədə, azərbaycan və rus bölmələrində, ödənişli əsaslarla aparılır. Əyani şöbədə hazırda 300 – ə yaxın tələbə təhsil alır.
“Mühasibat uçotu və Sənayenin təşkili”fakültəsinin tərkibinə “Mühasibat uçotu və audit”, “Aqrar sahənin və sənayenin iqtisadiyyatı “ və “Dünya iqtisadiyyatı” kafedraları daxildir. Ümumilikdə “Mühasibat uçotu və Sənayenin təşkili” fakültəsində tədris aparan kafedralarda 60 dan çox professor- müəllim heyyəti (o cümlədən 12 elmlər doktoru) tələbərin təlim tərbiyə işləri ilə məşğuldur.
Təhsilin Avropa standartlarına inteqrasiyasında müstəsna əhəmiyyəti olan kredit sisteminin tələblərinə uyğun, AR nazirlər Kabinetinin 24 dekabr 2013-cü ildə təsdiq edilmiş 348 saylı qərarınına müvafiq olaraq tədris aparılır.
Kafedralar və fənn kabinetləri ən müasir komputer avadanlığı ilə təchiz olunaraq internet şəbəkəsinə qoşulub. Müasir tələblərə uyğun audio, video avadanlıqları ilə təchiz olunmuş maddi-texniki baza tələbələrimizin istifadəsindədir.
Fakültədə Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Bununla yanaşı fakültədə kafedralar üzrə fənn kabinentləri təşkil olunmuş və ixtisaslar üzrə kafedralarda əlverişli şərait yaradılmışdır.
Fakültədə çoxlu sayda elmə, təhsilə marağı olan vətənpərvər, ictimaiyyətçi, dövlət tədbirlərində mütəmadi olaraq könüllü iştirak edən tələbələrimiz təhsil alırlar. Fakültəmizin tələbələrinin uğurları da daimi olaraq sevindiricidir.Onlar Universitet daxili və Respublika səviyyəli tədbirlərin ən fəal iştirakçılarıdır.
Kollektivdə fəaliyyət göstərən müəllimlərin hamısının elmi dərəcəsi və elmi adı vardır. Fakültədə təhsil alan tələbələr ixtisaslarına uyğun olaraq Respubilkamızın müxtəli fəaliyyət sahələrində və müxtəlif xarici firmalarda istehsalat təcrübəsi keçirlər.
Fakültənin tələbələri müxtəlif bayram tədbirlərinin təşkilində, yeni il şənliklərinin keçirilməsində, universitetin və respubilkamızın mədəni-ictimai işlərində fəal iştirak edirlər və bir sıra fəxri fərmanlarla təltif olunmuşlar.
Fakültənin professo-müəllim heyyəti və tələbələri mütəmadi olaraq Respublika və Beynəlxalq səviyyəli o cümlədən, Türkiyənin universitetlərinin, Rusiya, Poltava, Moldava və Gürcüstanın Kooperasiya Universitetlərinin Elmi Konfranslarında iştirak edirlər.
Fakültəmizdə bakalavr pilləsini bitirmiş məzunlardan çoxu öz Universitetimizə və Respublikamızın müxtəlif Universitetlərində magistraturaya daxil olurlar. Bu bir daha onu sübut edir ki fakültəmizdə tədris və təhsilin keyfiyyəti yüksək səviyyədə aparılır.

050402 – “Mühasibat uçotu və audit ”
050405 – “Sənayenin təşkili və idarə edilməsi”
050620 – “Komputer mühəndisliyi”
050638 – “Sənaye mühəndisliyi”
050643 – “Çoxişlənən malların texnologiyası mühəndisliyi”
050401 – “Dünya iqtisadiyyatı”
050201 – ”Beynəlxalq münasibətlər”
050902 – “Psixologiya”
050108 – “Təhsildə sosial psixoloji xidmət”


“Mühasibat uçotu və audit”
“Aqrar sahənin və sənayenin iqtisadiyyatı“
“Dünya iqtisadiyyatı”


VII mərtəbə, otaq 700
daxili telefon – 174, 176.