TƏHSİLDƏ KEYFİYYƏT TƏMİNATI AGENTLİYİ İLƏ AZƏRBAYCAN KOOPERASİYA UNİVERSİTETİ ARASINDA TƏLİM XİDMƏTLƏRİNİN GÖSTƏRİLMƏSİNƏ DAİR ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANIB

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Kooperasiya Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova və Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev imzalayıb. Müqavilə çərçivəsində Agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən Azərbaycan Kooperasiya Universitetinə xarici keyfiyyət təminatına dair təlimlərin təşkili nəzərdə tutulur. Təlimlərin əsas məqsədi Azərbaycan Kooperasiya Universitetinin akademik və inzibati heyətinə xarici keyfiyyət təminatı, eləcə də özünütəhlilin aparılması qaydalarına dair məlumatın verilməsidir.