Tahir Şükür oğlu Şükürov

Azərbaycan Kooperasiya Universitetinin ümumi işlər üzrə prorektoru, iqtisad elmləri doktoru, dosent

Tahir Şükür oğlu Şükürov 2 fevral 1951-ci ildə İmişli şəhərində anadan olub. 1957-1967-ci illərdə İmişli şəhər 1 nömrəli orta məktəbi bitirib. 1967-1971- ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnistitutunu (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) Maddi texniki təchizatın iqtisadiyyatı və planlaşdırılması ixtisasını bitirib.

1971-ci ildə Dövlət təyinatı ilə o, vaxtki Baş Maddi -Texniki Təchizat Komitəsinin Azərmetaltəchizatsatış bazasına göndərilib. Həmin ilin avqustunda noybrınadək bazada çeşidləyici vəzifəsində çalışıb. 1971-1972-ci illərdə həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidməti başa vurduqdan sonra əvvəlki iş yerində mühəndis işləyib. 1973-ci ilin yanvarından o vaxtki Azərbaycan Dövlət Plan Komitəsinin Elmi – Tədqiqat İqtisadiyyat İnstitutuna Az.DPK ETİİ dəvət olunub və iqtisadçi – mühəndis vəzifəsində çalişib. 1973-1976-ci illərdə Az.DPK-nın həmin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun əyani aspiranturasını bitirib. Aspiranturanı bitirdikdən sonra 1977-1979-cu illərdə həmin İnstitutda kiçik elmi işçi və baş elmi işçi vəzifəsində çalışıb. 1980-ci ildə AMEA-nın İqtisadiyyat institutunda Azərbaycan Respublikasında dəmiryolətrafı mineral gübrə anbar və bazalarının səmərəli yerləşdirilməsi və kənd təsərrüfatının onlarla təchizatının təkmilləşdirilməsi yolları mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi alıb. 1979-cu ildən əmək fəaliyyətini Kooperasiya Universitetində davam etdirir. 1979-cu ilin noyabrından 1984-cü ilin mayınadək Moskva Kooperativ İnstitutunun Bakı filialında laborant Bazarşünaslıq və Tələbatşünaslıq (Marketinq ) fənlərini tədris etməklə assisent, baş müəllim və 1984-cü ildən 1990-cı ilədək İqtisadi fənlər kafedrasının dosenti vəzifəsində çalışıb. 1984-cü ildə Dosent elmi adını almışdır. 1991-1992-ci illərdə Moskva Kooperativ İnstitutu Bakı filialının tədris və elmi işlər üzrə direktor müavini, 1993-cü ildən 2007-ci ilədək həmin filialın əsasında yaradılmış Azərbaycan Kooperasiya İnstitutunun (2001-ci ildən Universitetin) Tədris işləri üzrə birinci prorektoru və Marketinq  kafedrasının müdiri, 2008-ci ildən 2011-ci ilin avqustunadək Beynəlxalq əlaqələr üzrə prorektoru və 2011-ci ilin sentyabrından hal-hazıradək ümumi işlər üzrə prorektoru vəzifəsində işləyir. 2014-cü ildə təhsildə və elmdə xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti, cənab İ.Əliyevin Sərəncamı ilə Tərəqqi  medalı və Azərbaycan Respublikasnın Təhsil Naziri, cənab M. Cabbarovun əmri ilə Fəxri fərmanla təltif olunmuşdur. Tahir Şükürov Marketinq tədqiqatları və ticarət müəssisələrinin iqtisadiyyatı adlı 2 dərsliyin, Marketinqin idarə edilməsi və Marketinq fənnindən testlər toplusu dərs vəsaitlərinin müəllifidir. Tahir Şükürov Tədris – elmi yaradıcılığı dövründə kənd təsərrüfatının iqtisadiyyatı ilə bağlı ərzaq ehtiyatlarının artırılması və ərzaq təhlükəsizliyi, Kooperativ təsərrüfatın inkişafı, ölkənin istehlak bazarı və marketinq tədqiqatları, eyni zamanda təhsil xidmətinin, o cümlədən ali təhsilin aqrobiznesin, ticarətin və sahələrinin marketinqin, ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində 100 dən çox elmi məqalənin və tədrisin müxtəlif istiqamətləri üzrə 50-dən çox proqram, tədris-metodiki göstərişlərin müəllifidir. T.Şükürov 30-dan çox Beynəlxalq və Respublika əhəmiyyətli elmi -praktiki konfranslarda Marketinqin təşkili və problemlərinə aid məqalə və tezislərlə çıxış etmişdir. Ailəlidir, 2 övladı var.

  • Основные направления организации маркетинговых служб в
  • потребительской кооперации Азербайджана. Mатериалы межд. науч. прак. конф. Караганда-2001
  • Aqrobiznes kompleksində marketinqin xüsusiyyətləri. Maliyyə və uçot jurnalı, B,2008,№ 12
  • Опыт и некоторые проблемы организации маркетинговой
  • деятельности в Азербайджанском предпринимательстве. Материалы межд. науч. прак. конф. Полтава-2010.
  • Təhsil sistemində marketinq fəaliyyəti və onun imkanları. AR Təhsil Problemləri İnstitutu. Elmi əsərləri. B,2010,№ 2
  • Экономическая безопасность страны в условиях финансового кризиса. Материалы межд. науч. прак. конф. Белгород-2010.
  • Развитие и управление торгового маркетинга в Азербайджане. Материалы III межд. науч. прак. конф: Управление торговлей М. РУК.2010.
  • Развитие кооперативного предпринимательства в Азербайджане. Материалы межд. науч. прак. конф. Полтава-2012
  • Ali təhsilin idarə edilməsinin təkmilləşdirilməsində marketinq xidmətinin rolu. ADAU, ENK mat. Gəncə 2014, № 3
  • İnternet-marketinq informasiya və kommunikasiya texnologiyalarının tərkib hissəsi kimi. ATU, Bey.elm.prak.kont.mat., Gəncə 2014, I hissə
  • Azərbaycanda istehlak bazarının komplek marketinq tədqiqinin əsas istiqamətləti. Kooperasiya elmi – prak.jurnal. B, 2015 №4
  • Ərzaq məhsullarının tədarükü və təchizatında yeni mərhələ Respublika qəzeti, 14 may 2016, № 103
  • Место и роль маркетинга в развитии кооперации Азербайджана. Материалы межд. науч. прак. конф: М. РУК.2016.