2023/2024-cü  tədris ili üçün Azərbaycan Kooperasiya Universitetinə təkrar ali təhsil üzrə qəbul qəbul qaydaları

Azərbaycan Kooperasiya Universitetinə təkrar ali təhsil üzrə qəbul “Qaydalar”ı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi “Qaydalar”ının təsdiq edilməsi haqqında” Qərarının 5-ci bəndinə və “Azərbaycan Kooperasiya Universitetinin Nizamnaməsi“nə əsasən tərtib edilmişdir.

1. Azərbaycan Kooperasiya Universitetində təkrar ali təhsilin məzmunu və formaları:
1.1. Azərbaycan Kooperasiya Universitetində Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları ilkin baza təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərti ilə təkrar ali təhsil ala bilərlər.Proqramlar arasındakı fərq Universitet tərəfindən müəyyən edilir.
1.2. Mütəxəssis hazırlamaq işində çevikliyi və ayrı-ayrı şəxslərin əlavə ixtisas təhsili almaq arzusunu təmin etmək məqsədi ilə təkrar ali təhsil bu təhsili almaq istəyən şəxslərlə və ya onların işlədikləri idarə və təşkilatlarla Universitet arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.
1.3. Ali təhsili olanlar təkrar ali təhsili ala bilərlər.
1.4. Təkrar ali təhsil Universitetdə hazırlanan ixtisaslar üzrə aparıla bilər.
1.5. Təkrar ali təhsilin məzmunu Universitet tərəfindən təsdiq edilmiş müvafiq ixtisasların tədris planları və proqramları əsasında müəyyənləşdirilir.
1.6. Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavr səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsili proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, müvafiq ixtisas üzrə hazırlanmış təhsil proqramları əsasında aparılır.
1.7. Azərbaycan Kooperasiya Universitetində təkrar ali təhsil əyani və qiyabi formalarda, əsasən Azərbaycan və rus dillərində (”Maliyyə”, “İqtisadiyyat”, “Tərcüm. (İngilis dili)” ixtisasları) həyata keçirilir.

2. Azərbaycan Kooperasiya Universitetində Təkrar ali təhsilin təşkili:
2.1. Təkrar ali təhsil üzrə qəbul qaydaları və müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla universitet tərəfindən müəyyənləşdirilir.
2.2. Azərbaycan Kooperasiya Universitetində Təkrar ali təhsil müəyyən ixtisaslar üzrə müvafiq fakültələrdə həyata keçirilir.
2.3. Universitetdə müvafiq akademik qruplarda tələbələrin sayı 15-30 nəfər müəyyən üdilir.
2.4. Əvvəl aldığı ixtisasın baza proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda, tələbə həmin fənlər üzrə məşğələlərdən və attestasiyadan azad olunur.
2.5. Ayrı-ayrı ixtisaslara qəbul olunan tələbələrin sayı az olduqda, həmin tələbələr müvafiq ixtisasların tədris planları əsasında mövcud akademik qruplarda təhsil alan tələbələrlə birlikdə təhsillərini davam etdirə bilərlər.
2.6. Azərbaycan Kooperasiya Universitetində təkrar ali təhsil almaq üçün müraciət etmiş şəxslərin sənədlərinin araşdırılması və onların müvafiq ixtisas,kurs və təhsil formasına qəbulu Tədris işləri və Ümumi işlər üzrə prorektorların , həmçinin Tədris şöbəsi müdirinin birgə təqdimatı əsasında rektorun əmri ilə rəsmiləşdirilir.
2.7. Təkrar ali təhsil üzrə proqram və tədris planı əsasında ali təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr dərəcəsi və ali təhsil haqqında diplom verilir.

3. Universitetdə təkrar ali təhsilin maliyyələşdirilməsi:
3.1. Azərbaycan Kooperasiya Universitetində təkrar ali təhsil yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Bu halda təhsil üçün ödənişin miqdarı tələbələrin qəbul olunduğu ixtisas, kurs və təhsil forması üzrə təhsil alan tələbələrin təhsil haqqına uyğun ödənilir.

4. Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
– Universitetin rektorunun adına ərizə;
– Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş (diploma əlavə ilə birlikdə) surəti;
– İş yerindən arayış (işlədiyi halda);
– 3х4 sm ölçüdə 6 ədəd foto şəkil;
– Şəxsiyət vəsiqəsinin surəti;
-Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi.

5. Təkrar ali təhsil almaq üçün sənədlər 2023-cü il iyun ayının 10-dan sentyabrın 10-dək qəbul edilir.

6. Təkrar ali təhsilə tələbə qəbulu sentyabr ayının 15-dək başa çatmalıdır.

7. Təkrar ali təhsil üçün Universitetin internet saytında elan verilir.

Qeyd: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Universitetdə təkrar ali təhsil ala bilərlər.

2023/2024-cü tədris ilində bakalavriat səviyyəsində təkrar ali təhsil almaq üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu ELAN EDİR

1. 050401-Beynəlxalq ticarət və logistika-əyani
2. 050402-Biznesin idarə edilməsi- əyani, qiyabi
3. 050403 – Davamlı inkişafın idarə edilməsi – əyani
4. 050404-Dövlət və bələdiyyə idarəetməsi- əyani, qiyabi
5. 050405-İqtisadiyyat-əyani, qiyabi, həm də əyani-rus bölməsi
6. 050406-Maliyyə-əyani, qiyabi, həm də əyani- rus bölməsi
7. 050407-Marketinq-əyani, qiyabi
8. 050408-Menecment-əyani, qiyabi
9. 050409-Mühasibat-əyani, qiyabi
10. 050504-Ekologiya-əyani, qiyabi
11. 050606 – Ekologiya mühəndisliyi – əyani
12. 050620-Kompüter mühəndisliyi-əyani, qiyabi
13. 050635-Qida mühəndisliyi-əyani, qiyabi
14. 050707-Şərabçılıq-əyani, qiyabi
15. 050807-Sosial iş- əyani,qiyabi, həm də əyani-rus bölməsi
16. 050809-Turizm bələdçiliyi- əyani, qiyabi
17. 050810-Turizm işinin təşkili- əyani, qiyabi
18. 050118 – Təhsildə sosial-psixoloji xidmət – əyani
19.050212 – Regionşünaslıq- əyani
20. 050215-Tərcümə (İngilis dili)- əyani
21. 050310 – Müzey, arxiv işi və abidələrinin qorunması – əyani

Təkrar ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Azərbaycan Kooperasiya Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavr səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı,ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla müvafiq təhsil proqramları əsasında aparılır.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər.
-Rektorun adına ərizə
-Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti
– 3×4 sm ölçüdə 6 ədəd fotoşəkil
– Şəxsiyyət vəsiqəsinin sürəti
– Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi

2023-cü ilin məzunları diplom əvəzi – müvəqqəti arayış təqdim edə bilərlər.
Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

Qeyd: Sənədlər iyun ayının 10-dan sentyabrın 10-dək (istirahət günlərindən başqa) şəxsən və ya onlayn formada (AKU 1964@mail.ru) saat 10:00-dan 17:00-dək əsas binada (205 saylı otaqda) qəbul edilir.
Təhsil əsasən Azərbaycan dilində, əyani və qiyabi formada aparılır.Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.
Təhsili müvəffəqiyyətlə başa vuran məzunlara bakalavr ali peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında diplom verilir.

Ünvan: Az.1106, Bakı Nəcəf Nərimanov küçəsi 93,
Telefon:(012) 561-29-72, 562-98-75