Əmrlər
Əmr № 01-F 110 (27.05.2024)
Azərbaycan Kooperasiya Universitetində 2023/2024-cü tədris ili yaz semestri imtahan sessiyasının təşkili və keçirilməsi haqqında
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2023/2024-ci tədris ilinin yaz semestrinin imtahan sеssiyasının təşkili və keçirilməsi barədə” 2024-cü il 24 may tarixli 3-29/3-2-308F/2024 nömrəli əmrinin icrasını təmin etmək və Universitetdə 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili məqsədilə “Azərbaycan Kooperasiya Universiteti haqqında Nizamnamə”nin müvafiq bəndlərini rəhbər tutaraq
Ə M R E D İ R Ə M:
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2023/2024-ci tədris ilinin yaz semestrinin imtahan sеssiyasının təşkili və keçirilməsi barədə” 2024-cü il 24 may tarixli 3-29/3-2-308F/2024 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.
2. Azərbaycan Kooperasiya Universitetində 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sеssiyası 2024-cü il may ayının 31-dən başlamaqla 5 həftə müddətində – iyulun 5-dək keçirilsin.
3. İmtahan sessiyası və ixtisaslar üzrə Yekun Dövlət Attestasiyasının təşkili zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronovirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunsun.
4. İmtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkili olunması təmin edilsin.
5. Universitdə İmtahan qərargahı yaradılsın və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılması təmin edilsin.
6. İmtahanların təşkilində və gedişində nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülsün.
7. Tədris işləri üzrə prorektor (dos. F.Quliyev), Rektorun müşaviri (Q.Allahverdiyev), tədris şöbəsi (dos.V.Gərayev) və İnsan resursları və daxili nəzarət xidməti (Z.Nazıyev) ilə birlikdə:
7.1. İmtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində Universitetdə baş vermiş nöqsanlarla bağlı daxil olan məlumatları operativ araşdıraraq bu hallara yol vermiş şəxslər barədə tədbirlərin görülməsini təmin etsinlər və nəticəsi barədə Universitetin rəhbərliyini və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyini məlumatlandırsınlar;
7.2. Universitetdə imtahan sessiyası və ixtisaslar üzrə Yekun dövlət attestasiyasının təşkili, keçirilməsi və nəticələri barədə müvafiq arayışları müzakirəyə təqdim etsinlər.
8. Tapşırılsın Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə):
8.1.Fakültələrdə yaz semestrinin imtahan sеssiyasının nəticələrini təhlil edib müvafiq arayışları Elmi şuranın növbəti iclasının müzakirəsinə təqdim etsin.
8.2. İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Universitetin rektoruna və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə yekun hesabat təqdim etsin.
9. Tədris şöbəsi (dos.V.Gərayev), Mətbuat və ictimai işlər xidməti (T.Əkbərov) və “İKT” sektoru (S.Ramazanov) imtahan sеssiyasının gedişi barədə tələbələrə, onların valideynlərinə və ictimaiyyətə müntəzəm olaraq məlumat verilməsini təmin etsinlər.
10. İKT sektoru (S.Ramazanov) bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsin.
11. Ümumi şöbə (S.Zahidova) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.
12. Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2024-cü il 24 may tarixli 3-29/3-2-308F/2024 nömrəli əmri və rektorun sərəncamı.
Əmr № 01-F 109 (27.05.2024)
Universitetdə 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası üçün İmtahan qərargahının yaradılması və Apellyasiya Komissiyasının təşkili haqqında
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” 2024-cü il 24 may tarixli 3-29/3-2-308F/2024 nömrəli əmrinin müvafiq bəndlərinə əsasən Universitetdə 2023/2024-cü tədris ili yaz semestrinin imtahan sеssiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə
Ə M R E D İ R Ə M :
1. Universitetdə aşağıdakı tərkibdə “İmtahan qərargahı” və “Apellyasiya Komissiyası” yaradılsın:
1.1. Quliyev Fikrət Vəli oğlu – i.f.d., dos. -Tədris işləri üzrə prorektor – sədr
1.2.Allahverdiyev Qara Allahverdi oğlu –Rektorun müşaviri
1.3.Gərayev Vahid Vaqif oğlu–i.f.d., dos. – Tədris şöbəsinin müdiri, üzv
1.4.Nazıyev Zakir Cəlal oğlu–İnsan resursları və daxili nəzarət şöbəsinin rəisi, üzv.
1.5.Quliyeva Aynur Zülfüqar qızı – Keyfiyyət təminatı şöbəsinin müdiri- müavin
1.6.Müvafiq fakültə dekanları və kafedraların müdirləri, üzv
2. Tapşırılsın İmtahan qərargahı və Apellyasiya Komissiyasının sədrinə (dos.F.V.Quliyevə):
2.1. imtahanların keçirilməsində şəffaflığa, nizam-intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə fənni tədris edən müəllimlərlə birlikdə müvafiq nəzarətçinin iştirakını təmin etsin;
2.2. imtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra tələbələrin biliyinin qiymətləndirilməsinin imtahanın sonunda – tələbələrə elan edilməsini təmin etsin;
2.3. İmtahan qərargahı və Apellyasiya Komissiyasının üzvləri arasında vəzifə bölgüsünü, nəzarətçilərin iştirakını və onların məsuliyyətini müəyyən etsin;
2.4. Fakültələr üzrə də appelyasiya komissiyalarının yaradılmasını, onların işinə nəzarəti və ehtiyac yarandıqda tələbələrin ərizə və şikayətlərinə Universitet üzrə Appelyasiya Komissiyasında baxılmasının obyektivliyini təmin etsin.
3. İmtahanlarda tələbənin biliyinin qiymətləndirilməsi imtahan biletləri əsasında yazılı formada aparılsın.
4. Tapşırılsın Rektorun müşavirinə (Q.Allahverdiyevə) ki, tələbələrin şikayəti və Appelyasiya Komissiyasında baxılmasına nəzarəti təmin etsin, nəticələri barədə vaxtaşırı Rektoru məlumatlandırsın.
5.“İKT” sektoru (S.Ramazanov) bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas: Ali və orta ixtisas təhsili müəssisələrində 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2024-cü il 24 may tarixli 3-29/3-2-308F/2024 nömrəli əmrinin əmri.
Əmr № 01-F 108 (27.05.2024)
Azərbaycan Kooperasiya Universitetində təhsilin bakalavriat və magistratura səviyyələrində 2023/2024-cü tədris ilinin yay semestrinin təşkili və idarə olunması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsili və AMEA-nın magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.4-cü və 2010-cu il 12 may tarrixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinni məzmunu, təşkili və “Magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 2.8-ci bəndlərinə uyğun olaraq Rektorun 2024-cü il 01 may tarixli 01-F/90 nömrəli əmrinin 13-cü bəndinin icrası və yay semestrinin təşkili məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan Kooperasiya Universitetində 2023/2024-cü tədris ilinin yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədən ibarət olmaqla (sonuncu həftə imtahan sessiyası) 2024-cü il iyulun 22-dən avqustun 30-dək müəyyən edilsin.
2.Tələbələrin yay semectrinə qeydiyyatı, tədris və imtahan həftəsinin müddəti barədə rektorun 01.05.2024-cü il tarixli F-89 nömrəli əmrinin 3.20 və 3.21-ci bəndləri nəzərə alınsın.
3.”Qiyabi” şöbənin müdiri (prof.N.Qafarov) 2023/2024-cü tədris ilinin yay semestrinin rəhbəri təyin edilsin.
4.Tapşırılsın yay semestrinin rəhbərinə (prof.N.Qafarov) ki, yay semestrinin müvafiq qaydalara uyğun təşkili, tədrisin keyfiyyətinə nəzarət, tədris edilən fənnlər üzrə imtahanların keçirilməsi və bu zaman şəffaflığın, obyektivliyin təmin olunması üçün müvafiq tədbirlərin görülməsini təmin etsin.
5. Nəzərə alınsın ki, intensiv yay semestrinin təşkili könüllülük prinsipi əsasında aparıldığı üçün tələbələrə müvafiq kreditlərin toplanmasına şərait yaradılması məqsədi daşıyır və bu məqsədlə müvafiq fakültə və kafedralarda əlavə tədbirlər görülməsi təmin edilsin.
6. Yay semestrində tələbənin götürdüyü fənlərin kreditinin 10-dan çox olmaması nəzərə alınsın.
7. Tədris işləri üzrə prorektor (dos.F.Quliyev) və tədris şöbəsi (dos.V.Gərayev) fakültə dekanları ilə birlikdə yay semestrində iştirak edəcək tələbələrin və fənlərin siyahısını müəyyən etməklə, müəllimlərin və nəzarətçilərin bu işə könüllü surətdə cəlb edilməsini təmin etsinlər.
8. Yay semestrində kifayət qədər tələbə qeydiyyatdan keçmədiyi halda tələbələrin fərdi tədris planına uyğun olaraq akademik borcların ləğvi üçün növbəti dərs ilinin payız və yaz semestri ərzində müvafiq qaydada əlavə dərslərin təşkili təmin edilsin.
9. Digər ali təhsil müəssisələri tələbələrinin Universitetdə kreditləri qazanması təhsil aldığı ali təhsil müəssisələrinin müraciəti (razılığı) əsasında yuxarıda qeyd edilən “Qaydalar”ın 6-cı bəndinin tələblərinə uyğun olaraq təmin edilsin.
10.Əmrin icrasına nəzarət tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı və rektorun 01.05.2024-cü il tarixli 01-F/89 nömrəli əmri.
Əmr № 01-F 326 (20.12.2023)
Azərbaycan Kooperasiya Universitetində 2023/2024-cü tədris ili payız semestri qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2023/2024-cü tədris ilinin payız semestirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2023-cü il 15 dekabr tarixli 3-29/3-2-7211/2023 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə
Ə M R E D İ R Ə M:
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2023/2024-cü tədris ilinin payız semestirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2023-cü il 15 dekabr tarixli 3-29/3-2-7211/2023 nömrəli əmrinin icrasını nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.
2.Azərbaycan Kooperasiya Universitetində 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sеssiyası 2023-cü il dekabr ayının 29-da başlamaqla 5 həftə müddətində – 2024-cü il fevral ayının 1-dək tarixdə keçirilsin.
3.İmtahan sessiyasının təşkili zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (GOVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunsun.
4.İmtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkili olunması təmin edilsin.
5. Universitdə İmtahan qərargahı yaradılsın və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılması təmin edilsin.
6.İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülsün.
7.Tədris işləri üzrə prorektor dos. (F.Quliyev), rektorun müşaviri (Q.Allahverdiyev), tədris şöbəsi (dos.V Gərayev) və “İnsan resursları və daxili nəzarət şöbəsi” (Z.Nazıyev) ilə birlikdə:
7.1.İmtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində Universitetdə baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini, bu hallara yol vermiş şəxsləri müəyyənləşdirərək onlar barəsində tədbirlərin görülməsini təmin etsin və nəticəsi barədə Universitetin rəhbərliyini və “Agentliyi” məlumatlandırsın.
8. Tapşırılsın Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə):
8.1. Fakültələrdə imtahan sеssiyasının nəticələrini təhlil edib müvafiq arayışları Elmi şuranın növbəti iclasının müzakirəsinə təqdim etsin.
8.2. İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Universitetin rektoruna və “Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi”nə yekun hesabat təqdim etsin.
9. Tədris şöbəsi (dos V.Gərayev), Mətbuat və ictimai işlər xidməti (T.Əkbərov) və “İKT” sektoru (S.Ramazanov) müvafiq olaraq bu əmrin Universitetin internet saytında yerləşdirilməsini və Universitetin “Qaynar xətt” xidmətinin (012562 85 17) fəaliyyəti və imtahan sеssiyasının gedişi barədə tələbələrə, onların valideynlərinə və ictimaiyyətə müntəzəm olaraq məlumat verilməsini təmin etsinlər.
10. Ümumi şöbə (S.Zahidova) bu əmrin Universitetin aidiyyatı struktur bölmələrinə göndərilməsini təmin etsin.
11. Əmrin icrasına nəzarət tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin. Əsas: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-cü il 15 dekabr tarixli 3-29/3-2-7211/2023 nömrəli əmri və rektorun sərəncamı.
Əmr № 01-F 325 (20.12.2023)
Universitetdə 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası üçün İmtahan qərargahının yaradılması və Apellyasiya Komissiyasının təşkili haqqında
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2023/2024-cü tədris ilinin payız semestirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2023-ci il 15 dekabr tarixli 3-29 /3-2-721/2023 nömrəli əmrinin müvafiq bəndlərinə əsasən Universitetdə 2023/2024-cü tədris ili payız semestrinin imtahan sеssiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə
Ə M R E D İ R Ə M :
1. Universitetdə “İmtahan qərargahı” və aşağıdakı tərkibdə “Apellyasiya Komissiyası” yaradılsın:
1.1. Quliyev Fikrət Vəli oğlu – i.f.d., dos. -Tədris işləri üzrə prorektor – sədr
1.2. Quliyeva Aygün Eldar qızı – i.e.d., prof.- Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor – müavin
1.3. Gərayev Vahid Vaqif oğlu – i.f.d., dos. – Tədris şöbəsinin müdiri, üzv
1.4. Nazıyev Zakir Cəlal oğlu – İnsan resursları və daxili nəzarət şöbəsinin müdiri, üzv
1.5.Quliyeva Aynur Zülfüqar qızı – “Keyfiyyət təminatı” şöbəsinin müdiri, üzv
1.6. Müvafiq fakültə dekanları və kafedraların müdirləri, üzv
2. Tapşırılsın İmtahan qərargahı və Apellyasiya Komissiyasının sədrinə (dos.F.V.Quliyevə):
2.1. imtahanların keçirilməsinda şəffaflığa, nizam-intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə fənni tədris edən müəllimlərlə birlikdə müvafiq nəzarətçinin iştirakını təmin etsin;
2.2. imtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra tələbələrin biliyinin qiymətləndirilməsinin imtahanın sonunda – tələbələrə elan edilməsini təmin etsin;
2.3. İmtahan qərargahı və Apellyasiya Komissiyasının üzvləri arasında vəzifə bölgüsünü, nəzarətçilərin iştirakını və onların məsuliyyətini müəyyən etsin;
2.4. Fakültələr üzrə də appelyasiya komissiyalarının yaradılmasını, onların işinə nəzarəti və ehtiyac yarandıqda tələbələrin ərizə və şikayətlərinə Universitet üzrə Appelyasiya Komissiyasında baxılmasının obyektivliyini təmin etsin.
3. İmtahanlarda tələbənin biliyinin qiymətləndirilməsi imtahan biletləri əsasında yazılı formada aparılsın. 4. “İKT” sektoru (S.Ramazanov) bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsin.
5. Ümumi şöbə (S,Zahidova) bu əmrin Universitetin aidiyyatı strukturlarına göndərilməsini təmin etsin.
6.Əmrin icrasına nəzarət tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas: “Ali və orta ixtisas təhsili müəssisələrində 2023/2024-cü tədris ilinin payız semestirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2023-ci il 15 dekabr tarixli 3-29/3-2-721/2023 tarixli nömrəli əmri və rektorun göstərişi.
Əmr № 01-F 322 (19.12.2023)
Azərbaycan Kooperasiya Universitetində 2023/2024-cü tədris ili birinci yarımilinin başa çatması haqqında
Azərbaycan Kooperasiya Universitetində 2023/2024-cü tədris ili birinci yarımilinin başa çatması və payız semestri imtahan sessiyasının təşkili məqsədilə
ƏMR EDİRƏM:
1.Universitetdə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində 2023/2024-cü tədris ili birinci yarımilinin 15 həftəlik nəzəri dərs məşğələləri 2023-cü ilin 28 dekabr tarixində başa çatsın.
2. Univertsitetdə payız semestrinin qış imtahan sessiyasının müddəti 2023-cü il dekabr ayının 29-da başlamaqla 5 həftə müddətində – 2024-cü il fevralın 01-dək (01 fevral daxil olmaqla) təşkil edilsin.
3. Tələbələrə 2024-cü il fevralın 2-dən 15-dək qış tətili verilsin.
4. Univertsitetdə 2023/2024-cü tədris ili ikinci yarımilinin nəzəri dərs məşğələlərinə 2024-cü il fevralın 16-dan başlanılsın.
5. İmtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsi imtahan biletləri əsasında, yazılı formada keçirilsin.
6.Tələbələrin müxtəlif səbəblərdən yaranmış akademik borclarının ləğvi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı” və həmin “Qərar”da dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 257 nömrəli Qərarının 3.2.14-cü bəndi nəzərə alınmaqla həyata keçirilsin.
7. Cari (fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi) və aralıq (fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsi) qiymətləndirmənin nəticələrinə, eləcə də üzrlü və üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılsın.
8.Yuxarıda göstərilən halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə üçün bu imkandan “Təhsil Proqramı” ilə müəyyən olunmuş müddət ərzində həmin fənni tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrdən birində imtahan sessiyası zamanı) istifadə etməsinə şərait yaradılsın.
9. Tələbə hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə 2 fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər.
10. Universitetdə aşağıdakı bakalavriat səviyyəsi ixtisasları üzrə təhsil alan əyani şöbənin sonuncu kurs tələbələri:
10.1. 050401- “Beynəlxalq ticarət və loqistika”, 050402–“Biznesin idarə edilməsi”, 050404, “Dövlət və bələdiyyə idarəetməsi”, 050405- “İqtisadiyyat”, 050406-“Maliyyə”, 050407-“Marketinq”,050408-“Menecment”,0505409-“Mühasibat”,050211“Psixologiya”, 050215-“Tərcümə” ixtisasları üzrə VIII semestrdə – 2024-cü il fevralın 16-dan mayın 24-dək (21 kredit-14 həftə) müvafiq auditoriya saatı həcmində akademik təcrübə dərslərinə- (T-01, “Karyera planmlaşması”; T-02 –“Yumşaq bacarıqlar”; T-03- “Sərt bacarıqlar”) başlasınlar;
10.2. 050707-“Şərabçılıq” ixtisası üzrə VIII semestrdə – 2024-cü il fevralın 16-dan matrın 1-dək (3 kredit- 2 həftə) universitet daxilində T-01.1- “Biotexnologiya” fənni üzrə tədris təcrübəsinə başlanılsın və martın 2-dən mayın 24-dək (18 kredit-12 həftə) T-
02.1.-“Şərabın texnologiyası”fənnindən universitetlə ixtisasın “Təhsil Proqramı”nda tövsiyyə edilən (7-ci bölmə, səh 13) istehsalat müəssisələrndən biri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında istehsalat təcrübəsinə göndərilsinlər;
10.3. 050504-“Ekologiya”, 050635- “Qida mühəndisliyi”,050638-“Sənaye mühəndisliyi”, 050807- “Sosial iş”, 050810- “Turizm işinin təşkili” ixtisasları üzrə VIII semestrdə – 2024-cü il fevralın 16-dan mayın 24-dək (21 kredir-14 həftə) universitetlə müvafiq ixtisasların “Təhsil Proqramı”nda tövsiyyə edilən (8-ci bölmə) müəssisələrdən biri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında T-01 “Təcrübə”yə göndərilsinlər.
10.4. 050620 – “Komputer mühəndisliyi”, 050809 – “Turizm bələdçiliyi” ixtisasları üzrə VIII-semestrdə 2024-cü il fevralın 16-dan iyunun 28-dək (30 kredir-20 həftə) universitetlə müvafiq ixtisasların “Təhsil proqramı”nda tövsiyyə edilən (8-ci bölmə) müəssisələrndən biri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında T-01 “Təcrübə”yə göndərilsinlər.
11. Bakalavriat səviyyəsinin qiyabi təhsilalma forması üzrə buraxılış – 5-ci kursunda təhsil alan tələbələr üçün istehsalat təcrübəsinin (8 həftəlik) keçirilmə müddəti 2024-cü il fevralın 16-dən aprelin 12-dək, Diplomqabağı təcrübənin (6 həftəlik) keçirilmə müddəti isə aprelin 13-dən mayın 24-dək müəyyən edilsin.
12. Qiyabi təhsilalanlar təhsil aldıqları istiqamət (ixtisas) üzrə kifayət qədər iş stajı olduğu halda müvafiq kafedranın, “Qiyabi” şöbənin və “Təcrübənin təşkili şöbələrinin rəyinə əsasən istehsalat (diplomqabağı təcrübə istisna olmaqla) təcrübəsindən azad oluna bilərlər.
13. “Təcrübənin təşkili” şöbəsi (dos.M.Əfəndiyev) müvafiq fakültə dekanları və kafedra müdirləri ilə birlikdə təcrübə obyektlərinin seçilməsi, ikitərəfli müqavilə bağlanması, təcrübənin təşkili və hesabatların müdafiəsinin mövcud “Qaydalar”ın tələblərinə uyğun keçirilməsinə nəzarəti təmin etsinlər.
14. Magistratura səviyyəsinin buraxılış kurslarında:
14.1. Elmi-tədqiqat təcrübəsinin (4 həftəlik) keçirilmə müddəti 2024-cü il fevralın 16-dan martın 13-dək müəyyən edilsin və martın 14-15-də hesabatların qəbulu və müdafiəsi keşirilsin;
1.4.2. Elmi-pedaqoji təcrübənin (4 həftəlik) keçirilmə müddəti 2024-cü il martın 16-dan aprelin 11-dək müəyyən edilsin və aprelin 12-dən 16-dək hesabatların qəbulu və müdafiəsi keçirilsin;
14.3. Magistr dissertasiya işinin hazırlanma müddəti (9 həftəlik) ET təcrübəsi dövründən – 2024-cü il martın 16-dan mayın 17-dək müəyyən edilsin.
14.4. Magistr dissertasiya işinin müdafiəsi (3 həftə) 2024-cü il mayın 18-dən iyunun 7-dək müddətdə keçirilsin.
15. Tapşırılsın kafedra müdirlərinə:
15.1. İmtahanların mövcud “Qaydalar”ın tələblərinə uyğun tərtib edilmiş imtahan biletləri əsasında, yazılı formada keçirilməsini təmin etsinlər;
15.2. İmtahan biletləri suallarının fənnin proqramı əsasında hazırlanmasını təmin etsinlər;
15.3. İmtahanlara hazırlaşmaq üçün ayrı – ayrı fənlər üzrə imtahan suallarının əvvəlcədən tələbələrə paylanmasını, əsas nüsxənin və fənnin proqramının kafedranın “Elektron saytında” yerləşdirilməsini təmin etsinlər;
15.4. Yenidən işlənməsinə ehtiyac olan imtahan biletlərini yeniləşdirib müvafiq qaydada kafedra iclasında müzakirə və təsdiq etsinlər;
15.5. Mövcud qayda və tələblər gözlənilməklə kafedranın cədvəli üzrə tələbələr üçün məsləhət saatları təşkil etsinlər;
15.6.İmtahanlarda tələbələrin biliyinin obyektiv qiymətləndirilməsini və imtahanların şəffaf keçirilməsini təmin etsinlər;
15.7. Fənn kabineti və tədris laboratoriyalarının imtahan sessiyasına hazırlığını təmin etsinlər;
15.8. Bu əmrin 10.3-cü yarımbəndində göstərilən ixtisasların aid olduğu kafedralar 2024-cü il yanvarın 10-dək “Buraxılış işi” mövzularını kafedra iclasında müzakirə etsinlər və fakültə elmi şurasının təsdiqinə versinlər;
15.9. Müvafiq ixtisaslar (10.3-cü yarımçənd) üzrə Buraxılış işi yerinə yetirən və təcrübə keçəcək Buraxılış kursu tələbələrinin “Buraxılış işi” mövzuları, “Təcrübə” obyektləri və “Rəhbərlərin” bölgüsünü 2024-cü il yanvarın 10-dək rektorun təsdiqi üçün müvafiq olaraq “Tədris” və “Təcrübənin təşkili” şöbələrinə təqdim etsinlər;
15.10. Yerinə yetirilmiş kurs işləri və istehsalat təcrübəsi hesabatlarının eləcə də referat və digər işlərinin saxlanmasını və aralıq qiymətləndirmədən sonra onların saxlanma imkanlarının məhdudluğu, köçürmə və digər neqativ halların qarşısını almaq məqsədilə sessiya başa çatdıqdan sonra aktlaşdırılaraq ləğvini təmin etsinlər.
16. Tapşırılsın fakültə dekanlarına, “Qiyabi” və “Magistratura” şöbələrinə:
16.1. Tələbələrin imtahan sessiyasına hazırlığı ilə bağlı tədris – metodiki izahat işləri aparılmasını təmin етsinlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Elm və Təhsil Nazirliyinin müvafiq Qərar, əmr və göstərişlərini işdə rəhbər tutsunlar;
16.2. Tələbələrə hər bir imtahana hazırlaşmaq üçün 2 gündən az olmayaraq vaxt ayrılmasını təmin etsinlər;
16.3. Akademik borcu olan, üzurlü və ya üzürsüz səbəbdən imtahanda iştirak etməyən tələbələrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 257 nömrəli “Qərarı”nın 3.2.14-cü bəndinə əsasən həmin fənlərdən imtahanı vermək üçün şərait yaratsınlar;
16.4. İmtahanların obyektiv və şəffaf keçirilməsi, həmçinin tələbələrin imtahanlara vaxtında gəlməsini təmin etsinlər;
16.5. İmtahan cədvəllərinin akademik qrup və kafedraların təklifləri nəzərə alınmaqla sessiyaya ən azı 15 gün qalmış tərtib edib tədris işləri üzrə prorektorun təsdiqinə təqdim etsinlər;
16.6. İmtahan sessiyası dövründə tələbələrin mədəni – kütləvi tədbirlər keçirməsinin dayandırılmasını təmin etsinlər;
16.7. İmtahan sessiyasının nəticələri haqqında məlumatı (müəyyən edilmiş forma üzrə) 2024-cü il fevral ayının 15-dək tədris hissəsinə təqdim və AKU-EU-Elektron idarəetmə sisteminə daxil etsinlər;
16.8. Fənn üzrə ayrılmış auditoriya saatlarının müəyyən edilmiş həddən çoxunda üzürsüz səbəbdən iştirak etməyən və bu səbəbdən imtahana buraxılmayan tələbələrin həmin fənləri mövcud qaydalara uyğun olaraq yenidən dinlənməsi və kredit qazanmasına şərait yaratsınlar;
16.9. Cari tədris ilinə qeydiyyatdan keçməyən və payız semestrinin sonunadək Univertsitetlə əlaqə saxlamayan, (verilmiş akademik məzuniyyətin müddəti başa çatmış və bərpa üçün müraciət etməyən, həmçinin başqa ali təhsil müəssisəsindən köçürülmüş və ya bərpa edilmiş) tələbələr barədə müvafiq tədbirlər görülməsi üçün rektora təqdimat verilməsini təmin etsinlər;
16.10. İmtahanların obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə sessiya başlanana qədər imtahan nəzarətçilərinin tərkibini hazırlayıb imtahan qərargahına (dos.F.Quliyevə) təqdim etsinlər;
16.11. İmtahan sessiyasınadək dərsə davamiyyət, seminar məşğələləri, sərbəst işlərin yerinə yetirilməsi və kollokviumların nəticələrinin müəyyən edilmiş forma üzrə ümumiləşdirilməsini təmin etsinlər;
16.12. Akademik təqvimə uyğun olaraq 5-ci imtahan həftəsində (26 yanvar 1 fevral) əvvəlki semestrlərdən qalmış akademik borcların ləğvi və tətilin 2-ci həftəsində (9-15 fevral) cari sessiyadan yaranmış akademik borcların ləğvi mövcud “Qaydalar”a uyğun olaraq təşkil edilsin;
16.13. İmtahanların cədvəl üzrə, mərhələlərlə səhər saat 900–dan 1800–dək başa çatmasını təmin etsinlər;
17. Tapşırılsın Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə), Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektora (prof.,A.Quliyevaya) və Rektorun müşavirinə (Q.Allahverdiyevə) ki, “Tədris” və “Keyfiyyət təminatı” şöbələri (dos.V.Gərayev), () A.Z.Quliyeva ilə birlikdə:
17.1. İmtahan sessiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Elm və Təhsil Nazirliyinin mövcud “Qaydalar”ı və “Əsasnamə”lərinin tələblərinə uyğun keçirilməsinə və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinə nəzarəti təmin etsinlər;
17.2. İmtahanların keçirilməsində nizam – intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə fənni tədris edən müəllim ilə birlikdə, həmin fənn üzrə mütəxəssis olmayan iki nəfər nəzarətçinin iştirakını təmin etsinlər;
17.3.Universitetdə qiymətləndirmə, tənzimetmə və nəzarət funksiyasını yerinə yetirən “Keyfiyyət təminatı” şöbəsi və (A.Z.Quliyev) “Monitorinq və qiymətləndirmə” bölməsinin imtahan üçün ayrılmış vaxt (2 saat) başa çatdıqdan sonra tələbələrdən “cavab” vərəqlərinin yığılmasını, onların məsul şəxs tərəfindən kodlaşdırılmasını və fənni tədris edən müəllim tərəfindən İmtahan qərargahında yoxlanılaraq qiymətləndirilməsini təmin etsinlər;
17.4. İmtahan sessiyası prosesində baş verə biləcək münaqişələri aradan qaldırmaq üçün imtahan sessiyası başlanana qədər Universitet və fakültələr üzrə Apelleyasiya Komissiyasının yaradılmasını, qaynar xəttin mövcudluğunu və İmtahan qərargahının fəaliyyətini təmin etsinlər;
17.5. Tələbələrin imtahan – yazı işlərinin imtahan sessiyasından sonra kafedrada bir semestr saxlanılmasına nəzarəti təmin etsinlər;
17.6. İmtahanların gedişinə, cədvəl üzrə keçirilməsinə və vaxtında başlanılmasına nəzarəti təmin etsinlər;
17.7. Kitabxana və oxu zalının sessiya dövründə ahəngdar işləməsinə nəzarəti təmin etsinlər;
17.8. İmtahan sessiyası dövründə Universitetin tədris korpusuna və imtahan keçirilən auditoriyaya kənar şəxslərin (rektorluğun nümayəndəsindən başqa) daxil olmasına yol verilməməsini təmin etsinlər;
17.9. İmtahan nəticələrinin imtahan vərəqəsində müəyyən edilmiş qaydada yazılmasını və AKU-EU Elektron idarəetmə sisteminə daxil edilməsini təmin etsinlər;
17.10. İmtahan sessiyasının obyektiv və mütəşəkkil keçirilməsi üçün fakültələri və kafedraları müvafiq normativ – hüquqi sənəd blankları ilə təmin etsinlər;
17.11. İmtahan sessiyasının mütəşəkkil keçirilməsi, daxili intizam qaydalarına ciddi əməl edilməsi, təhsil haqqının ödənilməsi, valideynlərin qəbulu və imtahanlarda iştirakı, tələbələrin apelleyasiya şikayəti və Apelleyasiya Komissiyasının işinə məsul şəxslər kimi nəzarəti təmin etsinlər;
18. Elm və innovasiyalar üzrə prorektor (prof.,B.Ataşov) imtahan sessiyası dövründə Universitetin zəruri maliyyə ehtiyacları və onların ödənilməsi imkanlarını müəyyən edib rektora məlumat versin.
19. Təsərrüfat şöbəsi (Ə.Quliyev), Təhlükəsizlik xidməti (dos.M.Hüseynov)və “Dispetçer xidməti” (V.Şirinova) imtahan sessiyası gedişində tədris auditoriyalarının, kabinet və laboratoriyaların, həmçinin tədris – köməkçi sahə və otaqların istilik sistemi və elektrik təminatı, yanğın və mühafizə təhlükəsizliyini, tələbələrin Universitetin həyətində və binanın daxilində siqaret çəkməməsinə, mühafizəçilərin işinə məsuliyyətin artırılmasına, kənar şəxslərin Universitet binasına icazəsiz girişi və çıxışına nəzarəti təmin etsinlər.
20.İKT sektoru (S.Ramazanov) bu əmrin Universitetin internet saytında yerləşdirilməsini, auditoriyalarda imtahan prosesinin gedişini və dəhlizlərdə kamera və video görüntülərinin izlənməsini təmin etsin.
21. Rektorun müşaviri (Q.Allahverdiyev) imtahan prosesinin gedişi, tələbələrin hər hansı şikayəti, təhsil haqqı və digər məsələlər barədə onların və valideynlərinin müraciətini qeydə alsın və rektora mütəmadi olaraq məlumat versin.
22. Mətbuat və ictimai işlər xidməti (T.Əkbərov) imtahan sessiyasının gedişi və nəticələri barədə KİV nümayəndələrinə və ictimaiyyətə mütəmadi olaraq məlumat verilməsini təmin etsin.
23. İmtahanların obyektiv keçirilməsini müşayət etmək istəyən valideynlərin şəxsiyyət vəsiqələri əsasında mövcud “Qaydalar” və tələblər gözlənilməklə imtahan zallarına buraxılması təmin edilsin. 24. Ümumi işlər üzrə prorektor (dos.T.Şükürov) və “İnsan resursları və daxili nəzarət” şöbəsinin rəisi (Z.Nazıyev) bu əmrdən irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
25. Ümumi şöbə (S.Zahidova) bu əmrin surətinin çoxaldılıb müvafiq struktur bölmələrə paylanmasını təmin etsin.
26. Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin. Əsas: 2023/2024-cü tədris ili payız semestri qış imtahan sessiyasına hazırlıq barədə rektorun göstərişi.
Əmr № 01-F 103 (23.05.2023)
Universitetdə 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası üçün İmtahan qərargahının yaradılması və Apellyasiya Komissiyasının təşkili haqqında
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2023-cü il 17 may tarixli 3-29/3-2-285F/2023 nömrəli əmrinin müvafiq bəndlərinə əsasən Universitetdə 2022/2023-cü tədris ili yaz semestrinin imtahan sеssiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə
Ə M R E D İ R Ə M :
1. Universitetdə aşağıdakı tərkibdə “İmtahan qərargahı” və “Apellyasiya Komissiyası” yaradılsın:
1.1. Quliyev Fikrət Vəli oğlu – i.f.d., dos. -Tədris işləri üzrə prorektor – sədr
1.2. Quliyeva Aygün Eldar qızı – i.e.d., prof.- Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor – müavin
1.3.Allahverdiyev Qara Allahverdi oğlu – Rektorun müşaviri
1.4.Gərayev Vahid Vaqif oğlu–i.f.d., dos. – Tədris şöbəsinin müdiri, üzv
1.5.Nazıyev Zakir Cəlal oğlu–İnsan resursları və daxili nəzarət şöbəsinin rəisi, üzv.
1.6.Quliyeva Aynur Zülfüqar qızı – Keyfiyyət təminatı şöbəsinin müdiri
1.7.Müvafiq fakültə dekanları və kafedraların müdirləri, üzv
2.Tapşırılsın İmtahan qərargahı və Apellyasiya Komissiyasının sədrinə (dos.F.V.Quliyevə):
2.1. imtahanların keçirilməsinda şəffaflığa, nizam-intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə fənni tədris edən müəllimlərlə birlikdə müvafiq nəzarətçinin iştirakını təmin etsin;
2.2. imtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra tələbələrin biliyinin
qiymətləndirilməsinin imtahanın sonunda – tələbələrə elan edilməsini təmin etsin;
2.3. İmtahan qərargahı və Apellyasiya Komissiyasının üzvləri arasında vəzifə bölgüsünü, nəzarətçilərin iştirakını və onların məsuliyyətini müəyyən etsin;
2.4. Fakültələr üzrə də appelyasiya komissiyalarının yaradılmasını, onların işinə nəzarəti və ehtiyac yarandıqda tələbələrin ərizə və şikayətlərinə Universitet üzrə Appelyasiya Komissiyasında baxılmasının obyektivliyini təmin etsin.
3. İmtahanlarda tələbənin biliyinin qiymətləndirilməsi imtahan biletləri əsasında yazılı formada aparılsın.
4. Tapşırılsın Rektorun müşavirinə (Q.Allahverdiyevə) ki, tələbələrin şikayəti və Appelyasiya Komissiyasında baxılmasına nəzarəti təmin etsin, nəticələri barədə vaxtaşırı Rektoru məlumatlandırsın.
5.“İKT” sektoru (S.Ramazanov) bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas: “İmtahan sеssiyasının təşkili və keçirilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2023-cü il 17 may tarixli 3-29/3-2-285F/2023 nömrəli əmri.
Əmr № 01-F 102 (23.05.2023)
Azərbaycan Kooperasiya Universitetində 2022/2023-cü tədris ili yaz semestri imtahan sessiyasının təşkili və keçirilməsi haqqında
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “İmtahan sеssiyanın təşkili və keçirilməsi barədə” 2023-cü il 17 may tarixli 3-29/3-2-285F/2023 nömrəli əmrinin icrasını təmin etmək və Universitrtdə 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili məqsədilə “Azərbaycan Kooperasiya Universiteti haqqında Nizamnamə”nin müvafiq bəndlərini rəhbər tutaraq
Ə M R E D İ R Ə M:
1.Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “İmtahan sеssiyasının təşkili və keçirilməsi barədə” 2023-ci il 17 may tarixli 3-29/3-2-285F/2023 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.
2.Azərbaycan Kooperasiya Universitetində 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sеssiyası 2023-cü il iyun ayının 1-dən başlamaqla 5 həftə müddətində – iyulun 5-dək keçirilsin.
3.İmtahan sessiyası və ixtisaslar üzrə Yekun Dövlət Attestasiyasının təşkili zamanı “Tibbi ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronovirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunsun.
4. İmtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkili olunması təmin edilsin.
5. Universitdə İmtahan qərargahı yaradılsın və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılması təmin edilsin.
6.İmtahanların təşkilində və gedişində nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülsün.
7.Tədris işləri üzrə prorektor (dos. F.Quliyev), Rektorun müşaviri (Q.Allahverdiyev), tədris şöbəsi (dos.V.Gərayev) və İnsan resursları və daxili nəzarət xidməti (Z.Nazıyev) ilə birlikdə:
7.1.İmtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində Universitetdə baş vermiş nöqsanlarla bağlı daxil olan məlumatları operativ araşdıraraq bu hallara yol vermiş şəxslər barədə tədbirlərin görülməsini təmin etsinlər və nəticəsi barədə Universitetin rəhbərliyini və Elm və Təhsil Nazirliyini məlumatlandırsınlar.
7.2.Universitetdə imtahan sessiyası və ixtisaslar üzrə Yekun dövlət attestasiyasının təşkili, keçirilməsi və nəticələri barədə müvafiq arayışları müzakirəyə təqdim etsinlər.
8. Tapşırılsın Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə):
8.1.Fakültələrdə yaz semestrinin imtahan sеssiyasının nəticələrini təhlil edib müvafiq arayışları Elmi şuranın növbəti iclasının müzakirəsinə təqdim etsin.
8.2. İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Universitetin rektoruna və Elm və Təhsil Nazirliyinə yekun hesabat təqdim etsin.
9.Tədris şöbəsi (dos.V.Gərayev), Mətbuat və ictimai işlər xidməti (T.Əkbərov) və “İKT” sektoru (S.Ramazanov) Elm və Təhsil Nazirliyinin (“Qaynar xətt xidməti, telefon:146)” və Universitetin (“Qaynar xətt” xidməti tel: (012) 562-85-17) “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sеssiyasının gedişi barədə tələbələrə, onların valideynlərinə və ictimaiyyətə müntəzəm olaraq məlumat verilməsini təmin etsinlər.
10. İKT sektoru (S.Ramazanov) bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsin.
11.Ümumi şöbə (Z.Əliyeva) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.
12. Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas:Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-ci il 17 may tarixli 3-29/3-2-285F/2023 və rektorun sərəncamı.
Əmr № 01-F 93 (08.05.2023)
2023/2024-cü tədris ilinə hazırlıq haqqında
Azərbaycan Kooperasiya Universitetinin 2023/2024-cü tədris ilinə hazırlığı məqsədilə
Ə M R E D İ R Ə M:
1. Azərbaycan Kooperasiya Universitetinin 2023/2024-cü tədris ilinə hazırlığı vəziyyətini yoxlamaq üçün aşağıdakı tərkibdə ümumuniversitet komissiyası təşkil edilsin:
I. Komissiyanın sədri:
1.1. Quliyev F.V. – i.e.n.,dos., Tədris işləri üzrə prorektor
II. Komissiyanın üzvləri:
1.2. Ataşov B.X. – i.е.d., prof, Elm və innovasiyalar üzrə prorektor – müavin
1.3. Quliyeva A.E.–i.e.d., prof., Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor
1.4. Allahverdiyev Q.A.- Rektorun müşaviri
1.5.Şükürov T.Ş – i.е.n., dosent, Ümumi işlər üzrə prorektor
1.6. Gərayev V.Q. –i.f.d.,dosent, Tədris şöbəsinin müdiri
1.7. Nazıyev Z.C. – İnsan resursları və daxili nəzarət şöbəsinin müdiri
1.8. Quliyev Ə.Ə. – Təsərrüfat şöbəsinin müdiri
1.9. Müvafiq fakültə dekanları, kafedra müdirləri və struktur bölmə rəhbərləri.
2. Universitetdə tədris işinin təşkilinin aşağıdakı qaydaları müəyyən edilsin:
2.1.Tədris işinin təşkili mövcud normativ-hüquqi sənədlər əsasında həyata keçirilsin.
2.2.Ştat cədvəli üzrə işləyən professor-müəllim heyətinin hər birinin tədris yükünün 500 saatdan az olmamasını və ayrılan akademik yükün ən azı 60 faizinin aktiv, yəni mühazirə, seminar, laboratoriya və praktiki məşğələlərdən ibarət olmasına ciddi əməl edilsin.
2.3.Bir müəllim hesabı ilə orta faktiki dərs yükü 550 saatdan yuxarı olan kafedralarda artıq qalan akademik yük aktiv saatın həddi (ən azı 60 faizi) gözlənilməklə Universitetin professor-müəllim heyəti, dərs demək hüququ olan tədris – köməkçi heyəti və digər əməkdaşları, həmçinin kənardan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər arasında əvəzçiliklə və ya saathesabı ödəniş əsasında bölüşdürülsün.
2.4. 2023/2024-cü tədris ilinin tədris işinin təşkilində fakültələrin, fakültəyə daxil olan kafedraların və ixtisasların kodu və adı, həmçinin buraxılış kafedralarının tərkibinə daxil olan ixtisaslar (əlavə №1) və kafedralara aid olan fənlərin kodlu siyahısının (əlavə №2) təsdiqi barədə rektorun 2023-cü il 06 aprel tarixli F-72 və digər müvafiq əmrləri nəzərə alınsın.
2.5.Laboratoriya və məşğələ dərslərində (Xarici dil, Azərbaycan dili, İnformatika və s.) tədris qruplarının yarımqruplara bölünməsi imkanları nəzərə alınsın.
3. Tapşırılsın müvafiq fakültə dekanlarına, “Tədris” “Qiyabi”, “Magistratura” və “Təcrübə” şöbələrinin müdirlərinə ki, aidiyyatı üzrə:
3.1. 2023/2024-cü tədris ili üçün təhsilin bakalavriat və magistratura səviyyələrində akademik yüklərin kafedralara bölgüsünü Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müvafiq əmrləri ilə təsdiq edilmiş normativ sənədlərə, tədris illik işçi tədris planlarına uyğun olaraq aparsınlar.
3.2. İxtisasların tədris qrafiki (F-2), ixtisaslar üzrə illik işçi tədris planı (F-3 ) və tələbənin fərdi tədris planını (F-4) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərar”ı ilə təsdiq edilmiş Qaydalar”ın və Təhsil Nazirliyinin 21.04.2014-cü il tarixli 40 nömrəli əmri ilə təsdiq edilmiş formalarının tələbləri gözlənilməklə hazırlayıb, 2023-cü il may ayının 30-dək tədris işləri üzrə prorektorun (dos.F.Quliyev) təsdiqinə təqdim etsinlər;
3.3. İxtisasın illik işçi tədris planı (F-3) və tədris qrafiki (F-2) əsasında kafedralar üzrə hazırlanmış dərs yükünün bölgüsünü 2023-cü il may ayının 30-dək müvafiq kafedralara verilməsini təmin etsinlər;
3.4. Yeni tədris ilində tələbə qəbulu planının icrası ilə əlaqədar 1-ci kurslarda dərs aparan müəllimlərin akademik yükünün sentyabrın 15-dək dəqiqləşdirilməsini təmin etsinlər;
3.5. Kafedralara dərs yükünün verilməsində kafedralarda tədris olunan fənlərin ayrı – ayrı ixtisaslar üzrə təsdiq edilmiş tədris planlarına uyğun olmasını təmin etsinlər;
3.6. Yaz semestri və əsasən akademik borcların ləğv edilməsi məqsədilə təşkil edilmiş yay semestrinin imtahan sessiyası qurtardıqdan sonra 10 gün müddətində sessiyanı müvəffəqiyyətlə başa vurmuş tələbələrin növbəti təhsil ilinə keçməsi barədə fakültədaxili sərəncam versinlər.
3.7. Yeni dərs ilinin tədris prosesi üçün fənlərin zəruri proqram-metodiki təminatı və digər tədris sənədlərinin vəziyyətinin yoxlanılmasına rəhbərliyi təmin etsinlər;
3.8. Məzunların dekanlıqda olan şəxsi işlərini – tədris dövrü ərzində müvəffəqiyyət göstəriciləri, fərdi plan, tələbənin şəxsi işi və digər aidiyyatı sənədləri müəyyən edilmiş qaydada tərtib edib tədris şöbəsinin tələbə – məzun bölməsinə və arxivə təhvil versinlər;
3.9. Yeni dərs ilində Universitetə qəbul olunmuş tələbələr üçün tələbə vəsiqəsi bileti, qiymət (və ya onları əvəz edən sənədlər) və şəxsi işlərinin nömrəsi eyni olmaqla №23001-dən başlanır. Burada “23” rəqəmi tələbələrin qəbul ilini, “001” rəqəmi isə tələbələrin sıra nömrəsini göstərir.
3.10. Tədris qruplarında sıxlıq maddi-texniki bazadan asılı olaraq 15.30 nəfər müyyənləşdirilir. Eyni ixtisas üzrə tədris qrupunda tələbələrin sayı 30 nəfərdən az olduqda qrupun bölünməsi aparılmır. Bəzi spesifik məşğələ (Xarici dil, Azərbaycan dili və laboratoriya) dərsləri üzrə tədris qrupları müvafiq normativlərə uyğun olaraq yarımqruplara bölünə bilərlər.
3.11. Humanitar və peşə hazırlığı fənləri bölümlərinə daxil olan fənlər üzrə kreditlərin və ya auditoriya saatlarının miqdarı və tədris edilən fənnin məzmunu proqram üzrə eyni olduqda tələbələrin sayından asılı olaraq mühazirə dərslərində tədris (akademik) qruplarının birləşdirilməsini nəzərə alsınlar;
3.12. Birinci kurs tələbələrini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura və səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” və 14.06.2017-ci il tarixli 257 nömrəli Qərarı ilə ona edilmiş dəyişiklik (ARTN-21.01.2014,əmr №40) ilə tanış etməklə sentyabrın 10-dək onlara fərdi tədris planlarını (F-4) təqdim etsinlər;
3.13. Yeni tədris ilinin əvvəlində tələbələri mövcud “Qaydalar”a uyğun olaraq hazırlanmış zəruri yaddaş, informasiyaverici və digər məlumatlandırıcı vəsaitlərlə təmin etsinlər, Universitetin daxili intizam qaydaları, o cümlədən tədris korpusunun həyətində və daxilində siqaret çəkilməsinin və dərs vaxtı mobil telefonlardan istifadənin qadağan olunması, təhsil haqqı, dərsə davamiyyət və akademik borca görə əlavə dərs keçirilməsi (kredit toplamaq) və ödəniş edilməsi barədə məlumatlandırsınlar;
3.14. Hər tədris ili üçün ixtisasın tədris qrafiki (F-2) əsasında tələbənin illik fərdi tədris planının (F-3) vaxtında hazırlanmasına nəzarəti təmin etsinlər;
3.15. Növbəti tədris ili üçün tələbələrin fərdi tədris planı (F-4) hazırlanarkən buraya ilk növbədə əvvəlki illərdən qalmiş akademik borcların yarandığı fənlərin daxil edilməsini təmin etsinlər;
3.16. Kafedralarda akademik yüklərin vaxtında və düzgün hesablanmasına, müəllimlər arasında bölünməsinə, müəllimlərin illik işçi tədris planlarının (F-5) təsdiqi zamanı tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş tədbirlərin nəzərdə tutulmasına və həyata keçirilməsinə nəzarəti təmin etsinlər;
3.17. Yuxarı kurs tələbələrinin fərdi tədris planlarını (F-4) iyulun 5-dən 15-dək tyutorlara təqdim etmələrinə nəzarəti təmin etsinlər;
3.18. Akademik borcu, fənn fərqləri və əlavə kredit toplamaq üçün tələbələrin 6 həftəlik yay semestrinə qeydiyyatı 2022-cu il iyulun 06-dan 12-dək başa çatsın.
3.19. Yay semestrinin 1-ci həftəsi- 20-26 iyul, 2-ci həftəsi- 27 iyul 2 avqust, 3-cü həftə – 3-9 avqust, 4-cü həftə 10-16 avqust, 5-ci həftə 17-23 avqust, imtahan həftəsi 24-30 avqust tarixləri müəyyən edilsin.
3.20. Tədris hissəsinə 2023-cü il iyulun 10-dək aşağıdakı sənədləri təqdim etsinlər:
– Cari tədris ili üçün illik hesabatları;
– Yaz və yay (təşkil olunarsa) semestrinin imtahan sessiyasının yekunları haqqında məlumatı (müəyyən edilmiş forma üzrə);
– Yeni tədris ili üçün fəaliyyət sahələrinin iş planı;
– Fakültə və digər struktur bölmələrin yeni tədris ilinə hazırlığı barədə aktı;
– Dövlət Attestasiyasından müvəffəqiyyətlə keçmiş bakalavr və magistr məzunların universiteti bitirmələri barədə təqdimat və əmr layihəsini;
4. Kafedra müdirləri 2023-cü il 30 iyun tarixədək aşağıdakı sənədləri hazırlasınlar və müzakirə etsinlər:
4.1.Yeni tədris ili üçün kafedranın iş planı;
4.2.Yeni dərs ili üçün müəllimlərin illik işçi tədris planı (F-5);
4.3.Tədrisin keyfiyyətinə nəzarət planı (açıq və qarşılıqlı dərslərin planı);
4.4.Müəllimlərin tədris–elmi tədqiqat işlər üzrə illik işçi tədris planlarının yerinə yetirilməsi barədə hesabatı;
4.5. Müəllimlər arasında pedaqoji işin semestrlər üzrə bölgüsü (dərs yükü);
5. Kafedra müdirləri məzuniyyətə gedənək tədris işləri üzrə prorektora aşağıdakı sənədləri təqdim etsinlər:
5.1. Cari tədris ili üçün kafedranın işi haqqında hesabat;
5.2. Hesabat ili üçün dərs yükünün yerinə yetirilməsi haqqında məlumat (müəyyən edilmiş forma üzrə);
5.3. Yeni tədris ili üçün pedaqoji yükün bölgüsü haqqında məlumat (işçi tədris planın bütün bölmələri üzrə müəyyən edilmiş formada);
5.4. Fakültə dekanlıqları tərəfindən ixtisasın illik işçi tədris planları (F-3) əsasında hazırlanmış və kafedraya verilmiş dərs yükünün kafedranın müəllimləri arasında bölgüsünü;
5.5. Saathesabı ödəniş və əmək müqaviləsi ilə işləyəcək müəllimlərin dərs yükü bölgüsünü və təqdimatı;
5.6. Kafedrada yaranmış vakansiya dərs yükünü fənlər üzrə tam məzmunda təqdim etmək;
5.7. Professor-müəllim heyətinə dərs yükünü – 500 saatdan az olmamaqla və ehtiyac yaranarsa 550 saat daxilində bölmək, əlavə ştat vahidi və ixtisar haqqında rektorluğa təqdimat vermək;
5.8. Bəzi spesifik fənlərin məşğələ (İnformatika, Xarici dil, Azərbaycan dili, Rus dili və s.) və laboratoriya dərslərinin müəyyən edilmiş qaydada yarımqruplara bölünməsinin zəruriliyi barədə məlumatı.
6. “Professor – müəllim heyətinin tədris işi üçün vaxt norması”na uyğun olaraq kafedra müdirləri illik dərs yükü bölgüsündə aşağıdakı normativ qaydaları nəzərə alsınlar:
6.1. Mühazirə, seminar, laboratoriya və praktiki məşğələlərə ayrılan vaxtın həcmi illik dərs yükünün 60 faizindən az olmamalıdır;
6.2. Mühazirələr bir qayda olaraq əsasən professor və dosentlər tərəfindən aparılır. (ARNK qərarı: 23.04.2010 №75);
6.3. Seminar, praktiki məşğələ, laboratoriya işləri və s. bir qayda olaraq əsasən baş müəllim, müəllim tərəfindən aparılır (ARNK qərarı: 23.04.2010 №75);
6.4. Professor-müəllim heyatinin ümumi illik iş həcminin 500 saatı (1 stavka üçün ) dərs yüküdür; (ARTN- əmri: 04.02.2011, №194).
6.5. Rektorun razılığı ilə müstəsna hallarda yüksək pedaqoji təcrübəyə malik professor-müəllim heyətinə 1,5 ştat vahidi dərs yükü aparmağa icazə verilir;
6.6. Professorların illik dərs yükünün 25-40 faizi (125-200saat) mühazirə, 25-40 faizi (125-200 saat) kurs, buraxılış və magistr dissertasiya işlərinə rəhbərlik və məsləhət saatları, qalan hissələrini isə seminar, praktiki məşğələ və laboratoriya dərsləri təşkil edir;
6.7. Dosentlərin və 5 ildən çox pedaqoji staja malik baş müəllimllərin illik dərs yükünün 60 faizdən az olmayan hissəsini seminar, praktiki məşğələ və laboratoriya dərsləri təşkil edir;
6.8. Müəllim və assisentlərin dərs yükü əsasən seminar və praktiki məşğələlərdən, elmi dərəcəsi olan assisentlərin dərs yükü həm də, kurs və buraxılış işlərinə rəhbərlikdən ibarət ola bilər;
6.9. Elmi dərəcəsi olan assistentlərə fakültə elmi şurasının razılığı ilə ixtisas kurslarından mühazirə aparmağa icazə verilə bilər;
6.10. İmtahanqabağı məsləhət saatları bir akademik qrup üçün 2 saat, imtahanda iştirak və imtahan-yazı işlərinin yoxlanması 3 tələbəyə -1saat; kurs işinə rəhbərlik, işin qəbulu, rəy yazılması və qiymətləndirilməsi – 1 iş üçün 2 saat; buraxılış işinə rəhbərlik, məsləhət və rəy yazılması – 1 iş üçün 16 saat (buraxılış işi olduqda), təcrübəyə rəhbərlik, hesabatın yoxlanması qəbulu və qiymətləndirilməsi bir iş günündə hər qrup üçün 2 saat. (T-00 “Təcrübə” T.01-T.04 Tərcümənin tərkibi üzrə ayrılan akademik saatların həcmi müvafiq ixtisasların işçi tədris planlarının VIII semestrdəki böıgüsünə uyğun olaraq aparılı).
6.11. İstehsalat, diplomqabağı, Elmi-tədqiqat və Elmi-pedaqoji təcrübənin hesabatı və onların müdafiəsi müəyyən edilmiş qaydaya uyğun olaraq təcrübə rəhbərləri (müəllim) tərəfindən rektorun 2017-ci il 27 dekabr tarixli 236 nömrəli əmri ilə təsdiq edilmiş meyarlara uyğun olaraq мüvafiq balla qiymətləndirilir;
6.12. Maqistratura səviyyəsində elmi adı və ya elmi dərəcəsi olan, həmin magistr təhsil proqramı üzrə ən azı bir əsas və ya ixtisas kursunu aparan professor-müəllim heyyətinə dərs aparmağa icazə verilir;
6.13. Magistr dissertasiyasının mövzusu üzrə məsləhət tədrıs ilində hər tələbəyə görə 10 saat, magistr dissertasiyasına rəhbərlik tədris ilində hər tələbəyə görə 40 saat, (bir nəfərə 5-dən çox tələbə magistra rəhbərlik etməyə icazə verilmir), ixtisas fənləri üzrə referatların yoxlanılması bir referat üçün 2 saat nəzərdə tutulur;
6.14. Kafedrada olan artiq dərs yükünü ilk növbədə könüllülük əsasında saathesabı qaydada kafedranın müəllimləri arasında bölgüsünü təmin etmək;
6.15. Kafedrada 240 saatadək dərs yükünün saathesabı qaydada mütəxəssis müəllimlərə verilməsi və kənardan cəlb edilməsi.
6.16. Kafedrada dərs yükünün azalması səbəbindən müəllimin ixtisarı barədə kafedranın qərarını 2023-cü il iyunun 30-dək rektora təqdim etmək;
6.17. Zəruri hallarda tədris ili ərzində dərs yükünün dəyişdirilməsi yalnız tədris işləri üzrə prorektorun razılığı ilə həyata keçirilə bilər.
7. Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor (prof.A.Quliyeva) Universitetin xarici ölkələrin ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlığın, mübadilə proqramı çərçivəsində tələbə-müəllimlərin tədris-elmi əlaqələrinin və əcnəbi tələbələrin Universitetdə təhsilə cəlb edilməsi istiqamətində işlərin daha da gücləndirilməsini təmin etsin.
8. Elm və innovasiyalar üzrə prorektor (prof.B.Ataşov) “Elm və doktorantura” və “Magistratura” şöbəsində aparılan və yerinə yetirilən elmi tədqiqatların keyfiyyətinə və “Plagiat”lılığın nəzərdə tutulan normaya uyğunluğuna nəzarəti təmin etsin.
9. Tapşırılsın tədris şöbəsinə (dos.V.Q.Gərayevə):
9.1. Dekanlıqları, kafedraları, “Qiyabi”, “Magistratura” və “Təcrübə” şöbələrini vaxtında zəruri normativ-metodiki sənəd blankları ilə təmin etsin;
9.2.Universitetə qəbul olunmuş, köçürülmüş, ixtisasını və təhsil formasını dəyişmiş, bərpa və xaric olunmuş tələbələrin , həmçinin məzunların yeni dərs ilinin başlanğıcınadək “Tələbə – məzun” Dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etsin;
9.3. Fakültə dekanları, “Qiyabi”, “Magistratura” şöbələri tərəfindən ixtisas və kurslar üzrə hazırlanmış tədris qrafiki (F-2) və illik işçi tədris planlarını (F-3) və qiyabi təhsilin tədris prosesinin vahid qrafikini 2023-cü il 30 may tarixədək tədris işləri üzrə prorektorun təsdiqinə versin;
9.4.Yeni ixtisaslar üçün müvafiq ixtisas kafedralarının iştiraki ilə ixtisasın tədris planlarının (F-1) hazırlanmasını təmin etsin;
9.5.Fakültə dekanları ilə birlikdə 2023/2024-cü tədris ili üçün bakalavriat və magistratura səviyyəsinin ixtisaslar üzrə I kurs akademik qruplarına qəbul planından asılı olaraq müəyyən edilmiş qayda üzrə ardıcıl sıra nömrələrinin verilməsini təmin etsin;
9.6. 2023/2024-cü tədris ilinin payız semestrinin dərs cədvəlinin (F-6) 2023-cü il avqustun 30-dək tərtib edilib tədris işləri üzrə prorektorun təsdiqi üçün təqdim edilməsini təmin etsin.
10. “Beynəlxalq əlaqələr” şöbəsi (N.Əsgərova və S.Abbasəliyeva) tədris ilinin sonuna tələbələr sırasından xaric edilən, bərpa olunan və akademik məzuniyyət verilən, həmçinin yeni dərs ilində Universitetə qəbul olunmuş əcnəbi tələbələr barədə məlumatların mövcud “Qaydalar”a uyğun olaraq müəyyən edilmiş müddətdə atis.ebu.az. portalında qeydə alınması və Dövlət Miqrasiya xidmətinə bildirilməsini təmin etsinlər.
11. “Keyfiyyət təminatı” şöbəsi (A.Quliyeva) “Tədris” şöbəsi (V.Gərayev) ilə birlikdə aidiyyatı üzrə tədrisə və imtahanların keçirilməsi prosesinə nəzarəti təmin etsin.
12. Tapşırılsın akademik məsləhətçi (tyutor) xidmətinə:
12.1. Tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək;
12.2. Tələbələrin fərdi tədris planlarının (F-4) tərtibi üçün onlara məsləhət vermək;
12.3. Mövcud “Qaydalar”ın “3.3-cü – Tələbənin fərdi tədris planının tərtibi” və “3.4-cü Yay semestrinin təşkili” bəndlərinin icrasında tam iştirak etmək.
13. Tapşırılsın təsərrüfat şöbəsinə (Ə.Quliyevə):
13.1.Auditoriyaların avadanlıqlarla təminatını başa çatdırmaq və cari təmiri təşkil etmək;
13.2.Universitetin auditoriya fondunu dərs məşğələlərinə hazırlamaq, tədris avadanlıqlarını təmir etdirmək, auditoriyaları stol və stullarla komplektləşdirmək, elektrik xətlərini yanğından mühafizə vəziyyətinə gətirmək;
13.3.Tədris korpusu və yeməkxananın yeni tədris ilinə hazırlığı haqqında təqdimatı 2023-cü il sentyabrın 10-dək rektorluğa təqdim etmək;
13.4. Kafedraların və fənn kabinetlərinin təmiri, onların zəruri mebel və avadanlıqlarla təminatını təşkil etmək;
14. Yeni dərs ili üçün universitetin hazırlığını yoxlayan umumuniversitet komissiyasına tapşırılsın:
14.1. 2023-cü il iyul – avqust ayları ərzində tədris auditoriyalarının, ayrı – ayrı fakültə, kafedra və digər struktur bölmələrin yeni tədris ilinə hazırlığının nəzarət yoxlamasını keçirmək;
14.2. Universitetin yeni tədris ilinə hazırlığı aktını 2023-cü il avqustun 30-dək Rektorun müşavirinə (Q.Allahverdiyevə) təqdim etmək.
15. Yeni tədris ilində Universitetdə dərs məşğələlərinin təşkilinin aşağıdakı qaydası müəyyən edilsin: 15.1. Dərs məşğələləri 2 növbə olmaqla 1-ci növbə – səhər saat 830 dan 1300-dək; II növbə -1330dan 1750dək;
15.2. Dərs məşğələləri bir akademik saat 40 dəqiqə olmaqla 2 akademik saatda birləşərək 80 dəqiqədə keçirilsin;
15.3. Hər akademik qoşa saatdan bir fasilə verilsin: Birinci dərslə 2-ci dərs arasında 10 dəqiqə, 2– ci dərslə 3-cü dərs arasında 20 dəqiqə, növbələrarası tənəffüs 30 dəqiqə.
15.4. Tələbələrin həftəlik dərs yükü və əməkdaşların iş norması 5 günlük iş həftəsi üzrə müəyyən edilsin.
16. Əmrin icrasına nəzarət müvafiq olaraq tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) və rektorun müşavirinə (Q.Allahverdiyevə) həvalə edilsin.
17. Tapşırılsın Ümumi şöbəyə (Z.Əliyevaya) ki, bu əmrin aidiyyatı struktur bölmələrə kağız forması və ya elektron qaydada çatdırılmasını təmin etsin.
Əsas: Yeni dərs ilinə hazırlıqla əlaqədar rektorun göstərişi.
Əmr № 01-F 92 (08.05.2023)
Azərbaycan Kooperasiya Universitetində 2022/2023-cü tədris ili ikinci yarımilinin başa çatması haqqında
Azərbaycan Kooperasiya Universietetində 2022/2023-cü tədris ili ikinci yarımilin başa çatması məqsədilə
ƏMR EDİRƏM:
1. Universitetdə təhsilin bakalavriat və magistratura səviyyələrində tələbələrin 15 həftəlik nəzəri dərs məşğələləri 2023-cü il mayın 31-də başa çatsın.
2. Universitetdə təhsilin bakalavriat və magistratura səviyyələrində 2022/2023-cü tədris ili ikinci yarımilin yaz semestrinin yay imtahan sessiyasının müddəti 2023-cü il iyunun 1-dən iyulun 5-dək müəyyən edilsin.
3. Tələbələrə 2023-cü il iyulun 06-dan sentyabrın 15-dək yay tətili verilsin.
4.Bakalavriat səviyyəsinin əyani və qiyabi təhsil tələbələrinin buraxılış kursunda 6 həftəlik diplomqabağı istehsalat təcrübəsi 2023-cü il mayın 24-dək başa çatsın və mayın 25-dən 31-dək hesabatların qəbulu və müdafiəsi keçirilsin.
5. Universitetdə Yekun Dövlət Attetasiyasının keçirilmə müddəti Dövlət imtahanlarından əvvəl kafedralarda məsləhət saatları təşkil edilməklə 2023-cü il iyunun 1-dən iyulun 5-dək müəyyən edilsin.
6. Qiyabi təhsil tələbələrinin yaz imtahan sessiyası müvafiq ixtisasların tədris qrafikinə uyğun keçirilsin və buraxılış kursları üçün Yekun Dövlət Attestasiyası əyani şöbə tələbələri ilə birlikdə 2023-cü il 01 iyundan 05 iyul tarixədək təşkil edilsin.
7. Magistratura səviyyəsinin buraxılış kursu tələbələrinin Dissertasiya işlərinin hazırlanması müddəti (9 həftə) mayın 17-dək başa çatsın, müdafiəsi (3 həftə) mayın 18-dən iyunun 7-dək müəyyən edilmiş Qaydalara uyğun olaraq “İxtisaslaşdırılmış Şuralar”da keçirilsin.
8. Bakalavriat cəviyyəsində tələbələrin Dövlət Attestasiyası və bakalavriat və magiastratura səviyyələrində semestr imtahanlarının yazılı formada, 5 sualdan ibarət olmaqla imtahan biletləri əsasında aparılması təmin edilsin.
9. Zərurət yaranarsa imtahanların şənbə günü də daxil olmaqla hər gün iki mərhələdə saat 0900-dan 1600-dək keçirilməsinə icazə verilsin.
10. İmtahan sessiyası başlanana qədər Universitet üzrə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılsın.
11. Akademik borcların ləğvi ilə əlaqədar həmin fənləri təkrar dinləmək üçün müəyyən edilmiş ödənişin (kreditin) Elmi şuranın qərarı ilə Universitetin daxili imkanları hesabına ödənilməsi barədə Rektorun 2014-cü il 22 dekabr tarixli 242 nömrəli əmrinin müvafiq bəndləri nəzərə alınsın.
12. Üzürlü səbəbdən imtahanda iştirak etməyən və ya imtahana buraxılmayan tələbələrə növbəti tədris ili başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılsın, təhsil dövründə imtahanlardan qeyri-müvəffəq qiymət alan və ya fənn kredit fərqləri olan tələbələr üçün 2023-cü il iyulun 20-dən avqustun 30-dək 6 həftəlik (sonuncu həftə imtahan sessiyası) yay semestri təşkil edilsin.
13. Tapşırılsın kafedra müdirlərinə, “Qiyabi” və “Magistratura” şöbələrinə: 13.1. İmtahanlara hazırlaşmaq üçün Dövlət Attestasiyası və ayrı – ayrı fənlər üzrə imtahan suallarının əvvəlcədən tələbələrə paylanmasını, əsas nüsxənin kafedranın və müvafiq şöbələrin elektron saytında yerləşdirilməsini təmin etsinlər;
13.2. Yenidən işlənməsinə ehtiyac olan imtahan biletlərinin suallarının yeniləşdirilib müvafiq qaydada kafedra iclasında müzakirə və təsdiqini təmin etsinlər;
13.3. Universitetdə texnoloji infrastrukturun və laboratoriyaların imtahan sessiyasına hazırlığını təmin etsinlər;
13.4. Akademik borcu qalan, imtahanlarda iştirak etməyən və ya müxtəlif səbəblərdən imtahanlara buraxılmayan tələbələrə müəyyən edilmiş qaydada və vaxtda kredit toplamaq üçün əlavə dərslərin keçirilməsini təmin etsinlər;
13.5. Dövlət attestasiyasına buraxılan bakalavriat və magistrant səviyyəsi üzrə tələbələrin “Təcrübə” nəticələrinin yekunu barədə “Təcrübə” şöbəsinə məlumat verilməsini təmin etsinlər;
13.6. Köçürmə və təkrar istifadə hallarına yol verməmək, həmçinin kafedrada saxlama imkanlarının məhdudluğu ilə əlaqədar olaraq kurs işi, imtahan yazı işləri, referat, sərbəst işlər, həmçinin istehsalat təcrübəsi hesabatlarının fənnin tədrisi və ya imtahan sessiyası başa çatdıqdan sonra məhv edilməsini mövcud “Qaydalar”a uyğun olaraq (aktlaşdırmaqla) təmin etsinlər.
14. Tapşırılsın fakültə dekanlarına, “Qiyabi” və “Magistratura” şöbələrinə:
14.1. İmtahan cədvəllərini akademik qrupların təklifləri nəzərə alınmaqla hazırlayıb tədris işləri üzrə prorektorun təsdiqinə versinlər və hər bir imtahana hazırlaşmaq üçün tələbələrə 2 gündən az olmayaraq vaxt ayrılmasını təmin еtsinlər.
14.2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyardan müvəffəqiyyətlə keçmiş bakalavriat və magistrant tələbələr müvafiq olaraq yekun attestasiyası-Dövlət imtahanı və dissertasiya müdafiəsinə buraxılırlar.
14.3. Dövlət Attestasiyasına buraxılacaq tələbələr barədə təqdimatı tədris işləri üzrə prorektorla razılaşdırdıqdan sonra Dövlət imtahanlarının başlanmasına ən azı bir həftə qalmış Rektorun müşavirinə (Q.Allahverdiyevə) təqdim еtsinlər.
14.4. Əvvəlki illərdə Dövlət Attestasiyasına buraxılmış, lakin hər hansı səbəbdən Dövlət imtahanlarında iştirak etməmiş və ya qeyri-müvəffəq qiymət almış tələbələr hərbi xidmətdən möhlət hüququ olduqda Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarının tələbləri gözlənilməklə təkrar Dövlət imtahanlarına buraxıla bilərlər.
14.5. İmtahan biletlərinin mövcud “Qaydalar”a uyğun olaraq 5 sualdan ibarət olmaqla tərtib edilməsi və vaxtında hazırlanmasına nəzarəti təmin еtsinlər.
14.6 .Üzürlü səbəbdən imtahana gəlməyən və ya buraxılmayan tələbəyə həmin fəndən imtahan vermək üçün mövcud Qaydada növbəti tədris ilinin başlanmasına qədər bir dəfə şərait yaradılmasını təmin еtsinlər.
14.7. İmtahanların obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə imtahan sessiyası başlanana qədər imtahan nəzarətçilərinin siyahısını hazırlasınlar və tədris işləri üzrə prorektorun təsdiqinə təqdim etsinlər.
14.8. Dövlət Attestasiyasından sonra məzunların dekanlıqda olan şəxsi işlərinin tədris şöbəsində saxlanılan ilkin (qəbul) şəxsi işlərinə əlavə edilmək üçün şöbəyə və müvafiq olaraq Universitetin arxivinə verilməsini təmin etsinlər.
14.9. Cari tədris ilinə və ya semestrə qeydiyyatdan keçməyib, semestrin sonuna qədər Universitetlə əlaqə saxlamayan tələbələrin xaric edilməsi barədə rektora təqdimat versinlər.
14.10. Yaz semestri imtahan sessiyasının başlanmasınadək kollokviumların, kurs işləri, seminar, laboratoriya və praktiki məşğələlərin, həmçinin dərsə davamiyyətin nəticələrinin yekunlaşdırılıb “Elektron idarəetmə sistemi”nə daxil edilməsini və tələbələrə məlumat verilməsini təmin etsinlər.
14.11. Yekun Dövlət Attestasiyası və İstehsalat təcrübəsinin nəticələrinin qiymətləndirilməsində rektorun 27.12.2017-ci il tarixli 236 saylı əmri ilə təsdiq edilmiş “Qaydalar” əsas götürülsün.
15. Tapşırılsın tədris işləri üzrə prorektora (dos.F.Quliyevə), Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektora (prof.A.Quliyevaya) və Rektorun müşavirinə (Q.Allahverdiyevə) ki, “Tədris” (dos.V.Gərayev) və “Keyfiyyət təminatı” (A.Quliyevaya) şöbələri ilə birlikdə aşağıdakıları təmin etsinlər:
15.1. Yaz semestri imtahan sessiyasının mövcud “Qaydalar”ın tələblərinə uyğun keçirilməsinə və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinə nəzarəti;
15.2. İmtahanların obyektiv və şəffaf keçirilməsini təmin etmək məqsədilə tədris – köməkçi heyətin imtahanlarda nəzarətçi kimi iştirakını;
15.3. Cari tədris ilində Universiteti bitirəcək məzunların siyahısını hazırlayıb tələb olunan sənədlərlə birlikdə müəyyən edilmiş vaxtda Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinə təqdim edilməsini;
15.4. Dövlət Attestasiyası başa çatdıqdan sonra 5 gün müddətində tələbələrin Universiteti bitirmələri haqqında əmr layihəsinin rektorun təsdiqinə verilməsini və həmin əmrin surətinin Elm və Təhsil Nazirliyinə təqdim edilməsini;
15.5. Məzunlara veriləcək diplom blankları və diplom əlavələrinin alınması, doldurulması, onların hər birinin surətinin məzunların şəxsi işinə əlavə edilməklə arxivə verilməsini;
16. Elm və innovasiyalar üzrə prorektor (prof B.Ataşov) “Magistratura” şöbəsi (dos.Ə.Nəbiyev) ilə birlikdə:
16.1. Magistirlik dissertrasiyasının müdafiəsinin Azərbaycan Respublikası Təhsil Nazirinin 1998-ci il 16 noyabr tarixli 742 nömrəli əmri ilə təsdiq edilmiş “Magistr dissertasiyasının müdafiəsi üçün İxtisaslaşdırılmış elmi şuralar haqqənda Əsasnamə”nin tələbləri gözlənilməklə keçirilməsini təmin etsinlər.
17. Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor (prof.A.Quliyeva) “Beynəlxalq əlaqələr” şöbəsinin işi, tələbə mübadiləsi çərçivəsində görülən işlər və əcnəbi tələbələrin Universitetdə təhsilə cəlb edilməsi, həmçinin təlim-tərbiyə işləri barədə rektorluğun məlumatlandırılmasını təmin etsin.
18. Tədris işləri üzrə prorektor (dos.F.Quliyev) tədris şöbəsi (dos.V.Gərayev), “Magistratura” şöbəsi (dos.Ə.Nəbiyev) müvafiq fakültə dekanları və kafedra müdirləri ilə birlikdə;
– imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;
– yaz semestri imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının texniki vasitələrdən maksimum istifadə olunmaqla keçirilməsinə üstünlük versinlər;
– yaz imtahan sessiyası və ixtisaslar üzrə Yekun Dövlət Attestasiyasının təşkili, keçirilməsi və nəticələri barədə müvafiq arayışları Elmi şuranın növbəti iclasının müzakirəsinə təqdim etsinlər.
19. Müvafiq fakültə dekanları, “Qiyabi”, “Magistratura” (dos.Ə.Nəbiyev) və “Təcrübə” şöbələri kafedra müdirləri ilə birlikdə:
– ixtisaslar üzrə Yekun Dövlər Attestasiyasının nəticələrinin mövcud “Qaydalar”ın tələbləri daxilində qiymətləndirilməsini təmin etsinlər.
– təhsilin bakalavriat və magistratura səviyyələrində buraxılış kursu tələbələrinin təcrübələrinin (istehsalat, diplomqabağı, elmi-tədqiqat və elmi-pedaqoji) yekunlaşdırılması prosesi və nəticəsinin müəyyən edilmiş “Qaydalar”a uyğun olaraq qiymətləndirilməsini təmin etsinlər.
20. “Təcrübə” şöbəsi (dos.M.Əfəndiyev) tələbələrin təcrübəsinin təşkili və yekun nəticələri barədə hesabat hazırlasın və tədris hissəsinə (dos.F.Quliyev) təqdim etsin.
21. Rektorun müşaviri (Q.Allahverdiyev) imtahan sessiyası prosesinin obyektiv və şəffaf keçirilməsinə nəzarəti təmin etsin və sessiyanın gedişi barədə vaxtaşırı Universitetin rektorunu məlumatlandırsın.
22. ”İnformasiya texnologiyaları” sektoru (S.Ramazanov) və Rektorun mətbuat və ictimai işlər xidmətinin rəhbərinə (T.Əkbərov) tapşırılsın:
– AKU-nun “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə tələbələrə, onların valideynlərinə və zərurət yarandıqda media subyektlərinə müntəzəm olaraq məlumatın verilməsini təmin etsinlər;
– bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsinlər.
23. Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas:Rektorun 2022/2023-cü tədris ili 2-ci yarımilinin başa çatması, yaz semestri imtahan sessiyasına və Yekun Dövlət Atteatasiyasına hazırlıq barədə göstərişi.
Əmr № F 43 (20.12.2022)
“Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-cü il 15 fevral tarixli 3-29/3-2557/2023 nömrəli əmrinin icrası barədə
Xocalı soyqırımının 31-ci ildönümünün keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-ci il 15 fevral tarixli 3-29/3-2557/2023 nömrəli əmrinin icrası haqqında
Ə M R E D İ R Ə M:
1.”Xocalı soyqırımının 31-ci ildönümü” ilə bağlı Azərbaycan Respublikası Elım və Təhsil Nazirliyin ”Tədbirlər Planı” icra və rəhbərlik üçün qəbul edilsin.
2. “Xocalı soyqırımının 31-ci ildönümü” ilə bağlı Azərbaycan Kooperasiya Universitetinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
3. Bu əmrin 2-ci bəndi ilə təsdiq olunmuş ”Tədbirlər Planı”nda nəzərdə tutulmuş struktur bölmələr və məsul şəxslər aidiyyatı tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
4.Mətbuat və ictimai işlər üzrə xidmətin rəhbəri (T.Əkbərov) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Universitetdə keçirilən tədbirlərin müvafiq qaydada KİV-lərdə və Unuversitetin internet saytında işıqlandlrılmasını təmin etsin.
5.Ümumi şöbə (Z.Əliyeva) bu əmrin və ona əlavənin aidiyyatı struktur bölmələrə çatdırılmasını təmin etsin.
6.Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos. F.Quliyevə) həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Xocalı soyqırımının 31-ci ildönümü” ilə bağlı 15.02.2023-cü il tarixli 3-29/3-2557/2023 nömrəli əmri və əlavə olunmuş “Tədbirlər planı”.
Azərbaycan Kooperasiya Universiteti Rektorunun 20 fevral 2023-cu il tarixli 01-F/38 saylı əmri ilə təsdiq edilmişdir.
Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Azərbaycan Kooperasiya Universitetinin Tədbirlər Planı
Tədbirlər adı : Müvafiq fakültələrdə Xocalı soyqırımına həsr edilmiş xüsusi dərslərin təşkili
İcraçılar : Prorektor, Tədris şöbəsi, Fakültə dekanları
İcraya məsul şəxslər : F.Quliyev, V.Gərayev, fakültə dekanları.
Tarix : 24-25 fevral 2023-cü il
Tədbirlər adı : Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsi, xocalıların müvəqqəti məskunlaşdıqları Nərimanov Rayon ərazisində soyqırımın şəhidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlərin təşkil edilməsi
İcraçılar : Prorektorlar, Mətbuat xidməti, Fakültə dekanları
İcraya məsul şəxslər : F.Quliyev, A.Quliyeva, T.Əkbərov, Fakültə dekanları
Tarix : Fevral 2023-cü il
Tədbirlər adı : Xocalı soyqırımına həsr edilmiş tədbirlərin (ədəb-bədii kompozisiyaların, sənədli və bədii filmlərin nümayişi və s.) keçirilməsi
İcraçılar : Prorektorlar, Fakültə dekanları, kafedralar
İcraya məsul şəxslər : F.Quliyev, A.Quliyeva, Fakültə dekanları, Kafedra müdirləri
Tarix : Fevral 2023-cü il
Əmr № 264 (20.12.2022)
Universitetdə 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası üçün İmtahan qərargahının yaradılması və Apellyasiya Komissiyasının təşkili haqqında
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2022-ci il 16 dekabr tarixli F-721 nömrəli əmrinin müvafiq bəndlərinə əsasən Universitetdə 2022/2023-cü tədris ili payız semestrinin imtahan sеssiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə
Ə M R E D İ R Ə M:
1. Universitetdə aşağıdakı tərkibdə “İmtahan qərargahı” və “Apellyasiya Komissiyası” yaradılsın:
1.1. Quliyev Fikrət Vəli oğlu – i.f.d., dos. -Tədris işləri üzrə prorektor – sədr
1.2. Quliyeva Aygün Eldar qızı – i.e.d., prof.- Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor – müavin
1.3. Gərayev Vahid Vaqif oğlu – i.f.d., dos. – Tədris şöbəsinin müdiri, üzv
1.4. Nazıyev Zakir Cəlal oğlu – İnsan resursları və daxili nəzarət şöbəsinin müdiri, üzv
1.5.Quliyeva Aynur Zülfüqar qızı – “Keyfiyyət təminatı” şöbəsinin müdiri, üzv
1.6. Müvafiq fakültə dekanları və kafedraların müdirləri, üzv
2. Tapşırılsın İmtahan qərargahı və Apellyasiya Komissiyasının sədrinə (dos.F.V.Quliyevə):
2.1. imtahanların keçirilməsinda şəffaflığa, nizam-intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə fənni tədris edən müəllimlərlə birlikdə müvafiq nəzarətçinin iştirakını təmin etsin;
2.2. imtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra tələbələrin biliyinin qiymətləndirilməsinin imtahanın sonunda – tələbələrə elan edilməsini təmin etsin;
2.3. İmtahan qərargahı və Apellyasiya Komissiyasının üzvləri arasında vəzifə bölgüsünü, nəzarətçilərin iştirakını və onların məsuliyyətini müəyyən etsin;
2.4. Fakültələr üzrə də appelyasiya komissiyalarının yaradılmasını, onların işinə nəzarəti və ehtiyac yarandıqda tələbələrin ərizə və şikayətlərinə Universitet üzrə Appelyasiya Komissiyasında baxılmasının obyektivliyini təmin etsin.
3. İmtahanlarda tələbənin biliyinin qiymətləndirilməsi imtahan biletləri əsasında yazılı formada aparılsın.
4. “İKT” sektoru (S.Ramazanov) bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas: “İmtahan sеssiyasının təşkili və keçirilməsi barədə” Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2022-ci il 16 dekabr tarixli F-721 nömrəli əmri və rektorun göstərişi.
Əmr № 263 (20.12.2022)
Azərbaycan Kooperasiya Universitetində 2022/2023-cü tədris ili payız semestri qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “İmtahan sеssiyanın təşkili və keçirilməsi barədə” 2022-ci il 16 dekabr tarixli F-721 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə
Ə M R E D İ R Ə M:
1. Azərbaycan Respublikası Təhsil Nazirinin “İmtahan sеssiyasının təşkili və keçirilməsi barədə” 2022-ci il 16 dekabr tarixli F-721 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.
2.Azərbaycan Kooperasiya Universitetində 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sеssiyası 2022-ci il dekabr ayının 29-da başlamaqla 5 həftə müddətində – 2023-cü il fevral ayının 1-dək tarixdə əyani formada təşkil edilsin.
3.İmtahanların keçirilməsi zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (GOVİD-19) profilaktikasına dair metodiki göstərişlər” riayət olunsun.
4.İmtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkili olunması təmin edilsin.
5. Universitdə İmtahan qərargahı yaradılsın və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılması təmin edilsin.
6.İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülsün.
7.Tədris işləri üzrə prorektor dos. (F.Quliyev), Rektorun müşaviri (Q.Allahverdiyev), tədris şöbəsi (dos.V Gərayev) və İnsan resursları və daxili nəzarət şöbəsi (Z.Nazıyev) ilə birlikdə:
7.1.İmtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində Universitetdə baş vermiş nöqsanlarla bağlı daxil olan məlumatları operativ araşdıraraq bu hallara yol vermiş şəxslər barədə tədbirlərin görülməsini təmin etsinlər və nəticəsi barədə Universitetin rəhbərliyini Elm və Təhsil Nazirliyini məlumatlandırsınlar.
7.2.Universitetdə imtahan sessiyası və ixtisaslar üzrə Yekun dövlət attestasiyasının təşkili, keçirilməsi və nəticələri barədə müvafiq arayışları müzakirəyə təqdim etsinlər.
8. Tapşırılsın Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə):
8.1. Fakültələrdə payız semestrinin imtahan sеssiyasının nəticələrini təhlil edib müvafiq arayışları Elmi şuranın növbəti iclasının müzakirəsinə təqdim etsin.
8.2. İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Universitetin rektoruna Elm və Təhsil Nazirliyinə yekun hesabat təqdim etsin.
9. Tədris şöbəsi (dos V.Gərayev), Mətbuat və ictimai işlər xidməti (T.Əkbərov) və “İKT” sektoru (S.Ramazanov) – bu əmrin Universitetin internet saytına yerləşdirilməsini, Nazirliyin “146” çağrı mərkəzinin və Universitetin “Qaynar xətt” xidmətinin (012 562 85 17) fəaliyyəti və imtahan sеssiyasının gedişi barədə tələbələrə, onların valideynlərinə və ictimaiyyətə müntəzəm olaraq məlumat verilməsini təmin etsinlər.
10. Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2022-ci il 16 dekabr tarixli F-721 nömrəli əmri və rektorun sərəncamı.
Əmr № 91 (17.05.2022)
2021/2022-ci tədris ilində tələbələrin magistrlik dissertasiyasının müdafiəsinə buraxılmaları haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “Magistr” dərəcələrinin verilməsi “Qaydalar”ının 4-cü bəndinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.05.2020-ci il tarixli 01-11-532/15 nömrəli məktubu və Rektorun 04.06.2020-ci il tarixli 52 nömrəli əmrinin müvafiq bəndlərinə uyğun olaraq
ƏMR EDIRƏM:
1.2021/2022-ci tədris ilində əsas tədris proqramı üzrə təhsili başa çatdırmış, tədris planında nəzərdə tutulan bütün əvvəlki attestasiya sınaqlarından müvəffəqiyyətlə keçmiş və magistr dissertasiyasını tamamlamış aşağıdakı tələbələr müvafiq ixtisas və ixtisaslaşmalar üzrə magistr dissertasiyasının müdafiəsinə buraxılsınlar:
1.1.060401 – “Dünya iqtisadiyyatı” ixtisası üzrə
1.1.1. “Beynəlxalq iqtisadi münasibətlər” ixtisaslaşması, qr. M-518
- Osmanov Samir Qiyas oğlu
1.1.2.“Beynəlxalq maliyyə və valyuta kredit münasibətləri” ixtisaslaşması, qr. M-518A
- Bağıyeva Nuranə Fazil qızı
1.2. 060402 – “Mühasibat uçotu və audit” ixtisası üzrə
12.1. “Xidmət sferasında mühasibat uçotu və audit” ixtisaslaşması, qr. M-101
- Cavadzadə Simuzər Bahadur qızı
- Əkbərov Zabit Tapdıq oğlu
- Hüseynova Ülviyyə Ayaz qızı
- Qasımova Nuranə Şakir qızı
- Şıxıyev Novruz Elman oğlu
- Quliyev Füzuli Fikrət oğlu
- Mahmudov Nurlan Sadiq oğlu
1.3. 060403 – “Maliyyə” ixtisası üzrə
1.3.1. “Maliyyə bazarları” ixtisaslaşması, qr. M-260
- Cəfərov Əziz Vaqif oğlu
- Məhərrəmov İlqar Yaşar oğlu
- Məmmədov Bəxtiyar Rasim oğlu
- Musayev Həsən Məhəmməd oğlu
- Tağızadə Hüseyn Elçin oğlu
1.3.2. “Bank işi” ixtisaslaşması, qr. M-260A
- Abbaslı Elşən Ələkbər oğlu
- Osmanlı Kamran Aydın oğlu
- Qarayev Elnur İsmayıl oğlu
- Şirinov Emin Sahib oğlu
- Xəlilov Kənan Kamandar oğlu
- Quliyeva Əminə Fərhad qızı
- Hüseynova Nübar Ənvər qızı
- Hüseynov Elvin Tofiq oğlu
1.3.3. “Maliyyə nəzarəti və audit” ixtisaslaşması, qr. M-260B
- Cabbarlı Elvin Hakim oğlu
- Əhmədova Nərgiz Mübariz qızı
- Hüseynov Toğrul Faiq oğlu
- Quliyev Fuad Əli Abas oğlu
- Qurbanov Kərim Qurban oğlu
1.3.4. “Sığorta işinin təşkili” ixtisaslaşması, qr. M-260C
- Mirzəyev Təkəbbür Müslum oğlu
- Qasımova Günay Vahid qızı
- Rəhimli Kamran Aydın oğlu
1.4. 060405 – “Sənayenin təşkili və idarə olunması” ixtisası üzrə
1.4.1.“ İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sahələr üzrə)” ixtisaslaşması, qr. M-414A
- Əhədzadə Təbibi Niyazi oğlu
- İbrahimova Nərgiz Mehman qızı
- Mehbalıyev Ruhlan Ziyadxan oğlu
1.5. 060407 – “Menecment” ixtisası üzrə
1.5.1.“ Menecment (ticarət üzrə)” ixtisaslaşması, qr. M-367
- Ağayev Ənvər Samir oğlu
- Xalıqov Ehtibar Ramiz oğlu
1.6. 060409 – “Biznesin idarə edilməsi” ixtisası üzrə
1.6.1. “Biznesin təşkili və idarə edilməsi” (ticarət üzrə) ixtisaslaşması, qr. M-316
- Əliyev Məlik Roman oğlu
- İsmayılov Roman Xalid oğlu
- Məmmədli Cavid Şakir oğlu
- Namazova Bəyaz Rizvan qızı
- Babayeva Fəridə Elman qızı
1.7. 060506 – “Coğrafiya” ixtisası üzrə
1.7.1. “İqtisadi və sosial coğrafiya” ixtisaslaşması, qr. M-205
- Eyvazlı Nuray Köçəri qızı
- Səfərli Anar Səfər oğlu
- Zakirova Aysel Rövşən qızı
1.8. 060510 “Ekologiya” ixtisası üzrə
1.8.1. “Aqrar sahədə ətraf mühitin mühafizəsi” ixtisaslaşması, qr. M-163
- Abdullayeva Könül Yaşar qızı
- Vəkilov Məmməd Məmmədhəsən oğ
1.9. 060642 -“ Qida məhsulları mühəndisliyi” ixtisası üzrə
1.9.1. “Qida təhükəsizliyi” ixtisaslaşması, qr. M-626
- Bəyəliyeva Ziba Valeh qızı
- Əlisoy Ruqiyyə Elçin qızı
- Məmmədova Nərgiz Müşviq qızı
1.10. 060644 “İstehlak mallarının ekspertizası və marketinqi” ixtisası
1.10.1. “Gömrük ekspertizası” ixtisaslaşması əyani, qr. M-604A
- Ayralov Elşad İlham oğlu
1.1. 060410 -“ Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə
1.1.1. “Dövlət qulluğunun təşkili və idarə edilməsi” ixtisaslaşması, qr. M-451
- Aslanlı İbrahim Aslan oğlu
- Sayıllı Amil Xosrov oğlu
1.12. 060404 -“İqtisadiyyat” ixtisası üzrə
1.12.1. “İqtisadiyyatın tənzimlənməsi” ixtisaslaşması, qr. M-952
- Novruzov Vaqif Sabir oğlu
1.12.2. “Turizmin iqtisadiyyatı” ixtisaslaşması, qr. M-952A
- Bayramov Simral Talıb oğlu
- Məmmədov Orxan İlham oğlu
- Məmmədov Ruslan Etibar oğlu
1.12.3. “İqtisadi nəzəriyyə” ixtisaslaşması, qr. M-952B
- Xamiyeva Aysel Yunus qızı
1.13. 060647 -“Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisası üzrə
1.13.1. “Standartlaşdırma və sertifikatlaşdırma” (ticarət üzrə) ixtisaslaşması, qr. M-707
- Balacalı Elməddin Mübariz oğlu
2.Əliyeva Jalə Məzahir qızı
1.13.2. “Metrologiya və metroloji təminat” ixtisaslaşması, qr. M-707A
- Mustafaoğlu Orxan Mustafa oğlu
MBA proqramı üzrə
1.14.060409 “Biznesin idarə edilməsi” ixtisası
1.14.1. “Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə)” ixtisaslaşması, qr. MBA-001
- Gəncəliyev Emil İslam oğlu
- Həmzəyev Faiq Fazil oğlu
- Zeynallı Natiq Məmi oğlu
- Məmmədova Aytəkin Paşa qızı
1.14.2. “Biznesin təşkili və idarə edilməsi (bank və sığortanın idarə edilməsi üzrə)” ixtisaslaşması, qr. MBA-001A
- Alışlı Gülşən Mürşüd qızı
- Kərimova Sona Rasim qızı
- Mahmudlu Nəsimi Yadigar oğlu
- Abbaszadə Səmra Şahid qızı
1.14.3. “Biznesin təşkili və idarə edilməsi (qiymətli kağızlar bazarı üzrə)” ixtisaslaşması, qr. MBA-001B
- Həşimova Lamiyyə Mübariz qızı
1.14.4. “Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə)” ixtisaslaşması, qr. MBA-051
- Əliyev Cavid Rizvan oğlu
2.Eynullayev Anar İntiqam oğlu
3.Hüseynov İlyas Şakir oğlu
- Süleymanzadə Zülfiyyə Mübariz q
1.14.5. “Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə edilməsi üzrə)” ixtisaslaşması, qr. MBA-101
- Həsənova Ətlas Məhəmməd qızı
- Mustafayeva Aynur Çingiz qızı
- Mustafayeva Səbinə Əli Muxtar qızı
1.14.6. “Biznesin təşkili və idarə edilməsi (insan resurslarının idarə olunması üzrə)” ixtisaslaşması, qr. MBA-151
- Abbaslı Günay Səyavuş qızı
2.Bəhramov Yusif Bağdat oğlu
3.Cəfərova Ülviyyə Zellabdin qızı
- Quluzadə Nəzrin Vüqar qızı
1.14.7. “Biznesin təşkili və idarə edilməsi (beynəlxalq biznes üzrə)” ixtisaslaşması, qr. MBA-201
- Əsgərov Elçin İmran oğlu
- Qurbanov Anar Müseyib oğıu
- Şıxiyev Tamerlan Mais oğlu
- Süleymanov Rövşən Fikrət oğlu
1.14.8. “Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə)” ixtisaslaşması, qr. MBA-251
- Dadaşov Xəqani Əliağa oğlu
- Qafarov Rüfət Rafael oğlu
- Məmmədova Aysel İsmixan qızı
1.14.9. “Biznesin təşkili və idarə edilməsi (menecment üzrə)” ixtisaslaşması, qr. MBA-301
- Ağayev Möhbalı Rasim oğlu
- Babayeva Gülnarə Sarı qızı
- Ələkbərov Yunis Ələsgər oğlu
- Qabilov Eltun Kazım oğlu
5.Şükürova Günel Rəfael qızı
1.14.10. “Biznesin təşkili və idarə edilməsi (mühəndislik və idarəetmənin riskləri üzrə)” ixtisaslaşması, qr. MBA-351
- İbrahimov Zülfi Fikrət oğlu
- Məhərrəmov Nofəl Bakir oğlu
- Nağıyev Namiq Tahir oğlu
- Nəsirov Fərid Əli oğlu
1.14.11.“Biznesin təşkili və idarə edilməsi (turizm və otelçiliyin idarə edilməsi üzrə)” ixtisaslaşması, qr. MBA-401
- Ələkbərov Aydın Əbülfəz oğlu
- Əsədov Ceyhun Artur oğlu
- Nəbiyeva Əskinaz Əsməndiyar qızı
- Novruzova Fəridə Bəhruz qızı
1.14.12. “Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı)” ixtisaslaşması, qr. MBA-451
- Həsənli İlahə Şahbaz qızı
- Nəcəfova Hülya Rauf qızı
- Osmanlı Sevda Elman qızı
- Xəlilova Aytən Natiq qızı
- Qəribova Aytac Rövşən qızı
- Magistr dissertasiyasının müdafiəsinə buraxılan tələbələrin sayı 104 nəfər olmaqla təsdiq edilsin.
3.Tapşırılsın tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) və Magistratura şöbəsinə (dos.Ə.Nəbiyevə) ki, magistr dissertasiyasının müdafiəsini Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi mövcud “Qaydalar”ın tələblərinə uyğun keçirilməsini təmin etsinlər.
4.Əmrin icrasına nəzarət tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas: Rektorun dərkənarı ilə “Magistratura” şöbəsinin müdiri (dos.Ə.Nəbiyevin) təqdimatı.
Əmr № 89 (16.05.2022)
Azərbaycan Kooperasiya Universitetində 2021/2022 – ci tədris ili
ikinci yarımilinin başa çatması haqqında
Azərbaycan Kooperasiya Universietetində 2021/2023-cü tədris ili ikinci yarımilin başa çatması məqsədilə
ƏMR EDİRƏM:
1.Universitetdə təhsilin bakalavriat və magistratura səviyyələrində tələbələrin 15 həftəlik nəzəri dərs məşğələləri 2022-ci il mayın 31-də başa çatsın.
2.Universitetdə təhsilin bakalavriat və magistratura səviyyələrində 2021/2022-ci tədris ili ikinci yarımilin yaz semestrinin yay imtahan sessiyasının müddəti 2022-ci il iyunun 1-dən iyulun 5-dək müəyyən edilsin.
3.Tələbələrə 2021-ci il iyulun 06-dan sentyabrın 15-dək yay tətili verilsin.
4.Bakalavriat səviyyəsinin əyani və qiyabi təhsil tələbələrinin buraxılış kursunda 6 həftəlik diplomqabağı istehsalat təcrübəsi 2021-ci il mayın 24-dək başa çatsın və mayın 25-dən 31-dək hesabatların qəbulu və müdafiəsi keçirilsin.
5.Universitetdə Yekun Dövlət Attetasiyasının keçirilmə müddəti Dövlət imtahanlarından əvvəl kafedralarda məsləhət saatları təşkil edilməklə 2022-ci il iyunun 1-dən iyulun 5-dək müəyyən edilsin.
6.Qiyabi təhsil tələbələrinin yaz imtahan sessiyası müvafiq ixtisasların tədris qrafikinə uyğun keçirilsin və buraxılış kursları üçün Yekun Dövlət Attestasiyası əyani şöbə tələbələri ilə birlikdə 2022-ci il 01 iyundan 05 iyul tarixədək təşkil edilsin.
7.Magistratura səviyyəsinin buraxılış kursu tələbələrinin Dissertasiya işlərinin hazırlanması müddəti (9 həftə) mayın 17-dək başa çatsın, müdafiəsi (3 həftə) mayın 18-dən iyunun 7-dək müəyyən edilmiş Qaydalara uyğun olaraq “İxtisaslaşdırılmış Şuralar”da keçirilsin.
8.Universitetdə imtahan sessiyasının təşkili və keçirilməsində rektorun 2021-ci il 14 dekabr tarixli 280 nömrəli əmrinin müvafiq bəndləri nəzərə alınsın.
9.Bakalavriat cəviyyəsində tələbələrin Dövlət Attestasiyası və bakalavriat və magiastratura səviyyələrində semestr imtahanlarının yazılı formada, 5 sualdan ibarət olmaqla imtahan biletləri əsasında aparılması təmin edilsin.
10.Zərurət yaranarsa imtahanların şənbə günü də daxil olmaqla hər gün saat 0900-dan 1600-dək keçirilməsinə icazə verilsin.
11.İmtahan sessiyası başlanana qədər Universitet üzrə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılsın.
12.Akademik borcların ləğvi ilə əlaqədar həmin fənləri təkrar dinləmək üçün müəyyən edilmiş ödənişin (kreditin) Elmi şuranın qərarı ilə Universitetin daxili imkanları hesabına ödənilməsi barədə Rektorun 2014-cü il 22 dekabr tarixli 242 nömrəli əmrinin müvafiq bəndləri nəzərə alınsın.
13.Üzürlü səbəbdən imtahanda iştirak etməyən və ya imtahana buraxılmayan tələbələrə növbəti tədris ili başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılsın, təhsil dövründə imtahanlardan qeyri-müvəffəq qiymət alan və ya fənn kredit fərqləri olan tələbələr üçün 2022-ci il iyulun 20-dən avqustun 30-dək 6 həftəlik (sonuncu həftə imtahan sessiyası) yay semestri təşkil edilsin.
14.Tapşırılsın kafedra müdirlərinə, “Qiaybi” və “Magistratura” şöbələrinə:
14.1.İmtahanlara hazırlaşmaq üçün Dövlət Attestasiyası və ayrı – ayrı fənlər üzrə imtahan suallarının əvvəlcədən tələbələrə paylanmasını, əsas nüsxənin kafedranın elektron saytında yerləşdirilməsini təmin etsinlər;
14.2.Yenidən işlənməsinə ehtiyac olan imtahan biletlərinin suallarının yeniləşdirilib müvafiq qaydada kafedra iclasında müzakirə və təsdiqini təmin etsinlər;
14.3. Universitetdə texnoloji infrastrukturun və laboratoriyaların imtahan sessiyasına hazırlığını təmin etsinlər;
14.4. Akademik borcu qalan, imtahanlarda iştirak etməyən və ya müxtəlif səbəblərdən imtahanlara buraxılmayan tələbələrə müəyyən edilmiş qaydada və vaxtda kredit toplamaq üçün əlavə dərslərin keçirilməsini təmin etsinlər;
14.5. Yaz semestrinin imtahan sessiyasında mövcud “Qaydalar”ın və “Əsasnamələr”in tələblərini işdə rəhbər tutsunlar;
14.6. Köçürmə və təkrar istifadə hallarına yol verməmək, həmçinin saxlama imkanlarının məhdudluğu ilə əlaqədar olaraq kurs işi, referat, sərbəst işlər, həmçinin istehsalat təcrübəsi hesabatlarının və s. fənnin tədrisi başa çatdıqdan sonra məhv edilməsini təmin etsinlər.
- Tapşırılsın fakültə dekanlarına, “Qiyabi” və “Magistratura” şöbələrinə:
15.1.İmtahan cədvəllərini akademik qrupların təklifləri nəzərə alınmaqla hazırlayıb tədris işləri üzrə prorektorun təsdiqinə versinlər və hər bir imtahana hazırlaşmaq üçün tələbələrə 2 gündən az olmayaraq vaxt ayrılmasını təmin еtsinlər;
15.2. Dövlət Attestasiyasına buraxılacaq tələbələr barədə təqdimatı Dövlət imtahanlarının başlanmasına ən azı bir həftə qalmış tədris şöbəsinə təqdim еtsinlər;
15.3. Əvvəlki illərdə Dövlət Attestasiyasına buraxılmış, lakin hər hansı səbəbdən Dövlət imtahanlarında iştirak etməmiş və ya qeyri-müvəffəq qiymət almış tələbələr hərbi xidmətdən möhlət hüququ olduqda Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarının tələbləri gözlənilməklə təkrar Dövlət imtahanlarına buraxıla bilərlər.
15.4. İmtahan biletlərinin mövcud “Qaydalar”a uyğun olaraq 5 sualdan ibarət olmaqla tərtib edilməsi və vaxtında hazırlanmasına nəzarəti təmin еtsinlər;
15.5. Üzürlü səbəbdən imtahana gəlməyən və ya buraxılmayan tələbəyə həmin fəndən imtahan vermək üçün mövcud Qaydada növbəti tədris ilinin başlanmasına qədər bir dəfə şərait yaradılmasını təmin еtsinlər;
15.6. İmtahanların obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə imtahan sessiyası başlanana qədər imtahan nəzarətçilərinin siyahısını hazırlasınlar və tədris işləri üzrə prorektorun təsdiqinə təqdim etsinlər;
15.7. Dövlət Attestasiyasından sonra məzunların dekanlıqda olan şəxsi işlərinin tədris şöbəsində saxlanılan ilkin (qəbul) şəxsi işlərinə əlavə edilmək üçün şöbəyə və Unicersitetin arxivinə verilməsini təmin etsinlər;
15.8. Cari tədris ilinə və ya semestrə qeydiyyatdan keçməyib, semestrin sonuna qədər Universitetlə əlaqə saxlamayan tələbələrin xaric edilməsi barədə rektora təqdimat versinlər;
15.9. Yaz semestri imtahan sessiyasının başlanmasınadək kollokviumların, kurs işləri, seminar, laboratoriya və praktiki məşğələlərin, həmçinin dərsə davamiyyətin nəticələrinin yekunlaşdırılıb “Elektron idarəetmə sistemi”nə daxil edilməsini və tələbələrə məlumat verilməsini təmin etsinlər.
15.10.Yekun Dövlət Attestasiyası və İstehsalat təcrübəsinin nəticələrinin qiymətləndirilməsində rektorun 27.12.2017-ci il tarixli 236 saylı əmri ilə təsdiq edilmiş “Qaydalar” əsas götürülsün.
- Tapşırılsın tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) və Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektora (prof.A.Quliyevaya) ki, tədris şöbəsi (dos.V.Gərayev) ilə birlikdə aşağıdakıları təmin etsinlər:
16.1. Yaz semestri imtahan sessiyasının mövcud “Qaydalar”ın tələblərinə uyğun keçirilməsinə və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinə nəzarəti;
16.2. İmtahanların obyektiv və şəffaf keçirilməsini təmin etmək məqsədilə tədris – köməkçi heyətin imtahanlarda nəzarətçi kimi iştirakını;
16.3.Cari tədris ilində Universiteti bitirəcək məzunların siyahısını hazırlayıb tələb olunan sənədlərlə birlikdə müəyyən edilmiş vaxtda Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinə təqdim edilməsini;
16.4.Dövlət Attestasiyası başa çatdıqdan sonra 5 gün müddətində tələbələrin Universiteti bitirmələri haqqında əmr layihəsinin rektorun təsdiqinə verilməsini və həmin əmrin surətinin Təhsil Nazirliyinə təqdim edilməsini;
16.5.Məzunlara veriləcək diplom blankları və diplom əlavələrinin alınması, doldurulması, onların hər birinin surətinin məzunların şəxsi işinə əlavə edilməklə arxivə verilməsini;
16.6.Magistratura səviyyəsində magistrlik dissertasiyasının müdafiəsinin İxtisaslaşdırılmış şuraların iclasında mövcud “Qaydalar”ın tələbləri gözlənilməklə keçirilməsini;
17.Tədris işləri üzrə prorektor (dos.F.Quliyev) tədris şöbəsi (dos.V.Gərayev), müvafiq fakültə dekanları və kafedra müdirləri ilə birlikdə;
– imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;
– yaz semestri imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının texniki vasitələrdən maksimum istifadə olunmaqla keçirilməsinə üstünlük versinlər;
– yaz imtahan sessiyası və ixtisaslar üzrə Yekun Dövlət Attestasiyasının təşkili, keçirilməsi və nəticələri barədə müvafiq arayışları Elmi şuranın növbəti iclasının müzakirəsinə təqdim etsinlər.
18.Fakültə dekanları, “Qiyabi” və “Magistratura” şöbələri kafedra müdirləri ilə birlikdə:
– ixtisaslar üzrə Yekun Dövlər Attestasiyasının nəticələrinin müvafiq “Qaydalar”ın tələbləri daxilində qiymətləndirilməsini təmin etsinlər.
– təhsilin bakalavriat və magistratura səviyyələrində buraxılış kursu tələbələrinin təcrübələrinin (istehsalat, diplomqabağı,elmi-tədqiqat və elmi-pedaqoji) nəticəsinin müəyyən edilmiş “Qaydalar”a uyğun olaraq qiymətləndirilməsini təmin etsinlər.
19.”İnformasiya texnologiyaları” sektoru (S.Ramazanov) və Rektorun mətbuat və ictimai işlər xidmətinin rəhbərinə (T.Əkbərov) tapşırılsın:
– AKU-nun “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə tələbələrə, onların valideynlərinə və zərurət yarandıqda kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumatın verilməsini təmin etsinlər;
– bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsinlər.
20.Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas:Rektorun 2021/2022-ci tədris ili yaz semestri imtahan sessiyasına hazırlıq barədə göstərişi.
Əmr № 52 (10.06.2020)
Azərbaycan Kooperasiya Universitetində 2019/2020-ci tədris ili ikinci yarımilinin başa çatması, təhsilin bakalavriat və magistratura səviyyələrində Yekun Dövlət Attestasiyası (Magistr dissertasiyasının müdafiəsi) və yaz semestri imtahan sessiyasının təşkili və keçirilməsi haqqında
Azərbaycan Kooperasiya Universiteti Elmi şurasının 2020-ci il 22 may tarixli qərarını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2020-ci il 18 may tarixli 179 nömrəli qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2020-ci il 20 may tarixli 01-11-522/15 və 01-11-523/15 nömrəli məktublarında göstərilən şərtlərə riayət etmək və “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 02.06.2020-ci il tarixli F-277 nömrəli əmrinin icrası məqsədilə
Ə M R E D İ R Ə M:
1.Universitetdə 2019/2020-ci tədris ili yaz semestrinin imtahan sessiyasının müddəti 2020-ci il iyunun 8-dən iyulun 12-dək (5 həftə) müəyyən edilsin.
2.Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricilərinə-ÜOMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab edilsinlər.
3.Dövlət attestasiyasından keçmiş tələbələr ”Təhsil haqqı ödənişi barədə” müqavilə öhdəliklərinə uyğun olaraq təhsil dövrünün təhsil haqlarını tam ödəməlidirlər.
4.ÜOMG-yə uyğun olaraq çıxarılmış Yekun dövlət attestasiyasının nəticələri ilə razılaşmayan tələbələr üçün onların müraciəti əsasında 2020-ci il iyunun 22-dən iyulun 5-dək mövcud tələblər daxilində ixtisas üzrə onlayn formada Yekun dövlət imtahanı təşkil edilsin.
5.Magistratura səviyyəsində magistrlik dissertasiyasının müdafiəsi İxtisaslaşdırılmış şuraların iclasında aparılsın, magistrlik dissertasiya işi elektron və ya kağız daşıyıcıda şəxsən təqdim edilsin və müdafiəsi onlayn qaydada keçirilsin.
6.Magistrlik dissertasiyası 2020-ci il iyunun 10-dək “Magistratura” şöbəsinə təqdim edilsin və iyunun 22-dən 30-dək müdafiəsi keçirilsin.
7.Tələbələrin istəyi və müraciəti olduğu halda (iyulun 5-dək) avqustun 1-dən
30-dək ödənişsiz əsaslarla icmal mühazirələr təşkil edilməklə 01-15 sentyabr tarixlərində onlayn və ya ənənəvi imtahanlar keçirilsin.
8.Təhsilin magistratura və bakalavriat səviyyələrində təşkil olunmuş attestasiyalarda (yekun attestasiya və ya aralıq qiymətləndirmə) iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış tələbələr üçün növbəti semestr başlayana qədər – avqustun 10-dan sentyabrın 10-dək imtahan sessiyası təşkil edilsin.
9.Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirmənin (aparıldığı halda) nəticələri nəzərə alınsın və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid edilsin.Təkar imtahan üçün ödəniş tələb edilməsin.
10.ÜOMG-yə uyğun olaraq çıxarılmış Yekun dövlət attestasiyasının nəticələri ilə razılaşmayan tələbələr üçün Dövlət attestasiyası və yaz semestr imtahanları 2020-ci il 08 iyundan 12 iyul tarixədək 4 sualdan ibarət olmaqla imtahan bileti əsasında onlayn formada (hər sual 20 bal) təşkil edilsin.
11.Yaz semestrinin imtahan nəticələrinə görə təqaüd almaq hüququ olan, o cümlədən akademik borcunu ləğv etmiş tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən edilsin.
12.”AKU-da imtahan qərargahı və apelyasiya komissiyasının tərkibi haqqında” Rektorun 20.05.2019-cu il tarixli 84 nömrəli əmri nəzərə alınsın.
13.İmtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunsun.
14.İmtahan sessiyası və ixtisaslar üzrə Yekun dövlət attestasiyası “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli Qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2020-ci il 20 may tarixli 01-11-522/15 nömrəli və 01-11-523/15 nömrəli məktublarında göstərilən şərtlərə riayət etməklə təşkil edilsin.
15.Tədris işləri üzrə prorektor (dos.F.Quliyev) tədris şöbəsi, müvafiq fakültə dekanları və kafedra müdirləri ilə birlikdə:
– imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;
– imtahan sessiyasının və Yekun dövlət attestasiyasının texniki vasitələrdən istifadə olunmaqla onlayn rejimdə keçirilməsinə üstünlük verilsin;
– Universitetdə İmtahan qərargahı və “Apelyasiya komissiyası” ilə əlaqədar bu əmrin 12-ci bəndi nəzərə alınsın və qərargaha daxil olan hər bir şikayətə operativ şəkildə baxılmasını təmin etsinlər;
– imtahanların təşkilində və gedişatında nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər;
– imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim esdinlər.
16.Tədris işləri üzrə prorektor (dos.F.Quliyev) tədris şöbəsi (A.Mirzəməmmədov) və İnsan resursları və daxili nəzarət şöbələri (Z.Nazıyev) Universitetdə baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər. Bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlərin görülməsi və nəticəsi barədə Rektoru məlumatlandırsınlar.
17.Universitetdə yaz imtahan sessiyası və ixtisaslar üzrə Yekun dövlət attestasiyasının təşkili, keçirilməsi və nəticələri barədə müvafiq arayışları Elmi şuranın müzakirəsinə təqdim etsinlər.
18.Tapşırılsın fakültə dekanları və magistratura şöbəsinə ki, kafedra müdirlər ilə birlikdə:
– ixtisaslar üzrə Yekun Dövlər Attestasiyası bu əmrin 2-ci bəndinin tələbləri daxilində qiymətləndirilməsini təmin etsinlər.
– təhsilin bakalavriat və magistratura səviyyəsində buraxılış kursu tələbələrinin istehsalat təcrübəsinin nəticəsini karantin rejimi elan edilənədək olan dövrə görə qiymətləndirilsinlər.
19.İKT şöbəsi (F.Babayev) və Rektorun mətbuat katibinə (T.Əkbərov) tapşırılsın:
– AKU-nun “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişatı barədə tələbələr, onların valideynlərinə və zərurət yarandıqda kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumatın verilməsini təmin etsinlər;
– bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsinlər.
20.Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin..
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2020-ci il 20 may tarixli 01-11-522/15 nömrəli məktubu və 02 iyun tarixli F-277 nömrəli əmri.
Əmr № 02 (10.01.2020)
“20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrası haqqında
Azərbaycan Kooperasiya Universitetində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbirlərin təşkili məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 29 dekabr tarixli F-771 nömrəli əmrini rəhbər tutaraq
ƏMR EDİRƏM:
- “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı” icra üçün qəbul edilsin.
- “20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi ilə bağlı Azərbaycan Kooperasiya Universitetinin Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
- Bu əmrin 2-ci bəndi ilə təsdiq olunmuş “Tədbirlər Plan”ında nəzərdə tutulan məsul şəxslər və struktur bölmələr həmin tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
- Ümumi şöbə (Z.Əliyeva) bu əmrin və ona əlavənin aidiyyatı struktur bölmələrə çatdırılmasını və İKT sektoru (S.Ramazanov) Universitetin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
- Əmrin icrasına nəzarət Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektora (dos.A.Quliyevaya) həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 29 dekabr tarixli F-771 nömrəli əmri.
Azərbaycan Kooperasiya Universiteti
rektorunun 10 yanvar 2020-ci il tarixli
02 nömrəli əmri ilə təsdiq edilmişdir.
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Azərbaycan Kooperasiya Universitetinin Tədbirlər Planı
Tədbirlər |
İcra vaxtı |
Məsul şəxslər və struktur bölmələr |
|
1. |
Bütün fakültələrdə, Doktorantura, Magistratura və Qiyabi şöbələrdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunan xüsusi toplantıların təşkil edilməsi |
07-19 yanvar 2020-ci il |
Müvafiq fakültə dekanları, şöbə və bölmə rəhbərləri |
2. |
Bütün fakültələrdə imtahandan əvvəl 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş mövzular ətrafında söhbətlər keçirmək |
17 yanvar 2020-ci il |
Prorektorlar, Fakültə dekanları, Kafedra müdirləri |
3. |
Universitetdə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı konfransların, seminarların, mühazirələrin və dəyirmi masaların təşkil edilməsi |
07-19 yanvar 2020-ci il |
Fikrət Quliyev Aygün Quliyeva İctimai təşkilatlatın rəhbərləri |
4. |
Universitetdə 20 yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili |
07-19 yanvar 2020-ci il |
Prorektorlar, Fakültə dekanları, Kafedra müdirləri |
5. |
Təhsil ilşçilərinin və tələbələrin şəhidlərin xatirəsinə ucaldılmış abidələr və şəhidlər xiyabanına ziyarətinin təşkil edilməsi |
07-19 yanvar 2020-ci il |
Prorektorlar, Struktur bölmələri, Fakültə dekanları, Kafedra müdirləri |
Əmr № 254 (09.12.2019)
Universitetdə 2019/2020-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası üçün İmtahan qərargahının yaradılması və Apellyasiya Komissiyasının təşkili haqqında
Azərbaycan Respublikası Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2019-cu il 06 dekabr tarixli F-713 nömrəli əmrinin müvafiq bəndlərinə əsasən Universitetdə 2019/2020-ci tədris ili payız semestrinin imtahan sеssiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə
Ə M R E D İ R Ə M :
- Universitetdə aşağıdakı tərkibdə imtahan qərargahı və Apellyasiya Komissiyası yaradılsın:
1.1. Quliyev Fikrət Vəli oğlu – i.f.d., dos. -Tədris işləri üzrə prorektor – sədr
1.2. Quliyeva Aygün Eldar qızı – i.e.d., dos.- Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor – müavin
1.3. Mirzəməmmədov Aydın Zabit oğlu – i.f.d., dos. – Tədris şöbəsinin müdiri, üzv
1.4. Nazıyev Zakir Cəlal oğlu – İnsan resursları və daxili nəzarət şöbəsinin rəisi, üzv
1.5. Müvafiq fakültə dekanları və kafedraların müdirləri, üzv
- Tapşırılsın İmtahan qərargahı və Apellyasiya Komissiyasının sədrinə (dos.F.V.Quliyevə):
2.1. imtahanların keçirilməsinda şəffaflığa, nizam-intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə AKU – TV imkanlarından istifadəni, fənni tədris edən müəllimlərlə birlikdə həmin fənn üzrə mütəxəssis olmayan 2 nəfər nəzarətçinin iştirakını təmin etsin;
2.2. imtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra tələbələrin cavab blanklarının “Monitorinq və qiymətləndirmə” bölməsi tərəfindən kodlaşdırılmasını və fənni tədris edən müəllim tərəfindən İmtahan qərargahında yoxlanılaraq qiymətləndirilməsini təmin etsin;
2.3. imtahan qərargahı və Apellyasiya Komissiyasının üzvləri arasında vəzifə bölgüsünü, nəzarətçilərin iştirakını və onların məsuliyyətini müəyyən etsin.
2.4. Fakültələr üzrə də appelyasiya komissiyalarının yaradılmasını, onların işinə nəzarəti və ehtiyac yarandıqda tələbələrin ərizə və şikayətlərinə Universitet üzrə Appelyasiya Komissiyasında baxılmasının obyektivliyini təmin etsin.
- İmtahanlarda tələbənin biliyinin qiymətləndirilməsi imtahan biletləri əsasında yazılı formada aparılsın.
- “İKT” sektoru (S.Ramazanov) bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsin.
- Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas: “İmtahan sеssiyasının təşkili və keçirilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 06 dekabr tarixli F-713 nömrəli əmri.
Əmr № 253 (09.12.2019)
Azərbaycan Kooperasiya Universitetində 2019/2020-ci tədris ili payız semestri qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında
Azərbaycan Respublikası Təhsil Nazirinin “İmtahan sеssiyanın təşkili və keçirilməsi barədə” 2019-cu il 06 dekabr tarixli F-713 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə
Ə M R E D İ R Ə M:
- Azərbaycan Respublikası Təhsil Nazirinin “İmtahan sеssiyasının təşkili və keçirilməsi barədə” 2019-cu il 06 dekabr tarixli F-713 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.
- İmtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili təmin edilsin.
- Universitet üzrə İmtahan qərargahı yaradılsın və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılması təmin edilsin.
- İmtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaradılsın.
- İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülsün.
- Təhsil Nazirliyi tərəfindən imtahan sessiyasının monitorinqinin aparılması üçün lazımı şəraitin (otagın ayrılması, telefonla təchiz edilməsi) yaradılması təmin edilsin.
- Beynəlxalq əlaqələr və təlim – tərbiyə işləri üzrə prorektor (dos.A.Quliyeva) tədris şöbəsi (dos.A.Mirzəməmmədov) və Daxili nəzarət xidməti (Z.Nazıyev) ilə birlikdə :
7.1. Universitetdə imtahanların gedişinin monitorinqini və AKU-TV vasitəsilə yayımını təşkil etsinlər;
7.2. İmtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində Universitetdə baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər. Bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlərin görülməsi və nəticəsi barədə Rektoru və Təhsil Nazirliyini məlumatlandırsınlar.
- Tapşırılsın Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə):
8.1 Fakültələrdə payız semestrinin imtahan sеssiyasının nəticələrini təhlil edib müvafiq arayışları Elmi şuranın növbəti iclasının müzakirəsinə təqdim etsin.
8.2. İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Universitetin rektoruna və Təhsil Nazirliyinə yekun hesabat hazırlasın.
- Tədris şöbəsi (dos.A.Mirzəməmmədov), mətbuat xidməti (T.Əkbərov) və “İKT” sektoru (S.Ramazanov) Təhsil Nazirliyinin (“Qaynar xətt xidməti, telefon:146)” və Universitetin (“Qaynar xətt” xidməti tel:5628517) “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sеssiyasının gedişi barədə tələbələrə, onların valideynlərinə və ictimaiyyətə müntəzəm olaraq məlumat verilməsini təmin etsinlər.
- “İnformasiya və kommunikasiya texnologiyaları” sektoru (S.Ramazanov) bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsin.
- Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 06 dekabr tarixli F-713 nömrəli əmri və rektorun göstərişi.
Əmr № 247 (25.11.2019)
Azərbaycan Kooperasiya Universitetində 2019/2020-ci tədris ili birinci yarımilinin başa çatması haqqında
Azərbaycan Kooperasiya Universitetində 2019/2020-ci tədris ili birinci yarımilinin başa çatması və payız semestri imtahan sessiyasının təşkili məqsədilə
ƏMR EDİRƏM:
1.Universitetdə təhsilin bakalavriat və magistratura səviyyələrində 2019/2020-ci tədris ili birinci yarımilinin 15 həftəlik nəzəri dərs məşğələləri 2019-cu ilin 28 dekabr tarixində (şənbə günü nəzərə alınmaqla) başa çatsın.
- Univertsitetdə payız semestrinin qış imtahan sessiyasının müddəti 2019-cu il dekabrın 29-dan (istirahət və bayram günləri nəzərə alınmaqla)– 2020-ci il fevralın 01-dək müəyyən edilsin.
- Tələbələrə 2020-ci il fevralın 2-dən 15-dək qış tətili verilsin.
- Univertsitetdə 2019/2020-ci tədris ili ikinci yarımilinin nəzəri dərs məşğələlərinə 2020-ci il fevralın 16-sı bazar gününə düşdüyü üçün 17-də başlanılsın.
- İmtahanda tələbənin biliyinin qiymətləndirilməsi imtahan biletləri əsasında, yazılı formada keçirilsin.
- Tələbələrin müxtəlif səbəblərdən yaranmış akademik borclarının ləğvi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı” və həmin “Qərar”da dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 257 nömrəli Qərarının 3.2.14-cü bəndi nəzərə alınmaqla həyata keçirilsin.
- Cari (fənn üzrə tələbənin semestr müddətində fəaliyyətnin qiymətləndirilməsi) və aralıq (fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsi) qiymətləndirmənin nəticələrinə, eləcə də üzürlü və üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək və ya fənni (fənləri)yenidən dinləmək üçün şərait yaradılsın.
8.Yuxarıda göstərilən halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə üçün bu imkandan “Təhsil Proqramı” ilə müəyyən olunmuş müddət ərzində həmin fənni tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrdən birində imtahan sessiyası zamanı) istifadə etməsinə şərait yaradılsın.
- Tələbə hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə 2 fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər.
- Bakalavriat səviyyəsində sonuncu kurs tələbələrinin nəzəri təlim məşğələləri və imtahan sessiyası VII semestrdə – 2020-ci il fevralın 1-dək başa çatsın və VIII semestrdə – fevralın 17-dən mayın 25-dək 14 həftəlik istehsalat və diplomqabağı təcrübəyə başlanılsın.
- Magistratura səviyyəsində sonuncu kurs tələbələrinin nəzəri təlim məşğələləri və imtahan sessiyası III semestrdə – 2020-ci il fevralın 1-dək başa çatsın və IV semestrdə – fevralın 17-dən aprelin 13-dək 8 həftəlik Elmi – tədqiqat və Elmi – pedaqoji təcrübəyə başlanılsın.
- Bakalavriat səviyyəsinin əyani və qiyabi təhsilalma formaları üzrə buraxılış kursunda:
12.1. İstehsalat təcrübəsinin (8 həftəlik) keçirilmə müddəti 2020-ci il fevralın 17-dən aprelin 13-dək müəyyən edilsin və aprelin 14-15–də hesabatların qəbulu və müdafiəsi keçirilsin;
12.2. Diplomqabağı təcrübənin (6 həftəlik) keçirilmə müddəti 2020-ci il aprelin 14-dən mayın 25-dək müəyyən edilsin və mayın 26-31–də hesabatların qəbulu və müdafiəsi keçirilsin;
12.3. Qiyabi təhsil alanlar təhsil aldıqları istiqamət (ixtisas) üzrə kifayət qədər iş stajı olduğu halda müvafiq kafedranın və dekanın rəyinə əsasən istehsalat (diplomqabağı təcrübə istisna olmaqla) təcrübəsindən azad oluna bilərlar;
12.4. “Təcrübənin təşkili” şöbəsi (dos.M.Əfəndiyev) fakültə dekanları və müvafiq kafedra müdirləri ilə birlikdə təcrübə obyektlərinin seçilməsi, təşkili və hesabatların müdafiəsinin keçirilməsində nəzarəti təmin etsin;
1.2.5 Yekun Dövlət Attestasiyasının keçirilmə müddəti 2020-ci il iyunun 1-dən iyulun 5-dək müəyyən edilsin.
- Maqistratura səviyyəsinin buraxılış kursunda:
13.1. Elmi-tədqiqat təcrübəsinin (4 həftəlik) keçirilmə müddəti 2020-ci il fevralın 17-dən martın 14-dək müəyyən edilsin və martın 16-17-də hesabatların qəbulu və müdafiəsi keşirilsin;
13.2. Elmi-pedaqoji təcrübənin (4 həftəlik) keçirilmə müddəti 2020-ci il martın 16-dan aprelin 11-dək müəyyən edilsin və aprelin 13-dən 18-dək hesabatların qəbulu və müdafiəsi keçirilsin;
13.3. Magistr dissertasiya işinin hazırlanma müddəti (9 həftəlik) ET təcrübəsi dövründən – 2020-ci il martın 16-dan mayın 16-dək müəyyən edilsin.
13.4. Magistr dissertasiya işinin müdafiəsi (3 həftə) 2019-cu il mayın 18-dən iyunun 7-dək müddətdə keçirilsin.
- Tapşırılsın kafedra müdirlərinə:
14.1. İmtahanların yuxarıda qeyd edilən mövcud “Əsasnamə”lərin tələblərinə uyğun tərtib edilmiş imtahan biletləri əsasında, yazılı formada keçirilməsini təmin etsinlər;
14.2. İmtahan biletləri suallarının fənnin proqramı əsasında hazırlanmasını təmin etsinlər;
14.3. İmtahanlara hazırlaşmaq üçün ayrı – ayrı fənlər üzrə imtahan suallarının əvvəlcədən tələbələrə paylanmasını, əsas nüsxənin və fənnin proqramının, kafedranın “Metodiki guşə”sində yerləşdirilməsini təmin etsinlər;
14.4. Yenidən işlənməsinə ehtiyac olan imtahan biletlərini yeniləşdirib müvafiq qaydada kafedra iclasında müzakirə və təsdiq etsinlər;
14.5. Kafedranın cədvəli üzrə tələbələr üçün məsləhət saatları təşkil etsinlər;
14.6.İmtahanlarda tələbələrin biliyinin obyektiv qiymətləndirilməsini və imtahanların şəffaf keçirilməsini təmin etsinlər;
14.7. Fənn kabineti və tədris laboratoriyalarının imtahan sessiyasına hazırlığını təmin etsinlər;
14.8. Ümumi real orta balı 71 – 90 (“yaxşı”-C) və ondan yuxarı olan, ixtisas kafedrasının tövsiyyə etdiyi buraxılış işi yazmaq üçün müraciət edən tələbələrə mövzu və rəhbər təyinatı barədə təqdimatı 2019-cu il yanvarın 10-dək rektorun təsdiqinə təqdim etsinlər;
14.9. Təcrübə keçəcək bakalavriat və magistratura səviyyəsinin buraxılış kursu tələbələrinin təcrübə obyektləri və rəhbərlərin bölgüsünü 2019-cu il yanvarın 10-dək “Təcrübənin təşkili” şöbəsinə təqdim etsinlər;
14.10. Yerinə yetirilmiş kurs işləri və istehsalat təcrübəsi hesabatlarının kafedrada saxlanmasını və aralıq qiymətləndirmədən sonra onların saxlanma imkanlarının məhdudluğu, köçürmə və digər neqativ halların qarşısını almaq məqsədilə sessiya başa çatdıqdan sonra aktlaşdırılaraq ləğvini təmin etsinlər.
- Tapşırılsın fakültə dekanlarına, “Qiyabi” və “Magistratura” şöbələrinə:
15.1. Tələbələrin imtahan sessiyasına hazırlığı ilə bağlı tədris- metodiki izahat işləri aparılmasını təmin етsinlər;
15.2. Tələbələrə hər bir imtahana hazırlaşmaq üçün 2 gündən az olmayaraq vaxt ayrılmasını təmin etsinlər;
15.3. Akademik borcu olan, üzurlü və ya üzürsüz səbəbdən imtahanda iştirak etməyən tələbələrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 257 nömrəli “Qərarı”nın 3.2.14-cü bəndinə əsasən həmin fənlərdən imtahanı vermək üçün şərait yaratsınlar;
15.4. İmtahanların obyektiv və şəffaf keçirilməsi, həmçinin tələbələrin imtahanlara vaxtında gəlməsini təmin etsinlər;
15.5. İmtahan cədvəllərinin akademik qrup və kafedraların təklifləri nəzərə alınmaqla sessiyaya ən azı 15 gün qalmış tərtib edib tədris işləri üzrə prorektorun təsdiqinə təqdim etsinlər;
15.6. İmtahan sessiyası dövründə tələbələrin mədəni – kütləvi tədbirlər keçirməsinin dayandırılmasını təmin etsinlər;
15.7. İmtahan sessiyasının nəticələri haqqında məlumatı (müəyyən edilmiş forma üzrə) 2020-ci il fevral ayının 15-dək tədris hissəsinə təqdim və AKU-EU-Elektron idarəetmə sisteminə daxil etsinlər;
15.8. Fənn üzrə ayrılmış auditoriya saatlarının müəyyən edilmiş həddən çoxunda üzürsüz səbəbdən iştirak etməyən və bu səbəbdən imtahana buraxılmayan tələbələrin həmin fənləri mövcud qaydalara uyğun olaraq yenidən dinlənməsi və kredit qazanmasına şərait yaratsınlar;
15.9. Cari tədris ilində qeydiyyatdan keçməyən və payız semestrinin sonunadək Univertsitetlə əlaqə saxlamayan, (verilmiş akademik məzuniyyətin müddəti başa çatmış və bərpa üçün müraciət etməyən, həmçinin başqa ali təhsil müəssisəsindən köçürülmüş və ya bərpa edilmiş) tələbələr barədə müvafiq tədbirlər görülməsi üçün rektora təqdimat verilməsini təmin etsinlər;
15.10. İmtahanların obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə sessiya başlanana qədər imtahan nəzarətçilərinin tərkibini hazırlayıb imtahan qərargahına (dos.F.Quliyevə) təqdim etsinlər;
15.11. İmtahan sessiyasınadək dərsə davamiyyət, seminar məşğələləri, sərbəst işlərin yerinə yetiririlməsi və kollokviumların nəticələrinin müəyyən edilmiş forma üzrə ümumiləşdirilməsini təmin etsinlər;
15.12. Akademik təqvimə uyğun olaraq 5-ci imtahan həftəsində (26 yanvar 1 fevral) əvvəlki semestrlərdən qalmış akademik borcların ləğvi və tətilin 1-ci həftəsində (2-8 fevral) cari sessiyadan yaranmış akademik borcların ləğvi mövcud “Qaydalar”a uyğun olaraq təşkil edilsin;
15.13. İmtahanların cədvəl üzrə, mərhələlərlə səhər saat 900–dan 1800–dək başa çatmasını təmin etsinlər;
- Tapşırılsın Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) və Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektora (dos.A.Quliyevaya) ki, tədris şöbəsi (dos.A.Mirzəməmmədov) ilə birlikdə:
16.1. İmtahan sessiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin mövcud “Qaydalar” və “Əsasnamələr”in tələblərinə uyğun keçirilməsinə və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinə nəzarəti təmin etsinlər;
16.2. İmtahanların keçirilməsində nizam – intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə fənni tədris edən müəllim ilə birlikdə, həmin fənn üzrə mütəxəssis olmayan iki nəfər nəzarətçinin iştirakını təmin etsinlər;
16.3. Tədris hissəsinin qiymətləndirmə, tənzimetmə və nəzarət funksiyasını yerinə yetirən “Keyfiyyətin təminatı” və “Monitorinq və qiymətləndirmə” bölməsinin imtahan üçün ayrılmış vaxt (2 saat) başa çatdıqdan sonra tələbələrdən “cavab” vərəqlərinin yığılmasını, onların məsul şəxs tərəfindən kodlaşdırılmasını və fənni tədris edən müəllim tərəfindən İmtahan qərargahında yoxlanılaraq qiymətləndirilməsini təmin etsinlər;
16.4. İmtahan sessiyası prosesində baş verə biləcək münaqişələri aradan qaldırmaq üçün imtahan sessiyası başlanana qədər Universitet üzrə Apelleyasiya Komissiyasının yaradılmasını, qaynar xəttin mövcudluğunu və İmtahan qərargahının fəaliyyətini təmin etsinlər;
16.5. Tələbələrin imtahan – yazı işlərinin imtahan sessiyasından sonra kafedrada bir semestr saxlanılmasına nəzarəti təmin etsinlər;
16.6. İmtahanların gedişinə, cədvəl üzrə keçirilməsinə və vaxtında başlanılmasına nəzarəti təmin etsinlər;
16.7. Kitabxana və oxu zalının sessiya dövründə ahəngdar işləməsinə nəzarəti təmin etsinlər;
16.8. İmtahan sessiyası dövründə Universitetin tədris korpusuna və imtahan keçirilən auditoriyaya kənar şəxslərin (rektorluğun nümayəndəsindən başqa) daxil olmasına yol verilməməsini təmin etsinlər;
16.9. İmtahan nəticələrinin imtahan vərəqəsində müəyyən edilmiş qaydada yazılmasını və AKU-EU Elektron idarəetmə sisteminə daxil edilməsini təmin etsinlər;
16.10. İmtahan sessiyasının obyektiv və mütəşəkkil keçirilməsi üçün fakültələri və kafedraları müvafiq normativ – hüquqi sənəd blankları ilə təmin etsinlər;
16.11. İmtahan sessiyasının mütəşəkkil keçirilməsi, daxili intizam qaydalarına ciddi əməl edilməsi, təhsil haqqının ödənilməsi, valideynlərin qəbulu və imtahanlarda iştirakı, tələbələrin apelleyasiya şikayəti və Apelleyasiya Komissiyasının işinə məsul şəxslər kimi nəzarəti təmin etsinlər;
- Elmi işlər üzrə prorektor (prof.B.Ataşov) təhsilin magistratura və doktorantura səviyyəsində cari tədris ilinin 1-ci yarımilində imtahan sessiyası və dissertasiyasa işlərinin müvəffəqiyyətl keçirilməsinə və yerinə yetirilməsinə nəzarəti təmin etsin, Universitetin zəruri maliyyə ehtiyacları və onların ödənilməsi imkanıarını müəyyən edib rektora məlumat versin.
- Təsərrüfat şöbəsi (Ə.Quliyev) və “Dispetçer xidməti” (dos.M.Hüseynov) imtahan sessiyası gedişində tədris auditoriyalarının, kabinet və laboratoriyaların, həmçinin tədris – köməkçi sahə və otaqların istilik sistemi və elektrik təminatı, yanğın və mühafizə təhlükəsizliyini, tələbələrin Universitetin həyətində və binanın daxilində siqaret çəkməməsinə, mühafizəçilərin işinə məsuliyyətin artırılmasına, kənar şəxslərin Universitet binasına icazəsiz girişi və çxışına nəzarəti təmin etsinlər.
- İKT sektoru (S.Ramazanov) bu əmrin Universiettin elektron saytında yerləşdirilməsini, auditoriyalarda imtahan prosesinin gedişini və dəhlizlərdə kamera və video görüntülərinin izlənməsini təmin etsin.
- Rektorun müşaviri (Q.Allahverdiyev) imtahan prosesinin gedişi, tələbələrin hər hansı şikayəti, təhsil haqqı və digər məsələlər barədə onların və valideynlərinin müraciətini qeydə alsın və rektora mütəmadi olaraq məlumat versin.
- Mətbuat xidməti (T.Əkbərov) imtahan sessiyasının gedişi və nəticələri barədə KİV nümayəndələrinə və ictimaiyyətə mütəmadi olaraq məlumat verilməsini təmin etsin.
- İmtahanların obyektiv keçirilməsini müşayət etmək istəyən valideynlərin şəxsiyyət vəsiqələri əsasında imtahan zallarına buraxılması təmin edilsin.
- Ümumi işlər üzrə prorektor (dos.T.Şükürov) və “İnsan resursları və daxili nəzarət xidməti”nin rəisi (Z.Nazıyev) bu əmrdən irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
- Ümumi şöbə (Z.Əliyeva) bu əmrin surətinin çoxaldılıb müvafiq struktur bölmə rəhbərlərinə paylanmasını təmin etsin.
- Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə həvalə edilsin.
Əsas: 2019/2020-ci tədris ili payız semestri qış imtahan sessiyasına hazırlıq barədə rektorun göstərişi.
Əmr № 86 (21.05.2019)
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bakalavriat səviyyəsi üzrə ixtisasların təhsil proqramlarına dəyişiklik barədə” 2019-cu il 19 mart tarixli F-148 nömrəli əmrinin icrası haqqında
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bakalavriat səviyyəsi üzrə ixtisasların təhsil proqramlarına dəyişiklik barədə” 2019-cu il 19 mart tarixli F-148 nömrəli əmrinin icrası ilə əlaqədar AKU-nun bakalavriat səviyyəsi üzrə ixtisasların təhsil proqramlarının humanitar fənlər blokuna “Multikulturalizmə giriş” fənninin daxil edilməsini təmin etmək məqsədilə
Ə M R E D İ R Ə M:
- Azərbaycan Respublikası Təhsil Nazirinin “Bakalavriat səviyyəsi üzrə ixtisasların təhsil proqramlarına dəyişiklik barədə” 2019-cu il 19 mart tarixli F-148 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.
- Azərbaycan Kooperasiya Universitetində bakalavriat səviyyəsi üzrə ixtisasların təhsil proqramlarının HF-B00 “Humanitar fənlər” blokuna HF-B04 “Seçmə fənlər” üçün nəzərdə tutulmuş 6 kreditin 4 krediti hesabına “Multikulturalizmə giriş” fənni əlavə edilsin.
- İxtisasların təhsil proqramlarının HF-B04 “Seçmə fənlər” blokunda qalan 2 kredit əvvəlki seçmə fənlər arasında uyğun olaraq bölüşdürülsün.
- Tədris planlarındakı müvafiq düzəlişlər “Qiyabi” təhsilin illik işçi tədris planlarında “Multikulturalizmə giriş” fənni 4 kredit üçün 20 akademik saat (10 saat mühazirə və 10 saat seminar) digər seçmə fənn üçün 2 kredit, 10 akademik saat (6 saat mühazirə, 4 saat seminar) kimi tədris edilsin.
- “Multikulturalizmə giriş” fənni ilə əlaqədar ixtisasların tədris planlarındakı düzəlişlər təsdiq edilsin. (əlavə olunur)
- İxtisasların tədris planlarındakı dəyişikliklər 2019/2020-ci il tədris ilindən etibarən tətbiq edilsin.
- İxtisasların tədris planlarında düzəliş edilmiş fənlərin tədrisi əlavə 1-də verilmiş kreditlər və ona uyğun auditoriya saatları həcmində əvvəllər mövcud tədris planlarında nəzərdə tutulmuş semesnlər üzrə aparılsın.
- Tədris işləri üzrə prorektor (dos.F.Quliyev) və tədris şöbəsi (dos.A.Mirzəməmmədov) bu əmrdən irəli gələn məsələləri həll etsinlər.
- Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor (dos.A.Quliyeva) bu dəyişikliklərin AKU-da tədrisin Elektron idarəetmə sisteminə daxil edilməsini təmin etsin.
- Kafedra müdiri (dos.N.Məhərrəmov) “Multikulturalizmə giriş” fənninin proqramına “Dinlər tarixi” mövzusunun daxil edilməsini təmin etsin.
- Tədris şöbəsi (dos.A.Mirzəməmmədov) tədris planlarında edilmiş zəruri dəyişikliklər barədə müvafiq fakültə dekanlarını, kafedraları və tələbələrin məlumatlandırılmasını təmin etsin.
- Əmrin icrasına nəzarət tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.03.2019-cu il tarixli F-148 nömrəli əmri və rektorunu göstərişi.
Əmrə əlavə №1
AKU rektorunun
“_____””________” 2019-cu il
tarixli____nömrəli əmri ilə
təsdiq edilmişdir.
Azərbaycan Kooperasiya Universitetinin bakalavriat səviyyəsi üzrə ixtisasların tədris planlarına “Multikulturalizmə giriş” fənninin daxil edilməsi ilə əlaqədar düzəlişlər.
Sıra №-si | İxtisasın | Fənnin əvvəlki adı | Kredit sayı | Fənnin düzəliş edilmiş adı | Kredit sayı | |
şifri | Adı | |||||
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
1.”Pedaqoji” fakültə | ||||||
1. | 050203 | Tərcümə | Fəlsəfə AR Konstitusiyası və hüququn əsasları (ARKHƏ) | 3 3 | Multikulturalizmə giriş ARKHƏ
| 4 2 |
2. | 050813 | Sosial iş
| ARKHƏ İqtisadiyyat | 3 3
| Multikulturalizmə giriş İqtisadiyyat
| 4 2 |
2.”Dünya iqtisadiyyatı və kommersiaya” fakültəsi | ||||||
3. | 050401 | Dünya iqtisadiyyatı | Fəlsəfə ARKHƏ
| 3 3 | Multikulturalizmə giriş ARKHƏ
| 4 2 |
4. | 050411 | Kommersiya | Fəlsəfə ARKHƏ | 3 3 | Multikulturalizmə giriş ARKHƏ
| 4 2
|
3.”Mühasibat uçotu və sənayenin təşkili” fakültəsi | ||||||
5. | 050402 | Mühasibat uçotu və audit | Fəlsəfə ARKHƏ
| 3 3 | Multikulturalizmə giriş ARKHƏ
| 4 2 |
6. | Sənayenin təşkili və i/e | Fəlsəfə ARKHƏ
| 3 3 | Multikulturalizmə giriş ARKHƏ
| 4 2 | |
4.”Maliyyə” fakültəsi | ||||||
7 | 050403 | Maliyyə | Fəlsəfə ARKHƏ
| 3 3 | Multikulturalizmə giriş ARKHƏ
| 4 2 |
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
5.”İqtisadiyyat” fakültəsi | ||||||
8. | 050404 | İqtisadiyyat | Fəlsəfə ARKHƏ
| 3 3 | Multikulturalizmə giriş ARKHƏ
| 4 2 |
6.”Marketinq və menecment” fakültəsi | ||||||
9. | 050407 | Menecment | ARKHƏ Fəlsəfə
| 3 3 | Multikulturalizmə giriş Fəlsəfə
| 4 2 |
10. | 050408 | Marketinq | ARKHƏ Fəlsəfə
| 3 3 | Multikulturalizmə giriş Fəlsəfə
| 4 2 |
11. | 050810 | Turizm və otelçilik | ARKHƏ Psixologiya
| 3 3 | Multikulturalizmə giriş Psixologiya
| 4 2 |
12 | 050506 | Coğrafiya | Fəlsəfə ARKHƏ
| 3 3 | Multikulturalizmə giriş ARKHƏ
| 4 2 |
13. | 050510 | Ekologiya | Fəlsəfə Psixologiya
| 3 3 | Multikulturalizmə giriş Psixologiya
| 4 2 |
7.”İdarəetmə” fakültəsi | ||||||
14. | 050409 | Biznes i/ed. | Fəlsəfə Psixologiya
| 3 3 | Multikulturalizmə giriş Psixologiya
| 4 2 |
15. | 050410 | Döv.və.bəl.idarəetməsi | Fəlsəfə Psixologiya
| 3 3 | Multikulturalizmə giriş Psixologiya
| 4 2 |
8.”Ekspertiza və texnologiya” fakültəsi | ||||||
16. | 050642 | Qida məhsulları mühəndisliyi | ARKHƏ Fəlsəfə
| 3 3 | Multikulturalizmə giriş Fəlsəfə
| 4 2 |
17. | 050643 | Çoxiş.malların texn.müh. | ARKHƏ Fəlsəfə | 3 3 | Multikulturalizmə giriş Fəlsəfə
| 4 2 |
18. | 050644 | İst.mal.eks. və mar. | ARKHƏ Fəlsəfə
| 3 3 | Multikulturalizmə giriş Fəlsəfə
| 4 2 |
19. | 050647 | Metralogiya,stan.və sert.müh. | Psixologiya Fəlsəfə
| 3 3 | Multikulturalizmə giriş Fəlsəfə
| 4 2 |
Qeyd:
1.Fənlər tədrisi 2019/2020-ci tədris ilindən etibarən tətbiq edilir.
2.Fənlərin tədrisi ixtisasın tədris planında nəzəedə tutulmuş semestrlər üzrə aparılır.
3.”Qiyabi” təhsildə əyani təhsilin tədris planına uyğyn düzəlişlər əsasında – “Multikuturalizmə giriş” fənni ildə 20 akademik saat (10 saat mühazirə, 10 saat seminar) və digər (Fəlsəfə, ARKHƏ, Psixologiya) fənlər üzrə cəmi 10 akademik saat (6 saat mühazirə, 6 saat seminar) tədris edilir.
Əmr № 84 (20.05.2019)
Universitetdə 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası üçün İmtahan qərargahının və Apellyasiya komissiyasının təşkili haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2019-cu il 14 may tarixli F-265 nömrəli əmrinin icrası ilə əlaqədar olaraq Universitetdə 2018/2019-cu tədris ili yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək məqsədilə
Ə M R EDİRƏM:
1.2018/2019-cu tədris ili yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Universitetdə İmtahan qərargahı və aşağıdakı tərkibdə Apellyasiya komissiyası yaradılsın:
1.1. Quliyev F.V.,dos. – Tədris işləri üzrə prorektor – İmtahan qərargahı və Apellyasiya komissiyasının sədri.
1.2. Quliyeva A.E., dos. – Beynəlxalq əlaqələr və təlim tərbiyə işləri üzrə prorektor, müavin
1.3. Mirzəməmmədov A.Z., dos. – Tədris şöbəsinin müdiri, üzv
1.4. Nazıyev Z.C. – İnsan resursları və daxili nəzarət şöbəsinin rəisi, üzv
1.5. Müvafiq fakültə dekanları və kafedraların müdirləri, üzv
2.Tapşırılsın İmtahan qərargahı və Apellyasiya Komissiyanın sədrinə (dos.F.V.Quliyevə) ki, Beynəlxalq əlaqələr və təlim tərbiyə işləri üzrə prorektor (dos.Quliyeva A.E.) Tədris şöbəsi (A.Z.Mirzəməmmədov) və İnsan resursları və daxili nəzarət şöbəsinin rəisi (Z.C.Nazıyev) ilə birlikdə:
2.1. imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;
2.2. imtahan qərargahına və Apellyasiya Komissiyasına daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etsinlər;
2.3. imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbir görülməsi üçün rektorluğa məlumat versinlər;
1 2.4. imtahan sessiyasında şəffaflığı təmin etmək üçün AKU-TV imkanlarından istifadə etsinlər, imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaratsınlar.
3. Tədris işləri üzrə prorektor (dos.F.Quliyev):
– imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Elmi şuraya və Təhsil Nazirliyinə yekun hsabat hazırlanmasını təmin etsin;
– Fakültələrdə Apellyasiya Komissiyalarının yaradılmasını təşkil etsin.
4. Beynəlxalq əlaqələr və təlim tərbiyə işləri üzrə prorektora
(dos.Quliyeva A.E.) və İnsan resursları və daxili nəzarət şöbəsinə (Z.C.Nazıyev) tapşırılsın:
– imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində Universitetdə baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər;
– bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlərin görülməsi və nəticəsi barədə Universitetin rektoruna məlumat versinlər.
5. Mətbuat xidməti (T.Əkbərov) Universitetin “Qaynar xətt“ xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə KİV-ə müntəzəm olaraq məlumat verilməsini təmin etsin.
6. “İKT” sektoru (S.Ramazanov) bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.V.Quliyevə) həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2019-cu il 14 may tarixli F-265 nömrəli əmri və rektorun göstərişi.
Əmr № 65 (19.04.2019)
Azərbaycan Kooperasiya Universitetində 2018/2019 – cu tədris ili
ikinci yarımilinin başa çatması haqqında
Azərbaycan Kooperasiya Universietetində 2018/2019-cu tədris ili ikinci
yarımilin başa çatması və yaz semestri imtahan sessiyasının təşkili məqsədilə
ƏMR EDİRƏM:
- Universitetdə təhsilin bakalavriat və magistratura səviyyələrində tələbələrin 15 həftəlik nəzəri dərs məşğələləri 2019-cu il mayın 31-də başa çatsın.
- Universitetdə təhsilin bakalavriat və magistratura səviyyələrində tələbələrin yaz semestrinin yay imtahan sessiyasının müddəti 2019-cu il iyunun 1-dən iyulun 5-dək müəyyən edilsin.
- Tələbələrə 2019-cu il iyulun 06-dan sentyabrın 15-dək yay tətili verilsin.
- Bakalavriat səviyyəsinin əyani və qiyabi təhsil tələbələrinin buraxılış kursunda 6 həftəlik diplomqabağı istehsalat təcrübəsi 2019-cu il mayın 24-dək başa çatsın və mayın 25-dən 31-dək hesabatların qəbulu və müdafiəsi keçirilsin.
- Universitetdə yekun Dövlət Attetasiyasının keçirilmə müddəti 2019-cu il iyunun 1-dən iyulun 5-dək müəyyən edilsin.
- Qiyabi təhsil tələbələrinin I, III və V kurslar üzrə yaz imtahan sessiyası 2019-cu ilin 1-10 may, II və IV kurslar üzrə 14-23 may tarixlərində keçirilsin və buraxılış kursları üçün Yekun Dövlət Attestasiyası əyani şöbə tələbələri ilə birlikdə 01 iyun 05 iyul tarixədək təşkil edilsin.
- Magistratura səviyyəsinin buraxılış kursunda Dissertasiya işlərinin hazırlanması müddəti (9 həftə) mayın 17-dək başa çatsın, müdafiəsi (3 həftə) mayın 18-dən iyunun 7-dək müəyyən edilsin.
- Universitetdə təhsilin bakalavriat (əyani və qiyabi) və magistratura səviyyələrində ikinci yarımil üçün nəzəri təlim, təcrübə, semestr və yekun dövlət imtahanları, həmçinin magistr dissertasiyasının müdafiəsi və akademik borcların ləğvi 2018/2019-cu tədris ilinin akademik təqvimi üzrə təşkil edilsin.
- Dövlət Attestasiyası və semestr imtahanlarının yazılı formada, 5 sualdan ibarət olmaqla imtahan biletləri əsasında aparılması təmin edilsin.
- Zərurət yaranarsa imtahanların şənbə günü də daxil olmaqla hər gün iki növbədə keçirilməsinə icazə verilsin.
- İmtahan sessiyası başlanana qədər Universitet üzrə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılsın.
- Akademik borcların ləğvi ilə əlaqədar həmin fənləri təkrar dinləmək üçün müəyyən edilmiş ödənişin (kreditin) Elmi şuranın qərarı ilə Universitetin daxili imkanları hesabına ödənilməsi barədə Rektorun 2014-cü il 22 dekabr tarixli 242 nömrəli əmrinin müvafiq bəndləri nəzərə alınsın.
- Üzürlü səbəbdən imtahanda iştirak etməyən və ya imtahana buraxılmayan tələbələrə növbəti dərs ili başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılsın, təhsil dövründə imtahanlardan qeyri-müvəffəq qiymət alan və ya fənn kredit fərqləri olan tələbələr üçün 2019-cu il iyulun 20-dən avqustun 30-dək, 6 həftəlik (sonuncu həftə imtahan sessiyası) yay semestri təşkil edilsin.
14.İkinci yarımilin başa çatması ilə əlaqədar rektorun 15 noyabr 2017-i il tarixli 210 nömrəli əmrinin müvafiq bəndləri işdə rəhbər tutulsun.
- Tapşırılsın kafedra müdirlərinə və “Doktorantura və magistratura” şöbəsinə:
15.1. İmtahanlara hazırlaşmaq üçün Dövlət Attestasiyası və ayrı – ayrı fənlər üzrə imtahan suallarının əvvəlcədən tələbələrə paylanmasını, əsas nüsxənin və fənn proqramının kafedranın “Metodiki güşəsi”ndə yerləşdirilməsini təmin etsinlər;
15.2. Yenidən işlənməsinə ehtiyac olan imtahan biletlərinin yeniləşdirilib müvafiq qaydada kafedra iclasında müzakirə və təsdiq etsinlər;
15.3. Fənn kabineti və laboratoriyaların imtahan sessiyasına hazırlığını təmin etsinlər ;
15.4. Akademik borcu qalan, imtahanlarda iştirak etməyən və ya müxtəlif səbəblərdən imtahanlara buraxılmayan tələbələrə müəyyən edilmiş qaydada və vaxtda kredit toplamaq üçün əlavə dərslərin keçirilməsini təmin etsinlər;
15.5. Yaz semestrinin imtahan sessiyasında mövcud “Qaydalar”ın və “Əsasnamələr”in tələblərini işdə rəhbər tutsunlar;
15.6. Köçürmə və təkrar istifadə hallarına yol verməmək, həmçinin saxlama imkanlarının məhdudluğu ilə əlaqədar olaraq kurs işi, referat, sərbəst işlər, həmçinin istehsalat təcrübəsi hesabatlarının və s. fənnin tədrisi başa çatdıqdan sonra məhv edilməsini, imtahan – yazı işlərinin isə müəyyən edilmiş qaydada – bir semestr saxlanmasını təmin etsinlər.
- Tapşırılsın fakültə dekanlarına, “Qiyabi” şöbəyə və “Doktorantura və magistratura” şöbəsinə:
16.1.İmtahan cədvəllərini akademik qrupların təklifləri nəzərə alınmaqla sessiyaya ən azı 15 gün qalmış hazırlayıb tədris işləri üzrə prorektorun təsdiqinə versinlər və hər bir imtahana hazırlaşmaq üçün tələbələrə 2 gündən az olmayaraq vaxt ayrılmasını təmin еtsinlər;
16.2. Dövlət Attestasiyasına buraxılacaq tələbələr barədə təqdimatı Dövlət İmtahanlarının başlanmasına ən azı bir həftə qalmış tədris şöbəsinə təqdim еtsinlər;
16.3. Əvvəlki illərdə Dövlət Attestasiyasına buraxılmış, lakin hər hansı səbəbdən Dövlət İmtahanlarında iştirak etməmiş və ya qeyri-müvəffəq qiymət almış, həmçinin əyani təhsil üzrə oğlan məzunları yalnız hərbi xidməti başa vurduqdan sonra və ya hərbi xidmətdən möhlət hüququ olduqda (sənədlər əlavə edilməklə) rektorun adına ərizəsi əsasında təkrar Dövlət İmtahanlarına buraxıla bilər. Əmrin bu bəndinin pozulmasına görə fakültə dekanı məsuliyyət daşıyır.
16.4. İmtahan biletlərinin mövcud “Qaydalar”a uyğun olaraq 5 sualdan ibarət olmaqla tərtib edilməsi və vaxtında hazırlanmasına nəzarəti təmin еtsinlər;
Təsdiq edilmiş imtahan cədvəllərinin bir nüsxəsini tədris hissəsinə verilməsini təmin еtsinlər;
16.5. Fənnlər üzrə imtahan vərəqlərini sessiyanın başlanmasına ən azı 2 həftə qalmış hazırlamaq və imtahan günü müəllimə verilməsini təmin еtsinlər;
16.6. Üzürlü səbəbdən imtahana gəlməyən və ya buraxılmayan tələbəyə həmin fəndən imtahan vermək üçün mövcud qaydada növbəti dərs ilinin başlanmasına qədər bir dəfə şərait yaradılmasını təmin еtsinlər;
16.7. İmtahanların obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə imtahan sessiyası başlanana qədər imtahan nəzarətçilərinin siyahısını hazırlasınlar və tədris işləri üzrə prorektorun təsdiqinə təqdim etsinlər;
16.8. Dövlət Attestasiyasından sonra məzunların dekanlıqda olan şəxsi işlərinin tədris şöbəsində saxlanılan ilkin (qəbul) şəxsi işlərinə əlavə edilmək üçün şöbəyə verilməsini təmin etsinlər;
16.9. Cari tədris ilinə və ya semestrə qeydiyyatdan keçməyib semestrin sonuna qədər Universitetlə əlaqə saxlamayan tələbələrin xaric edilməsi barədə rektora təqdimat versinlər;
16.10. Yaz semestri imtahan sessiyasının başlanmasınadək kollokviumların, kurs işləri, seminar, laboratoriya və praktiki məşğələlərin, həmçinin dərsə davamiyyətin nəticələrinin yekunlaşdırılıb tələbələrə məlumat verilməsini təmin etsinlər.
16.11.Yekun Dövlət Attestasiyası və İstehsalat təcrübəsinin nəticələrinin qiymətləndirilməsində rektorun 27.12.2017-ci il tarixli 236 saylı əmri ilə təsdiq edilmiş “Qaydalar” əsas götürülsün.
- Tapşırılsın tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) və Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektora (dos.A.Quliyevaya) ki, tədris şöbəsi (dos.A.Mirzəməmmədov) ilə birlikdə aşağıdakıları təmin etsinlər:
17.1. Yaz semestri imtahan sessiyasının mövcud “Qaydalar”ın tələblərinə uyğun keçirilməsinə və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinə nəzarəti;
17.2. İmtahanların obyektiv və şəffaf keçirilməsini təmin etmək məqsədilə tədris – köməkçi heyətin imtahanlarda nəzarətçi kimi iştirakını, imtahanların vaxtında və müvafiq auditoriyada keçirilməsini;
17.3. İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra tələbələrdən “cavab” vərəqlərinin yığılmasını, onların məsul şəxs tərəfindən kodlaşdırılmasını və fənni tədris edən müəllim tərəfindən “İmtahan qərargahı”nda yoxlanılaraq qiymətləndirilməsini;
17.4. imtahanların cədvəl üzrə mərhələlərlə, yazılı formada, səhər saat 900–dan 1800-dək keçirilməsini;
17.5. cari tədris ilində Universiteti bitirəcək məzunların siyahısını hazırlayıb tələb olunan sənədlərlə birlikdə müəyyən edilmiş vaxtda Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinə təqdim edilməsini;
17.6. Dövlət Attestasiyası başa çatdıqdan sonra 5 gün müddətində tələbələrin Universiteti bitirmələri haqqında əmr layihəsinin rektorun təsdiqinə verilməsini və həmin əmrin surətinin Təhsil Nazirliyinə təqdim edilməsini;
17.7. məzunlara veriləcək diplom blankları və diplom əlavələrinin alınması, doldurulması, onların hər birinin məzunların şəxsi işinə əlavə edilməklə arxivə verilməsini;
17.8. imtahan sessiyası dövründə Universitetə kənar şəxslərin daxil olmamasını, imtahanların mütəşəkkil və şəffaf keçirilməsini;
17.9. Universitetdə İmtahan Qərargahı və Apellyasiya komissiyasının təşkilini;
17.10. imtahanların obyektiv keçirilməsini müşahidə etmək istəyən KİV nümayəndələrinin, valideynlərin (şəxsiyyət vəsiqələri əsasında) imtahan zallarına buraxılmasını;
17.11. buraxılış kursu tələbələrinin şəxsi işlərinin mövcud tələblərə uyğun tərtibatının 2019-cu il aprelin sonunadək başa çatdırılmasını;
17.12. Universitetin “Qaynar xətt” xidmətinin (0125628517) fəaliyyəti və imtahan sessiyasının gedişi barədə tələbələrə, onların valideynlərinə və ictimaiyyətə müntəzəm olaraq məlumat verilməsini;
- Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor (dos.A.Quliyeva) imtahan sessiyasının təşkili və keçirilməsi ilə əlaqədar müvafiq tədbirlər görülməsini təmin etsin.
19.Tədris işləri üzrə prorektor (dos.F.Quliyev ) yaz imtahan sessiyasının ilkin nəticələrinin Elmi şuranın növbəti iclasının müzakirəsinə çıxarılmasını və müvafiq qaydada Təhsil Nazirliyinə hesabat hazırlanmasını təmin etsin.
- Tapşırılsın Elm və innovasiyalar üzrə prorektora (prof.B.Ataşova) və Baş mühasibə (Ə.İ.Həsənovaya) ki, rektorun icazə verdiyi və tədris hissəsi ilə razılaşdırılmış professor – müəllim heyətinin müəyyən edilmiş həddən artıq yerinə yetirdikləri dərs yükünün haqqının mövcud qaydalara uyğun olaraq saathesabı ödənişini təmin etsinlər.
- Tapşırılsın kitabxana müdirinə (T.Abdullayevaya) ki, imtahan sessiyası dövründə kitabxana və oxu zalının səhər saat 900-dan 1800-dək işləməsini, yeni ixtisas ədəbiyyatlarının və dərsliklərin kataloqunun, mühazirə mətnlərinin elektron variantının oxu zalında olmasını, tələbələrin imtahanlara hazırlaşmaları üçün kitabxana və oxu zalında tam şərait yaradılmasını və son kurs tələbələrinə verilmiş kitabların qaytarılmasını təmin etsin.
- Təsərrüfat şöbəsi (Ə.Quliyev) və “Mühafizə və dispetçer xidməti” (dos.M.Hüseynov) imtahan sessiyası gedişində tədris auditoriyalarının, kabinet və laboratoriyaların, həmçinin tədris – köməkçi sahə və otaqların elektrik təminatı, yanğın və mühafizə təhlükəsizliyini, tələbələrin Universitetin həyətində və binanın daxilində siqaret çəkməməsinə, gündüz və gecə gözətçilərinin işinə məsuliyyətin artırılmasına, kənar şəxslərin Universitet binasına icazəsiz girişinə nəzarəti təmin etsinlər.
- İKT sektoru (S.Ramazanov) bu əmrin Universitetin elektron saytında yerləşdirilməsini, auditoriyalarda imtahan prosesinin gedişini və dəhlizlərdə kamera və video görüntülərinin izlənməsini təmin etsin.
- Rektorun müşaviri (Q.Allahverdiyev) imtahan prosesinin gedişi, tələbələrin hər hansı şikayəti, təhsil haqqı və digər məsələlər barədə onların və valideynlərinin müraciətini qeydə alsın və rektora mütəmadi olaraq məlumat versin.
- Mətbuat xidməti (T.Əkbərov) imtahan sessiyasının gedişi və nəticələri barədə KİV nümayəndələrinə və ictimaiyyətə mütəmadi olaraq məlumat verməsini təmin etsin.
- Ümumi işlər üzrə prorektor (dos.T.Şükürov) və İnsan resursları və daxili nəzarət şöbəsinin müdiri (Z.Nazıyev) bu əmrdən irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
- Tapşırılsın Ümumi şöbəyə (Z.Ş.Əliyevaya) ki, bu əmrin surətinin çoxaldılaraq universitetin aidiyyatı struktur bölmə rəhbərlərinə paylanmasını təmin etsin.
- Əmrin icrasına nəzarət tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas: Universitetdə 2018/2019-cu tədris ili ikinci yarımilin başa çatması zərurəti ilə əlaqədar rektorun göstərişi.
Əmr № 64 (19.04.2019)
2019/2020-ci tədris ilinə hazırlıq haqqında Azərbaycan Kooperasiya Universitetinin 2019/2020-ci tədris ilinə hazırlığı məqsədilə
Ə M R E D İ R Ə M:
- Azərbaycan Kooperasiya Universitetinin 2019/2020-ci tədris ilinə hazırlığı vəziyyətini yoxlamaq üçün aşağıdakı tərkibdə ümumuniversitet komissiyası təşkil edilsin:
- Komissiyanın sədri:
1.1. Quliyev F.V. – i.e.n.,dos., Tədris işləri üzrə prorektor
- Komissiyanın üzvləri:
1.2. Ataşov B.X. – i.е.d., prof, Elm və innovasiyalar üzrə prorektor – müavin
1.3. Quliyeva A.E. – i.f.d., dosent, Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor
1.4. Şükürov T.Ş – i.е.., dosent, Ümumi işlər üzrə prorektor
1.5. Mirzəməmmədov A.Z. –i.e.n.,dosent, Tədris şöbəsinin müdiri
1.6. Nazıyev Z.C. – İnsan resursları və daxili nəzarət şöbəsinin müdiri
1.7. Quliyev Ə.Ə. – Təsərrüfat şöbəsinin müdiri
- Müvafiq fakültə dekanları, kafedra müdirləri və struktur bölmə rəhbərləri
- Universitetdə tədris işinin təşkilinin aşağıdakı qaydaları müəyyən edilsin:
2.1.Tədris işinin təşkili mövcud normativ-hüquqi sənədlər əsasında həyata keçirilsin.
2.2. Ştat cədvəli üzrə işləyən professor-müəllim heyətinin tədris yükünün 500 saatdan az olmamasını və ayrılan akademik yükün ən azı 60 faizinin aktiv, yəni mühazirə, seminar, laboratoriya və praktiki məşğələlərdən ibarət olmasına ciddi əməl edilsin.
2.3. Orta faktiki dərs yükü 550 saatdan yuxarı olan kafedralarda artıq qalan akademik yük aktiv saatın həddi (ən azı 60 faizi) gözlənilməklə Universitetin professor-müəllim heyəti, dərs demək hüququ olan tədris – köməkçi heyəti və digər əməkdaşları, həmçinin kənardan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər arasında əvəzçiliklə və ya saathesabı ödəniş əsasında bölüşdürülsün.
2.4. 2019/2020 – ci tədris ilinin tədris işinin təşkilində fakültələrin, fakültəyə daxil olan kafedraları və ixtisasların kodu və adı, həmçinin buraxılış kafedralarının tərkibinə daxil olan ixtisaslar (əlavə №1) və kafedralara aid olan fənlərin kodlu siyahısının (əlavə №2) təsdiqi barədə rektorun 2018-cı il 01 may tarixli 67 nömrəli əmri nəzərə alınsın.
2.5. Zəruri hallarda laboratoriya və məşğələ dərslərində (Xarici dil, Azərbaycan dili, İnformatika və s) akademik qrupların yarımqruplara bölünməsinə icazə verilsin.
- Tapşırılsın müvafiq fakültə dekanlarına, “Qiyabi” və “Doktorantura və magistratura” şöbələrinin müdirlərinə:
3.1. 2019/2029-ci tədris ili üçün təhsilin bakalavriat və magistratura səviyyələrində akademik yüklərin bölgüsünü AR Təhsil Nazirinin müvafiq əmrləri ilə təsdiq edilmiş normativ sənədlərə və tədris planlarına uyğun olaraq həyata keçirsinlər.
3.2. İxtisas üzrə illik işçi tədris planlarını müvafiq ixtisasın tədris qrafikinə uyğun olaraq hazırlayıb 2019-cu il may ayının 20-dək tədris işləri üzrə prorektorun (dos.F.Quliyev) təsdiqinə təqdim etsinlər;
3.3. İxtisasın illik işçi tədris planı əsasında kafedralar üzrə hazırlanmış dərs yükünün bölgüsünü 2019-cu il may ayının 30-dək müvafiq kafedralara verilməsini təmin etsinlər;
3.4. Yeni tədris ilində tələbə qəbulu planının icrası ilə əlaqədar 1-ci kurslarda dərs aparan müəllimlərin akademik yükünün sentyabrın 15-dək dəqiqləşdirilməsini təmin etsinlər;
3.5. Kafedralar dərs yükünün verilməsində kafedralarda tədris olunan fənlərin ayrı – ayrı ixtisaslar üzrə təsdiq edilmiş tədris planlarına uyğun olmasını təmin etsinlər;
3.6.Yaz semestri və əsasən akademik borcların ləğv edilməsi məqsədilə təşkil edilmiş yay semestrinin imtahan sessiyası qurtardıqdan sonra 10 gün müddətində sessiyanı müvəffəqiyyətlə başa vurmuş tələbələrin növbəti təhsil ilinə keçməsi barədə təqdimatı rektorluğa təqdim etsinlər;
3.7. Yeni dərs ilinin tədris prosesi üçün fənlərin zəruri proqram-metodiki təminatı və digər tədris sənədlərinin vəziyyətinin yoxlanılmasına rəhbərliyi təmin etsinlər;
3.8. Məzunların dekanlıqda olan şəxsi işlərini – tədris dövrü ərzində müvəffəqiyyət göstəriciləri, fərdi plan, tam doldurulmuş qiymət kitabçası, tələbənin şəxsi işi və digər aidiyyətı sənədləri müəyyən edilmiş qaydada tərtib edib tədris şöbəsinin tələbə – məzun bölməsinə və arxivə təhvil versinlər;
3.9. Bakalavriat və magistratura səviyyəsinin məzunlarına tələbə (magistr) bileti və qiymət (attestasiya) kitabçalarının təhvil alınmasını, kitabçada diplom verilməsi barədə qeyd aparıldıqdan sonra tələbənin şəxsi işinə əlavə edilərək tədris şöbəsinin tələbə – məzun bölməsinə və ya arxivə təhvil verilməsini təmin etsinlər;
3.10. Yeni dərs ilində Universitetə qəbul olunmuş tələbələr üçün tələbə bileti, qiymət kitabçası və şəxsi nömrəsi eyni olmaqla №19001-dan başlanır. Burada “19” rəqəmi tələbələrin qəbul ilini, “001” rəqəmi isə tələbələrin sıra nömrəsini göstərir.
3.11. Eyni ixtisas üzrə tədris qrupunda tələbələrin sayı 30 nəfərdən az olduqda (“Xarici dil” və laboratoriya dərsləri istisna olmaqla) qrupun bölünməsi aparılmır.
3.12. Humanitar və peşə hazırlığı fənləri bölümlərinə daxil olan fənlər üzrə kreditlərin və ya auditoriya saatlarının miqdarı və tədris edilən fənnin məzmunu eyni olduqda tələbələrin sayından asılı olaraq mühazirə dərslərində ən çoxu 2 akademik qrupu birləşdirilməsini nəzərə alsınlar;
3.13. Birinci kurs tələbələrini “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” (ARTN-21.01.2014,əmr №40) və “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə” (ARTN-11.09.2008,əmr №1060) ilə tanış etməklə sentyabrın 10-dək onlara fərdi tədris planlarını təqdim etsinlər;
3.14.Yeni dərs ilinin əvvəlində tələbələri mövcud “Qaydalar”a uyğun olaraq hazırlanmış zəruri yaddaş, informasiyaverici və digər məlumatlandırıcı vəsaitlərlə təmin etsinlər, Universitetin daxili intizam qaydaları, o cümlədən dərs vaxtı mobil telefonlardan istifadənin qadağan olunması, təhsil haqqı, dərsə davamiyyət və akademik borca görə əlavə dərs keçirilməsi (kredit toplamaq) və ödəniş edilməsi barədə məlumatlandırsınlar;
3.15. Hər dərs ili üçün ixtisasın tədris qrafiki əsasında tələbənin illik fərdi tədris planının vaxtında hazırlanmasına nəzarəti təmin etsinlər;
3.16. Növbəti tədris ili üçün tələbələrin fərdi tədris planı hazırlanarkən buraya ilk növbədə əvvəlki illərdən qalmiş akademik borcların yarandığı fənlərin daxil edilməsini təmin etsinlər;
3.17. Kafedralarda akademik yüklərin vaxtında və düzgün hesablanmasına, müəllimlər arasında bölünməsinə, müəllimlərin fərdi iş planlarının təsdiqi zamanı tədrisin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş tədbirlərin nəzərdə tutulmasına və həyata keçirilməsinə nəzarəti təmin etsinlər;
3.18. Yuxarı kurs tələbələrinin fərdi tədris planlarını iyulun 5-dən 15-dək dekanlığa təqdim etmələrinə nəzarəti təmin etsinlər;
3.19. Akademik borcu, fənn fərqləri və əlavə kredit toplamaq üçün tələbələrin 6 həftəlik yay semestrinə qeydiyyatı 06 – 12 iyul tarixlərində başlanılsın.
3.20. Yay semestrinə hazırlığın müddəti 6-19 iyul tarixinə müəyyən edilsin.
3.21. Yay semestrinin 1-ci həftəsi- 20-26 iyul, 2-ci həftəsi- 27 iyul 2 avqust, 3-cü həftə – 3-9 avqust, 4-cü həftə 10-16 avqust, 5-ci həftə 17-23 avqust, imtahan həftəsi 24-30 avqust tarixləri müəyyən edilsin.
3.22. Tədris hissəsinə 2019–cu il iyulun 10-dək aşağıdakı sənədləri təqdim etsinlər:
3.22.1. Cari dərs ili üçün fakültə dekanlıqları, “Doktorantura və Magistratura” və “Qiyabi” şöbələrin işi haqqında hesabat;
3.22.2. Yaz və yay (təşkil olunarsa) semestrinin imtahan sessiyasının yekunları haqqında məlumat (müəyyən edilmiş forma üzrə);
3.22.3. Yeni dərs ili üçün fakültələrin, “Doktorantura və Magistratura” və “Qiyabi” şöbələrin iş planı;
3.22.4. Fakültə və digər struktur bölmələrin yeni dərs ilinə hazırlığı barədə aktı;
3.22.5. Dövlət Attestasiyasından müvəffəqiyyətlə keçmiş məzunların universiteti bitirmələri barədə təqdimat və əmr layihəsini;
- Kafedra müdirləri 30 iyun 2019-cu il tarixədək aşağıdakı sənədləri hazırlasınlar və müzakirə etsinlər:
4.1. Yeni dərs ili üçün kafedranın iş planı;
4.3. Yeni dərs ili üçün müəllimlərin illik işçi tədris planı;
4.4. Tədrisin keyfiyyətinə nəzarət planı (açıq və qarşılıqlı dərslərin planı);
4.5. Hesabat ilində müəllimlərin tədris – elmi işlər üzrə fərdi planlarının yerinə yetirilməsi;
4.6. Müəllimlər arasında pedaqoji işin semestrlər üzrə bölgüsü (dərs yükü);
- Kafedra müdirləri məzuniyyətə gedənək tədris işləri üzrə prorektora aşağıdakı sənədləri təqdim etsinlər:
5.1. Cari dərs ili üçün kafedranın işi haqqında hesabat;
5.2. Hesabat ili üçün dərs yükünün yerinə yetirilməsi haqqında məlumat (müəyyən edilmiş forma üzrə);
5.3. Yeni dərs ili üçün pedaqoji yükün bölgüsü haqqında məlumat (fərdi planın bütün bölmələri üzrə müəyyən edilmiş formada);
5.4. Fakültə dekanlıqları tərəfindən ixtisasın illik işçi tədris planları əsasında hazırlanmış və kafedraya verilmiş dərs yükünün kafedranın müəllimləri arasında bölgüsünü;
5.5. Saathesabı ödəniş və əmək müqaviləsi ilə işləyəcək müəllimlərin dərs yükü bölgüsünü və təqdimatı;
5.6. Kafedrada yaranmış vakansiya dərs yükünü fənlər üzrə tam məzmunda təqdim etmək;
5.7. Professor-müəllim heyətinə dərs yükünü – 500 saatdan az olmamaqla və ehtiyac yaranarsa 550 saat daxilində bölmək, əlavə ştat vahidi və ixtisar haqqında rektorluğa təqdimat vermək;
5.8. Zəruri hallarda bəzi fənlərdən (İnformatika, Xarici dil, Azərbaycan dili, Rus dili və s.) laboratoriya dərslərinin müəyyən edilmiş qaydada yarımqruplara bölünməsi barədə məlumatı.
- “Professor – müəllim heyətinin tədris işi üçün vaxt norması”na uyğun olaraq kafedra müdirləri illik dərs yükü bölgüsündə aşağıdakı normativ qaydaları nəzərə alsınlar:
6.1. Mühazirə, seminar, laboratoriya və praktiki məşğələlərə ayrılan vaxtın həcmi illik dərs yükünün 60 faizindən az olmamalıdır;
6.2. Mühazirələr bir qayda olaraq əsasən professor və dosentlər tərəfindən aparılır. (ARNK qərarı: 23.04.2010 №75);
6.3. Seminarlar, praktiki məşğələlər, laborator işlər və s. bir qayda olaraq əsasən baş müəllim, müəllim tərəfindən aparılır (ARNK qərarı: 23.04.2010 №75);
6.4. Professor-müəllim heyatinin ümumi illik iş həcminin 500 saatı (1 stavka üçün ) dərs yüküdür; (ARTN- əmri: 04.02.2011, №194).
6.5. Rektorun razılığı ilə müstəsna hallarda yüksək pedaqoji təcrübəyə malik professor-müəllim heyətinə 1,5 ştat vahidi dərs yükü aparmağa icazə verilir;
6.6. Professorların illik dərs yükünün 25-40 faizi (125-200saat) mühazirə, 25-40 faizi (125-200 saat) kurs, buraxılış və magistr dissertasiya işlərinə rəhbərlik və məsləhət saatları, qalan hissələrini isə seminar, praktiki məşğələ və laboratoriya dərsləri təşkil edir;
6.7. Dosentlərin və 5 ildən çox pedaqoji staja malik baş müəllimllərin illik dərs yükünün 60 faizdən az olmayan hissəsini seminar, praktiki məşğələ və laboratoriya dərsləri təşkil edir;
6.8. Müəllim və assisentlərin dərs yükü əsasən seminar və praktiki məşğələlərdən, elmi dərəcəsi olan assisentlərin dərs yükü həm də, kurs və buaxılış işlərini rəhbərlikdən ibarət ola bilər;
6.9. Elmi dərəcəsi olan assistentlərə fakültə elmi şurasının razılığı ilə fakültə elmi ixtisas kurslarından mühazirə aparmağa icazə verilə bilər;
6.10. İmtahanqabağı məsləhət saatları bir akademik qrup üçün 2 saat, imtahan 3 tələbəyə -1saat; kurs işinə rəhbərlik və işin qiymətləndirilməsi – 1 iş üçün 2 saat; buraxılış işinə rəhbərlik, məsləhət və rəy yazılması – 1 iş üçün 16 saat (buraxılış işi olduqda), bakalavrların İstehsalat və diplomqabağı, magistrantların Elmi – tədqiqat və Elmi – pedaqoji təcrübəsinə rəhbərlik, hesabatın yoxlanması və qiymətləndirilməsi bir iş günündə hər qrup üçün 2 saat;
6.11. İstehsalat, diplomqabağı , Elmi – tədqiqat və Elmi –pedaqoyi təcrübənin hesabatı və onların müdafiəsi müəyyən edilmiş qaydaya uyğun olaraq təcrübə rəhbərləri (müəllim) tərəfindən rektorun 27 dekabr 2017-ci il tarixli 236 nömrəli əmri ilə təsdiq edilmiş meyarlara uyğun olaraq мüvafiq balla qiymətləndirilir;
6.12. Maqistratura səviyyəsində elmi adı və ya elmi dərəcəsi olan, həmin magistr təhsil proqramı üzrə ən azı bir əsas və ya ixtisas kursunu aparan professor-müəllim heyyətinə dərs aparmağa icazə verilir;
6.13.Tədrıs ilində bir tələbəyə görə, magistr dissertasiyasının mövzusu üzrə məsləhət 10 saat, magisrt proqramına rəhbərlik tədris ilində hər ixtisasa görə 30 saat (bir nəfərə ikidən artıq magistr təhsil proqramına rəhbərlik etməyə icazə verilmir), magistr dissertasiyasına rəhbərlik tədris ilində hər tələbəyə görə 40 saat, (bir nəfərə 5-dən çox tələbə magistra rəhbərlik etməyə icazə verilmir), referatların yoxlanılması bir referat üçün 2 saat nəzərdə tutulur;
6.14. Bakalavriat səviyyəsində VIII semestrdə 8 həftəlik (12 kredit ) istehsalat təcrübəsi üçün hər qrupa 4,5 a/saat olmaqla (4,5 a/saat x 40 gün) 180 akademik saat və 6 həftəlik (9 kredit) diplomqabağı təcrübə üçün hər qrupa 4,5 a/saat olmaqla (4,5 a/saat x 30 gün)135 akademik saat nəzərdə tutulur.
6.15. Magistratura səviyyəsində IV semestrdə 4 həftəlik Elmi – tədqiqat (2-ci semestrdən 4-cü semestrə keçirilir) və 4 həftəlik Elmi – pedaqoji təcrübənin hər biri üçün 40 akademik saat nəzərdə tutulur.
6.16. Akademik qrupda tələbələrin sayı 5 nəfərdən az olduqda bir iş günündə hər bir qrupa 1 akademik saat ayrılır.
6.17. Kafedrada olan artiq dərs yükünü ilk növbədə könüllülük əsasında saathesabı qaydada kafedranın müəllimləri arasında bölgüsünü təmin etmək;
6.18. Kafedrada 240 saatadək dərs yükünün saathesabı qaydada mütəxəssis müəllimlərə verilməsi və kənardan cəlb edilməsi.
6.19. Kafedrada dərs yükünün azalması səbəbindən müəllimin ixtisarı barədə kafedranın qərarını 2019-cu il iyunun 30-dək rektora təqdim etmək;
6.20. Zəruri hallarda tədris ili ərzində dərs yükünün dəyişdirilməsi yalnız tədris işləri üzrə prorektorun razılığı ilə həyata keçirilə bilər.
- Tapşırılsın tədris şöbəsinə (A.Z.Mirzəməmmədova):
7.1. Dekanlıqları, (Qiyabi şöbə), kafedra, “Doktorantura və magistratura” şöbəsini vaxtında zəruri normativ – metodiki sənəd blankları ilə təmin etsin;
7.2. Universitetə qəbul olunmuş, köçürülmüş, ixtisasını və təhsil formasını dəyişmiş, bərpa və xaric olunmuş tələbələrin yeni dərs ilinin başlanğıcınadək “Tələbə – məzun” Dövlət elektron məlumat sisteminə daxil edilməsini təmin etsin;
7.3. Fakültə dekanları (Qiyabi şöbə, “Doktorantura və magistratura” şöbəsi) tərəfindən ixtisas və kurslar üzrə hazırlanmış illik işçi tədris planlarını və qiyabi təhsilin tədris prosesinin vahid qrafikini 2019-cu il 15 may tarixədək tədris işləri üzrə prorektorun təsdiqinə versin;
7.4. Yeni ixtisaslar açılması zərurəti yarandıqda müvafiq ixtisas kafedralarının iştiraki ilə ixtisasın tədris planlarının hazırlanmasını təmin etsin;
7.5.Fakültə dekanları ilə birlikdə 2019/2020-ci tədris ili üçün bakalavriat və magistratura səviyyəsinin ixtisaslar üzrə I kurs akademik qruplarına qəbul planından asılı olaraq müəyyən edilmiş qayda üzrə ardıcıl sıra nömrələrinin verilməsini təmin etsin;
7.6. 2019/2020-ci tədris ilinin payız semestrinin dərs cədvəlinin 2019-cu il avqustun 30-dək tərtib edilib tədris işləri üzrə prorektorun təsdiqi üçün təqdim edilməsini təmin etsin.
- Tapşırılsın akademik məsləhətçi (tyutor) xidmətinə:
8.1. Tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək;
8.2. Tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhət vermək;
8.3. Mövcud “Qaydalar”ın “3.3-cü – Tələbənin fərdi tədris planının tərtibi” və “3.4-cü Yay semestrinin təşkili” bəndlərinin icrasında tam iştirak etmək.
- Tapşırılsın təsərrüfat şöbəsinə (Ə.Quliyevə):
9.1.Auditoriyaların avadanlıqlarla təminatını başa çatdırmaq və cari təmiri təşkil etmək;
9.2.Universitetin auditoriya fondunu dərs məşğələlərinə hazırlamaq, tədris avadanlıqlarını təmin etdirmək, auditoriyaları stol və stullarla komplektləşdirmək, elektrik xətlərini yanğından mühafizə vəziyyətinə gətirmək;
9.3. Tədris korpusu və yeməkxananın yeni dərs ilinə hazırlığı haqqında təqdimatı 2019-cu il sentyabrın 10 – dək rektorluğa təqdim etmək;
9.4. Kafedraların və fənn kabinetlərinin təmiri, onların zəruri mebel və avadanlıqlarla təminatını təşkil etmək;
- Yeni dərs ili üçün universitetin hazırlığını yoxlayan umumuniversitet komissiyasına tapşırılsın:
10.1. 2019-cu il iyul – avqust ayları ərzində tədris auditoriyalarının, ayrı – ayrı fakültə, kafedra və digər struktur bölmələrin yeni dərs ilinə hazırlığının nəzarət yoxlamasını keçirmək;
10.2. Universitetin yeni dərs ilinə hazırlığı aktını 2019-cu il avqustun 30-dək rektorluğa
təqdim etmək.
- Yeni dərs ilində Universitetdə dərs məşğələlərinin təşkilinin aşağıdakı qaydası müəyyən edilsin:
11.1. Dərs məşğələləri 2 nöbbə olmaqla 1-ci növbə – səhər saat 830 dan 1300 –dək; II növbə – 1330dan1750dək;
11.2. Dərs məşğələləri bir akademik saat 40 dəqiqə olmaqla 2 akademik saatda birləşərək 80 dəqiqədə keçirilsin;
11.3. Hər akademik qoşa saatdan bir fasilə verilsin: Birinci dərslə 2-ci dərs arasında 10 dəqiqə, 2– ci dərslə 3-cü dərs arasında 20 dəqiqə, növbələrarası tənəffüs 30 dəqiqə.
11.4. Tələbələrin həftəlik dərs yükü və əməkdaşların iş norması 5 günlük iş həftəsi üzrə müəyyən edilsin.
- Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (F.Quliyevə) həvalə edilsin.
- Tapşırılsın Ümumi şöbəyə (Z.Ş.Əliyevaya) ki, bu əmrin aidiyyatı struktur bölmələrə paylanmasını təmin etsin.
Əsas: Yeni dərs ilinə hazırlıqla əlaqədar rektorun göstərişi.
Əmr № 28 (19.02.2019)
“Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 14 fevral tarixli F-82 nömrəli əmri ilə təsdiq olunmuş “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədi ilə
Ə M R E D İ R Ə M:
- “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin. (əlavə olunur).
2.Aidiyyatı fakültə, kafedra, həmçinin kitabxana, oxu zalı, həmkarlar, TGT və digər struktur bölmə rəhbərləri “Tədbirlər Planı”nın yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 2019-cu ul dekabrın 20-dək Universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektora (dos.A.Qulyevaya) hesabat təqdim etsinlər.
3.Uiversitetin prorektorları (dos.F.Quliyev və dos.A.Quliyeva) aidiyyatı struktur bölmə rəhbərləri ilə birlikdə “Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin iş planına daxil edilməsini, onlrın icrasına nəzarəti, müvafiq strukturlara təşkilati köməklik göstərilməsini və daxil olmuş hesabatların ümumiləşdirilib rəhbərliyə və Təhsil Nazirliyinin aparatına təqdim olunmasını təmin etsinlər.
- Ümumi şöbə (Z.Əliyeva) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyatı struktur bölmələrə çatdırılmasını və mətbuat katibi (T.Əkbərli) İKT sektoru ilkə birlikdə KİV-lərdə işıqlandırılmasını təmin etsin.
- Əmrin icrasına nəzarət Beynəlxalq əlaqələr və təim-tərbiyə işləri üzrə prorektora (dos.A.Qiliyevaya) həvalə edilsin.
Əsas: ARTN-nin 14.02.2019-cu il tarixli F-82 saylı əmr.
Böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Kooperasiya Universitetinin
Tədbirlər Planı
№ | Tədbirin adı | İcraçılar | İcra müddəti |
1. | Universitetdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans və seminarların keçirilməsi | B.Ataşov F.Quliyev A.Quliyeva T.Abdullayeva E.Kərimov M.Tağıyeva Struktur bölmə rəhbərlri | 2019-cu il ərzində |
Əmr № 22 (15.02.2019)
Azərbaycan Kooperasiya Universitetində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə
Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün AKU-da qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 12 fevral tarixli F-78 nömrəli əmrinin icrası üçün
Ə M R E D İ R Ə M:
- “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədar Azərbyacan Kooperasiya Universitetinin Tədbirlər Planı” təsdiq edilsin. (əlavə olunur).
- Bu əmrin 1-ci bəndi ilə təsdiq olunmuş “Tədbirlər Planı”nda nəzərdə tutulan məsul şəxslər və struktur bölmələr həmin tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
- Ümumi şöbə (Z.Əliyeva) bu əmrin və ona əlavənin aidiyyatı struktur bölmələrə çatdırılmasını təmin etsin.
- Əmrin icrasına nəzarət prorektor Aygün Quliyevaya həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2019-cu il 12 fevral tarixli F-78 nömrəli əmri.
Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədar Azərbaycan Kooperasiya Universitetinin Tədbirlər Planı
№ | Tədbirlər | İcra vaxtı | İcraya məsul şəxslər |
1. | Universitetdə ilk dərsin Xoicalı soyqırımına həsr edilməsi | 26 fevral 2019-cu il | fakültə dekanları kafedra müdirləri |
2. | Universitetdə, fakültə, kafedra və digər struktur bölmələrdə Xocalı Soyqırımına həsr olunmuş tədbirlərin (xatirə gecələri, foto və rəsm sərgiləri, şahidlərlə görüşmələr və s.) keçirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlərin nümayəndəsinin təşkili. | Fevral 2019-cu il | F.Quliyev T.Əkbərov Struktur bölmə rəhbərləri |
Əmr № 02 (07.01.2019)
“20 yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrası haqqında
Azərbaycan Kooperasiya Universitetində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbirlərin təşkili məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2018-ci il 28 dekabr tarixli F-839 nömrəli əmrini rəhbər tutaraq
ƏMR EDİRƏM:
- “20 yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Azərbaycan Kooperasiya Universitetinin tədbirləri Planı” təsdiq edilsin (əlavə olunur).
- Bu əmrin 1-ci bəndi ilə təsdiq olunmuş “Tədbirlər Planın”da nəzərdə tutulan məsul şəxslər və struktur bölmələr həmin tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
- Ümumi şöbə (Z.Əliyeva) bu əmrin və ona əlavənin aidiyyatı struktur bölmələrə çatdırılmasını və İKT sektoru (S.Ramazanov) Universitetin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
- Əmrin icrasına nəzarət tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Azərbaycan Kooperasiya Universiteti rektorunun 07 yanvar 2019-cu il əmri ilə təsdiq edilmişdir.
20 yanvar faciəsinin ildönümünün keçirilməsi ilə bağlı Azərbaycan Kooperasiya Universitetinin Tədbirlər Planı
Tədbirlər | İcra vaxtı | Məsul şəxslər və struktur bölmələr | |
1. | Bütün fakültələrdə, Doktorantura, magistratura və Qiyabi şöbələrdə 20 yanvar hadisələrinin mahiyyətini əks etdirən toplantı, konfrans və mühazirələrin təşkil edilməsi | 07-19 yanvar 2019-cu il | Müvafiq fakültə dekanları, şöbə və bölmə rəhbərləri |
2. | AKU-nun aparatında ictimai təşkilatlarla birlikdə 20 yanvar gününün Azərbaycanın suverenliyi, iqtisadiyyatı və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi | 07-19 yanvar 2019-cu il | Fikrət Quliyev Aygün Quliyeva Tamerlan Əkbərli Qara Allahverdiyev |
3. | Bütün fakültələrdə ilk imtahandan əvvəl 20 yanvar faciəsinə həsr edilmiş mövzular ətrafında söhbətlər keçirmək | 18 yanvar 2019-cu il | Prorektorlar, Fakültə dekanları Kafedra müdirləri |
4. | Təhsil ilşçilərinin və tələbələrin şəhidlər Xiyabanına ziyarətinin təşkil edilməsi | 15-20 yanvar 2019-cu il | Fikrət Quliyev Aygün Quliyeva Bəyalı Ataşov Tahir Şükürov Fakültə dekanları, Kafedra müdirləri |
Əmr № 235 (13.12.2018)
Universitetdə 2018/2019-cu tədris ilinin payız semestrinin qış imtahan sessiyası üçün İmtahan qərargahının yaradılması və Apellyasiya Komissiyasının təşkili haqqında
Azərbaycan Respublikası Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2018-ci il 11 dekabr tarixli F-792 nömrəli əmrinin müvafiq bəndlərinə əsasən Universitetdə 2018/2019–cu tədris ili payız semestrinin imtahan sеssiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə
Ə M R E D İ R Ə M :
- Universitetdə aşağıdakı tərkibdə imtahan qərargahı və Apellyasiya Komissiyası yaradılsın:
1.1. Quliyev Fikrət Vəli oğlu – i.f.d., dos. -Tədris işləri üzrə prorektor – sədr
1.2. Quliyeva Aygün Eldar qızı – i.e.d., dos.- Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektor – müavin
1.3. Mirzəməmmədov Aydın Zabit oğlu – i.f.d., dos. – Tədris şöbəsinin müdiri, üzv
1.4. Nazıyev Zakir Cəlal oğlu – Daxili nəzarət xidmətinin rəhbəri, üzv
1.5. Müvafiq fakültə dekanları və kafedraların müdirləri, üzv
- Tapşırılsın İmtahan qərargahı və Apellyasiya Komissiyasının sədrinə (dos.F.V.Quliyevə):
2.1. imtahanların keçirilməsinda şəffaflığa, nizam-intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə AKU – TV imkanlarından istifadəni, fənni tədris edən müəllimlərlə birlikdə həmin fənn üzrə mütəxəssis olmayan 2 nəfər nəzarətçinin iştirakını təmin etsin;
2.2. imtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra tələbələrin cavab blanklarının “Monitorinq və qiymətləndirmə” bölməsi tərəfindən kodlaşdırılmasını və fənni tədris edən müəllim tərəfindən İmtahan qərargahında yoxlanılaraq qiymətləndirilməsini təmin etsin;
2.3. imtahan qərargahı və Apellyasiya Komissiyasının üzvləri arasında vəzifə bölgüsünü, nəzarətçilərin iştirakını və onların məsuliyyətini müəyyən etsin.
- İmtahanlarda tələbənin biliyinin qiymətləndirilməsi imtahan biletləri əsasında yazılı formada aparılsın.
- “İKT” sektoru (S.Ramazanov) bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsin.
- Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas: “İmtahan sеssiyasının təşkili və keçirilməsi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2018-ci il 11 dekabr tarixli F-792 nömrəli əmri.
Əmr № 234 (13.12.2018)
Azərbaycan Kooperasiya Universitetində 2018/2019 -cu tədris ili payız semestri qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında
Azərbaycan Respublikası Təhsil nazirinin “İmtahan sеssiyanın təşkili və keçirilməsi barədə” 2018-ci il 11 dekabr tarixli F-792 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə
Ə M R E D İ R Ə M:
- Azərbaycan Respublikası Təhsil Nazirinin “İmtahan sеssiyasının təşkili və keçirilməsi barədə” 2018-ci il 11 dekabr tarixli F-792 nömrəli əmri icra və rəhbərlik üçün qəbul edilsin.
- İmtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili təmin edilsin.
- Universitet üzrə İmtahan qərargahı yaradılsın və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılması təmin edilsin.
- İmtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaradılsın.
- İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülsün.
- Təhsil Nazirliyi tərəfindən imtahan sessiyasının monitorinqinin aparılması üçün lazımı şəraitin (otagın ayrılması, telefonla təchiz edilməsi) yaradılması təmin edilsin.
- Beynəlxalq əlaqələr və təlim – tərbiyə işləri üzrə prorektor (dos.A.Quliyeva) tədris şöbəsi (dos.A.Mirzəməmmədov) və Daxili nəzarət xidməti (Z.Nazıyev) ilə birlikdə :
7.1. Universitetdə imtahanların gedişinin monitorinqini və AKU-TV vasitəsilə yayımını təşkil etsinlər;
7.2. İmtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində Universitetdə baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər. Bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlərin görülməsi və nəticəsi barədə Rektoru və Təhsil Nazirliyini məlumatlandırsınlar.
- Tapşırılsın Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə):
8.1 Fakültələrdə payız semestrinin imtahan sеssiyasının nəticələrini təhlil edib müvafiq arayışları Elmi şuranın növbəti iclasının müzakirəsinə təqdim etsin.
8.2. İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Universitetin rektoruna və Təhsil Nazirliyinə yekun hesabat hazırlasın.
- Tədris şöbəsi (dos.A.Mirzəməmmədov), mətbuat xidməti (T.Əkbərov) və “İKT” sektoru (S.Ramazanov) Təhsil Nazirliyinin (“Qaynar xətt xidməti, telefon:146)” və Universitetin (“Qaynar xətt” xidməti tel:5628517) “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sеssiyasının gedişi barədə tələbələrə, onların valideynlərinə və ictimaiyyətə müntəzəm olaraq məlumat verilməsini təmin etsinlər.
- “İnformasiya və kommunikasiya texnologiyaları” sektoru (S.Ramazanov) bu əmrin Universitetin internet saytında yerləşdirilməsini təmin etsin.
- Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) həvalə edilsin.
Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2018-ci il 11 dekabr tarixli F-792 nömrəli əmri və rektorun göstərişi.
Əmr № 223 (21.11.2018)
Azərbaycan Kooperasiya Universitetində 2018/2019-cu tədris ili birinci yarımilinin başa çatması haqqında
Azərbaycan Kooperasiya Universitetində 2018/2019-cu tədris ili birinci yarımilinin başa çatması və payız semestri imtahan sessiyasının təşkili məqsədilə
ƏMR EDİRƏM:
1.Universitetdə təhsilin bakalavriat və magistratura səviyyələrində 2018/2019-cu dərs ili birinci yarımilinin 15 həftəlik nəzəri dərs məşğələləri 2018-ci ilin 28 dekabr tarixində başa çatsın.
- Univertsitetdə payız semestrinin qış imtahan sessiyasının müddəti 2018-ci il dekabrın 29-dan – 2019-cu il fevralın 01-dək müəyyən edilsin.
- Tələbələrə 2019-cu il fevralın 2-dən 15-dək qış tətili verilsin.
- Univertsitetdə 2018/2019-cu tədris ili ikinci yarımilinin nəzəri dərs məşğələlərinə 2019-cu il fevralın 16-sı şənbə gününə düşdüyü üçün 18-də başlanılsın.
- İmtahanda tələbənin biliyinin qiymətləndirilməsi imtahan biletləri əsasında, yazılı formada keçirilsin.
- Tələbələrin müxtəlif səbəblərdən yaranmış akademik borclarının ləğvi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı” və həmin “Qərar”da dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 257 nömrəli Qərarının 3.2.14-cü bəndi nəzərə alınmaqla həyata keçirilsin.
- Cari (fənn üzrə tələbənin semestr müddətində fəaliyyətnin qiymətləndirilməsi) və aralıq (fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsi) qiymətləndirmənin nəticələrinə, eləcə də üzürlü və üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək və ya fənni (fənləri)yenidən dinləmək üçün şərait yaradılsın.
8.Yuxarıda göstərilən halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə üçün bu imkandan “Təhsil Proqramı” ilə müəyyən olunmuş müddət ərzində həmin fənni tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrdən birində imtahan sessiyası zamanı) istifadə etməsinə şərait yaradılsın.
- Tələbə hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə 2 fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər.
- Bakalavriat səviyyəsində sonuncu kurs tələbələrinin nəzəri təlim məşğələləri və imtahan sessiyası VII semestrdə – 2019-cu il fevralın 1-dək başa çatsın və VIII semestrdə – fevralın 18-dən mayın 24-dək 14 həftəlik istehsalat və diplomqabağı təcrübəyə başlanılsın.
- Magistratura səviyyəsində sonuncu kurs tələbələrinin nəzəri təlim məşğələləri və imtahan sessiyası III semestrdə – 2019-cu il fevralın 1-dək başa çatsın və IV semestrdə – fevralın 18-dən aprelin 12-dək 8 həftəlik Elmi – tədqiqat və Elmi – pedaqoji təcrübəyə başlanılsın.
- Bakalavriat səviyyəsinin əyani və qiyabi təhsilalma formaları üzrə buraxılış kursunda:
12.1. İstehsalat təcrübəsinin (8 həftəlik) keçirilmə müddəti 2019-cu il fevralın 18-dən aprelin 12-dək müəyyən edilsin və aprelin 13-14–də hesabatların qəbulu və müdafiəsi keçirilsin;
12.2. Diplomqabağı təcrübənin (6 həftəlik) keçirilmə müddəti 2019-cu il aprelin 13-dən mayın 24-dək müəyyən edilsin və mayın 25-31–də hesabatların qəbulu və müdafiəsi keçirilsin;
12.3. Qiyabi təhsil alanlar təhsil aldıqları istiqamət (ixtisas) üzrə kifayət qədər iş stajı olduğu halda müvafiq kafedranın vı dekanın rəyinə əsasən istehsalat (diplomqabağı təcrübə istisna olmaqla) təcrübəsindən azad olunurlar;
12.4. “Təcrübənin təşkili” şöbəsi (dos.M.Əfəndiyev) fakültə dekanları və müvafiq kafedra müdirləri ilə birlikdə təcrübə obyektlərinin seçilməsi, təşkili və hesabatların müdafiəsinin keçirilməsində nəzarəti təmin etsin;
1.2.5 Yekun Dövlət Attestasiyasının keçirilmə müddəti 2019-cu il iyunun 1-dən iyulun 5-dək müəyyən edilsin.
- Maqistratura səviyyəsinin buraxılış kursunda:
13.1. Elmi-tədqiqat təcrübəsinin (4 həftəlik) keçirilmə müddəti 2019-cu il fevralın 18-dən martın 15-dək müəyyən edilsin və martın 16-17-də hesabatların qəbulu və müdafiəsi keşirilsin;
13.2. Elmi-pedaqoji təcrübənin (4 həftəlik) keçirilmə müddəti 2019-cu il martın 16-dan aprelin 12-dək müəyyən edilsin və aprelin 13-dən 19-dək hesabatların qəbulu və müdafiəsi keçirilsin;
13.3. Magistr dissertasiya işinin hazırlanma müddəti (9 həftəlik) ET təcrübəsi dövründən- 2019-cu il martın 16-dan mayın 17-dək müəyyən edilsin.
13.4. Magistr dissertasiya işinin müdafiəsi (3 həftə) 2019-cu il mayın 18-dən iyunun 7-dək müddətdə keçirilsin.
- Tapşırılsın kafedra müdirlərinə:
14.1. İmtahanların yuxarıda qeyd edilən mövcud “Əsasnamə”lərin tələblərinə uyğun tərtib edilmiş imtahan biletləri əsasında, yazılı formada keçirilməsini təmin etsinlər;
14.2. İmtahan biletləri suallarının fənnin proqramı əsasında hazırlanmasını təmin etsinlər;
14.3. İmtahanlara hazırlaşmaq üçün ayrı – ayrı fənlər üzrə imtahan suallarının əvvəlcədən tələbələrə paylanmasını, əsas nüsxənin və fənnin proqramının, kafedranın “Metodiki guşə”sində yerləşdirilməsini təmin etsinlər;
14.4. Yenidən işlənməsinə ehtiyac olan imtahan biletlərini yeniləşdirib müvafiq qaydada kafedra iclasında müzakirə və təsdiq etsinlər;
14.5. Kafedranın cədvəli üzrə tələbələr üçün məsləhət saatları təşkil etsinlər;
14.6.İmtahanlarda tələbələrin biliyinin obyektiv qiymətləndirilməsini və imtahanların şəffaf keçirilməsini təmin etsinlər;
14.7. Fənn kabineti və tədris laboratoriyalarının imtahan sessiyasına hazırlığını təmin etsinlər;
14.8. Ümumi real orta balı 71 – 90 (“yaxşı”-C) və ondan yuxarı olan, ixtisas kafedrasının tövsiyyə etdiyi buraxılış işi yazmaq üçün müraciət edən tələbələrə mövzu və rəhbər təyinatı barədə təqdimatı 2019-cu il yanvarın 10-dək rektorun təsdiqinə təqdim etsinlər;
14.9. Təcrübə keçəcək bakalavriat və magistratura səviyyəsinin buraxılış kursu tələbələrinin təcrübə obyektləri və rəhbərlərin bölgüsünü 2019-cu il yanvarın 10-dək “Təcrübənin təşkili” şöbəsinə təqdim etsinlər;
14.10. Yerinə yetirilmiş kurs işləri və istehsalat təcrübəsi hesabatlarının kafedrada saxlanmasını və aralıq qiymətləndirmədən sonra onların saxlanma imkanlarının məhdudluğu, köçürmə və digər neqativ halların qarşısını almaq məqsədilə sessiya başa çatdıqdan sonra aktlaşdırılaraq ləğvini təmin etsinlər.
- Tapşırılsın fakültə dekanlarına, “Qiyabi” şöbəyə və “Doktorantura və magistratura” şöbəsinə:
15.1. Tələbələrin imtahan sessiyasına hazırlığı ilə bağlı tədris- metodiki izahat işləri aparılmasını təmin етsinlər;
15.2. Tələbələrə hər bir imtahana hazırlaşmaq üçün 2 gündən az olmayaraq vaxt ayrılmasını təmin etsinlər;
15.3. Akademik borcu olan, üzurlü və ya üzürsüz səbəbdən imtahanda iştirak etməyən tələbələrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 257 nömrəli “Qərarı”nın 3.2.14-cü bəndinə əsasən həmin fənlərdən imtahanı vermək üçün şərait yaratsınlar;
15.4. İmtahanların obyektiv və şəffaf keçirilməsi, həmçinin tələbələrin imtahanlara vaxtında gəlməsini təmin etsinlər;
15.5. İmtahan cədvəllərinin akademik qrup və kafedraların təklifləri nəzərə alınmaqla sessiyaya ən azı 15 gün qalmış tərtib edib tədris işləri üzrə prorektorun təsdiqinə təqdim etsinlər;
15.6. İmtahan sessiyası dövründə tələbələrin mədəni – kütləvi tədbirlər keçirməsinin dayandırılmasını təmin etsinlər;
15.7. İmtahan sessiyasının nəticələri haqqında məlumatı (müəyyən edilmiş forma üzrə) 2019-cu il fevral ayının 15-dək tədris hissəsinə təqdim etsinlər;
15.8. Fənn üzrə ayrılmış auditoriya saatlarının müəyyən edilmiş həddən çoxunda üzürsüz səbəbdən iştirak etməyən və bu səbəbdən imtahana buraxılmayan tələbələrin, həmin fənləri mövcud qaydalara uyğun olaraq yenidən dinlənməsi və kredit qazanmasına şərait yaratsınlar;
15.9. Cari tədris ilində qeydiyatdan keçməyən və payız semestrinin sonunadək Univertsitetlə əlaqə saxlamayan verilmiş akademik məzuniyyətin müddəti başa çatmış və bərpa üçün müraciət etməyən, həmçinin başqa ali təhsil müəssisəsindən köçürülmüş və ya bərpa edilmiş tələbələr barədə müvafiq tədbirlər görülməsi üçün təqdimatın rektora verilməsini təmin etsinlər;
15.10. İmtahanların obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə sessiya başlanana qədər imtahan nəzarətçilərinin tərkibini hazırlayıb imtahan qərargahına (dos.F.Quliyevə) təqdim etsinlər;
15.11. İmtahan sessiyasınadək dərsə davamiyyət, seminar məşğələləri, sərbəst işlərin yerinə yetiririlməsi və kollokviumların nəticələrinin müəyyən edilmiş forma üzrə ümumiləşdirilməsini təmin etsinlər;
15.12. Akademik təqvimə uyğun olaraq 5-ci imtahan həftəsində (26 yanvar 1 fevral) əvvəlki semestrlərdən qalmış akademik borcların ləğvi və tətilin 1-ci həftəsində (2-8 fevral) cari sessiyadan yaranmış akademik borcların ləğvi mövcud “Qaydalar”a uyğun olaraq təşkil edilsin;
15.13. İmtahanların cədvəl üzrə, mərhələlərlə səhər saat 900–dan 1800–dək başa çatmasını təmin etsinlər;
- Tapşırılsın Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə) və Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektora (dos.A.Quliyevaya) ki, tədris şöbəsi (dos.A.Mirzəməmmədov) ilə birlikdə:
16.1. İmtahan sessiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin mövcud “Qaydalar” və “Əsasnamələr”in tələblərinə uyğun keçirilməsinə və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinə nəzarəti təmin etsinlər;
16.2. İmtahanların keçirilməsində nizam – intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə fənni tədris edən müəllim ilə birlikdə, həmin fənn üzrə mütəxəssis olmayan iki nəfər nəzarətçinin iştirakını təmin etsinlər;
16.3. Tədris hissəsinin qiymətləndirmə, tənzimetmə və nəzarət funksiyasını yerinə yetirən “Keyfiyyətin təminatı” və “Monitorinq və qiymətləndirmə” bölməsinin imtahan üçün ayrılmış vaxt (2 saat) başa çatdıqdan sonra tələbələrdən “cavab” vərəqlərinin yığılmasını, onların məsul şəxs tərəfindən kodlaşdırılmasını və fənni tədris edən müəllim tərəfindən İmtahan qərargahında yoxlanılaraq qiymətləndirilməsini təmin etsinlər;
16.4. İmtahan sessiyası prosesində baş verə biləcək münaqişələri aradan qaldırmaq üçün imtahan sessiyası başlanana qədər Universitet üzrə Apelleyasiya Komissiyasının yaradılmasını, qaynar xəttin mövcudluğunu və İmtahan qərargahının fəaliyyətini təmin etsinlər;
16.5. Tələbələrin imtahan – yazı işlərinin imtahan sessiyasından sonra kafedrada bir semestr saxlanılmasına nəzarəti təmin etsinlər;
16.6. İmtahanların gedişinə, cədvəl üzrə keçirilməsinə və vaxtında başlanılmasına nəzarəti təmin etsinlər;
16.7. Kitabxana və oxu zalının sessiya dövründə ahəngdar işləməsinə nəzarəti təmin etsinlər;
16.8. İmtahan sessiyası dövründə Universitetin tədris korpusuna və imtahan keçirilən auditoriyaya kənar şəxslərin (rektorluğun nümayəndəsindən başqa) daxil olmasına yol verilməməsini təmin etsinlər;
16.9. İmtahan nəticələrinin imtahan vərəqəsində və tələbənin fənn üzrə aldığı müsbət qiymətin (ballar və onların hərfi işarələri) onun qiymət kitabçasında da yazılmasını təmin etsinlər;
16.10. İmtahan sessiyasının obyektiv və mütəşəkkil keçirilməsi üçün fakültələri və kafedraları müvafiq normativ – hüquqi sənəd blankları ilə təmin etsinlər;
16.11. İmtahan sessiyasının mütəşəkkil keçirilməsi, daxili intizam qaydalarına ciddi əməl edilməsi, təhsil haqqının ödənilməsi, valideynlərin qəbulu və imtahanlarda iştirakı, tələbələrin apelleyasiya şikayəti və Apelleyasiya Komissiyasının işinə məsul şəxslər kimi nəzarəti təmin etsinlər;
- Elmi işlər üzrə prorektor (prof.B.Ataşov) təhsilin magistratura və doktorantura səviyyəsində cari tədris ilinin 1-ci yarımilində imtahan sessiyası və dissertasiyasa işlərinin müvəffəqiyyətl keçirilməsinə və yerinə yetirilməsinə nəzarəti təmin etsin, Universitetin zəruri maliyyə ehtiyacları və onların ödənilməsi imkanıarını müəyyən edib rektora məlumat versin.
- Təsərrüfat şöbəsi (Ə.Quliyev) və “Mühafizə və dispetçer xidməti” (dos.M.Hüseynov) imtahan sessiyası gedişində tədris auditoriyalarının, kabinet və laboratoriyaların, həmçinin tədris – köməkçi sahə və otaqların istilik sistemi və elektrik təminatı, yanğın və mühafizə təhlükəsizliyini, tələbələrin Universitetin həyətində və binanın daxilində siqaret çəkməməsinə, gündüz və gecə gözətçilərinin işinə məsuliyyətin artırılmasına, kənar şəxslərin Universitet binasına icazəsiz girişi və çxışına nəzarəti təmin etsinlər.
- İKT sektoru (S.Ramazanov) bu əmrin Universiettin elektron saytında yerləşdirilməsini, auditoriyalarda imtahan prosesinin gedişini və dəhlizlərdə kamera və video görüntülərinin izlənməsini təmin etsin.
- Rektorun müşaviri (Q.Allahverdiyev) imtahan prosesinin gedişi, tələbələrin hər hansı şikayəti, təhsil haqqı və digər məsələlər barədə onların və valideynlərinin müraciətini qeydə alsın və rektora mütəmadi olaraq məlumat versin.
- Mətbuat xidməti (T.Əkbərov) imtahan sessiyasının gedişi və nəticələri barədə KİV nümayəndələrinə və ictimaiyyətə mütəmadi olaraq məlumat verilməsini təmin etsin.
- İmtahanların obyektiv keçirilməsini müşayət etmək istəyən valideynlərin şəxsiyyət vəsiqələri əsasında imtahan zallarına buraxılması təmin edilsin.
- Ümumi işlər üzrə prorektor (dos.T.Şükürov) və Daxili nəzarət xidmətinin rəhbəri (Z.Nazıyev) bu əmrdən irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
- Ümumi şöbə (Z.Əliyeva) bu əmrin surətinin çoxaldılıb müvafiq struktur bölmə rəhbərlərinə paylanmasını təmin etsin.
- Əmrin icrasına nəzarət Tədris işləri üzrə prorektora (dos.F.Quliyevə həvalə edilsin.
Əsas: 2018/2019-cu tədris ili payız semestri qış imtahan sessiyasına hazırlıq barədə rektorun göstərişi.