İnklüziv təhsil və psixoloji xidmət Mərkəzi
Haqqında
Azərbaycan Kooperasiya Universitetinin “İnklüziv təhsil və psixoloji xidmət” Mərkəzi rektorun 15 fevral 2023-cü il tarixli 34 saylı əmri ilə sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu digər şəxslərlə bərabər səviyyədə təmin etmək, onları sosial inteqrasiyasının, eyni zamanda təhsil üçün maneəsiz mühit yaratmaq və psixoloji dəstəyə ehtiyaclarını aradan qaldırmaq məqsədilə yaradılmışdır. Mərkəz tərəfindən təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün gənclərin müxtəlif ehtiyaclarını uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesini, həmçinin sağlamlıq imkanları məhdud gənclərin təhsilə cəlb olunmasını da təmin etmək, gənclərin müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə nəzarət edir.
Vəzifəsi
Mərkəz tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönəlmiş yanaşmaların formalaşdırılmasına çalışır, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, sağlamlıq imkanı məhdud olan gənclərin təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmaqdan ibarətdir.
Fəaliyyəti
Dövlət qurumları, digər tədris müəssisələri, qeyri-dövlət təşkilatları ilə əməkdaşlığın qurulması
AKU-da təhsil alan tələbələrin valideynləri ilə görüşlərin keçirilməsi
AKU-nun tələbələri üçün maarifləndirici təlimlərin və görüşlərin keçirilməsi
Əlilliyi olan tələbələrin əlavə istedadlarının və xüsusi bacarıqlarının üzə çıxarılması üçün tədbirlərin təşkil edilməsi
Müxtəlif müsabiqələrdə (elmi, mədəni, sosial və s.) elmi seminarlarda və konfranslarda iştirakını təşkil edilməsi
Əlilliyi olan tələbələrin AKU-nun maraq dərnəklərinə cəlb olunması, yaradıcılıq təşəbbüslərinin dəstəklənməsi (sərgilərin, müsabiqələrin təşkil edilməsi)
Əlilliyi olan tələbələrin Universitetin Tələbə təşkilatlarının işinə cəlb edilməsi
Əlilliyi olan tələbələrlə gəzintilərin təşkil edilməsi
Mərkəzdə əlilliyi olan tələbələr üçün istirahət guşəsinin yaradılması
Rəhbəri
Nərgiz Valeh qızı Ağayeva 2 oktyabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2009-2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasınının bakalavr pilləsini , 2015-2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoj Universitetinin Azərbaycan dili və Ədəbiyyatın tədrisi metodikası və metodologiyası ixtisasının magistr pilləsini bitirmişdir.
2015-ci ildən Azərbaycan Kooperasiya Universitetinin “Xarici dillər” kafedrasında laborant vəzifəsində çalışmağa başlamışdır. 2023-cü il fevral ayının 15-dən etibarən Azərbaycan Kooperasiya Universitetinin “İnklüziv təhsil və psixoloji xidmət” mərkəzinin rəhbəri kimi çalışmağa başlamışdır.
Ailəlidir. 2 övladı var.
Psixoloq
Sədaqət Kamal qızı Məmmədova – “İnklüziv təhsil və psixoloji xidmət” mərkəzinin psixoloqu
1956-cı il dekabrın 25-də anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1978-1982). Azərbaycan Müəllimlər İnstitutunda Psixologiya ixtisası üzrə təkmilləşdirmə kursu keçmişdir. 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən Filologiya elmləri namizədi alimlik dərəcəsi,2007-ci ildə dosent elmi adı verilmişdir. M.F.Axundov adına Mərkəzi Dövlət Kitabxanasında baş biblioqraf (1982-1990), Siyasi partiyalar və ictimai hərəkatlar arxivinin elmi kitabxanasının müdiri (1990-1996)olmuşdur. Azərbaycan Kooperasiya Universitetinin “Fəlsəfə və psixologiya” kafedrasında(1996-cı ildən),2021-ci ildən isə “Sosial elmlər”kafedrasında dosent vəzifəsində çalışır.
Elmi əsərləri
1.Zaman,şəxsiyyət və cəmiyyət(monoqrafiya. Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev haqqında)- Bakı,”Ozan”,1998, 10 ç/v, 5000 nüsxə.
2.Mədəniyyətşünaslıq.(Ali məktəblər üçün dərs vəsaiti)-Bakı,”Kooperasiya”nəşriyyatı 2001,12,75 ç/v,500 nüsxə.
3.Üç əsrin qəzeti.(Ağır yüklü yolçular- “Kaspi”çilər. Səh.278-285.) Bakı,”Qanun”2011. 500 nüsxə.
4.Azərbaycan jurnalistikası qlaballaşma dövründə: Qaynaqlar və perspektivə baxış. ( Mirzə İbrahimov “Vətən yolunda” qəzetinin baş redaktoru kimi. Səh.428-438)- Bakı,”Şərq-Qərb”,2011. 500 nüsxə.
5.M.Ə.Sabir haqqında tədqiqlər.(Cənubi Azərbaycan poeziyasında Sabir satira ənənələri.səh.237-288.) – Bakı,”CBS”, 2012.456 səh.500 nüsxə.
6.Zaman xəbərsiz ötdü.(Ruhu yollar ayrıcında .səh.322-330) Bakı,”Qanun”2012. 500 nüsxə.
7.Həsrətdən yaranan poeziya . “Ədəbiyyat qəzeti” 25 yanvar 2013cü il.
8.M.Müsəddiq Məhsəti Gəncəvinin davamçıları haqqında. AMEA Gəncə Regional Elmi Mərkəzinin Elmi Əsərləri 2019 №3.
9.Cənubi Azərbaycan ədəbiyyatı tarixi.XX əsr. II cildə.II cild. Bakı,Qanun 2021. (Kollektiv).
10.Qan yaddaşımız- 1918-ci mart soyqırımı.(Ərəb əlifbasından çevirib,lüğət tərtib edərək çapa hazırlayan filologiya üzrə fəlsəfə doktoru,dosent S.Məmmədova). Bakı,”Elm və təhsil”,2014.60 səh.
11.Bakıda 1918-ci il mart qırğını. Qan yaddaşımız- 1918-ci mart soyqırımı. Bakı,”Elm və təhsil”,2014,səh.13-19.
12.Mirzə Hüseyn Kərimi yaradıcılığında Sabir satira ənənələri. “Xudafərin” jurn.,2014№14.səh.13-15.
13.Mirzə Hüseyn Kərimi yaradıcılığında psixologizm. “Xudafərin” jurn.,2020 №8.səh.14-25.
14.Yaş dövrlərinin əsas xüsusiyyətləri.”Elm və təhsil” jurn.,2022,səh.16-27.
15.Psixologiya.Proqram.Bakı,2015.
16.Sosial psixologiya.Proqram.2022.