Azərbaycan Kooperasiya Universiteti 2023-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul ELAN EDİR

Azərbaycan Kooperasiya Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli 261s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən 2023-cü il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, oradan “Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək qeydiyyatdan keçməlidirlər. Portal vasitəsilə qeydiyyat cari ilin 5 aprel tarixindən başlanacaqdır. Sənəd qəbulu 5 may 2023-cü il tarixə qədər davam edəcəkdir. Fəlsəfə doktorluğuna namizədlər üçün xarici dil imtahanı Dövlət İmtahan Mərkəzində keçiriləcəkdir. Namizədlər imtahanın keçirilməsi tarixini Dövlət İmtahan Mərkəzində öyrənməlidilər.

Xarici dildən müvəffəq qiymət almış şəxslər “İxtisas” və “Fəlsəfə” fənnləri üzrə imtahanları seçdikləri universitetlərdə verəcəklər.
Elmlər doktorluğuna namizədlər seçdikləri universitetə müsabiqə yolu ilə qəbul ediləcəklər.
Əlavə məlumatlar üçün Azərbaycan Kooperasiya Universitetinə müraciət edə bilərsiniz.

Əlaqə tel.: (+99412) 5622543 (+99412) 5627424

Ünvan: AZ1106, Bakı şəhəri, Nərimanov rayonu,Nəcəf Nərimanov küçəsi, 93

PLAN YERLƏRİ

YÜKLƏ