Magistratura Şöbəsi



Nəbiyev Əmiraslan Məhəmməd oğlu – Azərbaycan Kooperasiya Universitetinin Magistratura şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru

1970-ci ildə Qərbi Azərbaycanın Çəmbərəkənd (Krasnoselo) rayonunun Gölkənd kəndində anadan olmuşdur.
1977-1987-ci illərdə Gölkənd kənd orta məktəbini, 1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin “Fizika” fakültəsini bitirmişdir. 1997-2001-ci illərdə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitunun Bakı filialında metodist vəzifəsində çalışmışdır. 2002-2014-cü illərdə Azərbaycan Kooperasiya Universitetində “Magistratura” şöbəsinin müdir müavini, 2014-cü ildən isə həmin şöbənin müdiridir. Ə.M.Nəbiyev 2005-ci ildə BDU nəzdində fəaliyyət göstərən “Fizika Problemləri İnstitutunun” Nəzəri Fizika şöbəsinin dissertantı olmuşdur. 2012-ci ildə BDU-nun nəzdindəki D.02.012 Dissertasiya Şurasında “Hemorfinlər sinfinə mənsub molekulların quruluş-funksiya əlaqələrinin konformasiya aspektləri” mövzusunda “İstilik fizikası və molekulyar fizika” ixtisası üzrə müdafiə etmiş, 2013-cü il tarixdə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Müəllifin 1 dərs vəsaiti, 1 metodik vəsaiti, 1 proqramı və 30-dan çox elmi məqaləsi nəşr edilmişdir.
Ailəlidir, 2 övladı var.
Azərbaycan Kooperasiya Universitetində magistratura şöbəsi 1997-ci ildən fəaliyyət göstərməyə başlamışdır.
Şöbənin üç işçisi vardır. Magistratura şöbəsinin tyutoru i.ü.f.d. Abbasova Firuzə Qaraxan qızı, operatoru isə Səfərəliyeva Pəri Habil qızıdır.
Şöbədə magistrantlar 20 ixtisas üzrə 53 ixtisaslaşmada təhsil alır.

060203 – Tərcümə
060401 – Dünya iqtisadiyyatı
060402 – Mühasibat uçotu və audit
060403 – Maliyyə
060404 – İqtisadiyyat
060405 – Sənayenin təşkili və idarə edilməsi
060407 – Menecment
060408 – Marketinq
060409 – Biznesin idarə edilməsi
060410 – Dövlət və bələdiyyə idarəetməsi
060411 – Kommersiya
060506 – Coğrafiya
060510 – Ekologiya
060642 – Qida məhsulları mühəndisliyi
060643 – Çoxişlənən malların texnologiyası mühəndisliyi
060644 – İstehlak mallarının ekspertizası və marketinqi
060647 – Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
060803 – Turizm və otelçilik
060805 – Sosial iş
Biznesin idarə edilməsi (MBA proqramı üzrə, tədris Azərbaycan dilində)


Dünya iqtisadiyyatı
Mühasibat uçotu və audit
Maliyyə və bank işi
İqtisadiyyat və vergi işi
Aqrar sahənin və sənayenin iqtisadiyyatı
Menecment və ticarət
Marketinq
Biznesin təşkili, dövlət və bələdiyyə idarəetməsi
Kommersiya
Ekologiya və coğrafiya
Standartlaşdırma və texnologiya
İstehlak mallarının ekspertizası
İnformatika və ÜTF
Tərcümə
İqtisadi nəzəriyyə
Gömrük işi və statistika
Mülki müdafiə

Ünvan: III mərtəbə, otaq 318

Əlaqə nömrəsi: 561-64-30