Keyfiyyət təminatı şöbəsi
Şöbə Haqqında
Azərbaycan Kooperasiya Universiteti “Erasmus +” proqramı çərçivəsində Ali Təhsildə Potensialın Gücləndirilməsi profilinə (KA2) uyğun olaraq “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin yaradılması və İnkişaf Etdirilməsi” layihəsində tərəfdaş qismində iştirak etmişdir. Layihədə iştirakda məqsəd mövcud “Keyfiyyətə Təminat mərkəzi”nin işinin vəziyyətini öyrənmək və yaxın 3 il ərzində Avropa Universitetlərində öyrəniləcək təcrübəni mübadilə etmək olmuşdur. Bu məqsədlə, qrant layihənin tələblərinə uyğun olaraq Azərbaycan Kooperasiya Universitetində “Keyfiyyətə Təminat Mərkəzi”nin yaradılması haqqında rektor prof.Eldar Quliyev tərəfindən göstəriş verilmişdir. Rektorun 11 aprel 2019-cu il tarixli 39-K saylı əmri ilə yaradılmış “Beynəlxalq əlaqələr və keyfiyyətə təminat” şöbəsi universitetdə təhsilin dövlət standartlarına uyğunluğunu, səmərəli və müasir tələblərə müvafiq tədris mühitinin yaradılmasını, özünütəhlil əsasında keyfiyyətin yaxşılaşdırılmasına xidmət edən daxili idarəetməni təmin edən struktur yaradılmasının zəruriliyini nəzərə alaraq, 18 aprel 2022-ci il tarixində rektorun əmri ilə “Beynəlxalq əlaqələr və keyfiyyətə təminat” şöbəsinin bazasında “Beynəlxalq əlaqələr” və “Keyfiyyət təminatı” şöbələri olaraq ayrılmışdır. Belə ki, “Keyfiyyət təminatı” şöbəsi Azərbaycan Kooperasiya Universitetinin struktur tərkib hissəsi olmaqla tədris, eyni zamanda tələbə dəstək xidmətlərinin keyfiyyətinə nəzarət, tələbəyönümlü tədris mühitinin dəstəklənməsi, tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələrin işlənməsi və metodiki materialların keyfiyyətini və dövlət standartlarının uyğunluğunu müəyyənləşdirən, eləcə də əlaqəli digər funksiyaları yerinə yetirir. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, o cümlədən Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr, təlimat və Kollegiya qərarlarını, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatları” (ESG), AKU-nun Nizamnaməsini, Elmi Şuranın qərarlarını, AKU rektorunun əmr və göstərişlərini, “Keyfiyyət təminatı” şöbəsinin Əsasnaməsini əldə rəhbər tutur. “Keyfiyyət təminatı” şöbəsinə rəhbərlik Aynur Quliyeva tərəfindən edilir.
