Mühasibat uçotu və audit kafedrası



Adilə Firdovsi qızı Məmmədova – Azərbaycan Kooperasiya Universitetinin Mühasibat uçotu və audit kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent.

Adilə Firdovsi qızı Məmmədova 12 sentyabr 1967 –ci ildə Ağdam rayonunun Umutlu kəndində anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavriant pilləsini, 2005-ci ildə isə həmin Universitetin “Mühasibat uçotu və audit” ixtisası üzrə magistratura pilləsini bitirmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komisyasının qərarı ilə İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi adı verilmişdir. 31.03.1987-ci ildən 13.06.1988-ci ilədək Mirbəşir r/n pambıq məntəqəsində laborant, 19.01.1993 – cü ildən 06.04.1994-cü ilədək Bakı şəhər Respublika Klinik Xəstəxanasında mühasib, 07.04.1994–cü ildən 05.07.2001 -ci ilədək Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə orqanlarının Baş Mühafizə İdarəsidə mühasib, 02.09.2002-ci ildən 17.09.2007-ci ilədək Bakı Yeyinti Sənayesi Texnikumunda müəllim, 18.09.2007-ci ildən Azərbaycan Kooperasiya Universitetində ”Mühasibat uçotu və audit” kafedrasına baş müəllim təyin edilmiş, 05 noyabr 2013-cü il (protokol №27-K) tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 16 mart 2017-ci tarixli (protokol № 06-K) qərarı ilə “Mühasibat uçotu və audit kafedrası” üzrə dosent elmi adı verilmiş və hal-hazırda həmin Universitetin ”Mühasibat uçotu və audit” kafedrasında kafedra müdiri vəzifəsində çalışır.
Məmmədova Adilə Firdovsi qızı 3 dərs vəsaitinin, 2 monoqrafiyanın, fənn proqramlarının, elmi-metodik vəsaitlərin və elmi məqalələrin müəllifidir.

“Mühasibat uçotu və audit” kafedrası 1964-cü ildən “İqtisadi fənlər” kafedrasının tərkibində fəaliyyət göstərmişdir. Bu illər ərzində kafedraya Respublikanın i.e.n., dosent Hacımurad Bəylər oğlu Tabasaranski, i.e.d., professor Veysəl İlyas oğlu İsayev, i.e.n. dosent Xanoğlan Əndəlif oğlu Hüseynov kimi məşhur iqtisadçılar rəhbərlik etmişlər. 1998-2012-ci ilə kimi kafedraya i.e.n., dosent Ənvər Sadıq oğlu Salahov rəhbərlik etmişdir. 07 fevral 2012-ci ildən 13-aprel 2023- cü ilədək kafedraya iqtisad elmləri namizədi, dosent Şəhla Əli qızı Cəfərova rəhbərlik etmişdi. 13.04.2023-cü ildən kafedraya iqtisad üzrə fəlsəfə doktoru, dosent Məmmədova Adilə Firdovsi qızı rəhbərlik edir.


Kafedranın əməkdaşları tərəfindən aparılmış elmi-tədqiqat işlərinin nəticələri kimi çoxsaylı tədris proqramları, monoqrafiya və məqalələr də nəşr olunmuşdur.
Kafedrada 7 nəfər müəllim fəaliyyət göstərir. Onlardan 1 nəfər i.e.n.,dosent, 3 nəfər i.ü.f.d., dosent, 3 nəfər baş müəllim, vəzifəsində və 1 nəfər baş laborant işləyir:
İ.f.d., dosent Məmmədova Adilə Firdovsi qızı (kafedra müdiri)
İ.e.n., dosent Cəfərova Şəhla Əli qızı
İ.f.d., dosent Mehdiyev Vüqar Muxtar oğlu
İ.f.d., dosent Əliyeva Aygün
i.f.d.baş müəllim Adıgözəlova Aynur Əskər qızı
Baş müəllim Baqişeva Tubu Qafar qızı
Baş müəllim Qarayev Eyyub Qafar oğlu
Baş lobarant Hətəmova İlahə Vəli qızı


050409-“Mühasibat” ixtisası üzrə “Mühasibat uçotu”, “Maliyyə uçotu”, “Maliyyə nəzarəti və audit”, “Mühasibat uçotunun kompüter texnologiyası”, “Büdcə və xəzinə uçotu”, “Banklarda mühasibat uçotu və audit”, “Karyera planlaması”, “Yumşaq bacarıqlar”, “Sərt bacarıqlar”

050402- “Mühasibat uçotu və audit” ixtisası üzrə “Audit”; “İdarəetmə uçotu”, “Maliyyə hesabatının beynəlxalq standartları”

050406- “Maliyyə” ixtisası üzrə “Maliyyə uçotu”, “Maliyyə nəzarəti və audit”, “Büdcə və xəzinə uçotu”

050809- “Turizm bələdçiliyi” və 050810- “Turizm işinin təşkili” ixtisasları üzrə “Mühasibat uçotu”, “İdarəetmə uçotu və korperativ qərarların verilməsi”

050407- “Menecment”

050408 – “Marketinq”

050404 – “İqtisadiyyat” ixtisasları üzrə “Mühasibat uçotu”, “Audit”, “Mühasibat uçotu və audit”

050402- “Biznesin idarə edilməsi” ixtisası üzrə “Maliyyə uçotu” fənləri.


060402-“Mühasibat uçotu və audit” ixtisası

Xidmət sferasında mühasibat uçotu və audit” ixtisaslaşması üzrə magistratura təhsil pilləsində “Uçot və auditin kompüter texnologiyaları”, “Müəssisələrin büdcəsinin hazırlanması”, “Mühasibat uçotu və auditin müasir problemləri”, “Beynəlxalq maliyyə hesabatının standartları”, “Uçot və auditin kompüter texnologiyaları”, “İdarəetmə uçotunun təkmilləşdirilməsi problemləri”, “Daxili audit və risklərin idarə olunması”, “Xidmət sferasında mühasibat uçotu və auditin aktual problemləri”, “Audit (qlobal audit metodologiyası(F8)” “Sığorta şirkətlərində mühasibat uçotu və audit”, “Maliyyə hesabatının təhlili”, “Maliyyə auditi”, “Aktivlərin qiymətləndirilməsi”, “İdarəetmə mühasibatlığı”, “Maliyyə və vergi uçotu”

MBA üzrə “Maliyyə uçotu (F3)”, “İdarəetmə uçotu (F2)”, “Maliyyə hesabat(F7)” fənləri