Azərbaycan Kooperasiya Universitetinin "Beynəlxalq əlaqələr" və "Keyfiyyət təminatı" şöbələrinin təşkilatçılığı ilə "Erasmus+ Info Day" adlı tədbir təşkil edilib

Azərbaycan Kooperasiya Universitetinin “Beynəlxalq əlaqələr” və “Keyfiyyət təminatı” şöbələrinin təşkilatçılığı ilə “Erasmus+ Info Day” adlı tədbir təşkil edilib.

“Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, t.ü.f.d. Nigar Əsgərova bildirib ki, tədbirin gündəliyinin formalaşmasının əsasını hər iki şöbənin tələbələr arasında mübadilə proqramı haqqında aparılan sorğunun nəticələri təşkil edir. O, qeyd edib ki, tədbirin əsas məqsədi AKU-nun tələbə, akademik və inzibati heyəti üçün Universitetimizin ERASMUS+ layihəsi çərçivəsində tərəfdaş olduğu Avropa Universitetləri ilə mübadilə proqramı və bu proqramda iştirak imkanları ilə bağlı məlumat verməkdir. Proqramın müddəti, iştirak şərtləri, tələbə mübadiləsində kreditlərin tanınması və s. haqqında tələbələrə məlumat verildi. Eləcə də, akademik və inzibati heyətin iştirak imkanları haqqında da danışıldı.

“Keyfiyyət təminatı” şöbəsinin müdiri Aynur Quliyeva tələbələr arasında keçirilən sorğular, onların əhəmiyyəti və yekun nəticəsi kimi görülən tədbirlərdə sorğuların önəmindən danışdı və tələbələrə soğrulara ciddi yanaşmağı və bu prosesdə daha fəal iştirak etməyi tövsiyyə etdi.