Azərbaycan Kooperasiya Universiteti ilə Türkiyənin Karabük Universiteti arasında Erasmus+ Proqramı çərçivəsində əməkdaşlıq əldə edilmişdir

Azərbaycan Kooperasiya Universiteti ilə Türkiyənin Karabük Universiteti arasında Erasmus+ Proqramı (Tələbə və Universitet heyətləri arasında akademik mübadilə) çərçivəsində əməkdaşlıq əldə edilmişdir. İki Universitet arasında Sosial iş, Psixologiya, Ekologiya mühəndisliyi, Biznesin idarə edilməsi, İqtisadiyyat, Turizm bələdçiliyi, Turizm işinin təşkili, Beynəlxalq münasibətlər, Kompüter mühəndisliyi, Maliyyə, Dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə tələbə və akademik/adminstrativ heyətin mübadiləsi nəzərdə tutulur. Tələbə mübadiləsi 1 semestr, akademik və adminstativ heyət üçün isə 1 həftə müddəti müəyyən edilmişdir. Onu da qeyd etmək istərdik ki, AKU-nun İspaniyanın Leon və Korunya, Avstriyanın Burgerland Tətbiqi Elmlər Universiteti və Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universitetləri ilə yuxarıda qeyd edilən proqram çərçivəsində əməkdaşlığı mövcuddur və mübadilə prosesi uğurla davam etdirilir.