Azərbaycan Kooperasiya Universitetinin akademik heyətinə “Soft Skills”, “Karyera planlaması” və “Hard Skills” mövzularında təlimlər təşkil olunmuşdur

Azərbaycan Kooperasiya Universitetinin akademik heyətinə “Soft Skills” (yumuşaq bacarıqlar) , “Karyera planlaması” və “Hard Skills” (Sərt bacarıqlar) mövzularında təlimlər təşkil olunmuşdur. Təlimlər Teachers club-ın həmtəsisçisi, karyera, şəxsi inkişaf mentoru və Soft Skills təlimçisi Lalə Bəşirli tərəfindən keçirilmiş və 2 gün davam etmişdir. Təlimlərdə yeni tədris olunacaq bu fənlər üçün mövzular açıqlanmış, müəllimləri maraqlandıran suallar cavablandırılmışdır.