Azərbaycan Kooperasiya Universitetinin tələbələri Rusiya Federasiyası Ural Dövlət İqtisad Universiteti və UNEC-in Rus İqtisad Məktəbi ilə birgə təşkil olunmuş “XV Avrasiya İqtisadi Gənclər Forumu”nda iştirak ediblər.

Müsabiqənin əsas məqsədi iqtisadiyyat sahəsində perspektivli tədqiqatların üzə çıxarılması, tələbə və gənc alimlərin elmi potensialının dəstəklənməsi və inkişaf etdirilməsidir. Belə ki, müsabiqədə tələbələr üç istiqamət üzrə elmi işlərlə çıxış ediblər: “Mikroiqtisadiyyat”, “makroiqtisadiyyat” və “mezoiqtisadiyyat”. Müsabiqə nəticəsində “Mezoiqtisadiyyat” istiqaməti üzrə “Sosial iş” ixtisasının 3-cü kurs tələbəsi Hüseynova Günel Yusif qızı II yer, “Turizm işinin təşkili” ixtisasının 2-ci kurs tələbəsi Farziyev Kamran Çingiz oğlu III yer, “Sosial iş” ixtisasının 3-cü kurs tələbəsi Ağayeva Hürü Aslan qızı V yer; “Makroiqtisadiyyat” istiqaməti üzrə “Turizm işinin təşkili” ixtisasının 2-ci kurs tələbəsi Abdullayeva Ruhiyyə Azər qızı isə V yer qazanmışdır. Qalibləri təbrik edirik.