Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və müasir türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş
“Heydər Əliyev və müasir türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans

Bakı şəhəri, 03 may 2023-cü il

Azərbaycan Ağsaqqallar Şurası, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 03 may 2023-cü il tarixində “Heydər Əliyev və müasir türk dünyası” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir. Konfransın əsas məqsədi müstəqil Azərbaycan dövlətçiliyinin və iqtisadiyyatının memarı, ümummilli lider Heydər Əliyevin türk dövlətlərinin iqtisadi və siyasi əməkdaşlığının gücləndirilməsindəki, müasir Qərblə Şərqi birləşdirən qlobal nəqliyyat dəhlizlərinin formalaşmasındakı rolunun, eləcə də elm və təhsilin inkişafındakı irsinin öyrənilməsi və geniş təbliğ edilməsidir.

Konfransda əlaqədar elmi-tədqiqat institutlarının əməkdaşları, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar iştirak edə bilər.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis
Konfransın bölmələri:
1. Heydər Əliyevin neft strategiyası türk dövlətlərinin iqtisadi və siyasi əməkdaşlığının güclü inkişaf amilidir.
2. Heydər Əliyev çağdaş Azərbaycan iqtisadiyyatının memarıdır.
3. Elm və təhsilin inkişafında Ümummilli lider Heydər Əliyev irsi.
Konfrans 3 may 2023-cü il tarixdə Bakı şəhəri, Fairmont otelində ( Milli Məclisin yaxınlığındakı Alovlar qülləsi ) saat 10:00-da keçiriləcəkdir.
Qeydiyyat saat 09:00-dan 09:45-dək aparılacaqdır.
Konfransın açılışı saat 10:00 təyin olunmuşdur.

Əlavə məlumat üçün:
Telefon: (99412) 562-25-43, (99412) 562-74-24
Elektron poçt ünvanı: samira.mammadova64@mail.ru
Ünvan: AZ1106, Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küç.93


Məqalələrin tərtibinə qoyulan tələblər

I. Məqalələr orijinal olmalı və əvvəllər digər elmi nəşrlərdə dərc edilməməlidir. Mövzunun aktuallığına xüsusi diqqət yetirilməlidir. Məqalənin məzmunu tədqiqatın məqsəd və vəzifələrini, metodlarını, elmi yeniliyini, nəzəri və praktik əhəmiyyətini və s. özündə əks etdirməlidir.
Doktorant, dissertant və magistrantların məqalələrinə elmi rəhbər tərəfindən rəy verilməlidir. ( Rəy məqalə ilə birlikdə göndərilməlidir ). Məqalənin mətninin plagiatdan keçirilməsinə dair arayışın surəti əlavə edilməlidir. Məqalənin məzmununa görə müəllif məsuliyyət daşıyır.
Konfransa göndərilən məqalələr Təşkilat Komitəsi tərəfindən yuxarıda sadalanan meyarlara əsasən seçiləcəkdir. Orfoqrafik və qrammatik səhvləri olan, tələb olunan qaydalara uyğun tərtib edilməyən məqalələr qəbul edilməyəcəkdir. Məqalənin mətnində sonradan düzəliş etməyə icazə verilmir.
Məqalələr 5-7 səhifə həcmində ( illüstrasiyalar da daxil olmaqla ), Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər.

II. Konfransa göndərilən məqalələr toplu şəklində çap olunacaqdır.
Məqalələrin son göndərilmə tarixi: 10 aprel 2023-cü il
Məqalələri anket forması ilə birlikdə samira.mammadova64@mail.ru e-poçt ünvanına göndərməyinizi xahiş edirik. Məqalə “konfrans2023” başlığı ilə müəllifin şəxsi e-mailindən göndərilməlidir.

III. Məqalənin mətni 5-7 səhifədən (A4) çox olmamalıdır. Məqalələr 12 ölçüdə 1,5 intervalla Times New Roman şrifti ilə yazılmalı, kənarlardan (soldan 2,5 sm, sağdan 1 sm, yuxarıdan 2 sm, aşağıdan 2 sm) boşluq buraxmalıdır.

IV. Məqalə aşağıdakı ardıcıllığa uyğun olaraq tərtib edilməlidir:
1. Məqalənin UOT indeksi verilməlidir. Müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, ORCİD-İD və elektron poçt ünvanı göstərilməlidir.
2. Məqalənin adı böyük hərflərlə, tünd qara rəngli şriftlə verilməlidir.
3. Məqalənin yazıldığı dildə xülasəsi (150-200 simvol) və açar sözlər (5-6 söz) verilməlidir.
4. Məqalənin yazılışı zamanı istifadə edilmiş materialların mənbələrinə və müəlliflərinə mütləq istinad edilməlidir.
5. Mətn daxilində iqtibaslar (sitatlar) dırnaq işarəsindən istifadə edilməklə kursivlə verilməlidir.
6. Mətndəki istinaddan sonra kvadrat mötərizədə əsərin ədəbiyyat siyahısındakı nömrəsini, cild (çoxcildli əsərlər üçün) və müvafiq səhifə(lər) verilməlidir. Məsələn, [15, s.162], [7, c.2, s.82-83] və s.
7. Məqalənin sonunda “İstifadə edilmiş ədəbiyyat siyahısı” verilməlidir. “İstifadə edilmiş ədəbiyyat siyahısı”nda əvvəlcə Azərbaycan dilində, sonra isə digər dillərdə olan mənbələr hər bir dilə uyğun əlifba sırası ilə düzülməli və ardıcıl olaraq nömrələnməlidir.
8. “İstifadə edilmiş ədəbiyyat siyahısı”ndan sonra digər iki dildə müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, ORCİD-İD və elektron poçt ünvanı, məqalənin adı, xülasəsi (резюме, summary) və açar sözlər (ключевые слова, key words) verilməlidir. Xülasələr və açar sözlər hər 3 dildə eyni olmalıdır.
9. Anket forması məlumata əlavə edilir.


ANKET FORMASI
Müəllifin adı, atasının adı və soyadı
Elmi dərəcəsi:
İş yeri:
Vəzifəsi:
ORCİD-İD:
E-mail:
Əlaqə telefonu:
Məqalənin adı:

NÜMUNƏ YÜKLƏ