“Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda IV Respublika elmi konfransı konfransı


2023-cü il 16 və 17 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” mövzusunda IV Respublika elmi konfransı konfransı keçiriləcəkdir.

Konfransın bölmələri:
1. Ətraf mühitin yaxşılaşdırılmasında ekokimyəvi tədqiqatlar
2. Təbii sərvətlərdən istifadənin ekocoğrafi problemləri
3. Ətraf mühitin mühafizəsində bioekoloji tədqiqatlar
4. Torpaqların münbitliyi, aqroekoloji problemləri və səmərəli istifadəsi
5. Torpaqların kadastrı və monitorinqi
6. Ətraf mühitin tədqiqinin sosial-iqtisadi aspektləri
7. İşğaldan azad edilmiş ərazilərin ekoloji problemləri, təbii mühitin yenidən bərpasının istiqamətləri və yolları

Konfrans materiallarının hazırlanmasına qoyulan tələblər.

A5 format, hər tərəfdən 1,5 sm məsafə saxlanılmalıdır. Mətnin yazılması 12 şrift (Times New Roman), sətirlərarası interval 1 olmaqla (2 səhifədən çox olmamaqla) hazırlanmalıdır. Şəkillərin adları aşağı mərkəzdə, cədvəllərin adları isə yuxarı sağ kənarda qeyd olunur. Ədəbiyyat siyahısı və xülasə olmamalıdır. Müəlliflərin adı və soyadı açıq şəkildə qeyd olunmalı, məruzəçinin adının altından xətt çəkilməli və mobil nömrəsi qeyd olunmalıdır. Tezisin aid olduğu bölmənin adı qeyd olunmalıdır. Bir müəllif maksimum 2 tezis təqdim edə bilər.

Tələbata uyğun hazırlanmış tezislər 30 aprel 2023-cü il tarixinə kimi ecosoil@bsu.edu.az ünvanına göndərilməlidir.
Əlaqə telefonu: (012) 537 – 23 – 83

Konfransın istiqamətinə, tərtibat qaydalarına uyğun olmayan və antiplagiat yoxlamasından keçməyən tezislər qəbul edilməyəcəkdir.



N Ü M U N Ə
Antropogen-texnogen çirklənmə şəraitində bitən bitkilərin ekoloji xüsusiyyətləri

Rahil Həsənov, Təranə Qurbanova
Bakı Dövlət Universiteti
e-mail ünvan, mobil telefon

M Ə T N