2024/2025-ci tədris ili üçün Azərbaycan Kooperasiya Universitetinə əlavə təhsilin təkrar ali təhsil üzrə qəbul qaydaları


Azərbaycan Kooperasiya Universitetinə əlavə təhsilin təkrar ali təhsil üzrə qəbul “Qaydalar”ı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi “Qaydalar”ının təsdiq edilməsi haqqında” Qərarının 5-ci bəndinə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin “2024/2025-ci tədris ili üçün əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbulunun aparılması barədə” 2024-cü il 27 may tarixli 3-29/3-2-316/2024 nömrəli əmrinə və “Azərbaycan Kooperasiya Universitetinin Nizamnaməsi”nə əsasən tərtib edilmişdir.

1. Azərbaycan Kooperasiya Universitetində təkrar ali təhsilin məzmunu və formaları:
1.1. Azərbaycan Kooperasiya Universitetində Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları ilkin baza təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərti ilə təkrar ali təhsil ala bilərlər.Proqramlar arasındakı fərq Universitet tərəfindən müəyyən edilir.
1.2. Mütəxəssis hazırlamaq işində çevikliyi və ayrı-ayrı şəxslərin əlavə ixtisas təhsili almaq arzusunu təmin etmək məqsədi ilə təkrar ali təhsil bu təhsili almaq istəyən şəxslərlə və ya onların işlədikləri idarə və təşkilatlarla Universitet arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.
1.3. Ali təhsili olanlar təkrar ali təhsili ala bilərlər.
1.4. Təkrar ali təhsil Universitetdə hazırlanan ixtisaslar üzrə aparıla bilər.
1.5. Təkrar ali təhsilin məzmunu Universitet tərəfindən təsdiq edilmiş müvafiq ixtisasların tədris planları və proqramları əsasında müəyyənləşdirilir.
1.6. Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavr səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsili proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, müvafiq ixtisas üzrə hazırlanmış təhsil proqramları əsasında aparılır.
1.7. Azərbaycan Kooperasiya Universitetində təkrar ali təhsil əyani və qiyabi formalarda, əsasən Azərbaycan və rus dillərində (”Maliyyə”, “İqtisadiyyat”, “Turizm işinin təşkili”, “Sosial iş”) ixtisasları həyata keçirilir.

2. Azərbaycan Kooperasiya Universitetində təkrar ali təhsilin təşkili:
2.1. Təkrar ali təhsil üzrə qəbul qaydaları və müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla universitet tərəfindən müəyyənləşdirilir.
2.2. Azərbaycan Kooperasiya Universitetində təkrar ali təhsil müəyyən ixtisaslar üzrə müvafiq fakültələrdə həyata keçirilir.
2.3. Universitetdə müvafiq akademik qruplarda tələbələrin sayı 15-30 nəfər müəyyən edilir.
2.4. Əvvəl aldığı ixtisasın baza proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda, tələbə həmin fənlər üzrə məşğələlərdən və attestasiyadan azad olunur.
2.5. Ayrı-ayrı ixtisaslara qəbul olunan tələbələrin sayı az olduqda, həmin tələbələr müvafiq ixtisasların tədris planları əsasında mövcud akademik qruplarda təhsil alan tələbələrlə birlikdə təhsillərini davam etdirə bilərlər.
2.6. Azərbaycan Kooperasiya Universitetində təkrar ali təhsil almaq üçün müraciət etmiş şəxslərin sənədlərinin araşdırılması və onların müvafiq ixtisas,kurs və təhsil formasına qəbulu Tədris işləri və Ümumi işlər üzrə prorektorların , həmçinin Tədris şöbəsi müdirinin birgə təqdimatı əsasında rektorun əmri ilə rəsmiləşdirilir.
2.7. Təkrar ali təhsil üzrə proqram və tədris planı əsasında ali təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr dərəcəsi və ali təhsil haqqında diplom verilir.

3. Universitetdə təkrar ali təhsilin maliyyələşdirilməsi:
3.1. Azərbaycan Kooperasiya Universitetində təkrar ali təhsil yalnız ödənişli əsaslarla (dövlət büdcəsindən vəsait ayrılmamaqla) həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Bu halda təhsil üçün ödənişin miqdarı bütün ixtisaslar üzrə əyani təhsilalma formasında 3000 manat, qiyabi təhsilalma formasında 2800 manat müəyyən edilir.

4. Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
– Universitetin rektorunun adına ərizə;
– Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş (diploma əlavə ilə birlikdə) surəti;
– İş yerindən arayış (işlədiyi halda);
– 3х4 sm ölçüdə 6 ədəd foto şəkil;
– Şəxsiyət vəsiqəsinin surəti;
-Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi.
5. Təkrar ali təhsil almaq üçün sənəd qəbulu (ərizələrin onlayn qeydiyyatı) elektron sistem vasitəsilə 2024-cü il may ayının 29-dan sentyabrın 10-dək həyata keçirilir.
6. Təkrar ali təhsilə tələbə qəbulu sentyabr ayının 15-dək başa çatmalıdır.
7. Təkrar ali təhsil üçün Universitetin internet saytında elan verilir.
Qeyd: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Universitetdə təkrar ali təhsil ala bilərlər.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı
Azərbaycan Kooperasiya Universiteti

2024/2025-ci tədris ilində bakalavriat səviyyəsində təkrar ali təhsil almaq üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu

ELAN EDİR

1. 050401-Beynəlxalq ticarət və logistika-əyani
2. 050402-Biznesin idarə edilməsi- əyani ,qiyabi
3. 050403 – Davamlı inkişafın idarə edilməsi – əyani
4. 050404-Dövlət və bələdiyyə idarəetməsi- əyani, qiyabi
5. 050405-İqtisadiyyat-əyani, qiyabi, həm də əyani-rus bölməsi
6. 050406-Maliyyə-əyani, qiyabi, həm də əyani- rus bölməsi
7. 050407-Marketinq-əyani, qiyabi
8. 050408-Menecment-əyani, qiyabi
9. 050409-Mühasibat-əyani, qiyabi
10. 050504-Ekologiya-əyani, qiyabi
11. 050606 – Ekologiya mühəndisliyi – əyani
12. 050620-Kompüter mühəndisliyi-əyani, qiyabi
13. 050635-Qida mühəndisliyi-əyani, qiyabi
14. 050707-Şərabçılıq-əyani, qiyabi
15.050709-Torpaqşünaslıq və aqrokimya-əyani
16.050710-Yerquruluşu və daşınmaz əmlakın kadastrı-əyani
17.050807-Sosial iş- əyani,qiyabi, həm də əyani-rus bölməsi
18. 050809-Turizm bələdçiliyi- əyani, qiyabi
19. 050810-Turizm işinin təşkili- əyani, qiyabi, həm də əyani –rus bölməsi
21.050212 – Regionşünaslıq- əyani
22. 050215-Tərcümə (İngilis dili)- əyani
23. 050310 – Müzey, arxiv işi və abidələrinin qorunması – əyani

Təkrar ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Azərbaycan Kooperasiya Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavr səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı,ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla müvafiq təhsil proqramları əsasında aparılır.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər.
-Rektorun adına ərizə (onlayn qeydiyyat)
-Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti
– 3×4 sm ölçüdə 6 ədəd fotoşəkil
– Şəxsiyyət vəsiqəsinin sürəti
– Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi
2024-cü ilin məzunları diplom əvəzi – müvəqqəti arayış təqdim edə bilərlər.
Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

Qeyd: Sənədlər may ayının 29-dan sentyabrın 10-dək (istirahət günlərindən başqa) şəxsən və ya onlayn formada (AKU 1964@mail.ru) saat 10:00-dan 17:00-dək əsas binada (205 saylı otaqda) qəbul edilir.
Təhsil əsasən Azərbaycan dilində, əyani və qiyabi formada aparılır.Təhsil haqqı müqavilə əsasında bütün ixtisaslar üçün əyani təhsilalma dormasında 3000 manat, qiyabi təhsilalma formasında 2800 manatdır.
Təhsili müvəffəqiyyətlə başa vuran məzunlara bakalavr ali peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında diplom verilir.

Ünvan: Az.1106, Bakı Nəcəf Nərimanov küçəsi 93,
Telefon:(012) 561-29-72, 562-98-75


2024/2025-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsində aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:
1.050401- Beynəlxalq ticarət və logistika- əyani
2.050402- Biznesin idarə edilməsi- əyani, qiyabi
3. 050403- Davamlı inkişafın idarə edilməsi- əyani
4. 050404- Dövlət və bələdiyyə idarəetməsi- əyani, qiyabi
5. 050405- İqtisadiyyat – əyani, qiyabi
6. 050406- Maliyyə- əyani, qiyabi,(əyani-rus bölməsi)
7. 050407- Marketinq – əyani, qiyabi
8. 050408- Menecment- əyani, qiyabi
9. 050409- Mühasibat- əyani, qiyabi
10. 050504- Ekologiya- əyani, qiyabi
11.050606- Ekologiya mühəndisliyi – əyani
12. 050620- Kompüter mjühəndisliyi – əyani, qiyabi
13. 050635- Qida mühəndisliyi – əyani, qiyabi
14. 050707- Şərabçılıq – əyani, qiyabi
15. 050709- Torpaqşünaslıq və aqrokimya – əyani
16. 050710- Yerquruluşu və daşınmaz əmlakın kadastrı – əyani
17.050807- Sosial iş – əyani, qiyabi, (əyani-rus bölməsi)
18.050809- Turizm bələdçiliyi – əyani, qiyabi
19.0050810- Turizm işinin təşkili- əyani, qiyabi, (əyani-rus bölməsi)
20.050212- Regionşünaslıq – əyani
21.050215- Tərcümə (İngilis dili)-əyani
22. 050310- Müzey, arxiv işi və abidələrin qorunması- əyani
Sənədlərin qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçirilir və 2024-cü il 31 avqust saat 18.00-da başa çatır.
Təkrar ali təhsil almaq istəyənlər üçün sənədlərin qəbulu (elektron formada):
• Təkrar ali təhsilə sənəd qəbulu elektron https://portal.edu.az saytı vasitəsi ilə həyata keçirilir.
• Aşağıdakı sənədlərin elektron sürətinin sistemə daxil edilməsi tələb olunur:
• Şəxsiyyət vəsiqəsinin elektron sürəti;
• Diplomun elektron sürəti;
• Diplom əlavəsinin elektron sürəti;
• Vətəndaş haqqında “Tələbə məzun” dövlət elektron məlumat sistemindən çıxarış;
• İş yerinə dair arayış/ əmək kitabçasının elektron sürəti (əgər işləyirsə).
Sənədlərin qəbulu (kağız formada):
• Təkrar ali təhsilə sənəd qəbulu 2024 cü il 29 may tarixindən 31 avqust 2024-cü il tarixinədək həyata keçirilir.
• İddiaçılar sənədlərini saat 10:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) Azərbaycan Kooperasiya Universitetinin (AKU) inzibati binasında “Tədris” şöbəsinə (Az. 1106, Bakı Nəcəf Nərimanov küçəsi 93, 1-ci mərtəbə, otaq 114) təqdim edə bilərlər.

• Sənədlərin siyahısı:
• Rektorun adına yazılmış ərizə (AKU-da yazılır);
• Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiqlənmiş surəti;
• 3×4 sm ölçüdə 6 ədəd fotoşəkil;
• Şəxsiyyət vəsiqəsinin sürəti;
• Təhsil haqqının ödənilməsi barədə müqavilə

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
Təhsil əsasən Azərbaycan dilində, əyani və qiyabi formada aparılır. Təhsil haqqı müqavilə əsasında bütün ixtisaslar üçün 3000 manat, qiyabi təhsilalma formasında 2800 manatdır.

Ünvan: Az. 1106, Bakı Nəcəf Nərimanov küçəsi 93
Telefon: (012)561-29-72
(012) 562-98-75
(012) 562-86-14