“Mühəndislikdə riyazi metodlar və mexatronik sistemlər” mövzusunda Beynəlxalq elmi-praktik konfrans
Məlumat
Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 19 aprel 2023-cü il tarixində Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Mühəndislikdə riyazi metodlar və mexatronik sistemlər” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Konfrans aşağıdakı bölmələr üzrə aparılacaqdır:
Tətbiqi riyaziyyat
Fizika
Mühəndislik sistemlərində süni intelekt
Kompüter elmləri
Məqalə və tezislərin elektron qəbulu ən gec 14.04.2023-cü il tarixinədək aşağıdakı elektron poçta göndərilməlidir:
Təqdim olunan məqalə və ya tezis materialları RİNC (РИНЦ) bazasında və toplu şəklində dərc ediləcəkdir. İştrakçılara sertifikat təqdim olacaq.
Konfrans toplusuna ISBN nömrəsi ilə dərc olunacaq.
Konfransın dili və tələb olunan qaydalar
Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində yazıla bilər. Mətn “Microsoft Word for Windows” redaktorunda Times New Roman şriftilə (hərflərin ölçüsü-12, interval-1) yığılmalı, A4 formatlı standartla (210×297 mm) – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3-5 səhifədən çox olmasın.
Mətnin əvvəlində bölmə göstərilir, bir sətir sonra sağdan tədqiqatçının soyadı, adı va atasının adı, onun altında elmi dərəcəsi, müssisəsinin adı, e-poçt ünvanı, telefon nömrəsi və növbəti sətirin mərkəzində isə konfrans materialının adı böyük hərflərlə yazılmalıdır.
Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilməlidir:
Ədəbiyyat siyahısı mətnin sonunda rast gəlmə sırası ilə verilir.
Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir.
Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidır.
İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində […] göstərilir.
Məqalələrə görə müəlliflər məsuliyyət daşıyır.
Əlaqə üçün:
E-mail: conference.2022@wcu.edu.az
Telefon: +994 12 565 39 74 (Elm şöbəsi)
Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A, AZ1072
KONFRANSIN BÖLMƏSİ (Mütləq qeyd olunmalıdır)
Müəllifin adı, ata adı, soyadı
Təşkilat, Ali təhsil müəssisəsi (kursiv yazı formasında)
Email: (kursiv yazı formasında)
TEZİSİN ADI (Qalın və böyük hərflərlə)
ABSTRACT: 50-100 söz
Keywords: minimum 3, maximum 5 words.
Mətin bölünür (Giriş, əsas mətn, nəticə, ədəbiyyat siyahısı)
Konfrans materialının əvvəlində onun yazıldığı dildi xülasə verilir (12 şrift, 1 interval).
