Rəqabətqabiliyyətli mütəxəsis hazırlığı müasir təhsilin əsas məqsədidir” mövzusunda Respublika elmi-praktik konfrans


Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə 26 aprel 2023-cü il tarixində Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Rəqabətqabiliyyətli mütəxəsis hazırlığı müasir təhsilin əsas məqsədidir” mövzusunda Respublika elmi-praktik konfrans keçiriləcək.
Təqdim olunan məqalə və ya tezis materialları RİNC (РИНЦ) bazasında və toplu şəklində dərc ediləcəkdir. İştrakçılara sertifikat təqdim olacaq.
Konfrans toplusuna ISBN nömrəsi ilə dərc olunacaq.

Konfrans aşağıdakı bölmələr üzrə aparılacaqdır:
Qloballaşma şəraitində Azərbaycanın dünya təsərrüfat sisteminə inteqrasiyası;
Maliyyə bazarları və pul-kredit mexanizminin tənzimlənməsi istiqamətləri;
Xidmət sahələrinin inkişafı və innovasiya menecmenti;
Sahə iqtisadiyyatı və turizm;
Regionların sosial-iqtisadi inkişaf istiqamətləri;
Sənayenin diversifikasiyası;
Rəqabətqabiliyyət: mütəxəsis hazırlığı və əmək bazarın prioritetləri.
Məqalə və tezislərin elektron qəbulu ən gec 20.04.2023-ci il tarixinədək aşağıdakı elektron poçta göndərilməlidir: conference.2022@wcu.edu.az


Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində yazıla bilər. Mətn “Microsoft Word for Windows” redaktorunda Times New Roman şriftilə (hərflərin ölçüsü-12, interval-1) yığılmalı, A4 formatlı standartla (210×297 mm) – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3-5 səhifədən çox olmasın.
Mətnin əvvəlində bölmə göstərilir, bir sətir sonra sağdan tədqiqatçının soyadı, adı va atasının adı, onun altında elmi dərəcəsi, müssisəsinin adı, e-poçt ünvanı, telefon nömrəsi və növbəti sətirin mərkəzində isə konfrans materialının adı böyük hərflərlə yazılmalıdır.
Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilməlidir:
Ədəbiyyat siyahısı mətnin sonunda rast gəlmə sırası ilə verilir.
Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir.
Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidır.
İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində […] göstərilir.

Məqalələrə görə müəlliflər məsuliyyət daşıyır.

Əlaqə üçün:
E-mail: conference.2022@wcu.edu.az
Telefon: +994 12 565 39 74 (Elm şöbəsi)
Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A, AZ1072


KONFRANSIN BÖLMƏSİ (Mütləq qeyd olunmalıdır)

Müəllifin adı, ata adı, soyadı
Təşkilat, Ali təhsil müəssisəsi (kursiv yazı formasında)
Email: (kursiv yazı formasında)


TEZİSİN ADI (Qalın və böyük hərflərlə)

ABSTRACT: 50-100 söz
Keywords: minimum 3, maximum 5 words.
Mətin bölünür (Giriş, əsas mətn, nəticə, ədəbiyyat siyahısı)
Konfrans materialının əvvəlində onun yazıldığı dildi xülasə verilir (12 şrift, 1 interval).