“Ulu Öndər Heydər Əliyev və liderlik fenomeni” mövzusunda Respublika elmi-nəzəri konfransı


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı

Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutu “Ulu Öndər Heydər Əliyev və liderlik fenomeni” mövzusunda Respublika elmi-nəzəri konfransı təşkil edir.

Konfransın proqramı:
Plenar iclasın keçirilməsi və bölmələr üzrə mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulur. Konfransın nəticələrindən ibarət yekun materiallar toplusu nəşr olunacaqdır.

Konfransın məkanı və başlama vaxtı:
Psixologiya Elmi-Tədqiqat İnstitutu
06 may 2023-cü il, saat 10:00

Konfransın istiqamətləri:
Ümummilli lider Heydər Əliyevin fenomen şəxsiyyəti və fəaliyyəti;
Şəxsiyyət psixologiyası;
Sosial və siyasi psixologiya;
Hüquq psixologiyası;
Pedaqoji psixologiya;
İnkişaf psixologiyası.


Konfransda iştirak edəcək şəxslər info@psixologiyainstitutu.az e-mail ünvanına tezislərini göndərməklə qeydiyyatdan keçməlidirlər.
Eyni zamanda, tezislər 28 aprel 2023-cü il tarixindən gec olmayaraq yuxarıda qeyd olunan e-mail ünvanına göndərilməlidir.

Tezisin tərtibat qaydaları:
– Sağ küncdə müəllifin adı (normal qaydada, Bold şriftlə, ölçü – 12), soyadı (böyük hərflərlə, Bold şriftlə, ölçü – 12).
– 1 sətir aşağıda: iş yeri və ya oxuduğu, yaxud doktorantı/dissertantı olduğu ali məktəbin, fakültənin/ yaxud ixtisasın adı, kursu (Bold İtalic hərflərlə, ölçü – 12)
– 1 sətir aşağıda: e-mail ünvanı (adi şriftlə, ölçü – 12)
– Mövzunun adı 1 sətir aşağıda, ortada yazılmalıdır (Bold, böyük hərflərlə, ölçü – 12).
– Yalnız bakalavr və magistrantlar üçün: 1 sətir aşağıda, sağ tərəfdə: elmi rəhbər sözü (İtalik hərflərlə), elmi rəhbərin elmi dərəcəsi (fəlsəfə doktoru/elmlər doktoru), adı, soyadı, işlədiyi ali məktəbin adı və elmi adı (dosent/professor) yazılmalıdır (adi şriftlə)
– 1 sətir aşağıda mövzuya aid 3-5 açar söz yazılmalıdır (tezisin yazıldığı dildə, İtalik hərflərlə).
– Açar sözlərsiz tezislərə baxılmayacaq!
-1 boş sətirdən sonra əsas mətn yığılmalıdır. Mətn Word proqramında yığılmalıdır: kağızın formatı A4; sənədin formatı – doc.; docx.; şrift – Times New Roman (digər şriftlərlə yığılmış tezislər qəbul olunmayacaq; ölçü – 14; sətirlərarası interval -1).
– Səhifənin ölçüləri: sol – 3 sm, yuxarı, aşağı və sağ – 2 sm.
– Həcmi 1-3 səhifə (tezisin və müəllifin, oxuduğu/ doktorantı, dissertantı olduğu ali məktəbin və fakültənin/ müəssisənin adı, müəllifin e-mail ünvanı, elmi rəhbərin adı, açar sözlər və ədəbiyyat nəzərə alınmamaqla) ola bilər.
– Tezislər azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur (açar sözlər də həmçinin).
– Mövzudan asılı olaraq tezisdə istinadlar verilməyə bilər. Lakin sonda tezisin hazırlanması üçün istifadə edilmiş ədəbiyyat siyahısı mütləq göstərilməlidir (əlifba sırası ilə). Ədəbiyyat siyahısı olmayan tezislərə baxılmayacaq!
– Tezislər aşağıdakı ünvana göndərilməlidir:
info@psixologiyainstitutu.az

– Konfransa təqdim olunmuş tezislərin təşkilat komitəsi tərəfindən qəbul olunması halında toplu şəklində çap versiyasının hazırlanması nəzərdə tutulur. Tezislərin göndərilmə vaxtı bitdikdən sonra çap olunmaq üçün seçilən tezislər elan olunacaq, müəlliflər e-mail vasitəsilə məlumatlandırılacaqlar. Təşkilat komitəsi tərəfindən çapa məsləhət görülməyən tezislər çap olunmayacaqdır və bu haqda həmin əsərlərin müəlliflərinə məlumat veriləcəkdir.

Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti 38, Psixologiya Elmi-Tədqiqat İnstitutunun binası

Telefon: (+99412) 480-36-29
WhatsApp: (+99470) 268-27-08