Elan - Şuşa ili

Respublikamızda keçirilən “Şuşa İli” çərçivəsində Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kolleci tələbələrı arasında “Şuşa milli rəmzimizdir” adlı şeir, hekayə və esse müsabiqəsini elan edilir.
Müsabiqəyə təqdim olunan yazılar elektron variantda olmaqla Azərbaycan, rus və ingilis dillərindən birində Times New Roman 12 şrifti ilə yazılmalı, tələbə biletinin nömrəsi qeyd olunmalı və tkta.aku@gmail.com elektron ünvana göndərilməlidir.
Təqdim olunan yazılar müsabiqə komissiyası tərəfindən seçilərək mükafatlandırılacaq. Qalib elan olunmuş işlər aylıq “Bizim qəzet”in xüsusi almanaxında çap olunacaq.
Müsabiqə 21.11.2022 -ci il tarixdə başlayır və 20 dekabr tarixdə yekunlaşır.
Qaliblər 25 dekabr 2022-ci il tarixdə elan ediləcək.