


Azərbaycan Kooperasiya Universitetinin “ Beynəlxalq əlaqələr” şöbənin müdiri, dos. Nigar Əsgərova 22-26 may tarixlərində Erasmus+ proqramı çərçivəsində akademik mübadilə ilə İspaniyanın Leon Universitetində səfərdədir
Azərbaycan Kooperasiya Universitetinin “ Beynəlxalq əlaqələr” şöbənin müdiri, dos. Nigar Əsgərova 22-26 may tarixlərində Erasmus+ proqramı çərçivəsində akademik mübadilə ilə İspaniyanın Leon Universitetində səfərdədir. 22 may tarixində Tarix fakültəsinin tələbələrinə “Azərbaycan tarixi 1920-2023-cü illərdə” mövzusunda müharizə demişdir. Bundan əlavə, Universitetin “Müasir tarix” kafedrasının əməkdaşları ilə görüş keçirilmiş, gələcəkdə də Azərbaycan və onun tarixi ilə bağlı istənilən mövzuda istər ədəbiyyat, istərsə də mənbələrin tapılması sahəsində yardım göstərə biləcəyini qeyd edilmişdir.
