Azərbaycan Kooperasiya Universitetinin tələbələri EN EXPO BAKU 2023 Türkiyə Universitetlərinin təhsil sərgisində


Azərbaycan Kooperasiya Universitetinin tələbələri 25 fevral 2023-ci il tarixində EN EXPO BAKU 2023 Türkiyə Universitetlərinin təhsil sərgisində iştirak etmişlər. Sərgidə Türkiyədə fəaliyyət göstərən İstanbul Gelişim Universiteti, Atılım Universiteti, İstanbul Kent Universiteti, İstanbul Aydın Unuversiteti, Başkent Universiteti, Fənərbağça Universiteti, İşık Universiteti, TED Universiteti, KÖSTÜ, İstanbul Okean Universieti , Kıprıs Ada Kent Universiteti, Haliç Universiteti, Medipol Universiteti, Bayken Universiteti iştirak etmisşdir.

Bu sərgiyə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı cənaplarıda iştirak etmişdir. Cənab Səfir sərgidə iştirak Azərbaycan Kooperasiya Universitetinin tələbə və müəllim heyyəti ilə görüşüb. Görüş əsnasında Universitetin müəllim heyyəti Universitetin rektoru, Millət Vəkili, Ağsaqqallar Şürasının sədri prof. Eldar Quliyevin salamlarını çatdırıb. Cənab səfirdə öz növbəsində bu sərgiyə universitetin müəllim və tələbə heyyətini göndərdiyi üçün universitetin Rektoruna salam və təşükkürlərini bildirib.

Bu sərgini Universitetimiz 2016-cı il məzunu olmuş Nərgiz və Elnaz məzunlarımız təşkil etmişdir. Məzunlarımızın bu cür uğurlu karyera qurmasına sevinir və onlara uğurlar arzulayırıq.