TKTA və AKU arasında bağlanan müqavilə çərçivəsində təşkil olunmuş “Beynəlxalq təcrübədə tyutorluq” təliminin mükafatlandırma mərasimi keçirilmişdir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Azərbaycan Kooperasiya Universiteti arasında bağlanan müqavilə çərçivəsində təşkil olunmuş “Beynəlxalq təcrübədə tyutorluq” təliminin mükafatlandırma mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Kooperasiya Universitetinin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev AKU-da tədris prosesində edilmiş yeniliklərdən və tədrisdə tyutorların rolunun vacibliyindən bəhs etdi. Belə bir təlimin təşkili üçün TKTA-ya təşəkkürünü bildirdi.

AKU-da mükafatlandırma mərasimində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsinin müdiri Simnar Mamedov iştirak etmişdir. Mükafatlandırma mərasimində Simnar Mamedov tyutorların peşəkarlığının artırılmasına dəstək verilməsi baxımından təlimin əhəmiyyətindən danışmış, agentliyin təlim xidmətləri barədə bu zamana qədər görülmüş işlərə dair məlumat vermişdir.

Sonda təlimdə yüksək nəticə göstərmiş AKU tyutorları TKTA tərəfindən sertifikatla təltif edildilər.