TƏHSİLDƏ KEYFİYYƏT TƏMİNATI AGENTLİYİ AZƏRBAYCAN KOOPERASİYA UNİVERSİTETİNDƏ TƏLİMLƏRƏ BAŞLAYIB
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Kooperasiya Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında Agentliyin Təlim və metodologiya şöbəsinin peşəkar ekspertləri tərəfindən AKU-da təlim təşkil olunmuşdur.
Təlimlərin əsas məqsədi Azərbaycan Kooperasiya Universitetinin akademik və inzibati heyətinə xarici keyfiyyət təminatı, eləcə də özünütəhlilin aparılması qaydalarına dair məlumatın verilməsidir.
Sözügedən təlimdə Azərbaycan Kooperasiya Universitetindən 40 inzibati və akademik heyət iştirak etmişdir. Təlimlərdə iştirak etmiş şəxslər sertifikatlarla təltif olunacaqdır.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək Agentliyin öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.