TKTA Azərbaycan Kooperasiya Universitetində tyutorların sertifikatlaşdırmasını həyata keçirir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Kooperasiya Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsinə əsasən TKTA-nın Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsi tərəfindən AKU-da çalışan tyutorlar təlimlərə cəlb olunub. Təlimlərin əsas məqsədi AKU-nun daxili keyfiyyət təminatına, eləcə də akademik məsləhətçilərin bilik və səriştələrinin artırılmasına dəstək verməkdən ibarətdir. Təlimlərdə beynəlxalq təcrübəyə və standartlara əsasən tələbəyönlü təhsildə tyutorların vəzifə və öhdəliklərinə dair geniş məlumatın verilməsi və akademik məsləhətçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulur. Qiymətləndirmədən uğurla keçən iştirakçılar müvafiq sertifikatlarla təltif olunacaqlar.