İqtisadi nəzəriyyə kafedrası


Anar Əli oğlu Əzizov – Azərbaycan Kooperasiya Universitetinin İqtisadi Nəzəriyyə kafedrasının müdiri, İqtisad elmlər namizədi, dosent.

Əzizov Anar Əli oğlu 1971-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur.Azərbaycanlıdır.1978-ci ildən 1988-ci ilədək Bakı şəhər 134 saylı tam orta məktəbdə təhsil almışdır.1988-ci ildə Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına daxil olmuş,1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Maliyyə və Kredit” ixtisası üzrə bitirərək tam ali təhsil almışdır.Ailəlidir 4 övladı var.

Əmək fəaliyyətinə 1988-ci ildən başlamışdır. 10 ilə yaxın Azərbaycanın dövlət bank sektorunda müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. 2003-cü ildən Bakı Biznes Universitetində dekan müavini, dekan, kafedra müdiri vəzifəsində çalışmışdır. 2017-ci ilin sentyabr ayından Azərbaycan Kooperasiya Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasının dosenti və 23 aprel 2018-ci ildən “İqtisadi nəzəriyyə” kafedrasını müdiri vəzifəsində çalısır. A.Ə.Əzizov Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən  İxtisaslaşmış müdafiə Şurasının üzvüdür. 2007-ci ildə “Keçid iqtisadiyyatı şəraitində xarici iqtisadi əlaqələrin tənzimlənməsi istiqamətləri ” mövzusunda namizədlik dissertasiyasını müdafiyə edərək İqtisad elmlər namizədi elmi dərəcəsini, 2012-ci ildə isə dosent elmi adını almışdır.19 fevral 2014-cü ildə AMEA-nın İqtisadiyyat İnstitunun Elmi Şurasında elmlər doktoru proqramı üzrə doktorant olaraq, dissertasiya mövzusu “Azərbaycan Respublikasında turizm sferasında sahibkarlığın formalaşması və inkişafı” təsdiq edilmişdir.

A.Ə.Əzizov 84 elmi əsərin müəllifidir, onlardan 47-ü doktorluq dissertasiyası mövzusuna uyğundur. Xaricdə nüfuzlu elmi jurnallarda 5 məqaləsi çap olunmuşdur. 2012-ci ildə “Azərbaycanda turizm sahibkarlığı”, 2018-ci ildə isə “Azərbaycanda turizm sahəsində sahibkarlığın səmərəli inkişaf yolları” adlı monoqrafiyaların, 5 dərslik, 4 dərs vəsaiti, 2 lüğət, 6 tədris proqramının müəllifi və həmmüəllifidir.

A.Ə.Əzizov Azərbaycan Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 6 sertifikat və təşəkkürnamələrə layiq görülmüşdür.


“İqtisadi nəzəriyyə” kafedrası 2002-ci ildə yaranmışdır. 2002-ci ildən bu günə kimi aşağıda göstərilən müəllimlər kafera müdiri vəzifəsində işləyiblər:
2002-ci il fevral-oktyabr ayı N.T.Qənizadə
2002-2012 C.T.Abdullayev
2012-2016 N.T.Qənizadə
2018- A.Ə.Əzizov
2016-cı ildə “İqtisadi nəzəriyyə” kafedrası “Iqtisadiyyat və vergi işi” kafedrasına birləşdirilərək “İqtisadiyyat və İqtisadi nəzəriyyə” kafedrası adlandırılmışdır. 18 aprel 2018-ci ildə Azərbaycan Kooperasiya Universitetinin rektoru, prof.E.A.Quliyevin əmri ilə “İqtisadi nəzəriyyə” kafedrası yenidən bərpa olunmuşdur. İ.e.n. dos.A.Ə.Əzizov kafedra müdiri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda kafedrada 9 müəllim və 1 baş laborant fəaliyyət göstərir. Müəllimlər təsdiq olunmuş tədris proqramına uyğun olaraq mühazirə və seminarlar aparırlar, mövzuya uyğun olaraq slaydlar hazırlayaraq nümayiş etdirirlər,həmçinin magistr dissertasiyası işlərinə, istehsalat təcrübələrinə rəhbərlik edirlər. Kafedrada tədris olunan fənlər üzrə dərs proqramları hazırlanıb Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiqlənərək nəşr edilmişdir. “İqtisadi nəzəriyyə” kafedrası bütün müasir tələblərə uyğun olaraq fəaliyyət göstərir.


i.e.n.dosent A.Ə.Əzizov (kafedra müdiri)
i.f.d.dosent V.V.Gərayev
i.e.n.dosent C.T.Abdullayev
i.e.n.dosent T.X.Hacıyeva
i.e.n.dosent N.T.Qənizadə
i.e.n. dosent A.H.Qəribov
b/m. Z.Ə.Ağayeva
b/m.E.V.Hüseynov
m. A.Y.Xamiyeva
b.l. K.A.Mirheydərova


İqtisadiyyata giriş
Mikroiqtisadiyyat 1
Mikroiqtisadiyyat 2
Mikroiqtisadiyyat (30/30)
Mikroiqtisadiyyat (60/30)
Makroiqtisadiyyat 1
Makroiqtisadiyyat 2
Makroiqtisadiyyat (30/30)
Makroiqtisadiyyat (60/30)
İqtisadiyyat
İqtisadi fikir tarixi
Iqtisadiyyatın əsasları
Milli təhlükəsizlik


Mikro və Makro iqtisadiyyatın aktual problemləri
İqtisad elminin tarixi və metodologiyası
İqtisadi fikir tarixi
Milli iqtisadi təhlükəsizlik
İqtisad elminin müasir problemləri
Tədqiqat üsulları
Qərarqəbuletmədə tədqiqat metodları
Ali mikroiqtisadiyyat
Ali makroiqtisadiyyat
Gəlir bölgüsü və yoxsulluq
Rifah nəzəriyyəsi
İş və fəaliyyət