27 may 2019-cu il tarixində Azərbaycan Kooperasiya Universitetində 28 May Respublika Günü və Məzun Gününə həsr olunmuş bayram tədbiri təşkil olunub.
Təntənəli mərasimi universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva açıq elan edib. Dövlət himinimizin sədaları altında açılışı baş tutan tədbirdə A. Quliyeva giriş nitqi ilə çıxış edib. Natiq bildirib ki, “Mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Doğma Azərbaycanımız özünün milli müstəqilliyini elan etdi. Bu gördüyünüz üçrəngli şanlı bayrağımız vətənimizin səmalarını bəzədi”. Respublika Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən xanım prorektor Məzunlara da üzünü tutaraq öz təbriklərini çatdırıb.
Tədbirdə bu il Azərbaycan Kooperasiya Universitetini təhsili və ictimai fəallığı ilə fərqlənərək bitirən bir neçə bakalavr və magistr məzunlarına xüsusi mükafatlar, medallar və fəxri fərmanlar təqdim olunub.
Sonra tədbir bədii hissə ilə davam etdirilib. Respublikanının tanınmış incəsənt nümayəndələrinin, rəqs qruplarının çıxışları nümayiş etdirilib.