Şərabçılıq və texnologiya kafedrası



İmanova Könül Fikrət qızı – Azərbaycan Kooperasiya Universitetinin Şərabçılıq və texnologiya.kafedrasının müdiri,dosent, texnika elmləri üzrə fəlsəfə doktoru

İmanova Könül Fikrət qızı 28 sentyabr 1975-ci ildə Qax şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhərində 82 saylı orta məktəbin I sinfinə daxil olmuş və 1992-ci ildə məktəbi bitirmişdir. 1993-cü ildə Azərbaycan Texnologiya İnstitutuna “Ət və ət məhsullarının texnologiyası” ixtisası üzrə daxil olmuş, 1995-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutuna köçürülmüş və burada “Çörək, unlu qənnadı, makaron məmulatları və yeyinti konsentratlarının texnologiyası” ixtisası üzrə təhsilini davam etdirmişdir. 1997-ci ildə “Qida məhsullarının texnologiyası” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi almışdır. 2007-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Meşə-qida məhsulları və dərman bitkilərinin saxlanması, emal texnologiyası və əmtəəşünaslığı” ixtisasına daxil olmuş və “Qida məhsullarının texnologiyası” ali peşə istiqaməti üzrə magistr dərəcəsi almışdır. 2018-ci il-də Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) fəlsəfə doktorluğu proqramı üzrə 3309.01 – “Qida məhsullarının texnologiyası” ixtisasına daxil olmuş və 2022-ci ildə “Çəhrayı şərabların texnologiyasının təkmilləşdirilməsi yollarının araşdırılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublkası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 01 sentyabr 2023-cü il tarixli qərarı ilə ona texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Əmək Fəaliyyətinə 01.03.2012 – 31.08.2012-ci illərdə Azərbaycan Standartlar İnstitutunda elmi işçi vəzifəsində çalışaraq başlamışdır. 2012-ci il 15 sentyabr tarixindən indiyə qədər Bakı Biznes və Kooperasiya Kollecində müəllim vəzifəsində çalışır. 2023-cu ildən Azərbaycan Kooperasiya Universitetində “Şərabçılıq və texnologiya” kafedrasının müəllimi vəzifəsində çalışır. Həmin ilin noyabrında yuxarıda qeyd olunan kafedranın müdiri seçilmişdir. 20 elmi əsərin 11 fənn proqramının müəllifidir. Elmi əsərləri yerli və xarici jurnallarda çap olunmuşdur.

Ailəlidir, iki övladı var.


Ali təhsil müəssisələrinin kafedraları haqqında əsasnamə” nin tələbinə əsasən Universitetdə tədris-elmi proseslərin səmərəli təşkili, ixtisaslara uyğun formalaşdırılması, fənnlərin müvafiq ixtisas kafedraları arasında optimal bölgüsünü təmin etmək məqsədilə kafedra təşkil olunmuşdur. Azərbaycan Kooperasiya Universitetinin “Standartlaşdırma və texnologiya” kafedrası 01 iyun 2001-ci il tarixli 92 saylı əmrə əsasən “Əmtəəşünaslıq fənləri” kafedrasının ayrılması nəticəsində yaranmışdır. 06 aprel 2023-cü il tarixli 01-F/72 saylı əmrə əsasən “Şərabçılıq və texnologiya” kafedrası adlandırılmışdır. “Şərabçılıq və texnologiya” kafedrasında bakalavriat pilləsi üzrə 60, magistratura pilləsi üzrə 17 fənn tədris olunur. Tədris olunan bütün fənlər üzrə dərslik, dərs vəsaiti, metodiki vəsaitlər Universitetin kitabxana bazasında toplanmış və tələbələrin istifadəsinə verilmişdir. Kafedranın təhsilin bakalavriat pilləsin üzrə kadr hazırlığı apardığı ixtisaslar: 050707-“Şərabçılıq”, 050709 – “Torpaqşünaslıq və aqrokimya” və 050710 “Yerquruluşu və daşınmaz əmlakın kadastrı”. Kafedranın təhsilin magistratura pilləsi üzrə kadr hazırlığı apardığı ixtisaslar: 060642- “Qida məhsulları mühəndisliyi” ixtisası (“Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası”, “Qida təhlükəsizliyi”, “Konserv və qida konsentratlarının texnologiyası” ixtisaslaşmaları). 7006042 “Şərabçılıq” ixtisası (“Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası” ixtisaslaşması). Kafedra ölkədə fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin müvafiq kafedraları ilə tədris və elmi-tədqiqat sahəsində elmi araşdırma mübadiləsi keçirir. Mütəmadi olaraq tələbə və müəllim heyətinin müxtəlif şərabçılıq müəssisələrinə ekskursiyaları təşkil edilir. Buraxılış qruplarında diplomqabağı və istehsal təcrübəsinin keçirilməsi üçün kafedra ilə şərab zavodları arasında müqavilələr bağlanmışdır.

Ünvan: I mərtəbə, otaq 105 Kafedranın əlaqə telefonu: 0125616430, daxili 123


t.ü.f.d., dosent İmanova Könül Fikrət qızı (Kafedra müdiri)
t.e.d., professor Mikayılov Vüqar Şahbaba oğlu
k.t.e.d., dosent Həsənov Eldəniz Əli oğlu
k.t.e.d., dosent Mirzəyev Mirzağa Şərif oğlu
t.e.n., dosent Kərimov Nadir Tofiq oğlu
b.e.n., dosent İsmayılov Kamil Arif oğlu
t.e.n., dosent Seydəliyev İlham Məhəmməd oğlu
t.e.n., dosent Sailov Rahib Ağagül oğlu
t.e.n., dosent Qədimova Natəvan Səfər qızı
t.ü.f.d., dosent Rəcəbov İlqar Saleh oğlu
b.ü.f.d., baş müəllim Yusifova Mehriban Rauf qızı
b.ü.f.d., baş müəllim Hüseynova Əfsanə Ənvər qızı
t.ü.f.d., baş müəllim Tağıyev Azər Tapdıq oğlu
a.ü.f.d., baş müəllim Quliyev Ərşad Yunis oğlu
a.ü.f.d., müəllim Abbasquliyeva Sevil Güləş qızı
t.ü.f.d., müəllim Adıgözəlova Sevda Həsən qızı
k.t.e.n., müəllim Hüseynov Oqtay Qılınc oğlu
müəllim Məcnunlu Ümidə Xosrov qızı


1. Şərabın texnologiyası 1
2. Şərabın texnologiyası 2
3. Şərabın texnologiyası 3
4. Şərabçılıq tullantılarının təkrar emalı
5. Şərabçılıqda analiz metodları
6. Dünya şərabçılığı
7. Meyvə və giləmeyvə şərablarının texnologiyası
8. Likör – araq məmulatlarının texnologiyası
9. Şərab məhsullarının saxtalaşdırılması və eyniləşdirilməsi
10. Şərabçılıqda avadanlıqlar və texnoloji qablar
11. Şərabçılıq müəssisələrinin texnoloji layihələndirilməsi
12. Şərab istehsalı texnologiyasının proses və aparatları
13. Alkoqolsuz və az alkoqollu içkilərin texnologiyası
14. Qıcqırtma istehsalının texnologiyası
15. Tünd alkoqollu içkilərin istehsal texnologiyası
16. Qida məhsullarının biokimyası
17. Qida sənayesi müəssisələrində istehsalın təşkili
18. Qida sənayesi müəssisələrinin texnoloji layihələndirilməsi
19. Qida məhsullarının soyudulma texnologiyası
20. Torpaqların eroziyası
21. Yerquruluşu və kadastrın hüquqi əsasları
22. Bitki fizioplogiyası və biokimyası
23. Torpaq mikrobiologiyası və biokimyası
24. Torpaqların aqroekoloji qiymətləndirilməsi
25. Torpaq fizikası
26. Torpaqşünaslığın əsasları
27. Yerquruluşunun əsasları
28. Kadastrların əsasları
29. Torpaqşünaslıq
30. Aqrar məsləhət xidməti
31. Torpaqların eroziyası və mühafizəsi
32. Kənd təsərrüfatı maşınları
33. Qida sənayesində texnoloji əməliyyatlar
34. Şərabçılıqda texnokimyəvi nəzarət
35. İxtisasa giriş (şərabçılıq)
36. Biotexnologiya (şərabçılıq)
37. Standartlaşdırma və sertifikasiya (qida )
38. Sahə müəssisələrinin avadanlıqları və aparatları
39. Spirt istehsalının texnologiyası
40. İstilik və soyutma texnikası
41. Şərabın turizmi
42. Qida mikrobiologiyası
43. Qida biotexnologiyası
44. Dequstasiya 45. Funksional içkilərin texnologiyası
46. Şərabın mikrobiologiyası
47. Ərazinin mühəndis təchizatı
48. Meliorasiya
49. Torpaq meliorasiyası
50. Ümumi əkinçilik
51. Torpaqların monitorinqi və mühafizəsi
52. Ünvan işi
53. Bitki mühafizəsi
54. Aqrokimya
55. Bitkiçilik
56. Toxumçuluq
57. Yerquruluşunun layihələndirilməsi
58. Torpaq bazarı və yorpaq ehtiyatlarının idarə edilməsi
59. Torpaq kadastrı
60. Daşınmaz əmlakın kadastrı


1. Texniki tənzimlənmə sistemində qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi
2. Qida məhsullarının dequstasiya qiymətləndirilməsi
3. İstehlak mallarınn standartlaşdırılması və sertifikatlaşdırılması
4. Qidalanma sahəsində mikrobiologiya və epidemologiya
5. Şərabçılıq və qıcqırma məhsullarının biokimyası
6. Şərabçılığın və qıcqırma məhsullarının istehsalında tullantısız texnologiyalar
7. Ərzaq məhsullarının konservləşdirilməsi
8. Meyvə və tərəvəzlərin emal texnologiyası
9. Xammal və qida məhsullarının tədqiqi üsulları
10. Ərzaq məhsullarının keyfiyyətinin idarə edilməsi
11. Şərabçılığın müasir problemləri
12. Üzümün ampeloqrafik skrininqi
13. Funksional qida məhsullarının texnologiyası
14. Şərab sənayesində istehsalın təşkili
15. Oynaq şərabların texnologiyası
16. Şərabçılıq məhsullarının saxlanması texnologiyası
17. Qidalanma sahəsində mikrobiologiya və epidemologiya