Standartlaşdırma və Texnologiya kafedrası



Quliyev Ərşad Yunis oğlu – Azərbaycan Kooperasiya Universitetinin Standartlaşma və texnologiya kafedrasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru

z Quliyev Ərşad Yunis oğlu 12 yanvar 1966-cı ildə Ağcabədi rayonu Qaravəlli kəndində anadan olmuşdur. 1972-ci ildən 1982-ci ilədək həmin kəndin tam orta məktəbində təhsil almışdır. 1982-ci ildə S.Ağamalı oğlu adına Azərbaycan Kənd təsərüffatı institutunda “Zoomühəndis” fakültəsinə daxil olmuş, və 1987-ci ildə bitirərək, “zoomühəndis” ixtisası almışdır.

Əmək fəaliyyətinə 1987-ci ildə Ağcabədi rayon aqrar-sənaye birliyində,xidmət zoomühəndisi kimi fəaliyyətə başlamışdır. 1989-cu ildən elmi fəaliyyətə başlamışdır. Belə ki, həmin ildən F.A.Məlikov adına Azərbaycan elmi-tədqiqat heyvandarlıq institutunda əvvəl baş laborant, sonra isə elmi işçi kimi çalışmışdır.

1996-cı ildə ÜmumRusiya heyvandarlıq institunda, dissertasiya işi müdafiə edərək, kənd təsərüffatı elmləri namizədi alimlik dərəcəsi almışdır.

2013-cü ildə Azərbaycan Respublikası Ali attestasiya komissiyasında təkrar Attestasiyadan keçərək, Aqrar elmlər üzrə fəlsəfə doktoru elmi adı verilmişdir.

1996-2001-ci illərdə özəl sektorda müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. 2002-ci ildə Bakı şəhəri İstehlak və xidmət departamenti Sertifikatlaşdırma və ekspertləşdirmə idarəsində nəzarətçi-müfəttiş vəzifəsində işləmişdir.

2005-2015 ci illərdə Azərbaycan Dövlət İqtisad universiteti “Qida məhsullarının texnologiyası” kafedrasında saat hesabı müəllim kimi çalışmışdır.

2019-cu ildən Azərbaycan Kooperasiya Universiteti “Standartlaşdırma və texnologiya” kafedrasının baş müəllim vəzifəsində işləmişdir. 2022-ci ilin oktyabrından həmin kafedranın müdiri seçilmişdir.

20 elmi əsərin 1 proqram və 1 kitabın müəllifidir. Elmi əsərləri yerli və xarici jurnallarda çap olunmuşdur.

Ailəlidir, 2 oğlu vardır.


Azərbaycan Kooperasiya Universitetinin “Standartlaşdırma və texnologiya” kafedrası 01 iyun 2001-ci il tarixli 92 saylı əmrə əsasən “Əmtəəşünaslıq fənləri” kafedrasının ayrılması nəticəsində yaranmışdır.

Kafedranın potensialı:
ştatda olan professor – müəllim heyəti – 12 nəfər, onlardan 1 nəfəri tex.elm.doktoru, professor, 7 dosent, 3 baş müəllim, 1 müəllim, 1 laboratoriya müdiri, 1 baş laborant

Kafedranın təhsilin bakalavr pilləsində kadr hazırlığı apardığı ixtisas: 050707-“Şərabşılıq” və 050647-“Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi”

Kafedranın təhsilin magistr pilləsində kadr hazırlığı apardığı ixtisas:
060647 – “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” ixtisası (“Standartlaşdırma və sertifikatlaşdırma”, “Metrologiya və metroloji təminat” ixtisaslaşmaları),

060642- “Qida məhsulları mühəndisliyi” ixtisası (“Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası”, “Qida təhlükəsizliyi”, “Konserv və qida konsentratlarının texnologiyası” ixtisaslaşmaları)

Kafedrada hazırlanmış dərslik və dərs vəsaitləri: Aslanov Z.Y., Rəcəbov İ.S. İsmayılov K.A Metrologiyanın əsasları. Dərslik. AMEA-nın “Avropa” Nəşriyyatı Bakı,2019, 426 səh

V.Ş.Mikayılov Üzüm məhsullarının emal texnologiyası. Dərs vəsaiti. Bakı, “Kooperasiya” nəşriyyatı 2018, 240 səh. V.Ş.Mikayılov, E.B.Fərzəliyev. Qida məhsullarının ümumi texnologiyası. Dərs vəsaiti, “Kooperasiya” nəşriyyatı 2018, 832 səh

V.Ş.Mikayılov Araq tipli içkilərin texnologiyası. Dərs vəsaiti. Bakı, “Kooperasiya” nəşriyyatı,2016, 320 səh. E.B.Fərzəliyev və başqaları Konserv və qida konsentratlarının texnologiyası “İqtisad Universiteti” nəşriyyatı, 2019. – 181 s.

E.B.Fərzəliyev “Qida mühəndisliyi” ixtisası üzrə texnoloji-terminlər lüğəti. Bakı, Turxan NPB, 2020. – 256 s.

E.B.Fərzəliyev və başqaları Süd və süd məhsullarının texnologiyası Dərs vəsaiti. Bakı, Turxan NPB, 2021. – 212 s.


a.e.f.d. dosent Quliyev Ərşad Yunis oğlu (kafedra müdiri)
t.e.d. professor Mikayılov Vüqar Şahbaba oğlu
t.e.n. dosent Sailov Rahib Ağagül oğlu
t.e.n. dosent Həbullayev Şahin Əsədulla oğlu
t.e.n. dosent Seyidəliyev İlham Məhəmməd oğlu
b.e.n. dosent İsmayılov Kamil Arif oğlu
t.e.n. dosent Kərimov Nadir Tofiq oğlu
t.e.n. dosent Fərzəliyev Elsevər Baba oğlu
t.e.n. dosent Rəcəbov İlqar Saleh oğlu
k.t.e.n. Baş m. Abbasov İqbal Əli oğlu
Baş müəllim Tağıyev Azər Tapdıq oğlu
Müəllim Baloğlanova Könül Vüqar qızı


Biotexnologiya
Yeyinti məhsullarının soyudulma texnologiyası
Qida məhsulları texnologiyalarının proses və aparatları
Qida sənayesi müəssisələrinin texnoloji layihələndirilməsi
İstehlak mallarının kodlaşdırılması
Yeni formalı qida məhsullarının texnologiyası
Qida məhsullarının soyudulma texnologiyası
İstehlak mallarının standartlaşdırılması və sertifikatlaşdırılması
Standartlaşdırma və sertifikasiya
Sahə müəssisələrinin layihələndirilməsi
Yunun ilkin emalı
Tikiş məmulatının istehsal texnologiyası
Toxuculuq materiallarının texnologiyası
Toxuculuq texnologiyası
Trikotajın istehsal texnologiyası
Gön və dəri məmulatlarının istehsal texnologiyası
Texnoloji proseslərin idarə edilməsi
Sahə müəssisələrinin avadanlıqları
Qida mikrobiologiyası
Qida biotexnolologiyası
İstehlak malları istehsalının ümumi texnologiyası 1, 2
Şərabın texnologiyası 1,2,3
Şərabın kimyası
Şərabın mikrobiologiyası
İxtisasa giriş
Meyvə və giləmeyvə şərablarının texnologiyası
Funksional içkilərin texnologiyası
Dünya şərabçılığı
Şərabçılıqda analiz metodları
Şərab turizmi
Qida fiziologiyası


Keyfiyyətin və sertifikatlaşdırmanın hüquqi təminatı
Sertifikatlaşdırmanın normativ metodiki təminatı
Texniki diaqnostika
Standartlaşdırma üzrə orqanların və sınaq laboratoriyalarının akkreditləşdirilməsi
Sənaye müəssisələrində keyfiyyətin təmin olunması
Beynəlxalq və regional sertifikatlaşdırma sistemləri
Keyfiyyət auditi
Cihazqoymanın texnologiyası
Keyfiyyət sistemlərinin sertifikatlaşdırılmasının metroloji təminatı
Metroloji fəaliyyətin inkişaf perspektivləri
Qida məhsulları mühəndisliyinin müasir problemläri
Qida məhsulları mühəndisliyinin tarixi və metodologiyası
Qida məhsulları istehsalının mühəndis reologiyası
Qida məhsulları istehsalının və saxlanmasının mütərəqqi üsulları
Qida məhsullarının saxtalaşdırılması və identifikasiyası
Qida məhsulları texnologiyasının əsasları Funksional qida məhsullarının texnologiyası
Tara və qablaşdırma
Xammal və qida məhsullarının tədqiqi üsulları
Texniki tənzimlənmə sistemində qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi
Qida məhsullarının dequstasiya qiymətləndirilməsi
Şərabçılığın və qıcqırma məhsullarının istifadəsində tullantısız texnologiyalar
İstehlak mallarınn standartlaşdırılması və sertifikatlaşdırılması
Qidalanma sahəsində mikrobiologiya və epidemologiya
Çoxişlənən malların texnologiyası mühəndisliyinin tarixi və metodologiyası
Çoxişlənən malların texnologiyası mühəndisliyinin müasir problemləri
Tikiş məmulatının istehsal texnologiyası
Toxuculuq materiallarının texnologiyası