Aqrar iqtisadiyyat və turizim işi Kafedrası

Kafedra müdiri

Azərbaycan Kooperasiya Universitetinin “Aqrar iqtisadiyyat və turizim işi” kafedrasının müdiri, i.e.d., prof. Eldar Allahyar oğlu Quliyev Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri

Eldar Quliyev 1951-ci il iyul ayının 26-da Bakı şәhәrindә anadan olmuşdur. 1968-ci ildә Bakı şәhәr 187 saylı orta mәktәbi bitirmiş, 1969-cu ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutuna (indiki Azәrbaycan Dövlәt İqtisad Universiteti) daxil olmuş, 1973-cü ildә oranı bitirәrәk iqtisadçı ixtisasına yiyәlәnmişdir. 1973-1974-cü illәrdә Elmi-Tәdqiqat İnstitutunda işlәmişdir. 1974-1975-ci illәrdә hәqiqi hәrbi xidmәtdә olmuşdur. 1975-1987-ci illәrdә Respublika Ticarәt Nazirliyi sistemindә mәsul vәzifәlәrdә çalışmış, 1981–1985-ci illәrdә Azәrbaycan Dövlәt İqtisad Universitetinin aspirantı kimi elmi-tәdqiqat işlәri ilә mәşğul olmuşdur. 1987–1990-cı illәrdә Azәrbaycan Mәrkәzi Kooperativlәr İttifaqının (“Azәrittifaq”ın) idarә rәisi olmuş, 1990-cı ildә Azәrittifaqın İdarә Heyәtinin sәdrinin müavini, 1993 cü ildә İdarә Heyәtinin sәdri vәzifәsinә seçilәrәk hal-hazıra kimi bu quruma ictimai әsaslarla rәhbәrlik edir. Eyni zamanda 2011-ci ilin avqust ayında Azәrbaycan Kooperasiya Universitetinin rektoru vәzifәsinә tәyin olunmuş vә indiyә kimi bu ali tәhsil müәssisәsinә bacarıqla rәhbәrlik edir.

Elmi fәaliyyәti Gәnc yaşlarından elmi-tәdqiqat işlәrinә böyük maraq göstәrәn, zәngin istehsalat vә tәşkilati idarәetmә tәcrübәsinә malik olan E.A.Quliyev 2009-cu ildә “Sahә iqtisadiyyatı” ixtisasında “Kәnd tәsәrrüfatı mәhsullarının topdansatış bazarlarının formalaşdırılması problemlәri” mövzusunda namizәdlik, 2013-cü ildә isә “Əhalinin etibarlı әrzaq tәminatında kooperasiya vә inteqrasiya problemlәri” mövzusunda doktorluq dissertasiyaları müdafiә etmişdir. Azәrbaycan Respublikası Prezi denti yanında Ali Attestasiya Komissiyasının müvafiq qәrarları ilә ona vaxtında dosent vә professor elmi adları verilmişdir. Professor Eldar Quliyev müstәqil Azәrbaycanda aqrar-әrzaq kompleksinin inkişafı vә qida tәhlükәsizliyi problemlәrini araşdıran ilk tәdqiqatçılardandır. Uzun müddәt elmi-pedaqoji fәaliyyәtini Azәrbaycan Kooperasiya Universitetinin “Aqrar iqti sadiyyat vә turizm işi” kafedrasının müdiri kimi davam etdirәn, hәmçinin bir sıra ölkә vә xarici elm ocaqları ilә sıx әmәkdaşlıq edәn prof. E.A.Quliyev 6 monoqrafiyanın, ali mәktәblәr üçün 4 dәrslik vә dәrs vәsaitlәrinin, çoxsaylı tәdris proqramları, metodik göstәrişlәr vә tövsiyәlәrin, Ali Attestasiya Komissiyasının tövsiyә etdiyi respublika vә beynәlxalq nüfuzlu jurnallarda (o cümlәdәn Web of Science vә Scopus-da) dәrc edilmiş 50-dәn artıq elmi mәqalәlәrin müәllifidir. 2017-ci ilin mart ayında Almaniyanın әn nüfuzlu mәtbәәlәrindәn birindә ingilis dilindә “Qlobal әrzaq tәhlükәsizliyi: reallıqlar, çağırışlar vә perspektivlәr” adlı böyük zәhmәt hesabına әrsәyә gәtirdiyi çox dәyәrli bir monoqrafiyası çap olunmuşdur. Kitab Avropa Tәbiәt Elmlәri Akademiyası Rәyasәt Heyәtinin 06 fevral 2017-ci il tarixli (protokol №2) qәrarı ilә nәşr olunmuşdur. Hәmin ilin noyabr ayında İtaliyanın paytaxtı Romada bu kitabın ingilis dilindә geniş tәqdimatı keçirilmişdir. 8 ölkәnin tanınmış elm vә tәhsil ocaqlarının, akademik dairәlәrin, Romada yerlәşәn beynәlxalq tәşkilatların, o 9 Azәrbaycan Kooperasiya Universiteti – 60 cümlәdәn BMT-nin Ərzaq vә Kәnd Tәsәrrüfatı Tәşkilatının (FAO) nümayәndәlәrinin, Azәrbaycanın İtaliyadakı sәfirliyinin әmәkdaşlarının iştirak etdiyi tәqdimatda professor Eldar Quliyevә müәllifi olduğu hәmin kitabın dünyәvi әhәmiyyәt daşıdığına görә BMT-nin İctimai Mükafatlar üzrә Ekspertlәr Şurası tәrәfindәn “İlin kitabı” beynәlxalq mükafatı tәqdim edilmiş, BMT-nin İsveçrәdә yerlәşәn Mәrkәzi Kitabxanasının fonduna qәbul edilmişdir. Tәqdimatda eyni zamanda, professor Eldar Quliyevә Vatikan Bonifasiana Akademiyasının hәqiqi üzvü (akademik) diplomu da tәqdim edilmişdir. Geniş oxucu kütlәsinin elmi maraqları nәzәrә alınaraq, kitab ingilis dilindәn Azәrbaycan dilinә tәrcümә edilәrәk 2018-ci ilin mart ayında Azәrbaycan Kooperasiya Universitetinin nәşriyyatında 500 nüsxә tirajla çap olunaraq çox hörmәtli elm adamlarının, mütәxәssislәrin, doktorant vә dissertantların sәrәncamına verilmişdir. Bu dәyәrli әsәr eyni zamanda Türkiyәdә dә türk dilinә tәrcümә edilәrәk nәşr olunmuşdur. 2020-ci ildә prof. Eldar Quliyev Azәrbaycan aqrar elminә yeni bir sanballı töhfә vermişdir. Belә ki, Azәrbaycan Kooperasiya Universitetinin Elmi Şurasının qәrarı, akademik Ziyad Sәmәdzadә vә Əmәkdar elm xadimi Bәyalı Ataşovun elmi redaktorluqları ilә “Qida tәhlükәsizliyinin güclәndirilmәsi problemlәri vә strateji istiqamәtlәri” adlı monoqrafiyada qlobal çağırışlar şәraitindә yeni elmi yanaş malar, baxışlar, mülahizәlәr, polemika xarakterli tәdqiqat materialları verilmişdir. Azәrbaycanda qida tәhlükәsizliyinin güclәndirilmәsi problemlәri üzrә dövlәt siyasәtinin әsas elementlәrinә, 2050-ci ilәdәk olan dövr üçün mühüm qida mәhsulları istehsalının proqnozlaşdırılması vә qida tәhlükә siz liyinin tәmin edilmәsinin әsas istiqamәtlәrinә xüsusi diqqәt yetirilmişdir. 30 ildәn çox bir müddәtdә fasilәsiz olaraq Azәrbaycan Mәrkәzi Kooperativlәr İttifaqına ictimai әsaslarla sәdrlik edәn prof. Eldar Quliyevin rәhbәrliyi ilә (hәmmüәlliflәr prof. B.Ataşov, i.e.n. E.Əlәkbәrov) 2021-ci ildә әrsәyә gәtirilmiş “Kooperasiya hәrәkatı: tәkamülü, mövcud durumu vә inkişaf meyillәri” adlı monoqrafiya son 50 ildә bu mövzuya aid yazılan ilk tәdqiqat әsәridir. Hazırda Azәrbaycan Kooperasiya Universitetindә bu kitabın bazasında hazırlanmış proqram üzrә ÜFS-04.01 “Kooperativ hәrәkatının tarixi vә nәzәriyyәsi” fәnni bir sıra ixtisaslarda ali tәhsilin bakalavr sәviy yәsindә tәhsil alan tәlәbәlәr üçün tәdris edilir. Prof. Eldar Quliyev tәrәfindәn 2023-cü ildә nәşr olunmuş vә Ümummilli lider Heydәr Əliyevin anadan olmasının 100 illik yubileyinә hәsr olunmuş “Qarabağ vә Şәrgi Zәngәzur iqtisadi rayonlarının Azәrbaycanın davamlı inkişafında rolu” adlı monoqrafiyası da ölkәmizin elmi ictimaiyyәti tәrәfindәn rәğbәtlә qarşılanmışdır. Tәdqiqat әsәrindә adı çәkilәn iqtisadi rayonların yeni çağırışlar şәraitindә Azәrbaycanın davamlı inkişafında rolunun artırılması istiqamәtlәri müәyyәnlәşdirilmişdir. Gәnc iqtisadçı alimlәrin yetişdirilmәsindә fәal iştirak edәn prof. Eldar Quliyevin yaratdığı elmi mәktәbdә onun elmi rәhbәrliyi vә elmi mәslәhәtçiliyi ilә 10 nәfәr fәlsәfә doktoru, 3 nәfәr elmlәr dok toru dissertasiyaları müdafiә edilmişdir. Hazırda 3 nәfәr fәlsәfә doktoru vә 1 nәfәr elmlәr doktoru elmi dәrәcәsi almaq istәyәn iddiaçılar onun rәhbәrliyi altında araşdırmalarını davam etdirirlәr. Son 10 ildә respublikanın müxtәlif elm ocaqlarında yaradılmış dissertasiyaların müdafiәsini keçirәn bir sıra ixtisaslaşdırılmış şuraların üzvü olmuşdur. Hazırda Azәrbaycan Respublikasının Prezi denti yanında Ali Attestasiya Komissiyasının Azәrbaycan Kooperasiya Universitetinin nәzdindә fәaliyyәt göstәrәn Azәrbaycan Kooperasiya Universiteti vә Bakı Biznes Universitetinin ED 2.46 fәlsәfә doktoru vә elmlәr doktoru dissertasiyalarının müdafiәsini keçirәn Birgә Şuranın tәşkilatçısı vә üzvüdür. Uzunmüddәtli sәmәrәli elmi-pedaqoji fәaliyyәtinә görә prof. E.Quliyev Türk Dünyası Araşdırmaları Beynәlxalq Elmlәr Akademiyasının, Almaniyanın Hannover şәhәrindә yerlәşәn Avropa Tәbiәt Elmlәri Akademiyasının, İtaliya Beynәlxalq İqtisadi vә Sosial Elmlәr Akademiyasının hәqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fәxri doktoru seçilmişdir. Roma şәhәrinin “Fәxri alimi”dir. Türk Dünyası Araşdırmaları Beynәlxalq Elmlәr Akademiyası tәrәfindәn “Qızıl Ulduz” medalı vә “Atatürk Beynәlxalq” mükafatı, Birlәşmiş Millәtlәr Tәşkilatının Tәltif 10 Azәrbaycan Kooperasiya Universiteti – 60 Komitәsi tәrәfindәn “Taclı Xidmәt” ordeni vә İctimai Mükafatlar Şurasının Beynәlxalq Mükafatlar Komitәsi (UNCOPA) tәrәfindәn “Avropa Xidmәt Ordeni”, Avropa Tәbiәt Elmlәri Akademiyası tәrәfindәn “Senator Ulduzu” vә “Qızıl Qartal” ordenlәri ilә tәltif olunmuş, Almaniyanın Berlin şәhәrindә Leybnits adına medalla mükafatlandırılmaqla “Avropanın әmәkdar elm xadimi” adına layiq görülmüşdür. Azәrbaycan vә bir sıra keçmiş sovet dövlәtlәri ilә yanaşı Türkiyәdә, ABŞ-dә vә Avropa ölkә lәrindә çoxsaylı elmi әsәrlәri vә kitabları nәşr olunmuşdur.

Prof. E. Quliyev II, III, IV, V, VI vә VII çağırış Azәrbaycan Milli Mәclisinin deputatı olmuşdur. Hazırda Milli Mәclisin Hesablayıcı Komissiyasının sәdridir. 2011-ci ildә Türkdilli Dövlәtlәrin Parlament Assambleyasının “Fәxri millәt vәkili” seçilmiş, 2016-cı ildә Azәrbaycan Respublikası Milli Mәclisinin qәrarı ilә Qara Dәniz İqtisadi Əmәkdaşlıq Tәşkilatının Parlament Assambleyasında Azәrbaycan nümayәndә heyәtinin rәhbәri tәyin olunmuşdur. 2019-cu il 20 iyun tarixindә Qara Dәniz İqtisadi Əmәkdaşlıq Tәşkilatı Parlament Assam b l e yasının Bakıda keçirilәn toplantısında tәşkilatın sәdr müavini vәzifәsinә seçilmişdir. Azәrbaycan Ağsaqqallar Şurasının 29 sentyabr 2020-ci ildә keçirilәn növbәdәnkәnar VIII Qurultayında E.Quliyev yekdilliklә Şuranın sәdri seçilmiş vә hal-hazıra kimi bu vәzifәnin öhdәsindәn layiqincә gәlir.

2017-ci ilin noyabr ayında İtaliyanın paytaxtı Romada “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabın geniş təqdimatı keçirilmişdir. Tanınmış elm və təhsil ocaqlarının, akademik dairələrin, Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələrinin iştirak etdiyi təqdimatda professor Eldar Quliyevə müəllifi olduğu həmin kitabın dünyəvi əhəmiyyət daşıdığına görə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” beynəlxalq mükafatı təqdim edilib. Təqdimatda eyni zamanda, professor E.Quliyevə Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü (akademik) diplomu da təqdim olunub.

Eldar Quliyevə müəllifi olduğu “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabına və beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətlərinə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin “Elm və sülhməramlı səfir” fəxri adı və eyni zamanda, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Türk Dünyasında İlin Alimi” Beynəlxalq mükafatı təqdim olunub. Hər iki mükafat 1 iyun 2018-ci il tarixində Bakıda keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransda təqdim olunub.

 “Şöhrәt” ordeni (18 iyul 2011-ci il, Azәrbaycan Respublikasının ictimai-siyasi hәyatında fәal iştirakına görә)  Azәrbaycan Xalq Cümhuriyyәtinin yaradılmasının 100 illiyi münasibәtilә Qızıl medalı (03 iyul 2019-cu il)  Azәrbaycan Respublikasının Xarici işlәr Nazirliyinin yaradılmasının 100 illiyi ilә әlaqәdar yubiley medalı (Beynәlxalq tәşkilatlarda Azәrbaycanı uğurla tәmsil etdiyinә görә)  “Böyük Qızıl Ulduz” medalı (2021-ci il, yanvar, Türk dünyası Araşdırmaları Beynәlxalq Elmlәr Akademiyası tәrәfindәn Türk Dünyası elmindә xidmәtlәrinә görә)  “Şәrәf” ordeni (26 iyul 2021-ci il, Azәrbaycan Respublikasının ictimai-siyasi hәyatında uzunmüddәtli sәmәrәli fәaliyyәtinә görә)  UNCOPA-nın “KORİFEY” ordeni (26 iyul 2021-ci il, “Qlobal qida tәhlükәsizliyi: hәqiqәtlәr, çağırışlar vә perspektivlәr” kitabının mühüm elmi dәyәrinә görә vә onun BMT-nin elm vә sülh sәfiri kimi 70 illik yubileyi münasibәtilә)  Qara Dәniz İqtisadi Əmәkdaşlıq Tәşkilatı Parlament Assambleyasının “Şöhrәt” medalı (Qara Dәniz İqtisadi Əmәkdaşlıq Tәşkilatı Parlament Assambleyasında iqtisadi vә siyasi sahәdә fәallığına görә)  Azәrbaycan Respublikasının “Parlament” medalı (Azәrbaycan Parlamentinin 100 illiyi münasibәtilә)


1. “Müasir dövrdə xarici-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri” Ali məktəblər üçün Dərs vəsaiti,“Kooperasiya” nəşriyyatı, Bakı, 2011, 424 səh.
2. “Gömrük işinin təşkili” Ali məktəblər üçün Dərs vəsaiti, “Kooperasiya” nəşriyyatı, Bakı, 2012, 400 səh.
3. “Etibarlı ərzaq təminatı: kooperasiya və inteqrasiya problemləri” Monoqrafiya, Bakı, “Elm”, 2013, 308 s.
4. “Aqrar iqtisadiyyat” Ali məktəblər üçün Dərslik, “Kooperasiya” nəşriyyatı, Bakı, 2015, 320 səh.
5. “Global food security: realities, callings and perspectives” Monoqrafiya, “Walter DE – Qrüyter Gmbh” nəşriyyatı, Germany, Cologne 2017, 352 p.
6. “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” Monoqrafiya, “Kooperasiya” nəşriyyatı, Bakı, 2018, 479 səh.
7. “Qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətləri” Monoqrafiya, “Kooperasiya” nəşriyyatı, Bakı, 2020, 464 s.
8. “Qeyri-neft sənayesinin iqtisadiyyatı”Ali məktəblər üçün Dərslik, “Kooperasiya” nəşriyyatı, Bakı, 2020, 496 s.
9. “Kooperasiya hərəkatı: təkamülü, mövcud durumu və inkişaf meyilləri” Monoqrafiya, “Kooperasiya” nəşriyyatı, Bakı, 2021, 344 s.
10. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu” Monoqrafiya, “Kooperasiya” nəşriyyatı, Bakı, 2023, 320 s.

Azərbaycan Kooperasiya Universitetinin “Aqrar iqtisadiyyat və turizm işi” kafedrası ilk dəfə 2013-cü il yanvar ayının 10-da “Sənayenin və aqrar sahənin iqtisadiyyatı” kafedrası adı ilə yaradılmışdır. Elmi şuranın 08 iyul 2019-cu il tarixli 126 №-li əmri ilə “Turizm və otelçilik” ixrisası və ona müvafiq fənlər kafedranın tərkibinə daxil edilmiş və 06 aprel 2023-cü il tarixli 72 №-li əmrə əsasən kafedranın adı dəyişdirilərək “Aqrar iqtisadiyyat və turizim işi” kafedrası adlandırılmışdır. Kafedrada 18 nəfərdən ibarət professor-müəllim heyəti, o cümlədən 3 professor, 6 dosent, 2 iqtisad üzrə fəlsəfə doktoru, 5 baş müəllim, 1 müəllim və 1 baş laborant fəaliyyət göstərir. Kafedrada ali təhsilin bakalavr pilləsində 26, magistratura pilləsində isə 25 fənn tədris olunur. Göstərilən fənlərin hər biri zəruri proqram-metodiki və ədəbiyyat təminatına malikdir, fənlər üzrə mühazirə mətnləri isə universitetin oxu zalının elektron kitabxanasına yerləşdirilmiş və onların məzmunu dövrün dəyişən tələbləri nəzərə alınaraq kafedranın professor-müəllim heyəti tərəfindən daim yenilənir. Hazırda kafedranın əməkdaşları tərəfindən “Postpandemiya dövründə Azərbaycandə İstehlak bazarının dayanıqlı inkişafının təmin edilməsi problemləri” mövzusunda müvafiq istiqamətlər üzrə elmi tədqiqat işi yerinə yetirilir. Kafedranın müəllim-professor heyəti tərəfindən “Aqrar iqtisadiyyat”, “Turizmin iqtisadiyyatı”, “Keys menecment”, “Turizm destinasiyalarının idarə edilməsi”, “Azərbaycanın aqrar-sənaye kompleksi: formalaşması və davamlı inkişaf problemləri”, “Daşınmaz əmlakın qiymtələndirilməsi”, “İnvestisiya layihələrinin qiymətləndirilməsi”, “Servis fəaliyyəti”, “Qiymət və qiymətləndirmə”, “Qlobal aqrar sferanın inkişaf xüsusiyyətləri” adlı dərs vəsaitləri, “Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin davamlı iqtisadi inkişaf perspektivləri”, “Etibarlı ərzaq təminatı sistemi”, “Etibarlı ərzaq təminatında idxaləvəzləyici istehsalın artırılması”, “Aqrar istehlak bazarının formalaşması və inkişafının iqtisadi problemləri”, “Qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətləri”, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu” adlı monoqrafiyalar və “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitab nəşr edilmişdir. O cümlədən, dövri elmi nəşrlərin beynəlxalq xülasələndirmə və indeksləşdirmə sistemlərinə daxil olan jurnallarda bir çox məqalələr və tədris olunan 51 fənn üzrə proqramlar hazırlanaraq nəşr etdirilmiş və bu istiqamətdə işlər davam etdirilir. Kafedra əməkdaşları respublika və beynəlxalq səviyyəli konfranslarda və simpoziumlarda mütəmadi olaraq iştirak edir və onların müxtəlif mənbələrdə, o cümlədən SCOPS-da, elmi jurnallarda, konfrans və simpozium materiallarında çoxsaylı məqalə və tezisləri dərc olunmuşdur.
Hazırda kafedraya i.e.d., prof. Eldar Allahyar oğlu Quliyev rəhbərlik edir.
Kafedra müdirinin müavini dos.M.K.Tağıyevadır.


İqtisad elmləri doktoru, professor Eldar Allahyar oğlu Quliyev
İqtisad üzrə fəlsəfə doktoru, professor Səbinə İzzət qızı Vəliyeva
İqtisad elmləri doktoru, professor Nizami Cəlal oğlu Qafarov
İqtisad elmlər namizədi, dosent Qəhrəman Saleh oğlu Bayramov
Sosialogiya üzrə fəlsəfə doktoru, dosent Tərlan Növrəs oğlu Növrəsli
İqtisad üzrə fəlsəfə doktoru, dosent Elnur Qara oğlu Allahverdiyev
İqtisad üzrə fəlsəfə doktoru, dosent İbrahim Qədim oğlu Quliyev
İqtisad üzrə fəlsəfə doktoru, dosent Füruzə Qaraxan qızı Abbasova
İqtisad üzrə fəlsəfə doktoru, dosent Nailə Kamal qızı Eyvazova
Sosialogiya elm. üzrə fəlsəfə doktoru, dosent Tural Mahmud oğlu Salıfov
İqtisad üzrə fəlsəfə doktoru Arzu Böyükağa oğlu İbrahimli
İqtisad üzrə fəlsəfə doktoru Fuad Marif oğlu İbrahimov
b\m Qeys Valeh oğlu Məmmədov
b\m Zümrüd Məhərrəm qızı Hüseynova
b\m Lamiyə Yaqub qızı Tahirova
b\m Anar Balabəy oğlu Məlikov
b\m Güllü ibrahim qızı Quluzadə
Müəllim Könül Mail qızı Xəlilova
b/lab. Sevinc Fəzir qızı Şükürova


Aqrar iqtisadiyyat
Qonaqpərvərlik sahəsinin idarə edilməsi
Keyfiyyət əsaslı tədqiqat metodları
Bronlaşdırma sistemləri
Kəmiyyət əsaslı tədqiqat metodları
Peşə etikası və etiket
Səyahət agentlikləri və turoperatorluq
Turizmin əsasları
Turizm və otelçilikdə ərzaq təminatı
Turizm işinin təşkili
Turizmdə nəqliyyat
Mehmanxana fəaliyyətinin texnologiyası
Servis fəaliyyəəti
Turizm siyasəti və planlaşdırılması
Bələdçiliyin əsasları
Turizm iqtisadiyyatı
Destinasiyaların idarə edilməsi
Turizm məhsulunun hazirlanması
Turizmdə vasitəçilər
Arxeologiya, mədəniyyət və turizm
Muzey turizmi
Turizm marşrutları və ekskursiya işinin təşkili
Turizmə giriş
Dayanıqlı turizm
Bədii ifaçılıq sənətinin tarixi
Turizmdə nəqliyyat


Dövlətin turizm siyasəti konsepsiyası
Turizm işinin tənzimlənməsi problemləri
Hotel xidmətinin inkişafının sosial-iqtisadi problemləri
Daşınmaz əmlakın qiymətləndirilməsi
Turizmdə asudə vaxt ekskursiyaları
Turizmin inkişafının coğrafi və resurs problemləri
Daşınmaz əmlakın qiymətləndirilməsi
Turizm işində bronlaşdırma xidməti
Otel işində bronlaşdırma xidməti
Ərzaq təhlukəsizliyi
Beynəlxalq turizm xidmətinin təşkili
Turizmdə nəqliyyat sistemləri
Turizm və otelçilik xidmətinin nəqliyyat və ərzaq təminatı
Turizm və otelçilik sahəsində rəqabətlilik və innovasiya
Alternativ turizm
Hotel işinin tənzimlənməsi problemləri
Hotel xidmətinin iqtisadiyyatı
Otel işinin təşkili problemləri
Transmilli otellərdə idarəetmə
Otel biznesi və sahibkarlıq
Turizm sənayesinin iqtisadiyyatı
Turizmin inkişafının sosial-iqtisadi problemləri
Turizm və hotelçiliyin müasir probləmləri
Azərbaycanda turizmin inkişaf proqramı
Azərbaycanda otelçiliyinin inkişaf proqramı