Aqrar sahənin və Sənayenin iqtisadiyyatı Kafedrası

Kafedra müdiri

Azərbaycan Respublikası Milli Məclisinin Deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Aqrar sahənin və Sənayenin iqtisadiyyatı Kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor

Eldar Quliyev 1951-ci il iyul 26-da Bakı şəhərində anadan olmuşdur.

1968-ci ildə Bakı şəhər 187 saylı orta məktəbini bitirmiş, 1969-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstituna (hazırda Azərbaycan Dövlət İqtisat Universiteti) daxil olmuşdur. 1973-cü ildə institutu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.

1973-1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləmişdir. 1974-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975-1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirantı kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. İkinci, Üçünçü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinidir.

2011-ci ildə Türkdilli dövlətlərin parlamentlərinin “Fəxri millət vəkili” seçilmiş, 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin qərarı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunmuşdur.

Geniş elmi fəaliyyətinə və iqtisad elminə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir. Roma şəhərinin “Fəxri alimi”dir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Qızıl Ulduz” medalı və “Atatürk Beynəlxalq” mükafatı, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən “Taclı Xidmət” ordeni və İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən “Avropa Xidmət Ordeni”, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Senator Ulduzu” və “Qızıl Qartal” ordenləri ilə təltif olunmuş, Almaniyanın Berlin şəhərində Leybnits adına medalla mükafatlandırmaqla “Avropanın əməkdar elm xadimi” adına layiq görülmüşdür. Azərbaycan və bir sıra keçmiş sovet dövlətləri ilə yanaşı Türkiyədə, ABŞ-da və Avropa ölkələrində çoxsaylı elmi əsərləri və kitabları nəşr olunmuşdur. 2017-ci ilin mart ayında Almaniyanın nüfuzlu mətbəələrindən birində “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabı çap olunmuşdur. Dünyanın ən qlobal problemlərindən birinə – ərzaq təhlükəsizliyi probleminə həsr olunmuş bu kitab ekspert komitəsi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilmişdir. 2017-ci ilin noyabr ayında İtaliyanın paytaxtı Romada “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabın geniş təqdimatı keçirilmişdir. Tanınmış elm və təhsil ocaqlarının, akademik dairələrin, Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələrinin iştirak etdiyi təqdimatda professor Eldar Quliyevə müəllifi olduğu həmin kitabın dünyəvi əhəmiyyət daşıdığına görə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” beynəlxalq mükafatı təqdim edilib. Təqdimatda eyni zamanda, professor E.Quliyevə Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü (akademik) diplomu da təqdim olunub. Səmərəli ictimai-siyasi fəaliyyətinə görə 2011-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Ailəlidir, iki övladı var.

2017-ci ilin noyabr ayında İtaliyanın paytaxtı Romada “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabın geniş təqdimatı keçirilmişdir. Tanınmış elm və təhsil ocaqlarının, akademik dairələrin, Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələrinin iştirak etdiyi təqdimatda professor Eldar Quliyevə müəllifi olduğu həmin kitabın dünyəvi əhəmiyyət daşıdığına görə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” beynəlxalq mükafatı təqdim edilib. Təqdimatda eyni zamanda, professor E.Quliyevə Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü (akademik) diplomu da təqdim olunub.

Eldar Quliyevə müəllifi olduğu “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabına və beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətlərinə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin “Elm və sülhməramlı səfir” fəxri adı və eyni zamanda, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Türk Dünyasında İlin Alimi” Beynəlxalq mükafatı təqdim olunub. Hər iki mükafat 1 iyun 2018-ci il tarixində Bakıda keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransda təqdim olunub.

Avropa Təbiət Elmləri Akademiyasının Rəyasət Heyəti 2019-cu il 19 fevral tarixli qərarı ilə professor Eldar Quliyevi dünya iqtisadiyyatının ən aktual problemi olan ərzaq təhlükəsizliyinə həsr etdiyi “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı monoqrafiyasına görə “İlin alimi” adlı beynəlxalq mükafata layiq görmüş və “Eyler” medalı ilə təltif etmişdir. Təqdimetmə mərasimi 4 aprel 2019-cu il tarixdə Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmişdir. Eldar Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 2019-cu il 20 iyun tarixində Bakıda keçirilən toplantısında bu nüfuzlu beynəlxalq təşkilatın sədr müavini vəzifəsinə seçilmiş, bu qurumda iqtisadi və siyasi sahədə fəallığına görə Assambleyanın “Şöhrət” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədov Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə Millət vəkili Eldar Quliyevi Azərbaycan Respublikasının “Parlament” medalı ilə təltif etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 03 iyul 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə deputat Eldar Quliyevi “Qızıl medal”la təltif etmişdir. Azərbaycan Respublikasının Xarici işlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar olaraq Eldar Quliyev beynəlxalq təşkilatlarda ölkəmizi uğurla təmsil etdiyinə görə Xarici işlər Naziri Elmar Məmmədyarov tərəfindən yubiley medalı ilə təltif olunmuşdur.

1. Müasir dövrdə xarici-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2011.

2. Gömrük işinin təşkili. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2012.

3. Etibarlı ərzaq təminatı sistemi: Kooperasiya və İnteqrasiya problemləri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Elm” nəşriyyatı, 2013.

4. Aqrar iqtisadiyyat. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2015.

5. “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” – monoqrafiya, Almaniya, Cologne, 2017.

“Ali təhsil müəssisələrinin kafedraları haqqında əsasnamə”nin tələbinə əsasən Universitetdə tədris-elmi proseslərin səmərəli təşkili, ixtisaslara uyğun formalaşdırılması, fənnlərin müvafiq ixtisas kafedraları arasında optimal bölgüsünü təmin etmək məqsədilə kafedra təşkil olunmuşdur. 2012-2013-cü dərs ilindən başlayaraq “Sənayenin təşkili və idarə olunması” ixtisası üzrə kadr hazırlığına başlanmışdır. Əsas ixtisas və aparıcı fənlərin bir ixtisas kafedrasında birləşməsi tədrisin təşkilinə və kadr hazırlığına müsbət təsir göstərir. Bunun üçün həmin ixtisası əhatə edən ixtisas və aparıcı fənlərin proqramları, metodiki göstərişləri və digər tədris-metodiki sənədlərin hazırlanması və aparıcı fənlərin bir ixtisas kafedrasında birləşməsi zərurəti yaranmışdır. Buna görə də 10 yanvar 2013-cü il tarixində Azərbaycan Kooperasiya Universitetinin Rektorunun № 04 saylı əmri ilə “Sənayenin və aqrar sahənin iqtisadiyyatı” adı altında kafedra yaradılmış və 2013-cü il yanvarın 1-dən fəaliyyətə başlamışdır.
Azərbaycan Kooperasiya Universitetinin 18.05.17-ci il № 77 əmrinə əsasən Elmi Şuranın qərarı ilə kafedranın adı dəyişdirilərək “Aqrar sahənin və sənayenin iqtisadiyyatı” kafedrası oldu.
Rektor şuranın təklifini nəzərə alaraq 08 iyul 2019-cu il tarixli 126 №-li əmrinə əsasən 2019-2020-ci tədris ilindən başlayaraq “Turizm və otelçilik” ixtisası və ona aid fənnlər “Aqrar sahənin və sənayenin iqtisadiyyatı” kafedrasının tərkibinə əlavə olunmuşdur.
14 avqust 2020-ci il 74 №-li əmrinə əsasən “Turizm bələdçiliyi” və “Turizm işinin təşkili” ixtisasları da kafedranın tərkibinə daxil edilmişdir.
Hal-hazırda kafedrada on dörd müəllim və bir baş laborant fəaliyyət göstərir. Kafedrada tədris olunan fənnlər üzrə dərs proqramları hazırlanıb Təhsil Nazirliyinin qrifi ilə təsdiqlənərək nəşr edilmişdir. Tədris edilən fənnlər üzrə monoqrafiya, dərslik, dərs vəsaitləri çap etdirilmişdir. Kafedra müəllimləri mütəmadi olaraq Respublika konfranslarında, simpoziumlarında iştirak edirlər. Tədris edilən fənnlər üzrə mühazirə və məşğələlər interaktiv qaydada, yeni standartlara uyğun aparılır. Keçirilən bütün fənnlər üzrə mühazirə mətnləri elektron formada NETLOOK şəbəkəsində yerləşdirilmiş və tələbələrin ixtiyarına verilmişdir. Təqvim mövzu planına uyğun olaraq bütün mövzular üzrə slaydlar hazırlanaraq dərs vaxtı mütəmadi istifadə edilir. Kafedranın əsas məqsədi, müxtəlif səviyyəli strategiyaların for¬malaşması və həyata keçirilməsi sahəsində, eləcə də ölkənin, region¬ların və müəssisələrin sabit sosial inkişafı, turizm sahəsinin genişləndirilməsi, qeyri-neft sənayelərinin genişləndirilməsi üçün, zəruri mexa¬nizmlərin hazırlanması və texnologiyaların həyata keçirilməsi pro¬sesində müvafiq biliklərə və bu bilikləri effektiv surətdə tətbiq etmək bacarığına malik olan müasir təhlilçi hazırlanması, Azərbaycan cəmiyyətinin bu istiqamətdə artan tələbatının təmin edilməsindən ibarətdir. Kafedra yarandığı gündən indiyədək müasir təhsil tələblərinə uyğun səviyyədə ali məktəbin aparıcı elmi-tədris bölmələrindən biri kimi fəaliyyət göstərir.
Hazırda kafedraya Universitetin rektoru prof. E.A.Quliyev rəhbərlik edir. Kafedra müdirinin müavini dos. N.C.Qafarovdur.


İqtisad elmləri doktoru, professor Quliyev Eldar Allahyar oğlu
İqtisad elmləri doktoru, dosent Qafarov Nizami Cəlal oğlu
İqtisad elmlər namizədi, dosent Bayramov Qəhrəman Saleh oğlu
İqtisad üzrə fəlsəfə doktoru, dosent Vəliyeva Səbinə İzzət qızı
İqtisad üzrə fəlsəfə doktoru, dosent Allahverdiyev Elnur Qara oğlu
İqtisad üzrə fəlsəfə doktoru, dosent Quliyev İbrahim Qədim oğlu
İqtisad üzrə fəlsəfə doktoru, dosent Abbasova Firuzə Qaraxan qızı
İqtisad üzrə fəlsəfə doktoru, dosent Eyvazova Nailə Kamal qızı
Sosialogiya elm. üzrə fəlsəfə doktoru, b\m Salıfov Tural Mahmud oğlu
b\m Məmmədov Qeys Valeh oğlu
b\m Hüseynova Zümrüd Məhərrəm qızı
b\m Tahirova Lamiyə Yaqub qızı
müəllim Məlikov Anar Balabəy oğlu
müəllim Quluzadə Güllü ibrahim qızı
b\l Nəsibova Zümrüd Cümşüd qızı


Qiymət və qiymətləndirmə
Aqrar iqtisadiyyat
Sənayenin təşkili və idarə edilməsi
ASK iqtisadiyyatı və idarə edilməsi
Sənayedə investisiyanın təşkili və innovasiya fəaliyyəti
Neft-qaz sənayesinin iqtisadiyyatı
Qida sənayesi müəssissisələrində istehsalın təşkili
Sənaye istehsalının əsasları
Turizmin iqtisadiyyatı
Turizm marşrutları və ekskursiya işinin təşkili
Turizmə giriş
Mehmanxana fəaliyyətinin texnologiyası
Peşə etikası və etiket
Səyahət agentlikləri və turoperatorluq
Turizm və otelçilik işinin təşkili
Turizmdə nəqliyyat xidmətləri
Turizmin əsasları
Bələdçiliyin əsasları
Memarlığa giriş
İş analizi və qiymətləndirmə
Turizm siyasəti və planlaşdırması
Turizm və otelçilikdə ərzaq təminatı
Turizmdə vasitəçilər
Mədəni irs
Dayanıqlı turizm
İstehsalın planlaşdırılması
Turizm məhsulunun hazırlanması
Keyfiyyət əsaslı tədqiqat metodları
Bronlaşdırma sistemləri
Qonaqpərvərlik sahəsinin idarə edilməsi


Ərzaq təhlükəsizliyi
Sənayenin təşkili və idarə edilməsinin müasir problemləri
Sənaye iqtisadiyyatı
Sənayedə insan resurslarının idarə edilməsi
Turizmin inkişaf modelləri
Otel xidmətinin inkişafının sosial-iqtisadi problemləri
Turizmin inkişafının sosial-iqtisadi problemləri
Turizm işinin tənzimlənməsi problemləri
Sənaye klasterlərinin formalaşdırılması
Turizmdə nəqliyyat sistemləri
Azərbaycan otelçiliyinin inkişaf proqramı
Turizm sən-in iqtisadiyyatı
ASK-nın idarə edilməsinin innovasiya texnologiyaları
Azərbaycanın aqrar-sənaye kompleksi və bazarı
Otel xidmətində qiymətyaranma
Dövlətin turizm siyasəti konsepsiyası
Azərb-da turizmin inkişafı proqramı
Turizm ehtiyyatları və turizm biznesi
Otel xidmətinin iqtisadiyyatı
Turizmin, turizm sənayesinin müasir problemləri
Otelçilik işinin idarə edilməsinin nəzəri əsasları
Otel işinin hüquqi tənzimlənməsi problemləri
Otel menecmentinin problemləri
Sənaye investisiya layihələrinin qiymətləndirilməsi
Aqrar sahənin təşkili və idarə edilməsinin müasir problemləri
Aqrar sahədə kiçik və iri sahibkarlıq
Daşınmaz əmlakın qiymətləndirilməsi
Beynəlxalq turizm və rəqabətlilik
Turizm və otelçilik sahəsində rəqabətlilik və innovasiya
Alternativ turizm
Turizmin planlaşdırılması və turizm siyasəti
Turizmin, turizm sənayesinin tarixi metodologiyası