MARKETİNQ kafedrası


Rövşən Ağahüseyn oğlu Həsənov – Azərbaycan Kooperasiya Universitetinin “Marketinq” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent.

Rövşən Ağahüseyn oğlu Həsənov 20 iyul 1970-ci il tarixində Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 1987-ci ildə Bakı şəhəri Nəsimi r-nu 44 sayli orta məktəbi bitirmişdir. 1988-1991-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) ”Maliyyə-iqtisad” fakultəsini “kredit” ixtisası üzrə bitirmişdir. 1993-cü ildən Bakı ş. Sabunçu r-nu SİSK Bankında iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı vəzifələrində çalışmışdır. 1999-2002-ci illərdə “Tibb Texnikasının Təmiri və Quraçdırılması” baza zavodunda Plan İqtisadiyyat və İistehsalat şöbəsinin rəisi, sonra uçot və nəzarət üzrə direktor müavini vəzifələrində çalışmışdır. 2002-2005-ci illərdə Baki ş. Rayonlararası TT Birliyində baş direktorun maliyyə işləri üzrə müavini vəzifələrində çalışmışdır. 2005-ci ildən “Debüt” SK Bankında filial müdiri, 2007-ci ildən “Kredobank” ASC-də kredit departamentinin direktoru vəzifələrində çalışmışdır. Paralel olaraq pedoqoji fəaliyyətlə məşqul olmuşdur. 1998-2000-ci illərdə Bakı İnşaat texnikumunda, 2001-2012-ci illərdə Bakı İdarəetmə və Texnologiya kollecində 0,5 ş.v. üzrə müəllim vəzifəsində işləmişdir. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin inkişafında maliyyə bazarının rolu” mövzusunda dissertasiya işi müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2012-ci ildən Azərbaycan Kooperasiya Universitetinin “Biznesin təşkili, dövlət və bələdiyyə idarəetməsi” kafedrasında baş müəllim, sonra dosent vəzifəsində çalışmışdır. 2023-cü ildə Azərbaycan Kooperasiya Universitetinin “Marketinq” kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. Elmi-pedaqoji fəaliyyəti dövründə R.A.Həsənovun ümumilikdə 53 elmi əsəri, o cümlədən 1 kitab, 1 metodik göstəriş, bakalavriat və magistratura pillələri üşün 19 fənn proqramı, azərbaycan, rus və ingilis dillərində daxili və xarici mətbuatda 35 elmi məqalə, tezis və konfrans materialları dərc olunmuşdur.

“Marketinq” kafedrası AKU Elmi Şurasının 7 aprel 2007-ci il tarixli qərarı (pr.№6) və rektorun 15 may 2007-ci il tarixli 108 saylı əmrinə əsasən yaradılmışdır. “Marketinq” kafedrası digər kafedralar kimi Azərbaycan Kooperasiya Universitetininn elmi-tədqiqat bazası olmaqla yanaşı tədris fəaliyyəti ilə məşğul olan təşkilati-struktur vahididir. “Marketinq” kafedrasında 2 iqtisad elmləri doktoru, professor, 1 iqtisad elmləri doktoru, dosent, 5 iqtisad üzrə fəlsəfə doktoru, dosent, 1 iqtisad üzrə fəlsəfə doktoru, baş müəllim, 1 nəfər baş müəllim və 1 nəfər baş laborant olmaqla 11 nəfərdən ibarət pedaqoji heyət fəaliyyət göstərir. Kafedrada 050407 – “Mrketinq” ixtisası üzrə mütəxəssislər hazırlanır. Bu istiqamətdə ali təhsilin bakalavr və magistratura pillələri üzrə ümumilikdə 42 fənn olmaqla 3 dildə (azərbaycan, rus və ingilis) professor-müəllim heyəti tərəfindən tədris həyata keçirilir. Bunlardan “Marketinq”, “Marketinq tədqiqatları”, “Sosial marketinq”, “Marketinqin idarə edilməsi”, “Strateji marketinq”, “Bazar infrastrukturu”, “Beynəlxalq marketinq”, “Marketinq kommunikasiya sistemi”, “Marketinqin əsasları”, “Rəqəmsal marketinq”, “İstehlakçı davranışları”, “Sosial sahələrin iqtisadiyyatı”, “Marketinq strategiyası”, “Logistika”, “Satışın idarə edilməsi”, “İctimaiyyətlə əlaqələr strategiyası” və s. kimi fənlər pedaqoji heyət tərəfindən interaktiv tədris metodlarından və dövrün tələbinə cavab verən üstün texnoloji avadanlıqlardan istifadə etməklə tədris olunur. Göstərilən fənlərin hər biri zəruri proqram-metodiki və ədəbiyyat təminatına malikdir, fənlər üzrə sillabuslar, mühazirə mətnləri, slaytlar isə universitetin elektron kitabxanasına yerləşdirilmiş və onların məzmunu dövrün dəyişən tələbləri nəzərə alınaraq kafedranın professor-müəllim heyəti tərəfindən daim təkmilləşdirilir. Kafedranın ölkə daxilində fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin uyğun kafedraları ilə tədris və elmi-tədqiqat sahəsində yaratdığı sıx qarşılıqlı əlaqələr sayəsində elmi araşdırma mübadilələri həyata keçirilir, əldə olunan nəticələr tədrisə tətbiq edilmişdir. Kafedra əməkdaşları ölkə daxilində və xaricdə keçirilən elmi konfranslarda, dövrü nəşrlərdə fəal iştirak edir. Kafedra tərəfindən yerinə yetirilən elmi-metodiki araşdırma materiallarından respublikanın müvafiq təşkilatlarında istifadə edilir. “Marketinq” kafedrasının professor-müəllim heyəti mütəmadi olmaqla, ixtisas üzrə tədris bazasının gücləndirilməsi istiqamətində də öz töhvəsini verərək dərslik, dərs vəsaitləri, metodik vəsaitlər, monoqrafiya, fənn proqramlarının məzmununu dövrün dəyişən tələblərini nəzərə alaraq təkmilləşdirilməsini icra edirlər. Son 10 il ərzində “Marketinq” kafedrasının əməkdaşlarının ümumilikdə 543 ç/v həcmində elmi əsərləri, o cümlədən 167.5 ç/v həcmində 10 dərs vəsaiti, 143.3 ç/v həcmində 7 monoqrafiya, 36.2 ç/v həcmində 5 metodik vəsait, 62 ç/v həcmində 30 proqram, 98.8 ç/v həcmində 115 elmi məqalə, 35.2 ç/v həcmində 58 tezisi nəşr olunmuşdur. “Marketinq” kafedrasında tədris olunan bütün fənlər üzrə dərslik, dərs vəsaitləri, metodiki vəsaitlər Universitetin geniş kitabxana bazasında toplanmış və tələbələrin istifadəsinə verilmişdir. Kafedrada ixtisas üzrə həyata keçirilən mütəxəssis hazırlığı ölkənin bir sıra maliyyə strukturları ilə sıx əməkdaşlıq şəraitində aparılır. Kafedraya i.ü.f.d., dosent Rövşən Ağahüseyn oğlu Həsənov rəhbərlik edir.

i.f.d., dos. Rövşən Ağahüseyn oğlu Həsənov
i.e.d., prof. Fikrət Vəli oğlu Quliyev
i.e.d., prof. Telman İman oğlu İmanov
i.e.d., dos. Müslümat Allahverdi qızı Allahverdiyeva
i.e.n., dos. Tahir Şükür oğlu Şükürov
i.f.d., dos. Gülnisə Əlisəfa qızı Mustafayeva
i.f.d., dos. Samirə Yaşar qızı Məmmədoova
i.f.d., dos. Şakur Oruc oğlu Səfərov
i.f.d., b/m. Səbinə Sadıx qızı Əsədova
b/m. Bəsti İskəndər qızı Cahangirova
baş lab. Sevinc Fərhad qızı Məmmədoova

Marketinq
Marketinqin idarə edilməsi
Marketinq tədqiqatları
Bazar infrastrukturu
Sosial marketinq
Reklam işi
Sosial sahələrin iqtisadiyyatı
Pərakəndə ticarətdə marketinq
Marketinq kommunikasiya sistemi
Marketinqin əsasları
Strateji marketinq
İstehlakçı davranışları
Karyera planlaması
Yumşaq bacarıqlar
Sərt bacarıqlar
Logistika
Satışın idarə edilməsi
Beynəlxalq marketinq
Rəqəmsal marketinq
İstehsalat təcrübəsi

Strateji marketinq
İstehlakçı davranışı
Logistik təchizat zəncirinin idarə edilməsi
Logistik servisin idarə eilməsi
Marketinq strategiyası
Beynəlxalq marketinq
Marketinq tədqiqatlarının aparılması problemləri
Beynəlxalq nəqliyyat dəhlizləri və log.mərkəzlər
Səhiyyənin marketinqi
Marketinqin müasir problemləri
İstehlak malları marketinqinin aktual problemləri
Marketinqin idarə edilməsi problemləri
Korporativ sosial məsuliyyət
İctimaiyyətlə əlaqələr strategiyası
Kənd təsərrüfatı xammalı və qida məh. marketinqi
Marketinq logistikası
Bölüşdürmə logistikası
Ticarətdə marketinq
Sosial marketinq
Logistika risklərinin idarə edilməsi
Marketinqin informasiya sistemi
Malların rəqabət qabiliyyəti prob.
Elmi-pedaqoji təcrübə
Elmi-tədqiqat təcrübəsi