MARKETİNQ və Turizm xidməti kafedrası


Gülnisə Əlisəfa qızı Mustafayeva – Azərbaycan Kooperasiya Universitetinin Marketinq və Turizm xidməti kafedrasının müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent əvəzi.

Mustafayeva Gülnisə Əlisəfa qızı 1959-cu ilin 14 iyununda Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olmuşdur. 1966-ci ildə orta məktəbə daxil olub, 1976-ci ildə Bakı Şəhəri 225 saylı orta məktəbi bitirib. Xalq Təsərrüfatı İnstitununun Əmtəəşünaslıq fakultəsinin qeyri ərzaq əmtəəşünaslıq şöbəsinə daxil olmuşdur. 1982-ci ildə BDU-nun Jurnalistika fakultəsinə ikinci təhsil almaq üçün daxil olmuşdur. 1980-ci ildə təhsilini başa vurub, təyinatla Azərittifaqın elmi metodik kabinetində metodist vəzifəsində çalışmışdır. 1988-90-cı illərdə Bakı Ticarət texnikumunda müəllim vəzifəsində işləmişdir. 1994-ci ildə Azərbaycan Kooperasiya İnstitutunda rektorun köməkçisi vəzifəsində çalışmışdır. 1995-ci ildə Əmtəəşünaslıq kafedrasında müəllim sonra baş müəllim vəzifəsində çalışmışdır.2005-ci ildə İqtisadiyyatın hüquqi tənzimlənməsi kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir. 2012-ci ildən hal hazıra qədər Marketinq və turizm xidməti kafedrasının müdiri vəzifəsində çalışır. Iqtisad üzrə fəlsəfə doktorudur. Daxili və xarici mətbuatda 30-dan çox elmi yazıları dərc olunmuşdur (azərbaycan rus dillərində). O, Aqrar sahə modernləşmə dönəmində: (problemlər və onun həlli yolları) adlı monoqrafiyanın müəllifidir. Dos. G.Mustafayeva Sosial sahələrin iqtisadiyyatı, Aqromarketinq, Bazar infrastrukturu, Sosial Marketinq, İstehlakçı davranışları, Logistika, Marketinqin kommunikasiya sistemi (bakalavr pilləsi üçün), (Magistr pilləsi üçün)tədris proqramlarının və Bazar infrastrukturu dərs vəsatinin müəllifidir.

2008-2012-ci illərdə Marketinq və turizm xidməti adı altında fəaliyyət göstərmiş kafedraya dosent Qafarov Nizami Cəlal oglu rəhbərlik etmişdir. 2012-ci ildən hal hazırki dövrə qədər kafedraya dosent G.Ə.Mustafeyeva rəhbərlik edir. Kafedramızın müəllimləri mütəmadi olaraq elmi konfranslarda iştirak edir, müxtəlif qazet və jurnallarda tezis və elmi məqalələr dərc etdirirlər. Kafedra əməkdaşlarının iştirakı ilə ölkəmizdə gedən ictimai – iqtisadi və siyasi inkişafla əlaqədar olaraq tədris proqramında ardıcıl olaraq müvafiq dəyişikliklər aparılmışdır. Kafedranın müəllimləri təsdiq olunan tədris-təqvim planının əsasında mühazirə və seminar məşğələləri aparırlar.

dos. Mustafeyeva Gulnisə Əlisəfa qızı (kafedra müdiri)

dos. Şükürov Tahir Şükür oğlu

dos. Quliyev Fikrət Vəli oğlu

dos. Səfərov şakir Oruc oğlu

dos. Allahverdiyeva Müslümat Allahverdi qızı

b/m. Əsədova Səbinə Sadıx qızı

b/m. Cahangirova Bəsti İsgəndər qızı

müəl. Rzayeva Ayan Əhməd qızı

Marketinq
Marketinq tədqiqatları
Beynəlxalq marketinq
Bazar infrastrukturu
Sosial marketinq
Marketinq idarə edilməsi
Marketinqin kommunikasiya sistemi
İstehsal sahələrinin marketinqi
İstehlak mallarının marketinqi
Sosial sahələrin iqtisadiyyatı
Strateji marketinq
İstehlakçı davranışları
Reklam işi
Satışın idarə edilməsi
Pərakəndə ticarət marketinqi
Rəqəmsal marketinq

Marketinqin müasir problemləri
İstehlak malları marketinqinin aktual problemləri
Logistika və təhcizat zəncirinin idarə edilməsi
Marketinqin idarə edilməsi problemləri
İstehlakçıların davranışı
Strateji marketinq
İnternet – marketinq
Turizm marketinqi
Beynəlxalq marketinq
Marketinq strategiyası
Marketinq kommunikasiyası
Marketinqin müasir problemləri
Logistik servisin idarə edilməsi
Malların rəqabət qabiliyyəti problemləri
Təchizat zəncirində ehtiyyatların idarə edilməsi