Kitab həmişə maariflənən insanın bir parçası hesab edilir. Həyatı dərk edib möhkəmlənmək istəyirsənsə mütləq mütaliə etməlisən. Məhz bu səbəbdən dekabr ayında Azərbaycan Kooperasiya Universitetində “Kitab klubu” fəaliyyətə başlamışdır. Bizim məqsədimiz tələbələrin kitaba olan marağını daha da genişləndirmək və ən əsası asudə vaxtlarında kitabla mütaliəyə dəvət etməkdir. Klubun fəaliyyəti zamanı yazıçılarla görüş, oxunulan kitabların müzakirəsi, seminarlar, təqdimatlar, kitab evlərinə səfərlərin təşkil edilməsi planlaşdırılır. Hər bir tələbəmiz kitab oxuyub gələcəyinə savadlı kadr kimi yetişməli və fikirlərini dolğun ifadə etməyi bacarmalıdır. Buna görə də, əziz tələbələr, sizləri yeni Kitab klubumuza üzv olmağa, fondumuzda olan kitablardan yararlanmağa dəvət edirik. (Azərbaycan Kooperasiya Universiteti, 404-cü otaq)