Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatı
TGT-lərin əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.








İdarə heyəti




15
Mükafat
30
Layihə
50
İdarə heyəti üzvü
5000
üzv
Yaxın zamanda keçiriləcək tədbirlər
Mükafatlar
İlin Gənclər Təşkilatı
2015-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə keçirilən tədbirdə “İl ərzində göstərdiyi xüsusi fəallığa görə seçilən ‘Tələbə Gənclər Təşkilatı’ nominasiyasının qalibi AKU TGT olmuşdur.
II dəfə İlin Gənclər Təşkilatı
2016-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə keçirilən tədbirdə “İl ərzində göstərdiyi xüsusi fəallığa görə seçilən ‘Tələbə Gənclər Təşkilatı’ nominasiyasının qalibi II dəfə AKU TGT olmuşdur.

TGT-nin məqsəd və vəzifələri
Birinci
– tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
– tələbələr arasında maarifləndirmə işinin aparılması;
– tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
– tələbələrin hüquqlarının təmin edilməsi;
– respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
İkinci
– tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
– tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
– tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
– tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkil edilməsi;
Üçüncü
– tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;
– təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;
– qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.
AKU TGT-nin strukturu
Bizə üzv olun
Bizə üzv olmaq istəyirsinizsə sağdakı linkə daxil olub mesaj yazın.