“Bank Marketinqi” mövzusunda təlim keçirilib
Azərbaycan Kooperasiya Universitetində “Bank Marketinqi” mövzusunda təlim keçirilib. Marketinqin əsas funksiyaları(bankların timsalında), onlayn və offlayn reklamlar, məhsulun yaradılması, self marketinqin yolları mövzuları üzrə keçirilən təlimi Banco.az maliyyə portalının təsisçisi və rəhbəri, “Banco Akademy”nin direktoru Fərid İslamov həyata keçirib.
Qeyd edək ki, tədbirdə universitetin Maliyyə fakültəsinin dekanı Səbinə Vəliyeva, Maliyyə kafedrasının müdiri Elnurə Məmmədova çıxış edərək təlimin əhəmiyyəti barəsində məlumat veriblər.
Əsasən, Maliyyə ixtisası üzrə təhsil alan tələbələrin iştirak etdiyi təlimdə mövzu üzrə tələbələri maraqlandıran suallar cavablandırılıb