Biznesin təşkili, dövlət və bələdiyyə idarəetməsi kafedrası
Kafedra müdiri
Fazil Həşim oğlu Abbasov – Azərbaycan Kooperasiya Universitetinin Biznesin təşkili, dövlət və bələdiyyə idarəetməsi kafedrasının müdiri, iqtisad elmləri namizədi professor
Abbasov Fazil Həşim oğlu 1944-ci ilin 07 noyabr Fizuli rayonu Aşağı Seyidəhmədli kəndində anadan olmuşdur. 1962-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnistutunun Fizika – Riyaziyyat fakültəsinin Riyaziyyat fizika şöbəsinə daxil olub. 1963-1966 cı illərdə Sovet ordusu sıralarında qulluq edib, 1970-ci ildə V.İ.Lelin adına APİ-ni bitirib. 1985-ci ildə Gəncə Kənd Təsərrufatı Akademiyasının İqtisadiyyat fakültəsinin ikinci kursuna daxil olmuş, 1989-cu ilsə həmin akademiyanın Kənd təsərrüfatı iqtisadiyyatı və təşkili ixtisasını bitirmişdir.
1970-1971-ci tədris ilində Fizuli rayonun Aşağı Kürdmahmudlu kənd, səkkizillik məktəbində 1971-1976-cı tədris illərində Füzuli rayonun Yuxarı Seyidəhmədli kənd orta məktəbində, 1976-1979-cu illərdə isə Aşağı Seyidəhmədli kənd orta məktəbində müəllim işləmişdir. 1979-cu ilin avqust ayından, 1981-ci ilin iyun ayına kimi Respublika Bilik cəmiyyəti Fizuli rayon təşkilatının məsul katibi vəsifəsində, 1981-ci ilin iyun ayından 1991-ci ilin oktyabr ayınadək, Fizuli rayonunun Engels adına sovxozda azad partiya komitəsinin katibi, 1991-ci ilin oktyabr ayından 1992-ci ilin aprel ayına kimi 18-oktyabr sovxozunda iqtisadçı, 1992-ci ilin aprel ayından,1992-ci ilin noyabr ayına kimi Fizuli Rayon Sovetində Plan-büdcə daimi komissiyasının sədri, təşkilatçı vəzifələrində, 1992-ci ilin noyabr ayından, 1993-cü ilin fevral ayına kimi Fizuli Rayon İcra Hakimiyyəti Aparatında kənd təsərrüfatı şöbəsinin müdiri , 1993-cü ilin fevral ayından, 1993-cü ilin may ayına kimi Rayon İcra Hakimiyyəti Aparatında sosial-iqtisadi inkişaf şöbəsində baş iqtisadçı vəzifəsində işləmişdir. 1993-cü ilin may ayından, 1995-ci ilin oktyabr ayına kimi 18 oktyabr sovxozunda direktor, 1995-ci ilin oktyabr ayından 2001-ci ilin sentyabr ayına kimi Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. 1989-cu ildə Gəncə Kənd Təsərufatı Akademiyasının iqtisadiyyat fakültəsini bitirmişdir. F.H Abbasov 3 dəfə kənd sovetinin, 1 dəfə rayon sovetinin deputatı seçilmişdir. Kommunist partiyası Nəzarət Təftiş Kommisiyası Rəyasət heyətinin üzvü olmuşdur.Azərbaycan Respublikası Milli Məclisinə Deputatlığa namizədliyini irəli sürmüşdür.Azərbaycan Kommunist Partiyası Füzuli rayon təşkilatının Plenum üzvü olmuşdur.2000-ci ilin noyabr ayının 24-də Bazar münasibətləri şəraitində kənd təərüfatı məhsullarının satışının təşkilinin təkmilləşdirilməsi istiqamətləri mövzusunda dissertasiya işi müdafiə etmiş, 2001-ci ilinin 4 may tarixində Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri namizadi alimlik dərəcəsi almişdir. 2001-2002-ci tədris ilində Rusiya Federasiyası Moskva şəhərindəki Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialında kafedra müdiri, eyni zamanda, Kooperasiya Universitetində 0,5 ştat vahidi baş müəllim vəzifəsində, 2002-ci ilin sentyabr ayından Azərbaycan Kooperasiya Universitetində Biznesin təşkili, Dövlət və Bələdiyyə idarəetməsi kafedrasının müdiri vəzifəsində işləyir, iqtisad elmləri namizədi, professordır. Doqquz çap vərəqi həcmində 1 monoqrafiyanın 60 elmi məqalənin və 38 tədris proqramının, metodik göstərişin müəllifidir. 5 namizədlik işində rəsmi opponent olmuş 25 namizədlik işinə 28 fənn proqramına rəy vermişdir. 2013-2014-cü dərs ilinin qış imtahan sesiyasının yekunları ilə əlaqədar 05 mart 2014-ci il tarixli Azərbaycan Kooperasiya Universitetinin Elmi Şurasının 6 saylı iclas protokolunun qərarı ilə ən yaxşı kafedra müdiri seçilmişdir. 2015-2016-cı dərs ilinin yekunlarına görə 18 iyul 2016-cı il tarixli Azərbvaycan Kooperasiya Universitetinin Elmi Şurasının 8-saylı iclas protokolunun qərarı ilə ilin ən yaxsı kafedra müdiri seçilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12-noyabr 2014-cü il tarixli 2523 nomrəli əmri ilə Yüksək İxtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedoqoji fəaliyyətinə görə və Universitetin 50 illiyi münasibəti ilə Fəxri fərmanla təltif olunmuşdur.
Kafedra Haqqında
2000-2001 – ci tədris ilində Menecment kafedrası olaraq fəaliyyət görsətmiş, kafedraya i.e.d. Anar Fazil oğlu Abassov rəhbərlik etmişdir, 2002-ci ilin sentyabr ayından hal – hazıradək i.e.n. prof. Fazil Həşim oğlu Abassov rəhbərlik edir və kafedranın adı Biznesin təşkili, dövlət və bələdiyyə idaerəetməsidir. Kafedrası kimi fəaliyyət göstərən əməkdaşlardan 3 nəfər dekan, 2 nəfər kafedra müdiri vəzifələrinə irəli çəkilmişdir.
Kafedra əməkdaşları tərəfindən nəşr olunmuşdur:
“Aqrar sahənin ixrac potensialı : təşkilati idarəetmənin əsasları” monoqrafiya
“Sosial bazar iqtisadiyyatı” monoqrafiya
“Aqrar bazar və onun iqtisadi mexanizmi”
“Aqrar sənaye müəssisələrinin fəaliyyətinin iqtisadi təhlili” dərs vəsaiti
“Ərzaq təhlükəsizliyi” Monoqrafiya
“Sosial – mədəni sahələrin iqtisadiyyatı” dərs vəsaiti
Professor-müəllim heyəti
i.e.n. Prof. F.H. Abbasov (kafedra müdiri)
i.e.d. prof. əvəzi A.F.Abbasov
i.e.n. dos. V.Y. Nağıyeva
i.e.n. dos. G.Y. Məmmədova
i.e.n. dos.əvəzi. R.A. Həsənov
i.f.d. b/m. A.C. Nəsibov
i.e.n. dos.əvəzi. F.N. Əliyeva
b/m. A.A. Mustafayev
müəllim Y.B. Kərimova
Tədris olunan əsas fənlər (Bakalavr)
Beynəlxalq biznes
Bələdiyyə idarəçiliyi
Biznesin əsasları
Biznes psixologiyası və sahibkarlıq
Biznesin idarə edilməsi
Biznesin təhlükəsizliyi
Dövlət və bələdiyyə idarəetməsi
Dövlət qulluğu etikası
İqtisadiyyatın tənzimlənməsi
Layihə menecmenti
Biznesin strategiyası
Təşkilati davranış
İnsan inkişafının əsasları
Əməliyyatların idarə edilməsi
Dövlət idarəçiliyi nəzəriyyəsi
İqtisadi təhlükəsizlik
Tədris olunan əsas fənlər (Magistratura)
Beynəlxalq biznes etikası və korporativ idarəetmə
Biznesin idarə edilməsinin müasir problemləri
Biznesin idarə edilməsinin tarixi və metodologiyası
Biznes statistikası
Dövlət və bələdiyyə idarəçiliyinin müasir problemləri
Dövlət və bələdiyyə idarəçiliyinin tarixi və metodologiyası
Dövlət və bələdiyyə idarəetmə problemləri
Dövlət qulluğunun təşkili və idarə edilməsinin aktual problemləri
Dövlət proqramı və layihələrin idarə edilməsi
Dövlət sektorunda elektron hökumət
Kənd təsərrüfatında kiçik biznesin inkişafı problemləri
Kiçik biznesin təşkili və idarə edilməsi problemləri
Qloballaşma və beynəlxalq biznes
Qlobal mühitdə biznes
Layihə menecmenti
Liderlik və təşkilati davranış
Müəssisə və layihə risklərinin idarə edilməsi
Regional layihələrin idarə edilməsi
Risklərin idarə edilməsi nəzəriyyəsi və təcrübəsi
Sosial idarəetmə
Strategiya, təşkilat və innovasiya
Biznesdə strateji idarəetmə
Biznes etikası və korporativ idarəetmə
Təşkilati davranış və liderlik
Dövlət sektorunda insan resurslarının idarə edilməsi
Dövlət və bələdiyyə idarəetməsinin təşkili
Strateji idarəetmə və liderlik
Kiçik biznesin təşkili və idarəedilməsi problemləri
Regional proqramların həyata keçirilməsində strateji əməkdaşlıq İnnovasiya və texnologiya menecmenti
