Dillər kafedrası



Ağayeva Ülviyyə Cavanşir qızı – Azərbaycan Kooperasiya Universitetinin Dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru

1978-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini, eləcə də Dilşünaslıq ixtisası üzrə magistr pilləsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. Dövlət qulluğu müşaviridir. 2005-2008-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin müəllimi olmuş, 2008-2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır.

Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisin deputatı olmuşdur.

2018-2020-ci illərdə Avropa Şurasının Parlament Assambleyasında Azad demokratlar qrupu sədrinin müavini, Mədəniyyət, elm, təhsil və media komitəsi sədrinin müavini olmuşdur.

Milli Məclisin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin üzvüdür. Avstriya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Danimarka, İspaniya, İsveç, İsveçrə, İtaliya, Koreya, Qazaxıstan, Latviya, Mərakeş, Niderland, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Ailəlidir. 2 övladı var.


“Dillər” kafedrası 1994-cü ildə təsis edilmişdir. Kafedra 2001-ci ildən “Xarici dillər” kafedrası adlanır. 2022-ci ildə fevralın 21-dən etibarən universitetin “Xarici dillər” kafedrasının adında dəyişiklik edilərək “Dillər” kafedrası adlandırıldı.


Kafedra müdiri – f.ü.f.d. Ağayeva Ülviyyə Cavanşir qızı
f.ü.f.d. Məmmədova Təranə İsmayıl qızı
baş müəllim f.e.n Qacarlı Cəmilə Qurban qızı
baş müəllim Vəzirov İntiqam Cəlil oğlu
baş müəllim Həsənova Pərvanə Sabir qızı
baş müəllim Fərzəliyeva Aidə Murad qızı
baş müəllim Məmmədova Samirə İkram qızı
baş müəllim Hüseynova Reyhan Abdulhüseyn qızı
baş müəllim Kərimova Çimnaz Eldar qızı
baş müəllim Nəzirova Ulduzə Hamlet qızı
baş müəllim Həsənova Raifə Ələddin qızı
baş müəllim Məmmədova Yeganə Asif qızı
baş müəllim Hüseynova Lalə Mübariz qızı
baş müəllim İmranova Gülxanım Zakir qızı
baş müəllim Zeynalova Lalə Oktay qızı
baş müəllim İbrahimova Aygün Cəfər qızı
baş müəllim Əliyeva Sevinc Arif qızı
baş müəllim Abbasova Müşfiqə Elxan qızı
baş müəllim Hüseynova İradə İsa qızı
müəllim Həyətova Firuzə Akif qızı
müəllim Əlizadə Nahidə Asif qızı
müəllim Abbasəliyeva Sevil Bəhram qızı


Xarici dildə işgüzar və akademik kommunikasiya (İngilis dili)
Xarici dildə işgüzar və akademik kommunikasiya (Rus dili)
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
İctimaiyyətlə əlaqələr
Ədəbiyyat və milli mədəni kimlik
Əski Əlifba


İşgüzar münasibətlərin idarə edilməsi