Dünya İQTİSADİYYATI kafedrası
Kafedra müdiri
Möhübbət Musa oğlu Hüseynov – Azərbaycan Kooperasiya Universitetinin Dünya iqtisadiyyatı kafedrasının müdiri, iqtisad elmləri doktoru, dosent.
Hüseynov Möhübbət Musa oğlu 26 fevral 1972-ci ildə İmişli rayonunda anadan olub. 1979-1989-cu illərdə İmişli rayonu Ağaməmmədli kənd orta məktəbində orta təhsil alıb və 1990-1992-ci illərdə hərbi xidmətdə olub. 1993-1998-ci illərdə Azərbaycan Kooperasiya İinstitutunda (indiki Azərbaycan Kooperasiya Universitetində) Aqrar-sənaye kompleksi sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alıb. 1998-2000-ci illərdə həmin institutun magistraturasını İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2001-2006-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun dissertantı olub. 2007-ci idə həmin institutun ixtisaslaşmış Müdafiə Şurasında 08.00.05 – Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (kənd təsərrüfatı) ixtisası üzrə Sahibkarlığın inkişafı şəraitində əhalinin maddi rifah halının yaxşılaşdırılmasının iqtisadi mexanizminin təkmilləşdirilməsi mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. 1989-1998-ci illərdə kənd təsərrüfatında müxtəlif vəzifələrdə çalışmış, 2001-2009-cu illərdə Azərbaycan Kooperasiya Universitetində laborant, müəllim və baş müəllim vəzifələrində işləmişdir. 2010-2011-ci illərdə həmin univesitetin Kommersiya və beynəlxalq ticarət kafedrasının müdiri vəzifəsində, 2012-2022-ci illərdə Ekspertiza və texnologiya fakültəsinin dekanı vəzifəsində çalışmış və Kommersiya kafedrasında dosent kimi fəaliyyət göstərib. 2022-ci ildən isə Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində işləyir. Eyni zamanda 2012-2021-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun doktorantı olub və Aqrar sahənin innovativ inkişafının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi mövzusunda doktorluq dissertasiyasını yerinə yetirərək 2021-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Kooperasiya Universitetinin ED 2.42 birgə dissertasiya şurasında uğurla müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona 531201¬–“Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsi verilmişdir. 62 elmi məqalə və tezisin, 5 fəndən tədris proqramının, 22 çap vərəqi həcmində Azərbaycanda sahibkarlığın inkişafı və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətləri adlı monoqrafiyanın, 19 çap vərəqi həcmində Aqrar sferanın innovative inkişafı problemləri adlı monoqrafiyanın və Kommersiya fəaliyyətinin əsasları adlı dərs vəsaitinin müəllifidir. Hazırda onun rəhbərliyi altında 1 nəfər doktorant fəlsəfə doktorluğu proqramı üzrə dissertasiya işi yerinə yetirir. O, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Kooperasiya Universitetinin ED 2.42 birgə dissertasiya şurasının üzvüdür. O, hər il 2-3 respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak edir. Ailəlidir, bir övladı var.
Kafedra Haqqında
Professor-müəllim heyəti
İ.e.d., dos. Hüseynov Möhübbət Musa oğlu (Kafedra müdiri)
İ.e.d., prof. Quliyeva Aygün Eldar qızı
İ.e.n., dos. Ələkbərov Əşrəf Rəsul oğlu
B/m Quliyeva Səmirə Şəmsəddin qızı
müəl. Cəlilova Cəmilə Əli qızı
Tədris olunan əsas fənlər (Bakalavr)
Transmilli korporasiyalar
Beynəlxalq kommersiya işi
Beynəlxalq iqtisadi təşkilatlar
Dünya iqtisadiyyatı
Beynəlxalq nəqliyyat əməliyyatları
Azərbaycanın xarici ticarət əlaqələri
Beynəlxalq iqtisadi münasibətlər
Beynəlxalq iqtisadiyyat
Xarici iqtisadi siyasət
Tədris olunan əsas fənlər (Magistratura)
Dünya iqtisadiyyatının müasir problemləri
Beynəlxalq iqtisadiyyat və regional inkişaf
Beynəlxalq investisiyalar
Beynəlxalq iqtisadiyyat
Transmilli korporasiyalar