Ekologiya və coğrafiya kafedrası
Kafedra müdiri
Köçəri Şamil oğlu Allahverdiyev – Azərbaycan Kooperasiya Universitetinin Ekologiya və Coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri namizədi, dosent.
Allahverdiyev Köçəri Şamil oğlu 1956-cı ildə iyun ayının 21-də Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndəndə anadan olub. 1980-cı ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib coğrafiya ixtisasına yiyələnmişdir.
1980-2002-ci illərdə MEA Coğrafiya İnstitutunda müxtəlif elmi vəzifələrdə çalışmışdır.1983-cü ildə Coğrafiya İnstitutunda Fiziki coğrafiya, landşaftların geokimyası və geofizikası ixtisası üzrə qiyabi aspiranturaya daxil olub. 1983-1987-ci illərdə qiyabi aspiranturada elmi fəaliyyətini davam etdirib. 1990-cı ildə “Kiçik Qafqazın cənub-şərq hissəsinin landşaftlarından rasional istifadə məqsədi ilə keyfiyyətcə qiymətləndirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. Bu dövrdən başlayaraq Coğrafiya İnstitutunda elmi tədqiqat iş planına uyğun olaraq müstəqil elmi tədqiqat hesabat işlərini yerinə yetirib. Həmin hesabat işlərindən Böyük Qafqazın və Kiçik Qafqazın landşaftlarına dair kompleks tədqiqat işlərinin yerinə yetirilməsində yaxından iştirak etmişdir. 2004-cü ildən Azərbaycan Kooperasiya Universitetində baş müəllim vəzifəsində işləməyə başlamışdır. 2008-ci ildən Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir. Yuxarıda qeyd olunan elmi hesabatlar və müstəqil tədqiqat işlərinin nəticəsi olaraq aşagıdakı əsərləri dərc olunmuşdur:
1. Ətraf mühitin iqtisadiyyatı. Bakı, 2006.
2. Landşafşünaslığın əsasları. Bakı, 2008.
3. Hidrologiya. Bakı, 2008.
4. Geomorfologiyanın əsasları. Bakı, 2014.
5. Qafqazın fiziki coğrafiyası. Bakı, 2019.
6. Fiziki-coğrafi tədqiqat üsulları. Bakı, 2022.
7. Качественная оценка горно-лугового ландшафта юго-восточной части малого Кавказа с целью его рационального использования. Баку, 2022.
Bununla yanaşı 60-dan artıq elmi məqalə müxtəlif elmi jurnallarda, respublika və beynəlxalq əhəmiyyətli konfrans materiallarında və simpoziumlarında dərc olunmuşdur. Bakı Dövlət Universitetində coğrafiya ixtisası üzrə bakalavr pilləsində tələbə hazırlanmasında yaxından iştirak edir. 2021-ci ildən Azərbaycan Kooperasiya Universitetində Ekologiya və Coğrafiya kafedrasının müdiri vəzifəsində çalışır. İşlədiyi Universitetdə ekologiya və coğrafiya ixtisası üzrə ixtisaslı kadrların və magistrlərin hazırlanmasında elmi fəaliyyətini davam etdirir. Eyni zamanda universitetin elmi tədqiqat iş planına uyğun olaraq kafedranın elmi tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik edir. Həmçinin coğrafiya ixtisası üzrə bir çox fəlsəfə doktorlarına opponentlik etmişdir.
Kafedra Haqqında
Azərbaycan Kooperasiya Universitetinin “Ekologiya və Coğrafiya” kafedrası 2001-ci ilin iyun ayından “Gömrük” kafedrasının bazasında yaradılıb və fəaliyyət göstərir.
Kafedranın müdiri: Allahverdiyev Köçəri Şamil oğlu, coğrafiya elmləri namizədi, dosent.
Kafedranın potensialı: ştatda olan professor – müəllim heyyəti – 12 nəfər, 3 dosent, 4 baş müəllim, 3 müəllim, 2 laborant.
Kafedranın təhsilin bakalavr pilləsində kadr hazırlığı apardığı ixtisas: 050506 -“Coğrafiya 050510- “Ekologiya”
Kafedranın təhsilin magistr pilləsində kadr hazırlığı apardığı ixtisas: 050506 -“Coğrafiya 050510- “Ekologiya”
Kafedrada hazırlanmış dərslik və dərs vəsaitləri:
1. Təbiətdən istifadənin iqtisadiyyatı. Bakı , 2010
2. Azərbaycanın xarici iqtisadi əlaqələri, Bakı, 2013
3. Sosial və iqtisadi coğrafi sivilizasiya. Bakı, 2003
4. Ümumi ekologiya. Bakı, 2013
5. Metrologiya və İqlimşünaslıq. Bakı, 2006
6. Landşaftşünaslığın əsasları. Bakı, 2006
7. Hidrologiyanın əsasları. Bakı, 2014
8. Kartoqrafiyanın əsasları. Bakı , 2006
9. Geomorfologiyanın əsasları. Bakı, 2014
10. Azərbaycan Respublikasının region ölkələrinə inteqrasiyası. Bakı, 2016
11. Azərbaycanın kənd təsərrüfatı coğrafiyası. Bakı , 2011
12. Qafqazın fiziki coğrafiyası. Bakı, 2019
13. Fiziki coğrafiyanın tədqiqat üsulları. Bakl, 2021
14. Ətraf mühitin iqtisadiyyatı. Bakı, 2019
Kafedranın elmi tədqiqat işləri: Hal-hazırda “Abşeron-Xızı iqtisadi rayonunun iqtisadi inkişaf problemləri” mövzusunda tədqiqat aparılır. Tədqiqatın nəticələri elmi məqalə formasında Azərbaycan Kooperasiya Universitetinin “Kooperasiya” elmi praktik jurnalında dərc olunmaq üçün təqdim olunmuşdur. 1. Naxçıvan Muxtar Respublikasında xüsusi iqtisadi zonaların yaradılması və ərazi təşkilinin coğrafi xüsusiyyətləri. Azərbaycan Kooperasiya Universiteti “Kooperasiya” elmi praktik jurnalında dərc olunmuşdur. 2021, № 1 2. Quba-Xaçmaz iqtisadi rayonunda kənd təsərrüfatı sahələrinin inkişaf istiqamətləri. Azərbaycan Kooperasiya Universiteti “Kooperasiya” elmi praktik jurnalında dərc olunmuşdur. 2021, № 2
Professor-müəllim heyəti
2. Qurbanzadə Ağazeynal Alı oğlu – professor
3. İsmayılov Cabbar İsfəndiyar oğlu – dosent
4. Mahmudova Ülkər Xəlil qızı – dosent
5. Hüseynova Səadət Aslan qızı – baş müəllim
6. Kazımova Sevinc Elman qızı – baş müəllim
7. Məcidova Lalə Rasim qızı – baş müəllim
8. Sadıxova Nigar Əbdül Əziz qızı – müəllim
9. Yunuszadə Humay Əhmədağa qızı – müəllim
10. Balaxanova Qumru Vasif qızı – müəllim
11. Cahangirova Mənsurə Şiri qızı – baş laborant
12. Məmmədova Günel Qoca qızı – baş laborant
Tədris olunan əsas fənlər (Bakalavr)
2. Ümumi ekologiya.
3. Biosfer və onun qorunması.
4. Geologiya.
5. Siyasi coğrafiya.
6. Landşaftşünaslıq.
7. Meşəçilik.
8. Ekologiya.
9. Azərbaycan coğrafiyası.
10. Dünyanın iqtisadi coğrafiyası.
11. MDB ölkələrinin iqtisadi coğrafiyası.
12. Coğrafi ekologiya.
13. Landşaftın ekologiyası.
14. Radioekologiya.
15. Coğrafiyanın qlobal problemləri.
16. Fiziki coğrafi tədqiqat üsulları.
17. Biologiya.
18. Heyvanlar ekologiyası.
19. Biosferin ekoloji xüsusiyyətləri və mühafizəsi.
20. Ekoloji tədqiqat üsulları.
21. Ekoloji menecment.
22. Təbii resursların dayanıqlı idarə edilməsi.
23. Ekoloji kartoqrafiya və coğrafi informasiya sistemi.
24. İnsan, ətraf mühit və davamlı inkişaf.
25. Sənaye ekologiyası.
26. Landşaftşünaslıq və landşaftın ekologiyası.
27. Məişət ekologiyası.
28. Ekoloji monitorinq.
29. Biomüxtəliflik və onun qorunması.
30. Meşəçilik və meşə ekologiyası.
31. Bitki ekologiyası.
32. Ekoloji ekspertiza və layihələndirmə.
33. Aqroekologiya.
34. Azərbaycanın ekoloji vəziyyəti və problemləri.
35. Suların və Xəzərin ekologiyası.
36. Ümumi ekologiya (qeyri-ixtisaslar üçün)
37. Beynəlxalq turizmin coğrafiyası.
38. Yer elmlərinin əsasları.
39. Ətraf mühitin idarə olunması.
40. Ekoloji təhlil və risklər.
41. Ekoloji kimya.
42. Mühəndis geodeziyası.
43. Təbiətdən istifadənin iqtisadiyyatı.
44. Turizmin coğrafiyası.
45. İnsanın inkişafı və ekoloji sivilizasiyanın əsasları.
46. Ətraf mühitin kimyası və toksikologiyanın əsasları.
47. Ekoloji biotexnologiya.
48. Meteorologiya və iqlimşünaslıq.
49. Hava və suyun keyfiyyəti, çirklənməsi və mühafizəsi.
50. Torpaqşünaslıq.
Tədris olunan əsas fənlər (Magistratura)
2. Sənayenin coğrafiyası.
3. Iqtisadi coğrafi ekspertiza.
4. Ekologiyanın müasir problemləri.
5. Heyvandarlıq təsərrüfatının ərazi təşkili və ətraf mühitin mühafizəsi.
6. Ticarətin coğrafiyası.
7. Azərbaycanda urbanizasiya prosesi və şəhərlərin coğrafiyası.
8. Xidmət sahələrinin coğrafiyası.
9. Ekoloji biznesin təşkili.
10. Yanacaq energetika kompleksinin yaratdığı ekoloji problemlər.
11. Cəmiyyətin ərazi təşkili.
12. Çöl tədqiqatı.
13. Coğrafiyanın müasir problemləri.
14. Təbii ehtiyatlardan səmərəli istifadənin ekoloji problemləri.
15. Coğrafiya elminin tarixi və metodologiyası.
16. Regional siyasət və idarəetmənin əsasları.
17. K/t-na investisiya qoyuluşunun coğrafiyası.
18. Ətraf mühitin monitorinqi.
19. Aqrar sahədə ekoloji turizm və məhsul istehsalının actual problemləri.
20. Aqrokimya və ətraf mühitin mühafizəsi.
21. K/t və aqrar sənaye kompleksi.
22. Təbiətdən istifadənin regional iqtisadi, social və ekoloji coğrafiyası.
23. Kimya və neft-kimya sənayesinin ekoloji problemləri.
24. Ətraf mühitə atılan tullantıların emalı.
25. K/t torpaqlarının istifadəsində yaranan ekoloji problemlər.
26. Əkinçiliyin inkişafı ilə yaranan ekoloji problemlər.