İstehlak mallarının ekspertizası kafedrası


Vilayət Abbas oğlu Əliyev – Azərbaycan Kooperasiya Universitetinin Əmtəəşünaslıq və Ekspertiza kafedrasının müdiri, texniki elmləri namizədi, professor.

Vilayət Abbas oğlu Əliyev 1965-ci ildə C.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Ərzaq malları əmtəəşünaslığı və ticarətinin təşkili” ixtisasını bitirib, ali əmtəəşünas ixtisasını almışdır. 1965-1969-cu illərdə mağaza müdiri, təsərrüfat hesablı mağazanın direktoru, qarışıq mal ticarət idarəsinin baş əmtəəşünası işləmişdir. 1969-cu ildən 1980-cı ilə qədər Bakı Sovet Ticarət Texnikumunda müəllim işləmişdir. 1980-cı ildə Moskva Kooperativ İnstitutunda “Balıq və onun emalı məhsullarının tədqiqatı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1980-ci ildən Moskva Kooperativ İnstitutunun Bakı filialına köçürülmüşdür. Bu filialda assisent, baş müəllim, dosent və 1965-ci ildən professor vəzifəsində çalışır. Professorun işlədiyi müddətdə yalnız öz ixtisasına aid 220 elmi məqaləsi, 40 proqramı, 4 braşurası, 1 monoqrafiyası, 2 patenti, 4 dərsliyi çap edilmişdir. Dərsliyin biri Türkiyədə nəşr edilmişdir.

Professor Türkiyənin 5 universitetində Malatyanın- İnönü, İzmirin Ege, Qziantep, Elazik və Konya universitetlərində bir müddət mühazirələr oxumuşdur. Türkiyənin Qaziantep universitetində, ABŞ-ın Hyuston institutunda beynəlxalq konqresdə, beynəlxalq universitetlərində çıxışlar etmişdir. V.A.Əliyev uzun müddət içtimai işlərlə məşğul olmuşdur. Milli Məclisdə Aqrar Sahənin işçi qrupun, Təhsil sahəsində işçi qrupun, Azərbaycan Respublikası Təhsil Nazirliyində metod şuranın üzvü, 1997-ci ildən Nəcəf Nərimanov ərazi YAP təşkilatının sədri, Azərbaycan Kooperasiya Universitetində Heydər Əliyev məktəbinin rəhbəridir. Professor müntəzəm Respublika, Azərbaycan qəzetlərində, televiziyalarda çıxışlar edir. Prof.V.A.Əliyev çox sayda fəxri fərmanlarla, 2014-cü ildə içtimai fəaliyyətinə və tədrisdə fərqləndiyi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı və həmin ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif edilmişdir. 2018-ci ildə Prezidentin imzası ilə “Cümhuriyyətin 100 illik yubiley medalı” ilə və 80 illik yubiley münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.


Əmtəəşünaslıq və ekspertiza kafedrası 1984-cü ildə təşkil edilmişdir. Kafedranın 2017-2020-ci illər üçün elmi tədqiqat planı – Respublikaya daxil olan istehlak mallarının keyfiyyətinin yüksəldilməsi, ekoloji çirklənməsinin qarşısının alınması istiqaməti 2017-ci ildə Respublikaya gətirilən balıq və balıq məhsullarının keyfiyyətinin tədqiqatı və ekspertizası. Eyni zamanda 2017-ci il üçün Geyim məmulatlarının keyfiyyətinə nəzarət bazarın qorunmasının əsas amilidir. Elmi tədqiqat işinin yerinə yetirilməsində kafedranın bütün əməkdaşları iştirak edir.


T.e.n. prof.Vilayət Abbas oğlu Əliyev (kafedra müdiri)

İ.ü.f.d. dos.Şövkət Abuzər qızı Yusufova

İ.e.n.dos.Adil Həsi oğlu Gülalıyev

İ.ü.f.d.dos.Afət Adil qızı Quliyeva

İ.ü.f.d. müəllim Kəmalə Əziz qızı Haqverdiyeva

Müəllim Solmaz Rza qızı Qasımova

Müəllim Aytəkin Ağaxəlil qızı Hüseynova


Qida kimyası
Qida fiziologiyası
Qida məhsullarının təhlükəsizliyi
Qida təhlükəsizliyi
Qida məhsullarının ümumi texnologiyası
ƏMƏ və ekspertiza
Balıq və balıq məhsullarının texnologiyası
Xammal və hazır məhsulun keyfiyyətinə texniki-kimyəvi nəzarət
Ət və ət məhsullarının texnologiyası
QƏMƏ və ekspertiza
Keyfiyyətin idarə edilməs sistemi
Yeyinti xammalının əmtəəşünaslığı və anatomiyası
Materialların əmtəəşünaslığı
Toxuculuq, geyim və ayaqqabı mallarının ekspertizası
Malların eyniləşdirilməsi və saxtalaşdırılması
Süd və süd məhsullarının texnologiyası
Çörək və makaron məmulatlarının texnologiyası
İstehlak mallarının ekspert qiymətləndirilməsi
Heyvan mənşəli ərzaq məhsullarının ekspertizası
Bitki mənşəli ərzaq məhsullarının ekspertizası
Plastik kütlə və kimyəvi rəngsazlıq mallarının ekspertizası
İstehlak mallarının estetikası
Materialşünaslıq
Qida məhsullarının texnologiyasının nəzəri əsasları
İçkilərin ekspertizası
Qida məhsullarının texnologiyasına giriş


İstehlak mallarının ekspertizası və marketinqinin müasir problemləri
İstehlak mallarının ekspertizasının və marketinqinin tarixi və metodologiyası
İdxal və ixrac olunan istehlak mallarının keyfiyyət səviyyəsinin qiymətləndirilkməsi
İstehlak mallarının funksional və erqonomik xassələri
İstehlak mallarının keyfiyyətinin saxlanmasına kömək edən amillər
İstehlak mallarının sanitar-gigiyenik xassələrinin ekspertizası
İstehlak mallarının ekspertizasının müasir tədqiqat üsulları
İstehlak mallarının əmtəəşünaslığı və ekspertiza növlərinin xüsusiyyətləri
İstehlak mallarının keyfiyyətinin idarə edilmə prinsipləri
Mallarının rəqabət qabiliyyətinin əmtəəşünaslıq xassələrinin qiymətləndirilməsi
Çoxişlənən malların əmtəəşünaslığı və ekspertizası
İstehlak mallarının ekspertizasının elmi təcrübəsi