Statistika və Gömrük işi kafedrası
Kafedra müdiri
Sərxan Yunus oğlu Abdulov – Azərbaycan Kooperasiya Universitetinin Statistika və Gömrük işi kafedrasının müdiri, dosent
1978-ci ildə BDU-i bitirmiş, DSK-nə təyinatla göndərilmişdir. 2007-ci ilə qədər müxtəlif vəzifələrdə çalışmış, bir neçə il BŞSİ-nə rəhbərlik etmişdir. Bakı Şəhər İcra hakimiyyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. 2007-ci ildən hal-hazıra kimi müəllimlik fəaliyyəti ilə məşğuldur. Uzun illər 1978-ci ildən ayrı-ayrı Ali təhsil müəssisələrində saat hesabı dərslər aparmışdır. 1 dərs vəsaitinin, bir çox elmi məqalələrin müəllidir. Statistika və Gömrük işi kafedrasının müdiri seçilmişdir.
Kafedra Haqqında
Kafedra 2001-ci ildə yaranmışdır. Kafedranın illik dərs yükü məlum səbəblərdən (tələbə qəbulunun azalması) 1.268,6 saat təşkil etmişdir. Kafedrada müəllimlərin hamısı elmi dərəcəyə və elmi ada malikdir. Kafedrada buraxılış kafedrası olmadığı üçün kurs işi və istehsalat təcrübəsi yerinə yetirilmir. Tədris olunan fənlərin proqramları vardır. Kafedranın müvafiq fənlər üzrə zəngin ədəbiyyatlara malik kitabxanası, mühazirə mətnlərinin yazılı və elektron variantları vardır. Kafedra Maliyyə və bank işi, Dünya iqtisadiyyatı, İqtisadi nəzəriyyə və iqtisadiyyat və MM və HFT kafedrları ilə əlaqəli şəkildə fəaliyyət göstərir.
Professor-müəllim heyəti
Dosent Abdulov Sərxan Yunus oğlu – kafedra müdiri
Dosent Tağıyeva Mehriban Kərəm qızı
Dosent Əsədov Ədalət Məhyəddin
Dosent Qurbanov Pərviz Əhməd oğlu
Muəllimə Hacıyeva Şahnaz Eldəniz qızı
Baş Laborant Feyzullayeva Bəsdi Sahib qızı
Tədris olunan əsas fənlər (Bakalavr)
Gömrük işinin təşkili
Statistika
Gömrük ekspertizası
Gəlir və əmək haqqı siyasəti
Biznes statistikası
Tədris olunan əsas fənlər (Magistratura)
Malların gömrük ekspertizası
Dövlət gömrük sistemində ekspertiza fəaliyyətinin təşkili və təkmilləşdirilməsi
Ərzaq məhsullarinin gömrük ekspertizasi və onun təkmilləşdirilməsi Gömrük ekspertizasinin əsasları
İstehsalat və xidmət sahələrində strateji idarəetmə
Müəssisələrdə strateji idarəetmə
Qeyri-ərzaq məhsullarının nomenklaturası və gömrük nəzarətinin texnologiyası
Qeyri-ərzaq məhsullarının gömrük ekspertizası və onun təkmilləşdirilməsi
Bitki mənşəli kənd təsərrüfatı məhsullarının gömrük ekspertizası İstehsal strategiyası
Dövlət gömrük sistemində ekspertiza fəaliyyətinin təşkili və təkminləşdirilməsi
Heyvan mənşəli kənd təsərrüfatı məhsullarının gömrük ekspertizası
İdxal və ixracolunan neft məhsullarının ekspertizası
Mədəni məişət təyinatlı malların gömrük ekspertizası
İstehsalat prosesinin planlaşdırılması və idarə edilməsi
Ərzaq məhsullarinin nomenklaturası və gömrük nəzarətinin texnologiyası