İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsi



Seymur Əhəd oğlu Ramazanov – Azərbaycan Kooperasiya Universitetinin İKT Şöbəsinin müdiri

Seymur Əhəd oğlu Ramazanov 1996-cı il martın 11-də Bakı şəhərində anadan olmuşdur.
2013-cü ildə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasını bitirmiş, elə həmin il Azərbaycan Kooperasiya Universitetinin Maliyyə fakültəsinin Maliyyə ixtisasına daxil olmuşdur.
2017-ci ildə universiteti fərqlənmə ilə bitirmişdir.
2017 – ci ildə Azərbaycan Kooperasiya Universitetinin magistratura pilləsinin Müəssisənin iqtisadiyyatı ixtisasına daxil olmuşdur.
Elə həmin ili Azərbaycan Kooperasiya Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri vəziyəsinə təyin olunmuşdur.
2019-cu ildə magistratura pilləsini fərqlənmə ilə bitirmişdir.
04.05.2020 tarixində hərbi məzuniyyət götürərək hərbi xidmətə yollanmışdır. Müdafiə Nazirliyində və Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçdikdən sonra 18.07-2021-ci tarixində hərbi xidmətini başa vurmuşdur.
Xidmətdən qayıtdıqdan yenidən öz vəzifəsinə bərpa olunmuş və halhazırda öz vəzifələrini icra etməkdədir.
2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsi üzrə Proqram təminatı mühəndisliyi ixtisasına qəbul olmuşdur və təhsilini davam etdirir.

2011-ci ildən ictimai-siyasi fəaldır. 2011 – 2013-cü ilərdə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında təhsil aldığı dövrdə rayon və respublika səviyyəli tədbirlərdə iştirak etmiş və müxtəlif mükafatlar qazanmışdır. 2014-cü ildən bu günə qədər təhsil aldığı müəssisənin Tələbə Gənclər Təşkilatının sədr-müavinidir. Bakı şəhəri və respublika əhəmiyyətli bir çox tədbirlərin təşkilatçısı və iştirakçısı olmuşdur. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin imzası ilə ölkədə Dövlət Gənclər Siyasətinin həyata keçirilməsindəki fəallığına görə iki dəfə təltif olunmuşdur. ümumilikdə, ictimai-siyasi fəaliyyəti ərzində aidiyyəti dövlət orqanları və Qeyri Hökümət təşkilatları tərəfindən 11 fəxri fərman, 5 diplom və 3 sertifikat ilə təltif olunmuşdur.
2013-cü ildən Yeni Azərbaycan Partiyasının və Partiyanın daxilində fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvüdür. 2 elmi məqalənin müəllifidir.
2015-ci ildən İnformasiya Texnologiyaları, Şəbəkə, Dizayner, Web Developer, Kompyuter Mühəndisliyi seminarlarında və kurslarında iştirak etmiş və müxtəlif biliklərə yiyələnmişdir.


Universitetin beynəlxalq informasiya şəbəkəsinə çıxışı onun internet şəbəkəsinə qoşulması ilə təmin edilmişdir. Bu məqsədlə 2012-ci ildə Universitetdə İnformasiya – kommunikasiya texnologiyaları şöbəsi yaradılmışdır. İKT bölməsi Universitetdə informasiya texnologiyalarının tətbiqini, vahid elektron şəbəkə sistemini və beynəlxalq şəbəkəyə çıxışı təmin edir. Universitetin internet vasitəsilə beynəlxalq informasiya şəbəkəsinə çıxışı tələbələrin, professor-müəlim heyətinin və digər əməkdaşların beynəlxalq elmi konfranslar, simpoziumlar, elmi-tədqiqat məqsədli informasiya almasına imkan vermişdir. Universitetdə ölkədaxili və xarici yazışmalar, informasiya əldə etmək, elektron-imza, beynəlxalq elmi araşdırmalar və kitab mübadiləsi məhz bu sistemin nəticəsində mümkün olmuşdur. Universitetin və ayrı-ayrı struktur bölmələrin saytları, elektron poçtu və ünvanı beynəlxalq aləmdə baş verən tədris-elmi məlumatları operativ qaydada əldə etməyə şərait yaradır. Universitetin beynəlxalq informasiya şəbəkəsinə çıxışı, tələbələrin və əməkdaşların beynəlxalq təcrübədən yararlanmasına və dünyagörüşünə müsbət təsir edir. Bütün struktur bölmələr, o cümlədən kitabxana, oxu zalı müasir komputer texnologiyalarına malikdir. Tələbələrin istifadəsində internetə qoşulmuş 161 kompüter vardır. Kitab mübadiləsi, əməkdaşların tədris-elmi işlərində internet şəbəkəsinin imkanlarından geniş istifadə edilir. Universitetin İKT şöbəsi kabinet, laboratoriya və auditoriyaların müasir elektron informasiya vasitələri ilə təchizatı ilə məşğul olur. Professor-müəllim heyəti dərslik, dərs vəsaiti və məqalə yazılmasında, tələbələr isə kurs işi, magistr dissertasiyasının yazılmasında elektron sistemdən yararlanırlar. Universitet daimi olaraq internet şəbəkəsinə qoşulmuş və tələbələr, müəllimlər və digər əməkdaşlar tədris prosesinin təşkilində bu imkanlardan istifadə edirlər.