İqtisadiyyat və vergi işi kafedrası
Kafedra müdiri
Elnarə Nəbi qızı Əhmədova- Azərbaycan Kooperasiya Universitetinin “İqtisadiyyat və vergi işi” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə elmlər doktoru, dosent əvəzi.
Əhmədova Elnarə Nəbi qızı 08 iyun 1983-cü ildə Qərbi Azərbaycanın Quqark rayonunun Hallavar kəndində anadan olmuşdur. 1990-cı ildə Bakı şəhərində Nərimanov rayonu üzrə 57-saylı məktəbdə birinci sinfə getmişdir. 2000-ci ildə orta məktəbi bitirmiş, 2001-2005-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə və Mühasibat uçotu” fakultəsinin “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil almışdır. Təhsil aldığı dövrdə bir sıra elmi konfranslarda iştirak etmiş, universitetdə keçirilən tədbirlərdə fəallığı ilə seçilmişdir. 2005-2007-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin Magistratura şöbəsində “Mühasibat uçotu və audit” ixtisası üzrə magistr təhsili almış və təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. Ailəlidir, 4 övladı var.
2007-ci ildə Azərbaycan Kooperasiya Universitetinin dissertantı olmuşdur. 2007-ci ildə Azərbaycan Kooperasiya Universitetində müəllim kimi fəaliyyətə başlamışdır.2012-ci ildə “İqtisadiyyat və vergi işi” kafedrasında baş müəllim vəzifəsinə keçirilmişdir. 2016-cı ildə BDU-nin, Azərbaycan Dövlər Aqrar Universitetinin. Azərbaycan Kooperasiya Universitetinin nəzdində yaradılmış ixtisaslaşdırılmış Elmı Şurada “ASK-nın Emaledici sahələrində idarəetmə uçotu və təhlilinin təkmilləşdirilməsinin əsas istiqamətləri” mövzusunda dıssertasiya işini müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 10 mart 2017-ci il 05K qərarı ilə “İqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcə adını almışdır.2018-ci ildə”İqtisadiyyat və vergi işi” kafedrasının müdiri vəzifəsinə seçilmişdır. İ.ü.f.d. Elnarə Əhmədova ali məktəb tələbələri üçün “Vergitutma” və “Azərbaycan iqtisadiyyatı” üzrə tədris proqramının, “Fiziki şəxslərdən tutulan gəlir vergisi” metodik vəsaitin, 15-dən artıq elmi-məqalənin və tezislərin müəllifidir.
Kafedra Haqqında
2002-ci ildən «İqtisadi təhlil və Qiymət» adı ilə yaradılan kafedraya 2002-2007-ci illərdə baş müəllim A. A. Məmmədov rəhbərlik etmişdir. 2007/2010 illərdə kafedra “Vergi və statistika” adı altında fəaliyyət göstərmişdir. 2007/2008 illərdə kafedraya dos. X.Ə.Hüseynov rəhbərlik etmişdir. 2008/2018-ci illərdə kafedraya i.e.n.,dos. V.B.Mirzəyev rəhbərlik etmişdir. 2018-ci ildən “İqtisadiyyat və vergi işi” kafedrasına i.ü.f.d E.N.Əhmədova rəhbərlik edir. 2010/2011 illərdə “İqtisadiyyat və təhlil”, 2011/2016 cı illərdə “İqtisadiyyat və vergi işi” adı altında fəaliyyət göstərmişdir. 2016 cı ildən “İqtisadi nəzəriyyə” kafedrasının birləşməsi ilə əlaqədar olaraq kafedra “İqtisadi nəzəriyyə və İqtisadiyyat” adlandırılmışdır. 2018-ci ilin aprel ayından kafedra “İqtisadiyyat və vergi işi” adı altında fəaliyyət göstərir. Kafedrada “İqtisadiyyat” və “Davamlı inkişafın idarəedilməsi” ixtisaslarına xidmət göstərilir. Hal-hazırda kafedrada tədris olunan bütün fənnlərin proqramları kafedranın müəllimləri tərəfindən tərtib olunmuş təhsil Nazirliyinin müvafiq əmri ilə qrif verilərək nəşr olunmuşdur. Müəllimlər respublikanın müxtəlif Universitetlərində keçirilən elmi-konfranslarda iştirak edir, müxtəlif jurnallarda konfrans materiallarında məqalə və tezislərini dərc etdirirlər. Kafedranın müəllimləri təsdiq olunan tədris-təqvim planının əsasında mühazirə və seminar məşğələləri aparırlar, magistr disertasiyası işlərinə, istehsalat təcrübələrinə və kurs işlərinə rəhbərlik edirlər. Hazırda kafedranın professor müəllim heyəti 8 nəfərdən ibarətdir. Onlardan 6 nəfər iqtisad üzrə fəlsəfə doktoru onlardan 3 nəfəri dossent, 2 nəfəri dosent əvəzi, 2 nəfər baş müəllim, 1 nəfər saat hesabı müəllim vəzifəsində çalışır.
2021-2025-ci illər üçün “İqtisadiyyat və Vergi işi” kafedrasında “Müasir dövrdə istehlak malları bazarının inkişafı sahəsində idarəetmə mexanizminin qiymətləndirilməsi və onun təkmilləşdirilməsi istiqamətləri” elmi-tədqiqat işi yerinə yetirilir.
2021-2025-ci illər üçün təsdiq edilmiş elmi-tədqiqat işinin planına əsasən “İqtisadiyyat və vergi işi” kafedrasının əməkdaşları aşağıdakı mövzularda elmi-tədqiqat işlərini yerinə yetirəcəkdirlər:
Müasir dövrdə istehlak malları bazarının inkişafı sahəsində idarəetmə mexanizminin qiymətləndirilməsi və onun təkmilləşdirilməsi istiqamətləri. 2021-2025, Rəhbər: i.f.d.,dos. E.N.Əhmədova
Azərbaycanın regionlarının inkişafında vergi sisteminin tətbiqi xüsusiyyətləri və onun dövlət tənzimlənməsi. 2021-2025, i.e.n.,dos. V.B. Mirzəyev, i.f.d. dos. E.N.Əhmədova.
İqtisadi subyektlərin maliyyə təsərrüfat fəaliyyətinin idarəedilməsinin təhlili və qiymətləndirilməsi. 2021-2025 i.e.n.,dos. E.Ə.Hacıyev.
Regionların iqtisadi inkişafın qiymətləndirilməsində maliyyə təhlilinin rolu və onun metodikasının təkmilləşdirilməsi. 2021-2025, i.ü.f.d. F.Q.Əmrahov
Müəssisədə kapital resurslarının formalaşmasının və onlardan istifadənin təhlili. 2021-2025, i.ü.f.d. E.A. Məmmədov.
Роль инвестиционных процессов в социально-экономическом развитии регионов Азербайджана и государственный механизм регулирования инвестиций. 2021-2025, b/m Ş.R. Dadaşova
Professor-müəllim heyəti
i.f.d.,dos. Əhmədova Elnarə Nəbi qızı (kafedra müdiri)
i.e.n., dos. Mirzəyev Vilayət Bədir oğlu
i.e.n., dos. Kazımov Rahib Nadir oğlu
i.e.n., dos. Hacıyev Emil Əhmədoviç
i.e.n., dos. Əmrahov Fariz Qasım oğlu
i.f.d.,b/m Hacıyev Fuad Oqtay oğlu
b/m. Dadaşova Şahirəxanım Rasim qızı
m. Əliyeva Sevda Elşən qızı
Tədris olunan əsas fənlər (Bakalavr)
Azərbaycan iqtisadiyyatı
Müəssisənin iqtisadiyyatı
Firmanın iqtisadiyyatı
Vergilər və vergitutma
Vergi inzibatçılığı
İqtisadi təhlil
İdarəetmə təhlili
Maliyyə hesabatlarının təhlili
Şərabçılıq müəssisələrin iqtisadiyyatı
Müasir idarəetmə texnologiyaları
Davamlı inkişafın hüquqi əsasları
Tədris olunan əsas fənlər (Magistratura)
Müəssisə iqtisadiyyatı
Müəssisənin maddi texniki təminatı
Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi
Davamlı inkişafın təmin edilməsinin dövlət mexanizmi
Milli iqtisadiyyatın strateji planlaşdırılması
Dövlət sektorunun iqtisadiyyatı
Dövlətin regional siyasəti
Azərbaycanın səmərəli sosial-iqtisadi inkişaf problemləri
Müəssisə fəaliyyətinin strateji planı
İqtisadi inkişaf və iqtisadi artım
Dövlətin gəlir və xərclərinin analizi
Müəssisələrdə iqtisadi analiz
Maliyyə analizi
Texniki maliyyə analizi
Milli iqtisadiyyatın inkişaf problemləri
İstehsal ehtiyatlarının idarəedilməsi
Davamlı rəqabətlılık strateqiyası
Müəssisələrdə verqiqoyma