Kadrlar Şöbəsi
Şöbə müdiri
Aqiyə Şərif qızı Mövsümova – Azərbaycan Kooperasiya Universitetinin Kadrlar şöbəsinin müdiri
Mövsümova Aqiyə Şərif qızı 29.12.1953-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Ali təhsillidir, dissertantdır, bir neçə məqalələrin müəllifidir. 14.01.1998-ci ildə Azərbaycan Kooperasiya Universitetində kitabxanaçı vəzifəsində işləmiş, 2000-ci ildən hal hazıra kimi Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışır. Universitetin təhsil-tərbiyə işlərində, kadrlarla təmin olunmasında, onların işə qəbul, yerdəyişmə, işdən azad olma, kadrların düzgün yerləşdirilməsi, Universitetin rəhbərliyi ilə birlikdə gənc mütəxəssislərin işlə təmin olunması, onların staj keçməsi və tərbiyəsi məsələlərini həyata keçirir. Həmkarlar təşkilatı ilə birlikdə Universitetin işçilərinin pensiya sənədlərinin hazırlayır, sosial təminat orqanlarına verilməsini təmin edir. Kadrlarla bağlı qərar, əmr və göstərişləri bölmə rəhbərləri tərəfindən icra olunmasına nəzarət edir. Kadr axıcılığının, üzrsüz iş buraxma hallarının səbəblərini və başqa əmək intizamının pozuntularını təhlil edir, kadrların möhkəmləndirilməsi, aşkar olunmuş nöqsanların aradan qaldırılması haqqında təkliflər hazırlayır, tabel uçotu və ezamiyyət qrafiklərinin tərtibi və yerinə yetirilməsini təmin edir.
Şöbə Haqqında
Kadrlar şöbəsi Universitetin struktur bölmələrindən biri olub, Azərbaycan Respublikasının Əmək məcəlləsi, Təhsil haqqında Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq normativ-hüquqi sənədləri, Universitetin Nizamnaməsi, bu Əsasnamə və digər qanunvericilik aktları əsasında fəaliyyət göstərir və özünün praktiki işində rektorun əmr və göstərişlərini rəhbər tutur. Kadrlar şöbəsinin idarə edilməsinin ümumi təşkilinə Universitetin rektoru rəhbərlik edir. Kadrlar şöbəsinin işinə bilavasitə rəhbərliyi kadrlar şöbəsinin müdiri (rəisi) həyata keçirir.
Şöbənin Tərkibi
✶ şöbə müdiri
✶ kadrlar üzrə inspektor
✶ kadrlar üzrə mütəxəssis
✶ operator