Kommersiya kafedrası



Çingiz Allahyar oğlu İbrahimli – Azərbaycan Kooperasiya Universitetinin Kommersiya kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent.

1977-ci ildə Füzuli rayonunun Mollaməhərrəmli kəndində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Kooperasiya Universitetinə qəbul olunaraq 1997-ci ildə təhsilin bakalavr səviyyəsini, 2001-ci ildə isə, magistr səviyyəsini “Əmtəəşünaslıq” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

19.07.1997-28.08.1998-ci il tarixlərində həqiqi hərbi xidmətdə olmuşdur. Ç.A.İbrahimli 11.03.2002-ci il tarixdən 25.11.2002-ci il tarixə qədər Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir.

02.12.2002-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Geostrateji Araşdırmalar Mərkəzi”ndə kiçik elmi işçi, 31.01.2004-cü il tarixdən elmi işçi, 07.01.2014-cü il tarixdən isə “Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutu”nda aparıcı elmi işçi vəzifəsində çalışmışdır.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertant kimi təsdiq edilmiş, 2009-cu ildə AMEA İqtisadiyyat İnstitutunda “Sənaye müəssisələrində kommersiya fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi məsələləri (Azərbaycanın yüngül sənaye müəssisələrinin timsalında)” mövzusunda dissertasiya işi müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

15.09.2010-cu il tarixindən ARPYDİA-nın “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrasında pedaqoji fəaliyyət göstərir.

07.05.2014-19.10.2015-ci il tarixlərdə “AccessBank” QSC-də müxtəlif vəzifələrdə işləmişdir.

2013-2014-cü illərdə Azərbaycan Kooperasiya Universitetinin “Əmtəəşünaslıq-ekspertiza” kafedrasında, 15.09.2015-ci il tarixindən “Standartlaşdırma və texnologiya” kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində işləmişdir.

10.03.2016-cı il tarixindən Azərbaycan Kooperasiya Universitetinin “Kommersiya” kafedrasında müdir vəzifəsini icra etmiş, 19.04.2016-cı il tarixindən isə, bu vəzifəyə seçilmişdir.

2018-ci ildə dosent elmi adı almışdır.

Elmi-pedaqoji fəaliyyət göstərdiyi dövrdə Ç.A.İbrahimlinin ümumilikdə 70 əsəri, o cümlədən 1 monoqrafiya, 1 kollektiv monoqrafiyada bölmə, 2 dərs vəsaiti, 2 metodik vəsaiti, 13 fənn proqramı, 51 elmi məqalə və tezisləri nəşr olunmuşdur.


Kafedra 08 fevral 2001-ci il tarixində “Kommersiya və beynəlxalq ticarət” adı ilə 19K saylı əmrlə yaradılmışdır. Yaradıldığı vaxtdan 2010-cu ilə qədər kafedraya i.e.n., dos. Hacımurad Bəylər oğlu Tabasaranski rəhbərlik etmişdir.

2010-2012-ci illərdə kafedra müdiri i.e.n., dos. Möhübbət Musa oğlu Hüseynov, 2012-2016-cı illərdə isə dos. İqbal Əli oğlu Abbasov olmuşdur.

2013-cü ildə kafedranın adı dəyişdirilərək “Kommersiya” adlandırılmışdır.

2016-cı ildən kafedraya rəhbərliyi i.ü.f.d., dos. Çingiz Allahyar oğlu İbrahimli həyata keçirir.

Hazırda kafedrada 050401 – “Beynəlxalq ticarət və logistika”, 050411 – “Kommersiya” ixtisası üzrə bakalavr və 060411 – “Kommersiya” ixtisası üzrə magistr hazırlığı həyata keçirilir.

Azərbaycan Kooperasiya Universitetinin 2021-2025-ci illər üçün yerinə yetiriləcək elmi-tədqiqat işlərinin planına uyğun olaraq “Kommersiya” kafedrasının mövzusu “Azərbaycan Respublikasında kommersiya münasibətlərinin rəqəmsal texnologiyalar əsasında inkişafı istiqamətləri” kimi təsdiq edilmişdir.

Kafedranın əməkdaşları tərəfindən 2012-2022-ci illər ərzində 138 elmi-metodiki əsər, o cümlədən 6 monoqrafiya, 5 dərs vəsaiti, 2 metodik göstəriş və 23 fənn proqramı nəşr olunmuşdur. Kafedra əməkdaşlarının xarici ölkələrdə 20 elmi əsəri nəşr olunmuşdur.

Hazırda kafedrada 2 dərs vəsaiti nəşr üçün hazırlanır.


i.ü.f.d., dosent İbrahimli Çingiz Allahyar oğlu

i.e.n., dosent Qurbanzadə Azər Ağazeynal oğlu

i.ü.f.d., dosent əvəzi Rüstəmova Arzu Nurəddin qızı

i.e.n., dosent əvəzi Tabasaranskaya Svetlana Murad qızı

baş müəllim Ağayeva Rəna Mahmudağa qızı


Kommersiya fəaliyyətinin əsasları
Kommersiya müəssisələrinin idarə edilməsi
İstehlak bazarının idarə edilməsi
Elektron ticarət
Reklam
Ticarətin təşkili
Tədavül sferası müəssisələrinin avadanlıqları
Təchizat zəncirinin idarə edilməsi
Beynəlxalq ticarət
Azərbaycanın xarici ticarət əlaqələri
Kommersiya fəaliyyəti
Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması
Bələdiyyə idarəçiliyi
İqtisadi təhlükəsizlik
Dövlət idarəçiliyi nəzəriyyəsi


Elektron kommersiya
Kommersiya fəaliyyəti
Kommersiya risklərinin idarə edilməsi
Birja işinin təşkili problemləri
Kommersiya və reklam işi
Beynəlxalq ticarət
Kommersiyanın müasir problemləri
İnnovasiya və texnologiya menecmenti
Regional proqramların həyata keçirilməsində strateji tərəfdaşlıq
Dövlət sektorunda elektron hökümət
Sosial idarəetmə