Kompüter mühəndisliyi və informasiya texnologiyaları kafedrası
Kafedra müdiri

Gülsüm Şamil qızı Bədirzadə Bakı şəhərində anadan olmuşdur. 2006–cı ildə Bakı şəhəri 158 saylı orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinin “Mexanika – riyaziyyat” fakültəsinə daxil olmuş və 2010-cu ildə oranın bakalavriatura pilləsini, 2013–cü ildə isə Azərbaycan Kooperasiya Universitetinin “İnformatika” ixtisasının magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ildə Azərbaycan Kooperasiya Universitetinin iqtisad elmləri elm sahəsinin 5312.01–“Sahə iqtisadiyyatı” ixtisası üzrə doktoranturasına qəbul olunmuş, 2022-ci ildə “Aqrar sahədə informasiya-kommunikasiya texnologiyalarının iqtisadi səmərəliliyinin artırılması istiqamətləri” movzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2025-ci ildә Azәrbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qәrarı ilә ona dosent elmi adı verilmişdir. Əmək fəaliyyətinə başladığı 2011–ci ildən hal-hazıra kimi Azərbaycan Kooperasiya Universitetində Elm və doktorantura şöbəsində metodist, baş metodist vəzifələrində çalışmış, 2019-cu ildən isə “Kompüter mühəndisliyi və informasiya texnologiyaları” kafedrasında müəllim, baş müəllim, dosent kimi fəaliyyət göstərmiş və 2025–ci ildən rektorun əmri ilə həmin kafedranın müdiri Eyni zamanda, ictimai əsaslarla 2023–cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes Universitetinin ED 2.46 Birgə Dissertasiya şurası nəzdində fəaliyyət göstərən 5308.01–“Ümumi iqtisadiyyat” ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyaların müdafiəsini keçirmək məqsədilə təşkil olunmuş elmi seminarın elmi katibidir. Elmi-pedaqoji fəaliyyətini davam etdirən G.Ş.Bədirzadənin tədris etdiyi fənlər üzrə 2 dərs vəsaiti nəşr olunmuş, proqramlar hazırlamış, respublika və beynəlxalq elmi-praktik konfranslarda fəal iştirak etmiş, nüfuzlu yerli və xarici jurnallarda çoxsaylı məqalələri çap olunmuşdur. 2023/2024–cü tədris ilinin yekunlarına dair keçirilən sorğuların nəticələrinə əsasən Azərbaycan Kooperasiya Universitetinin rektorunun müvafiq əmri ilə “İlin müəllimi” nominasiyası üzrə təltif edilmişdir. 2025–ci ildə isə Universitetin 60 illik yubileyi münasibətilə və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin “Fəxri Fərman”la təltif olunmuşdur. Ailəlidir, 2 övladı var.
Kafedra Haqqında
“Kompüter mühəndisliyi və informasiya texnologiyaları” kafedrası
“Kompüter mühəndisliyi və informasiya texnologiyaları” kafedrası buraxılış kafedrası olmaqla “Kompüter mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığını həyata keçirir.
“Kompüter mühəndisliyi və informasiya texnologiyaları” kafedrasında 20 nəfərdən ibarət professor-müəllim heyəti çalışır. Bunlardan 12 nəfəri dosent, 6 nəfər fəlsəfə doktoru baş müəllim, 2 nəfər isə müəllmdir.
Kafedrada ali təhsilin bakalavr və magistratura səviyyələri üzrə müvafiq fənlər tədris edilir. Kafedrada 2020-2021-ci tədris ilindən “Kompüter mühəndisliyi” ixtisası üzrə, “Kompüter mühəndisliyinin əsasları”, “Kompüter şəbəkələri”, “Kompüter sistemlərinin təhlükəsizliyi”, “Proqramlaşdırmanın əsasları”, “Robototexnika”, “Süni intellekt”, “Verilənlərin strukturu və alqoritmi”, “Kompüter qrafikası”, “Əməliyyat sistemləri”, “Multimedia texnologiyaları” və s. fənlər tədris edilir. Qeyri-ixtisaslarda “İKT-baza kompüter bilikləri”, “Ekonometrika”, “İnformasiya texnologiyaları”, “İnformatika”, “Fizika”, “Fizikanın əsasları”, “Kimya”, “Üzvi kimya”, “Ümumi kimya”, “Məntiqi proqramlaşdırma”, “Kompüterə əsaslı mühəndis qrafikası”, “Sosial işdə İKT”, “Təhsildə İKT” və.s fənləri tədris edilir.
Kafedrada tədris edilən fənlərlə əlaqədar olaraq kafedra tərəfindən çap olunmuş dərs vəsaitləri, metodiki vəsaitlər, elmi məqalələr və müvafiq tədris olunan bütün fənlərin Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qrifli və tədris metodiki Şura tərəfindən təsdiqlənmiş proqramları mövcuddur.
Tədris olunan bütün fənlər üzrə sillabuslar, işçi tədris proqramları və müəllimlərin fərdi iş planları tədris standartlarına, tədris proqramlarına uyğun şəkildə tərtib olunmuşdur.
Kafedra tərəfindən çap olunan dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, tədris proqramları, elmi məqalələr, İKT-nin inkişafı üçün dəyərlidirlər. Əməkdaşlar tərəfindən Almaniya, Polşa, Rusiya və digər xarici ölkələrin jurnallarında elmi məqalələrlə çıxış etmişlər.
Kafedraya i.e.f.d., dosent Gülsüm Şamil qızı Bədirzadə rəhbərlik edir.
Kafedranın əməkdaşları tərəfindən aşağıda adları qeyd olunan dərs vəsaitləri hazırlanmışdır:
1. G.Ş.Bədirzadə – “Təhsildə kompüter modelləşdirməsinin nəzəri əsasları və sistemləşdirmə”. Dərs vəsaiti, “Kooperasiya” nəşriyyatı-2024, 175 s.
2. G.Ş.Bədirzadə, Q.L.Şahbazova, Ş.A.Musayeva-“Təlimdə kompüter şəbəkələri”. Dərs vəsaiti. “Elm və təhsil” nəşriyyatı, Bakı-2022, 140 s.
3. H.N.Tağıyev, V.T.Hüseynova, X.N.Rzayeva – “İqtisadiyyatda informasiya təhlükəsizliyi”. Dərs vəsaiti, “Elm və təhsil” nəşriyyatı, Bakı-2019, 145 s.
4. Ə.M.Nəbiyev, N.C.Məhərrəmov, N.T.Qənizadə, M.Y.Əfəndiyev – “Elmi tədqiqat işlərinin yerinə yetirilməsi metodları”. Metodiki göstəriş, “Kooperasiya” nəşriyyatı, Bakı-2022, 184 s.
5. Z.S.Abbasov – “Kimyəvi rabitə saylarının hesablama nəzəriyyəsi: Düsturlar və onların eksperimental təsdiqi”. “ADPU” nəşriyyatı, Bakı-2025, 192 s.
6. Z.V.Dəmirova, C.B.Əlizadə, B.Y.Əlizadə – “C++ dilində proqramlaşdırma, “Mingəçevir” nəşriyyatı, Mingəçevir -2023, 292 s.
7. Ə.M.Nəbiyev – “Fizika praktikumu”. Dərs vəsaiti, “Kooperasiya” nəşriyyatı, Bakı-2015, 151 s.
8. A.M.Quliyev, C.O.Nəbiyeva, L.B.Xambatov – “Şəbəkələr və onların təsnifatı”. Dərs vəsaiti, “Elm və təhsil” nəşriyyatı, Bakı-2020, 150 s.
9. H.N.Tağıyev, S.İ.Səfərova – “Fizika məsələlərinin həllində proqramlaşdırmanın tətbiqi metodikası”. Dərs vəsaiti, “Elm və təhsil” nəşriyyatı, Bakı-2019, 130 s.
10. H.N.Tağıyev, S.İ.Səfərova, N.V.Cabbarova – “Təlimdə informasiya texnologiyaları”. Dərs vəsaiti, “Elm və təhsil” nəşriyyatı, Bakı-2022, 160 s.
11. M.H.Nəzərov, Ə.M.Nəbiyev – “Sosial idarəetmənin əsasları”. Dərs vəsaiti, “TİC Print” mətbəəsi, Bakı-2024, 672 s.
12. S.Q.Əliyev “Üzvi kimya”. Dərs vəsaiti, “Elm və təhsil” nəşriyyatı, Bakı-2019, 193 s.
13. Ə.A.Qaraxanlı “İnformasiya sistemlərinin təhlükəsizliyi və onun xüsusiyyətləri”. Dərs vəsaiti, “Müəllim” nəşriyyatı, Bakı-2025, 137 s.
14. A.A.Şükürova “Satışın idarə edilməsi. Dərs vəsaiti, “Kooperasiya” nəşriyyatı, Bakı-2025, 180 s.
Professor-müəllim heyəti
İ.f.d., dosent Bədirzadə Gülsüm Şamil qızı
F-r.f.d., dosent Səfərova Sara İbrahim qızı
F-r.f.d.,dosent Nəbiyev Əmiraslan Məhəmməd oğlu
F-r.f.d., dosent Əliyev Ramiz Ataş oğlu
F-r.f.d., dosent Dəmirova Zərifə Vələd qızı
İ.f.d., dosent Şükürova Aytən Akif qızı
K.f.d.,dosent İsmayılova Rəna Əzizağa qızı
K.f.d., dosent Əliyev Sultan Qəşəm oğlu
T.f.d., dosent Quliyev Arzu Məsim oğlu
K.f.d., dosent Alıyev Rafiq Balaqardaş oğlu
K.f.d., dosent Abbasov Ziyafət Sabir oğlu
F.-r.f.d.,dosent Şahverdiyeva Roza Orduxan qızı
T.e.f.d., baş müəllim Həsənova Sevinc Mirzağa qızı
P.e.f.d, baş müəllim Rzayeva Xəyalə Nazim qızı
F-r.f.d., baş müəllim Əzizov Bəhrəm Bəhlul oğlu
Baş müəllim Quliyeva Kifayət Sobəddin qızı
Baş müəllim Baxşəliyeva Nuranə Ehtibar qızı
Baş müəllim Qaraxanlı Əsmər Aqil qızı
Müəllim Rəhimova Leyla Mehman qızı
Müəllim Mikayılova Nərgiz İsa qızı
Tədris olunan əsas fənlər (Bakalavr)
İnformatika
İKT və baza kompüter bilikləri
İnformasiya texnologiyaları
Kompüter mühəndisliyinin əsasları
Proqramlaşdırmanın əsasları
Verilənlərin strukturu və alqoritmlər
Kompüterin arxitekturası
Rəqəmsal sistemlər
Süni intellekt sistemləri
Verilənlərin baza sistemləri
İnternet texnologiyaları
Rəqəmsal sistremləri
Multimedia texnologiyaları
Kompüter şəbəkələri
Əməliyyat sistemləri
Kompüter sistemlərinin təhlükəsizliyi
Kompüterdə modelləşdirmə
Robototexnika
Mobil rabitə sistemi və proqram təminatı
Sistemlərin simulyasiyası
İnformasiya sistemlərinin layihələndirilməsi
Müasir İKT və informasiyatəhlükəsizliyi
Kompüter əsaslı mühəndis qrafikası
Kompüter qrafikası
Ekonometrika-1,2
Fizika
Fizikanın əsasları
Tətbiqi fizika
Elektronikanın əsasları
Elektronika
Dövrlər nəzəriyyəsi
Ümumi kimya
Üzvi kimya
Analitik kimya
Analitik kimya və instrumental analiz
Ekologi kimya
Ekologiyada informasiya texnologiyalarının tətbiqi
Tədris olunan əsas fənlər (Magistratura)
Elmdə və təhsildə kompütertexnikası
İdarəetmə informasiya texnologiyaları
Eqronomika və texniki dizayn
Sosial işdə İKT
Rabitə kanalları
İntellektual sistemlər
Məlumat strukturları və alqoritmlər
Robotların proqramlaşdırılması
Tədqiqatlar,kommunikasiya və innovasiya
Proqramlaşdırma dil-i (C++,C, Python)
Optik informasiya sistemləri
