Maliyyə və Bank işi kafedrası

Elnur Abil oğlu Məmmədov – Azərbaycan Kooperasiya Universitetinin Maliyyə və bank işi kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent əvəzi

Elnur Abil oğlu Məmmədov 1980-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1987-1997-ci illərdə Bakı şəhəri, 51 saylı orta ümumtəhsil məktəbində təhsil almışdır. Orta təhsilini müvəffəqiyyətlə tamamlayaraq 1997-ci ildə Azərbaycan Kooperasiya Universitetinə qəbul olmuş, 2001-ci ildə universiteti ali təhsilin bakalavr, 2003-cü ildə isə magistratura pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. O, təhsilini universitetin aspiranturasında davam etdirmiş və 2014-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.42 Birləşdirilmiş Dissertasiya Şurasında “iqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

2004-cü ildə Azərbaycan Kooperasiya Universitetində elmi-pedaqoji fəaliyyətə başlamış və 2005-ci ildə baş müəllim, 2016-cı ildə isə dosent əvəzi vəzifəsinə seçilmişdir.

2009-2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetində Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.

2021-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.42 Birgə Dissertasiya Şurasının 5308.01 – “Ümumi iqtisadiyyat” ixtisası üzrə Elmi Seminarının üzvüdür.

29 mart 2022-ci ildə Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə və bank işi” kafedrasının müdiri vəzifəsinə seçilmişdir.

Ölkədə və xaricdə dərc olunmuş məqalə və tezislərin, müxtəlif fənlər üzrə tədris proqramlarının, bir dərs vəsaitinin və bir metodiki vəsaitin müəllifidir.
Ailəlidir, iki övladı var.

Azərbaycan Kooperasiya Universitetinin “Maliyyə və bank işi” kafedrası ilk dəfə 1993-cü ilin fevral ayının 1-də “İqtisadiyyat fənləri” kafedrasının bazası əsasında “Mühasibat uçotu və audit” kafedrası adı ilə təşkil edilmişdir. 1997-ci ildə kafedranın adı “Maliyyə və statistika”, 2003-cü ildə “Maliyyə və kredit”, 2004-cü ildə “Maliyyə” olaraq müəyyənləşdirilmiş, 2016-cı ildən isə “Maliyyə və bank işi” kafedrası adlanır. Kafedrada 16 nəfərdən ibarət professor-müəllim heyəti, o cümlədən 1 professor, 5 dosent, 4 dosent əvəzi, 2 baş müəllim, 4 müəllim və 1 baş laborant fəaliyyət göstərir. Kafedrada ali təhsilin bakalavr pilləsində 14, magistratura pilləsində isə 42 fənn tədris olunur. Göstərilən fənlərin hər biri zəruri proqram-metodiki və ədəbiyyat təminatına malikdir, fənlər üzrə mühazirə mətnləri isə universitetin oxu zalında daxili şəbəkəyə yerləşdirilmiş və onların məzmunu dövrün dəyişən tələbləri nəzərə alınaraq kafedranın professor-müəllim heyəti tərəfindən daim yenilənir.

Hazırda kafedranın əməkdaşları tərəfindən “Postpandemiya dövründə Azərbaycan Respublikasının maliyyə sisteminin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda müvafiq istiqamətlər üzrə elmi tədqiqat işi yerinə yetirilir. Kafedra tərəfindən 6 dərslik, 4 monoqrafiya, dövri elmi nəşrlərin beynəlxalq xülasələndirmə və indeksləşdirmə sistemlərinə daxil olan jurnallarda bir çox məqalələr və tədris olunan fənlər üzrə proqramlar hazırlanaraq nəşr etdirilmiş və bu istiqamətdə işlər davam etdirilir. Kafedra əməkdaşları respublika və beynəlxalq səviyyəli konfranslarda və simpoziumlarda mütəmadi olaraq iştirak edir və onların müxtəlif mənbələrdə, o cümlədən elmi jurnallarda, konfrans və simpozium materiallarında çoxsaylı məqalə və tezisləri dərc olunmuşdur.

Kafedranın daxili nömrəsi: 012 561 64 30 (153, 154)

Е-mail ünvanı: akumaliyye@outlook.com


İ.f.d., dos. əv. Məmmədov Elnur Abil oğlu
İ.e.d., prof. Ataşov Bəyalı Xanalı oğlu
İ.e.n., dos. Hüseynov Xanoğlan Əndəlif oğlu
İ.e.d., dos. İbrahimov Elşən Əli oğlu
İ.f.d., dos. Məmmədova Elnurə Bünyat qızı
İ.e.n., dos. Sadıqov Bulud Cahangir oğlu
İ.e.n., dos. Qurbanov Bayraməli Şükür oğlu
İ.f.d., dos. əv. Zeynalova Aytən Səfəralı qızı
İ.f.d., dos. əv. Xalıqova Nərgiz Şamil qızı
İ.f.d., dos. əv. Süleymanova Arzu Rəhim qızı
İ.f.d., b/müəl. Məmmədova Ləman Aydın qızı
İ.f.d., b/müəl. Həsənli Amal Rasim oğlu
İ.f.d., müəl. Səmədzadə Aytən Ziyad qızı
Müəl. Mehdiyev Zaur Rafiq oğlu
Müəl. İsmayılova Amirə Cabbar qızı
Müəl. Mehdizadə Nərmin Qurban qızı
B/lab. Məmmədova Aygün Tapdıq qızı


Maliyyə (“Maliyyə” ixtisası üzrə)
Maliyyə (digər ixtisaslar üzrə)
Bank işi (“Maliyyə” ixtisası üzrə)
Bank işi (digər ixtisaslar üzrə)
Maliyyə bazarları
Sığorta işi
Büdcə sistemi
Müəssisə maliyyəsi
Pul və banklar
Beynəlxalq valyuta-kredit münasibətləri
Dövlət maliyyəsi
Maliyyə risklərinin idarə edilməsi
Korporativ maliyyə
İnvestisiyanın idarə edilməsi


Aktiv və passivlərin idarə edilməsi
Bank fəaliyyətinin hüquqi əsasları
Bank və sığorta təşkilatları üzrə risklərin idarə edilməsi
Banklarda maliyyə nəzarəti
Banklarda risklərin idarə edilməsi
Beynəlxalq maliyyə
Beynəlxalq maliyyə təşkilatları
Beynəlxalq valyuta və bank fəaliyyəti
Dövlət maliyyəsi
Dünya sığorta bazarı
Fond bazarlarında risklərin idarə edilməsi
İnvestisiya portfelinin idarə edilməsi
Korporativ maliyyə (“Maliyyə” ixtisası üzrə)
Korporativ maliyyə (“Biznesin idarə edilməsi” (MBA) ixtisası üzrə)
Kredit məhsulları və kredit menecmenti
Maliyyə bazarları və təsisatları
Maliyyə bazarlarında əməliyyat strategiyaları
Maliyyə böhranları
Maliyyə hesabatlarının hazırlanması və təqdimatı
Maliyyə iqtisadiyyatı
Maliyyə menecmenti
Maliyyə menecmentində paket proqram təminatı
Maliyyə planlaşdırılması və proqnozlaşdırılması
Maliyyə risklərinin idarə edilməsi
Maliyyənin müasir problemləri
Mərkəzi Bank və pul siyasəti
Monetar nəzəriyyə
Monetar nəzəriyyə və Mərkəzi Bank fəaliyyəti
Müasir bank məhsulları və bank xidmətləri
Müasir maliyyə sistemləri
Müasir sığorta məhsulları
Müəssisələrdə daxili nəzarət sistemi
Müəssisələrdə risklərin idarə edilməsi
Qiymətli kağızlar bazarı
Qiymətli kağızlarla ticarət və maliyyə bazarları
Sığorta fəaliyyətinin hüquqi əsasları
Sığorta menecmenti
Sığorta şirkətlərində maliyyə nəzarəti
Sığorta şirkətlərində müştəri əlaqələrinin idarə edilməsi
Sığorta şirkətlərində risklərin idarə edilməsi
Tədiyə balansı və kapital bazarı
Təkrar sığorta