Menecment və Ticarət kafedrası


Vasif Balaxan oğlu Həziyev – Azərbaycan Kooperasiya Universitetinin “Menecment və ticarət “ kafedrasının müdiri dosent

“Menecment və ticarət “ kafedrası Azərbaycan Kooperasiya Universitetinin aparıcı və buraxılış kafedrası olmaqla , Təhsilinin bakalavr pilləsində “ Menecment ” , magistratura pilləsində “Menecment” ixtisasları üzrə mütəxəssilər hazırlayır. Kafedra ilk dəfə “ Ticarət və kooperasiyanın iqtisadiyyatı” kafedrası kimi yaradılmışdır. Ötən dövr ərzində qeyd edilən kafedradan müxtəlif istiqamətlər üzrə kafedralar formalaşmışdır. Nəhayət , universitetdə tədrisin səmərəli idarə edilməsi və təşkili məqsədilə aparılan struktur islahatları ilə əlaqədar 01.03.2008-ci ildə “Menecment və ticarət ” kafedrası kimi fəaliyyətə başlamışdır. Hal – hazırda kafedranın müəllim heyəti 9 nəfərdən ibarətdir. Onlardan 3 nəfər dosent, 3 nəfər iqtisad üzrə fəlsəfə doctoru (elmlər namizədi), 3 nəfər baş müəllim vəzifəsində çalışır. Kafedra əməkdaşlarının iştirakı ilə ölkəmizdə gedən sosial – iqtisadi və siyasi inkişafla əlaqədar olaraq tədris standartlarında baş vermiş dəyişikliklərə uyğun olaraq yeni fənn proqramları , dərsliklər və dərs vəsaitləri işlənib hazırlanır. Kafedranın əməkdaşları dövrün tələblərinə uyğun olaraq yeni fənn sillabusları ( işçi – tədris proqramı) hazırlanır, mühazirə mətnləri və digər materiallar daim yenilənir. Eyni zamanda buraxılış kurs tələbələri üçün istehsalat və diplomqabağı təcrübənin, Dövlət Attestasiyasının müffəqiyyətlə yekunlaşması üçün müvafiq tədbirlər görülür. Son 10 il ərzində müəllim heyəti tərəfindən ümumilikdə 5 dərslik və dərs vəsaiti, 2 metodik vəsait, 19 proqram , 130 – dən çox elmi məqalə, 3 monoqrafiya , 50 tezis nəşr olunmuşdur. Məqalə və tezislərin 5 – i xarici ölkələrdə nəşr olunmuşdur. Kafedramızın əməkdaşlarının rəhbərliyi altında tələbələrin hazırladığı elmi məruzələr universitetimizdə və digər universitetlərdə məruzə edilir, müvafiq olaraq diplom və mükafatlara layiq görülürlər.Tədris standartlarda baş vermiş dəyişikliklərə kafedradada tədris olunan fənnlər üzrə proqramlar yenidən işlənərək nəşr edilir.” Menecment və ticarət” kafedrasında tədris olunan bütün fənlər üzrə tədris proqramı, dərslik, dərs vəsaiti, metodik vəsaitlər və mühazirə mətnləri Universitetin geniş kitabxana bazasında toplanmış və tələbələrin istifadəsinə verilmişdir. Bütün fənlər üzrə daim yenilənən mühazirə materialları, tədris proqramları və sillabuslar ( işçi – tədris proqramı) universitetin daxili şəbəkəsində yerləşdirilmişdir ki, tələbələr sərbəst surətdə həmin materiallardan istifadə edirlər.

i.e.n., dos. Həziyev Vasif Balaxan oğlu (kafedra müdiri)
i.e.n., dos.Əliyeva Yasəmən Əli
i.e.n., dos.Əliyev Müşrəvan Əli oğlu
i.f.d.,Məhərrəmov Eldəniz Məzahir oğlu
i.f.d.,B/m Həsənova Nəzakət Rafiq qızı
i.f.d.,B/m Bəhrəmov Aydın Ehtibar oğlu
B/m Hüseynova Xavər Abdulməcid qızı
B/m Rzayev Mehman Ağababa oğlu
B/m Mehbalıyeva Asya Xalid qızı


Menecment
Menecmentin əsasları
Heyətin idarə edilməsi
Ticarət və kooperasiyanın iqtisadiyyatı
Beynəlxalq menecment
Strateji menecment
İdarəetmə nəzəriyyələri
İnnovasiya menecmenti
Korporativ idarəetmə
Korporativ menecment
İnsan resurslarının idarə edilməsi
İdarəetmə qərarları
Keyfiyyət menecmenti
Əməyin iqtisadiyyatı
Əməliyyatların idarə edilməsi
Keyfiyyətin idarə edilməsi
Otel menecmenti
Sosial işdə idarəetmə


Menecmentin müasir problemləri
Menecmentin tarixi və metodologiyası
İnsan resurslarının idarə edilməsi
Müəssisələrdə antiböhran idarəetmə
İnnovasiya menecmenti
Beynəlxalq otel menecmenti
Müasir idarəetmə nəzəriyyəsi
Menecmentin iqtisadiyyatı
Əməliyyatlar menecmenti
Layihələrin idarə edilməsi sistemi
Kommunikasiya menecmenti